Müasir zamanda informasiya-kommunikasiya texnologiyaları çox sürətlə inkişaf etməkdədir. Lakin, onun cəmiyyətə və iqtisadiyyatın inkişafı üçün təklif etdiyi imkanlardan yalnız son illərdə geniş istifadə olunur. Öz inkişafının müasir mərhələsində İnternetin əsas məqsədlərindən biri biznes şəriklərinin, əməkdaşların və istehsal vasitələrinin axtaşırında insanlara yardımçı olmaqdan ibarətdir. Son zamanlar hətta ən kiçik bir təşkilat belə internet nümayəndəliyənə malikdir. Bir sıra şirkətlər məhsul və xidmətlərin İnternet vasitəsilə sifarişi imkanlarını təklif edirlər. Müasir dövrdə cəmiyyəti “Web-sayt”, “Çat”, “E-mail” kimi terminlərsiz təsəvvür etmək mümkün deyil.Son zamanlar aparılan tədqiqatların nəticələri göstərilmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi əhəmiyyətə malikdir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır. Internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikroiqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunmağa başladı.Internetin müəssisələrə verdiyi üstünlüklər aşağıdakılardan ibarətdir:
1. Ucuz kommunikasiya vasitəsi. 2. Maraqlı informasiyalar. 3. Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı. 4. İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi. 5. İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.
İnternetin sürətli inkişafı həm də onun qeyri-mərkəzləşdirilmiş təbiətindən irəli gəlir. Heç bir firma İnternetin sahibi deyil və ona nəzarət edə bilməz. Yeni virtual dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks etdirən informasiya obrazını yarada bilər. İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə əsaslı təsir göstərir.
Markеtinq üzrə mütəхəssislər wеb-saytın yaradılması üçün nə qədər vaхt, pul və səy lazım оlduğunu bilməli, həmçinin intеrnеt-sеrvеrlərin özlərini nеcə apardıqlarını başa düşməkdən başlamış, saytların işlənib hazırlanmasının fundamеntal prinsiplərinə qədər hər şеylə tanış оlmalıdırlar. Şəbəkədə istifadəçilər nəyə və nə qədər baхmalarını özləri müəyyən еdirlər, оnların çохu isə səbrsizdir. Nəticə еtibarı ilə, dizaynеrlər sadə qərarlara istinad еtməli, tеz yüklənən və diqqəti cəlb еdən qrafikadan istifadə еtməlidirlər. Bundan başqa, baş məlumat vərəqi vasitəsilə aydın təsvir оlunmuş linklərin göstərilməsi də çох vacibdir, çünki istifadəçilər üçün saytın faydalılığı bununla ölçülür. Еkrandan охumaq çap vərəqlərinə nisbətən çətin оlduğundan, yaхşı düşünülmüş saytda əsas idеyaları vеrmək üçün başlıqlardan, yеni sətr markеrlərindən və mətnlərin kiçik hissələrə bölünməsindən istifadə оlunur. Bundan başqa, dizaynеrlər istifadəçilərin sayt bоyu ən еhtimal оlunanan hərəkət istiqamətini yəqin еtməli və buna uyğun linklər yеrləşdirməlidir ki, istifadəçilər bu və ya digər infоrmasiyanı asanlıqla tapa bilsinlər.
Elektron ticarət elektron marketinq və elektron alverdən ibarətdir. Elektron marketinq elektron ticarətin marketinq tərəfidir. Elektron marketinq şirkətin məhsullarını və xidmətlərini İnternet vasitəsilə təşviq etmək, satmaq cəhdlərindən ibarətdir. Belə ki, “Amazon.com”, “Scwab.com” və “Dell.com” öz elektron səhifələrində elektron marketinq həyata keçirirlər. Elektron marketinqin əsas təkan verici tərəfi isə elektron bazarlıqdır. Öz növbəsində elektron bazarlıq elektron ticarətin satın alma tərəfini əks etdirir. Elektron bazarlıq şirkətin malları, xidmətləri və online təchizatçılarından məlumatları satın almasından ibarətdir. Firmalar öz aralarında etdikləri elektron alver prosesi zamanı, elektron marketoloqlar və elektron alıcılar nəhəng elektron ticarət şəbəkəsində bir araya gəlirlər. Məsələn, “Global Xechange Services”(GXS) firmalar arasında dünyanın ən böyük elektron ticarəti şəbəkələrindən birini idarə edir (www.gxs.com). İlk əvvəl “General Electric” şirkəti tərəfindən yaradılan və daha sonra müstəqil olan “GXS”-nin 58 ölkədə 100 mindən artıq ticarət tərəfdaşı vardır. Bura həmçinin, “General Electric”, “FedEx”, “DaimlerChrysler”, “JCPenney”, “Sara Lee” və “Unilever” kimi nəhəng şirkətlər də daxildir. “GXS” 1 trilyon dollar dəyərində mallar və xidmətlər üzrə hər il 1 milyarda yaxın müqavilə bağlayır. “GXS” həmçinin dünyanın ən böyük özəl bazar məkanlarından olan “GE Qlobal” Tədarük Şəbəkəsini idarə edir. Bu şəbəkə “GE”-nin biznes qurumlarına və ticarət tərəfdaşlarına xidmət edir. Elektron ticarət və İnternet müştərilərlə yanaşı, satıcılara da bir çox mənfəət qazandırır.