Marketinq



Yüklə 61,49 Kb.
səhifə6/8
tarix23.11.2022
ölçüsü61,49 Kb.
#70014
növüReferat
1   2   3   4   5   6   7   8
referat 1517

7. Marketinq kanalları, topdan ticarət, pərakəndə
ticarət və marketinq (bölgü) kanallarının idarə olunması.


Bəzi satıcılar öz məhsulunu bir neçə istifadəçinin əlindən keçirdərək satışa çıxarır. Bu satıcıların az qismi öz mallarını son istifadəçiyə bir başa satır. Məhsul istehsalıçıları yəni şirkətlər marketinq kanalları yaratmağa çalışırlar. Marketinq kanalları – istehlakçılar və ya biznes istifadəçiləri tərəfindən istifadə və istehlak oluna bilən xidmətlər və məhsullar istehsal prosesinə cəlb olunan qarşılıqlı əlaqəli təşkilatların şəbəkəsini yaratmağa çalışırlar. İstehsalçıların çoxunun birbaşa marketinqi yerinə yetirmək üçün maliyyə vəsaiti çatmır. Məsələn, “General Motors” öz avtomobillərini 18 mindən artıq müstəqil dilerin köməyi ilə satır. Hətta belə bir korporasiya üçün bütün bu diler müəssisələrini satın almaq çətin olardı. Lakin istehsalçıların öz bölgü kanallarını yaratmaq imkanı olduqda belə, kapital qoyuluşlarını öz əsas biznesinə yönəltmək əksər hallarda daha çox gəlir verə bilər. Əgər istehsal 20%, pərakəndə ticarət isə, hesablamalara görə 10% mənfəət norması təmin edirsə, firma pərakəndə satışla müstəqil məşğul olmaq istəməyəcəkdir.
Bölgü kanalının seçilməsi haqqında qərar rəhbərliyin qəbul edəcəyi ən mürəkkəb qərarlardan biridir. Firmanın seçdiyi kanallar marketinq sahəsində qəbul olunan bütün başqa qərarlara bilavasitə təsir göstərir. Qiymət siyasəti firmanın hansı dilerləri – iri və birinci dərəcəli yaxud orta və sıravi - seçməsindən asılıdır. Şəxsi ticarət heyəti haqqında qərarlar dilerlərlə aparılması zəruri olan kommersiya və təhsil işinin miqyasından asılıdır. Bundan başqa, firmanın bölgü kanalları barəsində qərarları başqa firmalar qarşısında uzun müddətli öhdəçiliklərin götürülməsini qəbul edir.
Topdan ticarətə təkrar satışa və ya biznes məqsədilə alınmış məhsul və xidmətlərin satışına cəlb olunan bütün fəaliyyətlər daxildir. Topdansatış fəaliyyəti ilə məşğul olan firmanı topdansatıcı adlandırırlar. Topdansatıcılar məhsulları adətən, təchizatçılardan alır və pərakəndə satıcılara, sənaye müştərilərinə və digər topdan satıcılara satır. Nəticədə, ölkənin bir çox böyük və ən əhəmiyyətli topdansatıcıları ən son müştəri üçün qeyri-müəyyən olur.
Topdan satıcıların üç əsas növü vardır: topdansatış tacirləri, brokerlər, agentlər və istehlakçıların satış filialları və ofisləri. Topdansatış tacirləri topdansatıcıların ayrıca böyük qruplarıdır və onlar bütün topdansatışın təxminən 50%-ni təşkil edirlər. Topdansatış tacirlərinin iki əsas növü var: tam xidmətli topdansatıcılar və məhdud xidmətli topdansatıcılar. Məhdud xidmətli topdansatıcılar paylama kanallarında müxtəlif ixtisaslaşmış xidmətlər icra edirlər.
Broker və agentlər topdansatış tacirlərindən iki cürə fərqlənirlər: Onlar mallara ad vermirlər və onlar az sayda xidmət təklif edirlər. Topdansatış tacirləri kimi onlar da əsasən müştərilərin növü və ya məhsul xətti üzrə ixtisaslaşırlar. Brokerlər satıcılar və alıcıları bir araya gətirir və danışıqlara kömək edirlər. Agentlər daimi şərtlərlə satıcıları və alıcıları təmsil edirlər. İstehlakçıların agentləri (onlara istehsalçıların nümayəndələri də deyirlər) agent topdansatıcıların daha geniş yayılmış növüdür. İstehlakçıların satış filialları və ofisləri isə məhsul və xidmətləri təklif etmək üçün olan xüsusi yerlərdir.
Pərakəndə satışa malların və xidmətlərin son istehlakçılara qeyri-kommersiya məqsədli şəxsi istifadəsi üçün birbaşa satışı ilə bağlı istənilən fəaliyyət aiddir. Bir çox qurumlar, istehsalçılar, topdan və pərakəndə satıcılar da pərakəndə satışla məşğul olurlar. Ancaq pərakəndə satış bir qayda olaraq, pərakəndə satış ilə məşğul olan pərakəndə satıcılar tərəfindən həyata keçirilir.
Pərakəndə ticarət müəssisələrinin formaları və ölçüləri müxtəlif olur. Bununla yanaşı yeni tipli pərakəndə ticarət növləri də meydana gəlir. Pərakəndə ticarət müəssisələrinin əsas növlərinə aşağıdakılar daxildir:

  • İxtisaslaşmış dükanlar: Bir məhsul xətti çərçivəsində dərin çeşid təklif edən pərakəndə satış dükanıdır. Buna misal kimi geyim, idman malları, mebel, gül və kitab satan dükanları göstərmək olar.

  • Univermaqlar: Geniş çeşidli məhsullar – geyim, ev üçün mebel və ev təsərrüfatı əşyaları təklif edən pərakəndə satış müəssisəsidir.

  • Supermarketlər: Geniş çeşidli ərzaq, məişət məhsulları və camaşırxana xidməti təklif edən iri, az xərc tələb edən, aşağı rentabelli, iri həcmli, özünə-xidmət sistemli mağaza.

  • Rahat dükanlar (gecə gec saatlara qədər işləyən dükanlar): Məhdud çeşidli lakin, yüksək satış dövriyyəsi olan və həftənin 7 günü gecə saatlarınadək işləyən, yaşayış yerlərində yerləşən kiçik dükanlar.

  • Endirimli dükanlar: Daha aşağı fərqlə və yüksək satış dövriyyəsi ilə münasib qiymətlərlə standart mallar satan pərakəndə satış müəssisəsidir.

  • Ucuz pərakəndəçilər: Adi topdansatış qiymətindən ucuz alan və pərakəndə qiymətindən aşağı satan pərakəndəçilər.

  • Universamlar: Adi supermarketdən daha iri olan mağaza. Burada gündəlik ərzaq və qeyri-ərzaq məhsulları ilə yanaşı kimyəvi təmizləmə, poçt, foto, avtomobil və ev heyvanları üçün xidmətlər təklif olunur, hesablaşma nəğd və ya köçürmə yolu ilə aparılır.

Müxtəlif məhsullar müxtəlif keyfiyyətdə xidmətlər tələb edir və müştərinin xidmət seçimləri müxtəlifdir.

Yüklə 61,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin