Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə131/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   127   128   129   130   131   132   133   134   ...   189

Taxta qız



Çox qədim zamanlarda bir qızın anası rəhmətə gedir. Bunun atası başqa bir arvad alır. Analığı gəlir qızı çox incidir, eliyir. Axırda ərinə toy vurur ki, apar bu qızı itir. Kişi qorxu­sun­­nan qızını aparır meşədə azdırır. Azdırannan sora qız dö­nür olur taxta. Bir gün kişi meşəyə oduna gedir görür ki, bir dənə qəşəng taxtadı, götürür gətirir evə. Kişi bını qoyur suyun altına. Qız gecələr durarmış, olarmış yenə həmən qız, evin işi­ni görərmiş. Analığı bınnan şübhələnir. Deyir:

– A kişi, bu taxtanı yandır getsin.

Diyir:

– Arvad, sabah yandıraram.

Kişi hazırraşır ki, taxtanı yandırsın. Qız baxır ki, olma­yacaq, gecə olan kimi evdən çıxıb gedir. Gəlir görür ki, bir ima­rətdə gözəl bir xanım əyləşib. Diyir ki:

– Sən burda niyə əyləşmisən?

Diyir:

– Mən ölü Məhəmmədin qulluğunda dururam. O mənim qardaşımdı.

Diyir:

– Qulluğunda durub neynirsən? Ona nə verirsən?

Diyir:

– Mən hər gün ona alma suyu verirəm.

Bu xanım qıza diyir ki, sən gəl mənim yerimə ölü Mə­həm­mədə bax. Bir gün olacaq ölü Məhəmməd diriləcək. Qır­xın­cı gün tamam olanda ölü Məhəmməd diriləcək.

Qız diyir:

– Yaxşı.

Qız diyir ki:

– Mən palımı-paltarımı dəyişmək üçün qoy gedim, sən gəlginən, qalginən bu ölü Məhəmmədin yanında, buna alma suyu ver.

Qız da başdıyır ona alma suyu verməyə. Alma suyu ve­rəndə həmən bu taxta qızın məqamında ölü Məhəmməd göz­də­rini açır, dirilir. Baxır ki, gözəl-göyçək bi qız onun başı üs­tün­də. Sorasına evlənirlər. Qırx gün, qırx gecə bulara toy olunur.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin