Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə130/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   126   127   128   129   130   131   132   133   ...   189

Yazıdan qaçmaq olmaz



Bi dənə şah olur, deyib ki, mən gedib şah qızı alciyəm. Ata­sı neçə dənə qızları diyib, filankəsin, Hindistan qızi, Pa­kis­tan qızı, Seylon qızı, öz yerivin qızı, deyib, yox, mən özüm sevdiyim, seçdiyim qızi aləciyəm.

Gedir, bu oğlan bir az ayın-oyun götürür gedir. Meşənin içiynən gedir, görür bir sıldırım qayada su şırıldiya axır. Şə­lalə axır. Görür o şəlalədə kağızlar axır cürbəcür, belə-belə, ya­zı-yazı. Nə qədər əlləşir, o kağızları tuta bilmir. Diyir, hələ bu necə şeydi, mən bir saatdi burda gözliyirəm, bu kağızı cı­rıb atan kimdi belə vərəğ-vərəğ. Hələ bir çıxım yuxarı. Ya­vaş-yavaş çıxır dağın, şəlalənin yuxarısına. Görür bu şəlalənin başında bir axsakqal oturub. Salam verir. Diyir ki: neynirsən?

Diyir:

– Taley yazıram.

Diyir ki, mənim taleyimi kimə, hansı şahın qızına yaz­dın.

Deyir:

– Sən şah qızı almiyacağsan, bir kömürçü qızı alacağ­san.

Diyir:

– Kömürçü qızi? Sənin başun xarab olub!

Düşür həyətə. Dağdan düşür aşağı. Görür bi dənə kö­mür­çü qızi başında kömür şələsi götürüb aparır. Bular da ka­sıb­dılar, atası orada kömür düzəldir, aparır verir şəhərdə dü­kan­çı­lara. Şəhərdə satır oniyçun. Belə keçdi. Belə keçəndən so­ra vaxt, mağam olur, bu kişi, kömür alan kasıb olur, kömür sa­tan kasıb olur, kömür alan kömürçü qızı olur. Kömür alan diyir:

– Qocalmışam, neçə ildi sənnən dostluğ eliyirəm, mən sən­dən pislik görməmişəm. Səndən haram görməmişəm. Sən gəl buranı verim sənə, bu kömür dükanın verirəm sənə, mən bu gün-sabah ölüb gedəciyəm. Onnan razılaşır, kişini gətirir qo­yur yerinə.

Kömürçü ölür, dəfn-kəfın eliyillər gedillər. Vaxt, ma­ğam olur qızın bu kömürçünün qızı, həmin bu qız, yolnan ke­çib gedir kömür aparır başında.

Oğlan şah oğlu idi. Pıçağı götürür atır. Diyir:

– Bu qızı mən alaciyəm yəni?!

Belə atır onu, dəyir onun kürəyinə. Kürəyinə dəyəndən so­ra qız dəyir yerə, belə-belə eliyir, bıçağ düşür. Bıçağı qız gö­­türür atır qoynuna, saxlıyır. Aparır göstərir ata, bax, belən­çi­nədi, sora başqa şey döyül. Bilmədim, bir cavan oğlan bıça­ğı atdi.

Dedi:

– Sən kimsən?

Dedim:

– Mən kömürçü qızıyam.

Atdi, dəydi mənim kürəyimə. Bax bu bıçağ da məndədi.

Aradan zaman keçir, bu kasıb kömürçü varranır. Bular bu şə­hərdə yaşiyillər, olullar milyonçi. Varlı olullar. Bu oğlan da hə­lə gəzir qızçün. Bi günləri də bu yolnan keçəndə, görür pen­cə­rədə bir qız oturub. Xanım, gözəl bir qızdi. Mahnı oxu­ya-oxu­ya tikiş tikir. Bu qıza baxır. Bir könüldən, min könülə aşiq olur.

Gedir atasına diyir ki, qəbul eliyirəm. Bi dənə filan şə­hər­­də qız var, çox gözəl, onu mənçün alacaqsan. Atası gedir bu qızı alır. Qızı alandan sora toy gecəsi olur, oğlan diyir ki, sə­nin kürəyində yara var, nədi, bu bıçağ yarası nədi. Mən sə­ninçün danışmıram, o cür diyir ki, bəs mən filan gün atam­çün, biz kasıbıdux kömür şələsini aparanda, bir oğlan didi:

– Kimsən?

Dedim:

– Kömürcü qızi, pıçaği atdı.

Diyir:

– O pıçağ qalıb?

Diyir:

– Hə budu ha, qoynumdadi.

Göstərir.

Diyir:

– Hə bu bıçağ mənimdi. Mən vurmuşam.

Demək yazıdan qaçmax olmazmış.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin