Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə129/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   125   126   127   128   129   130   131   132   ...   189

Rüsvayçılığı önləmə



Bi dənə şah olur. Şahın bi dənə ahi-iman qızı olur. O qı­za yuxuda deyillər ki, fılan gün sənin başıva böyük hadisə gə­lə­cək, rüsvay olacağsan.

Qız bu yuxunu görür, səhər deyir ki, ata, mən gedirəm.

Şah deyir:

– Hara gedirsən?

Deyir:

– Hara gedirəm, mən bir iləcən gəldim, gəldim, gəlmə­dim dayi məni axtarmiyəsuz. Bil ki, ölmüşəm.

Atası deyir:

– Sənə qoşun verim, sənə dəstə verim.

Deyir:

– Yox, mən tək gedirəm.

Odu ki, bir az qızıl-mızıl götürür, gəlir meşə içi, çox yer­lər gəzir, gəzir, gəlir məsəlçün, gəlir çıxır Borədigəyə. Gə­lir çıxır, axşamçağıdı, hara gedim, hara getmiyim. Gedir qalır bi dənə qızıl mağazasının qabağında. Bu qızıla çox baxır, az baxır, özünün varıdı. Bu qızılçı kişi də, baxır ki, bu gəlindi, qız­dı, bu çağda burda niyə qalıb. Bu kişinin də evladi yoxdi. Deyir:

– Qızım, sən kimsən?

Deyir:

– Mən yiyəsizəm, heç kəsim yoxdi, qəribəm.

Kişinin də evladı yoxmiş.

Deyir:

– Qəribsən?

Deyir:

– Hə.

Deyir:

– Getdik, mən səni saxlıyım.

Götürür aparır evə, deyir:

– Arvad, səninçen bi dənə evlad gətirmişəm.

Arvad sevinir, qucaqliyir, öpür. Daha bu demir mən şah qızıyam.

Arvad görür bu ədəbli, tərbiyəli, bunun üz-gözünnən nur tökülür. Götürür evə buni.

Günlərin bir güni bu arvad girir hamama, çimməyə. Gi­rir, çiməndə, bazubənd deyəllər, boyuna salınan. Onu çıxardır qo­yur pencərə ağzında. Onlar da bi dənə tutuquşu saxlı­yır­lar­mış. Bu quş gəlib bu bazubəndi alir caynağına, götürüb aparıb salır yuvasına. Necə olursa arvad hamamınnan gəlir. Deyir:

– Mənim boyunbağım hani?

Bu and içir, aman eliyir ki, mənim xəbərim yoxdi.

Deyir:

– Yoox, sən kimsən, sənin əslün bilinmir, nəslün bilin­mir. Boyunbağıni sən oğramısan.

Qız özün öldürür, deyir yox, sən bunu oğramısan. Har­dan tapırsan, tap. Orda da adət imiş ki, kim oğurluq elədi onu daş-qalaq eliyillərmş. Bu qızı götürüb mindirillər eşşəyə, üzün çövürüllər eşşəyin dal tərəfinə. Başı qalır belə. Bi dənə əlnə mis qab verillər, bi dənə də daş. Deyillər:

– Vur ona.

Vuranda bütün şəhər çıxır qırağa, diyillər ki, hə, bu gələn nəsə oğrudu. Camaat hamsı çıxır. Diyillər:

– Bu kimdi?

Ev yiyəsi diyir ki, bu ogrudi. Hərə bir daş, hərə bir daş, onu daş-qalaq eliyillər. Bu qız taqətdən düşür, eşşəy bunu apa­­rır şəhərin kənarında bir xarabalığa, burda qızın ürəyi ge­dir, yıxılır zibilxanaya. O zibilxananın yanında bir qoca arvad ya­şı­yir­miş. Görür bu zibilxanadan zarıltı gəlir, itlər də yığılıb başına hürür. Görür qız xeylağıdi. Götürür gətirir, onun yara­la­rına məlhəm eliyir, saxliyir. Saxliyir, saxliyənnən sora, deyir:

– Sən kimsən?

Qız deyir ki, bəs hali-qəziyyə. Mənə demişdilər ki, fılan vaxti sənin başıva böyük bir hadisə gələcək rüsvayçılıq ola­cağ. Ona görə mən evdən çıxmışam. Şah qızıyam. Mən şah qı­zı­yam. Atasına da demişdi ki, əgər bir ilə gəldim, gəldim. Gəlmədim, bil ki, mən ölmüşəm. Artıq bir il olmuşdu.

Atası da qara bayraq sancır, elan eliyir ki, hamı esana gəlsin, mənim qızım ölüb. Mənim qızımdan sorağ yoxdu. Bu qız o əhvalatı danışannan sora o qarıya, çıxır gedir öz vilayə­tinə. Gedir görür bi çoban. Deyir ki, çoban, nədi, sən niyə qara geyinmisən?

Deyr:

– Şahın bi dənə qızı var idi, o ölüpdi. Ona görə biz hamımz qara geyinmişük, qara bəzənmnişük.

– Bə bu qoyunlar nədi?

Deyir:

– Qoyunlara da qara vurmuşuk ki, şahın qızı ölüb.

Deyir:

– Sən get şaha deginən ki, sənin qızın qalıb, salamatdi, mənim yanımdadi.

Deyir:

– Elə şey olar?

Deyir:

– Vallah! Sən get, yaxşı mükafat alarsan.

Şah da diyir ki, hər kim qızımın sorağın mənə versə, no­lur olsun, o qızı ona verəciyəm. Bu gedir, qapıçı onu burax­mır.

Deyir:

– Burax məni, mən şaha şad xəbər verəciyəm.

Şah diyir ki, onu buraxun gəlsin. Çoban gedir deyir ki, sə­nin qızun tapılıb. Sənin qızun mənim yanımdadi. Dedi:

– Belə şey olar?!

Deyir:

– Hə.

Gedir qızı gətirir. Görür qızi sağ-salamatdi.

Deyir:

– Qızım sən niyə belə elədin?

Deyir:

– Ata başıma böyük bir rüsvayçılıq olaceydi, sən də bia­bır olaceydun. Ona görə mən bu vilayətdən getdim. Sənə gö­rə, şəmadət olmiyəsən. Ona görə mən bu hadisədən qutardım, bu mənim başıma gəldi qutardı. Mən sağ-salamatam, ata.

O qara bayraqlar götürülür, qırmızı sancılır, şah onu əvəz eliyir toya. Verir qızını həmin o çobana.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin