Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə128/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   124   125   126   127   128   129   130   131   ...   189

Quzğun



Bir dəfə də bir padşahın quzğun quşu var imiş. O bir gün gedir ova. Səhradı da, indi bu padşah su istiyir. Yoxdu su. Nə qədər ora, bura, su tapmır. Susuzduğ bunu əldən salır. Ax­ta­randa görür ki, bir dənə uzağda qaya görünür. Gəlir o qa­yanın yanına, ordan damcı damcı su tökülür. Padşah sumka­sın­nan bir dənə kruşka çıxardır, tutur suyun altına. Birtəhər neçə saata suyu doldurur. Bunu elə qaldırır ki, içsin, o yannan bunun o quzğunu ucub gəlir vurur suyu dağıdır. Padşah əsəb­ləşir ki bu niyə belə elədi? Mən susuzluğdan ölürəm burda, bir saata gücnən su doldurmuşam, bu da dağıdır. Lənət şey­ta­na deyir, ikinci dəfə yenə doldurur ki, içsin yenə quzğun gə­lir, vurur dağıdır suyu. Üçüncü dəfə yenə belə eliyəndə, pad­şah tutur quşun başını, üzür atır.

Sora oturur deyir, öz-özünə ki, burda nəsə bir hikmət var. Durur çıxır bu su gələn qayanın başına. Həəə, görür ki, bir dənə əfi ilan ölüb burda, gün dəyib ona, onun yağıdı əriyib tö­külən. Onu içsəymiş, ölərmiş. Sora nə qədər baş-gözünə vu­rur ki, mən niyə öldürdüm quzğunumu. Gör o mənim həya­tımı qurtarmışdı.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin