Göbəkdüşmə Elə ki uşağ güc eliyirdi, şələ götürürdü, başdıyırdı ağrımağa, onda bilirsən ki, göbəyi düşüb. Görürsən ki, sanci doğrayır aparillar göbəkçəkənin yanına. Göbəkçəkən də barmağını salır, ağır-ağır bırır-bırır, görürsən göbək atır, biyaz da bırannan sora bi dənə balaca kartofdan, soğannan qoyursan ora, möhkəm bağlayırsan. 2, 3, 5 saatdan sora gorürsən göbək düşdü yerinə. Hə, deyirsən, bala, 2 saatdan sora çay iç, çörək ye. Sora aç.
* * *
Hamiləlikdə 40 gün deyərdilər ki, doğan qadının qəbri acıq olur. Bu 40 günü onu evdə bəsdiyirdilər, uşağı da bi yerə getdi, qırxlıyaruğ. Biri dualı gəlib həyətə girəndə də tez üstünə tor atarduğ, tənzif atarduğ. Ələyi gətirib su çiliyərdük, qırxlıyarduğ uşağı da, qadını da.