Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə6/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   2   3   4   5   6   7   8   9   ...   189

Söyləyicilər:


Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili yoxdur, Qızılağac kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi

Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi

Gülcahan Ələkbərova, doğum tarixi 1927, təhsili yoxdur, Qızılağac kəndi

­Rübabə Ələkbərov, doğum tarixi 1929, təhsili 7-illik, Qızı­lağac kəndi

Toplayıcılar:


Füzuli Bayat

Çiçək Əfəndiyeva

Nuridə Muxtarzadə

3. YAS ADƏTLƏRİ



Matəm qaydaları
Yas adətləri bütün bölgələrdə oxşar olsa da hər rayonun, hətta hər kəndin özünəməxsus yas adətləri də var. Masallı yas adətləri ilə zəngin bölgələrimizdən biridir. Ancaq yasla, ağı­larla bağlı toplama işi lazımi səviyyədə aparılmadığından bu barədə çox şey demək mümkün deyildir. Masallının 30-40-cı illərindəki yas adətlərinin bir qismini Kazım Aslanlı qələmə almışdır. Vulqar sosioloji görüşlə toplanan bu mate­riallarda ta­ri­xi baxımdan çox dəyərli məlumatlar olduğunu nəzərə ala­raq aşağıda onları veririk:

Ölən üstə minacat vermək, bu qayda ilə ölünü götürmək Masallı rayonunda, xüsusən Masallının özündə, bir də o ra­yon­da olan Ərkivan, Boradigah, Digah, Dadva, Qızılağac, Qızılavar, Sığdaşt, Alvadı, Şərafa kimi böyük kəndlərdə də ge­dir. Xırda kəndlərdə və genə o sayılan yerlərdə çox yoxsul, kimsəsiz öləndə minacat verilməyir. Kəndlərin çoxunda bu cür olur. Kəndlərdə ayrı kəndlərdən də dost-tanış ölü yerinə (hüzür adlanır) 3-ü və 7-sində gələrlər, gəldikdə ehsan için öz­ləri ilə qüvvələrinə və səxavətlərinə görə düyü və yağ gə­ti­rər­lər. Masallının özündə bu qayda yoxdur. Sayılan böyük kənd­lərdə, Masallıda və başqa xırda kəndlərdə lap yoxsullar və kimsəsizlər qəbirüstündə çadır qurdurmazlar. Və bir elə ehsan da verməzlər. Odur ki, o yerə molla, kəlbəlayı, hacı da da getməzdi. Ora, ancaq yoxsullar gedər. Ehsan için gedənlər getməzdi. Yoxsul öləndə molla dalınca adam göndərdikdə molla soruşar “kim ölüb?” “İmamqulu ölüb” cavabını aldıqda molla bir bəhanə ilə boyun qaçırıb ayrı mollanın dalınca getməsini gələn adama təklif edərdi. “Hacı Məhəmməd ölüb” eşidən molla isə yerindən dik atılıb, tələsdiyindən başmaq­ları­nı da tapa bilmir, bəzən arvad başmağını başmağı əvəzinə ge­yib hacının üstünə yüyürürdü. Belə söylənir: Masallı məsci­dinin seyvanında dilənçilər çox vaxt gecələyərmiş. Məsciddən namazını qurtarmış çıxan hacı, molla, məşədi onların çörək pulu istəyən səslərinə (soyuq bir axşamçağı olsa belə) “Allah versin” cavabını verərlərmiş.

Məscid seyvanında arabir acından ölən kimsəsizləri isə molla şıxı vasitəsilə camaatdan (bazarda) pul yığdırıb, pulu şıxla bölüşərək bir kəfən alıb 3 adamı da “gedin qəbir qazın savabdır”, “onu aparıb bastırın savabdır” sözlərilə o kimsəsiz dilənçini bir (tabut yox) xərək üstündə 3-4 adama dəfn et­di­rərmiş. Budur, burda da molla və şıx dilənçi kimsəsizin öl­məsindən istifadə etdi. Dünən ona 5-10 qəpik çörək pulu ver­məkdən boyun qaçırdığı halda bu gün onun dəfni adına yığ­dığı pulları bir nəşə ilə öz cibinə basdı.

Masallının molla və hacıları ... belə idi.

Xülasə, yoxsullara yas üz verəndə onlara başsağlığı ver­mə­yə varlılar gəlməzdi. Onların ağır vaxtlarında yanlarını kəs­dirən yoxsul qardaş-bacıları olardı.

Ölənlər için minacat verilir. Bu, dosta-tanışa bir xəbər mənasında yetişər.

Odur minacat verilir – “Balam, ölən kimdir”, qapıya çı­xıb biri-birindən xəbər tutardılar. “Filankəs ölübdür”, yaxud “fi­lankəsin atası ölübdür”, ya “filankəsin qızı, ya oğlu ölüb­dür” sözləri təkrar olunar.

Qoca olarsa, “Allah rəhmət eləsin qocalmışdı də”, yaxşı adam idisə “Çox yaxşı adam idi, ölməli deyildi rəhmətlik” deyərlər.

Ölən cavan olarsa “Ah, yazıq dunyada gün gormədi, gö­rə­sən onun anası və bacısı nə qayıracaq” – “Ölən öldü qur­tar­dı getdi, vay qalanın gününə”.

“Balam, o bir dənəydi ki. Ölum bir dənəyə, iki dənəyə baxmır. Neyliyək əlimizdən nə gəlir. Hamımız öləcəyik. Adamlarına Allah səbr və təsəlli versin neyliyək”.

Bunlar tanış dost ölənin evinə toplaşarlar, arvadlar oxşa­ma­lar deyib ağlaşarlar. Ölən qoca olmuş olsa, ağlaşma sakit gedər və həyəcanlı olmaz. Cavan ölsə, anası, bacısı və yaxın adam­ları üzlərini didib, saçlannı yolmağa başlayarlar. Kənar­dakı arvadlar onların əl-qolunu tutarlar. Oxşama və ağlaşma cox yanıqlı və həyəcanlı gedər.

Adaxlı qız, ya adaxlı oğlan ölmuş olsa üstündə “tərsə mah­nılar” oxuyarlar, qavalı və əli tərsinə çalarlar. Çox qo­calar ölən zaman başqa cavan ölənlərin adları orada cəkilib ağ­laşma başlanar. Qocanın qarısının yanında başqa qarılar out­rub ona təsəlli verər.

– Ağlama, Allah oğlannarının, qızdarının və nəvələrinin canın sağ eyləsin. Rəhmətlik qocalmışdı da neyləyək indi, Al­lah rəhmət eyləsin.

Ölü səhər ölmuşsə 2-3 saatdan sonra onu həyətdə ağ ca­dır içərisində məcməilər üstündə yuyarlar. Onları “yuyucular” yuyar.

Sonra ölünü ağ kəfənə bürüyüb, sidirkafırləyib tabuta qoyarlar. Ölən qoca olarsa, tabutun üstünə qara parca atırlar. Ölən cavan isə, nişanlı isə, kamına çatmamış isə onun tabu­tu­nu qırmızı parca ilə bəzəyərlər. Və dua – “Əlrəhman” oxuya-oxuya kişilər tabutu qaldırıb qəbristanlığa apararlar. Arvadlar eyvana çıxıb tabut evdən uzaqlaşdıqca bərkdən ağlaşıb zarı­yar­lar. Bəzən anası və bacısı tabut dalınca fəryad çəkə-çəkə yüyürərkən o biri arvadlar onları tutub geri qaytararlar. Tabu­tu dəstə qazılmış qəbrin yanına qədər gətirib orda qəbrin ön tərəfındə yerə qoyurlar.

Qəbrin başı qərbə, ayağı şərqə olur. Dua oxuya-oxuya ölə­ni soyuq qəbrə sallayırlar və onu sağ qolu üstündə üzü Qib­ləyə qəbirdə düzəltdikdən sonra 75 santimetr ondan yuxa­rı ağaclar düzülür, üstü torpaqlanır. Müvəqqəti baş daşı qo­yu­lub, fatihə verilir və dəstə dağılır. Bəzi varlılar isə ölünü bas­dır­dıqdan sonra 3-7 günə qədər qəbr üstündə çadır qurdurub mollalar tutub ölüsü üstündə Quran oxutdurur. Qəbr üstdə gedən dəstə evə qayıdır. Ölü sahibi ehsan verər. Arvadlar hər tərəfdən 3 gün oraya gəlib ağlaşmaları və oxumaları davam elə­yirlər. Çox vaxt ölənin 3-ü, 7-i, 40-ı verilir.

40-da arvadlar yığışıb ölünün qəbri üstünə gedirlər. Ora­da ağlaşıb geri qayıdırlar.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin