Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə8/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   4   5   6   7   8   9   10   11   ...   189

4.2. Umma



Umma elə şeydi ki, qadın da, kişi də uma bilər. Bında iy tutma, şişmə olur. Biri olub, yatıb yuxuda görər ki, süfrə sə­rilib məsəl o yağlı fətiri götürüb uzaddı mənə, yuxuda görər. Bu gəlin 2-3 gün belə sürünər gəzər. Gördülər ki, elə bu əlini sinəsinə aparır hey. Deyillər, ay Ağabacı, nolub? Deer mənim buram (qol altı) öldürür məni. Soruşullar, olma bi yerdə bi şey görmüsən, iy çəkmisən. Deer, mənə saralı fətiri uzaddılar yu­xuda, alıb yemədim. Gedib qoca nəniyə deyillər əhvalatı. Elə həmin nənə eşitcəyin gedir həmin adamın evinə. Ev yiyəsi bi dənə yumurtanı bişirir duz da atır, verir gəlinə. Gərək hansı evdə səni iy vurubsa, o evin duzunnan dadasan. Əsasən süd ve­rən adamlar, hamilələr umur. Ama subay adamlar da uma bilər.

Gərək o mament iy çəkəndə, umanda əlini aparasan bur­nuna, çəkəsən burnuna 3 dəfə, deyəsən evimizdə bişir. Bu iş qəti həkimlik deyil. Çünki uman adamın, qadının qolaltı, döşü şişir. Kişilərdə isə ya sifətə, ya boğaza, ya da xayalığa şiş ve­rir. Səni harda iy vurubsa, həmin o iy gələn evi tapmalısan. O evin duzunnan bi damcı yumurtaya vurub bişirsin (ən yüngül yemək budu). Hökmən döyül, umduğun yemək olsun. Əsas odu ki, yemək həmin evdə bişsin. Yeyən vaxtı qəfildən vu­rul­lar arxadan kürəyivə, diksinərsən. Onnan da gedər.

* * *

Demək bir gün bir uşağın anası ölür, atası evlənir. Ata analığ gətirir. Bu uşağ da oğlan uşağı idi. Bu zalım ana, ögəy ana o qədər namərddiy eliyərdi ki, bişirərdi öz doğduğ­larıy­nan yeyərdi, bu uşağ da o yanda çömbələrdi baxardı. Uşağ ba­xa-baxa qalardı. Bir gün qonşu arvad gələr görər uşağ çöm­bəlib oturduğu yerə nəsə damıb. Qadının əynində sırığlı var­mış. Götürər bunun pambığınnan çıxardar, o damanı silər yer­dən, qoyar yenə də bu sırığlının cırığ yerinə. İl ötər, ay dola­nar, bı oğlan böyüyər, evlənər. Bunun evladı olmaz. Bu arvad bu sözü eşidər. Bilir də bu nətəri olub. Çağırar həmən uşağı qonağ kimi evinə. Həmən o pambığı oğlannan gizdin suda isdadar, tökər onun çayına, verər həmən oğlana. O da bilmə­dən içər. Onnan sora onun bir neçə evladı olar. Oğlan uşağı ummadan o dərdə düşə bilər.
* * *

Məsələn, gedirsən bi həyətə görürsən ki, kabab iyi gəlir. Onu özün də bilmədən şişirsən. Bədən şişir. Allah, bı nədən ola bilər? Tez gedillər qonşudan o ətdən biyaz gətirillər, çır­pıl­lar səən kürəyüvə, amma sən bilmirsən, sora da xörəyi qo­yullar qabağuva, yeyirsən. Onnan da umma çəkilib gedir.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin