Kazım Aslanlı. Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid, B., 2012
Toplayıcı:
Füzuli Bayat
4. XALQ HƏKİMLİYİ
4.1. Müalicə üsulları
Təbabətdə qabağları zəli qoyardılar arvaddar. Deyərdilər ki, yaz oldu zəli qoydurun ki, qanı təmizləsin.
* * *
Bi də qanalma olardı kürəydən. Qan alardılar ki, yazda bədənə, cana təzə qan gəlsin. O köhnə qanı çəkirdilər bankeynən, onnan sora təzə qan gələrdi.
* * *
Çoban yastığıynan yaranı yuyarduğ, çirki təmizliyir, qaynadıb yuyullar. Mənim nənəm ərşəli qızı idi. O, nətər yara olseydi, onu yaxşı eliyirdi. Demək, götürürdü boyananın gülünü onun yarpağı şüyüd yarpağına oxşuyur. Onun yarpağınnan ağ şeytan deyillər e, arpada olur e ağ, onu şit yağda qaynadırdı. Onuynan onun yarasına tökürdü, yara başdıyırdı qaynamağa. Qaynadı qaynadı, onnan da yara sağaldı.
* * *
Qotur xəstəliyinə baramanın poxunu töküllər ayranın içinə qoyullar günün qabağına orda qıcqırır. Elə onu bi dəfə çəkirsən onnan da gedir, qotur təmizzənir.
* * *
Şüyüdün suyunu qaynadırduğ, uşağın qarnı gedəndə ona verirdüg, onnan da kəsirdi.
* * *
Qotur səpəndə işdənməmiş sabun, inəy sütü, yumurtanın sarısı, bi çimdik un çalırsan olur xəşil kimi. Sora qazda bişirənnən sora qoydun yerə, soyudu, həmin yaraya bağlayırsan, içəridə nə çirki zadı var soorur tökür yerə. Yaranın tez bitişməsinə də kömək edir.
* * *
Mənim qaraciyərim neçə illər idi xəstə idi, 3-4 illik aloe gülünün yarım kilo suyu ilə yarım kilo xalis balı qarışdırdım. Aloe kəsirəm, 10 gün qalır tam suyu cəkilir, sora ət maşınından keçir, suyu qədər də bal qarışdırırsan, 10 gün qaranlıq yerdə saxla (xaladennikdə olmaz), sora götür istifadə elə. Hər gün acqarına bi qaşıq yeyirsən. O, bütün mədədə olan yaranı, qaraciyərdə olan daşı, sidik yolunda olan qumu ovur tökur yerə. Bu dediyim dərman 15 orqanda, 15 dərdin dərmanıdı.
* * *
Körpə, 2-3 aylıq uşaq dayanmadan çığıranda qoca nənələrimiz deyərdilər ki, çıxun bana, ordan sercə poxu gətirin. Yadunda saxla. dunyada sercənin poxunnan təmiz şey yoxdur. Onnan 3-4 dənəsini əz qaşığda, tənzifdən keçir. Üstünə ana sütünnən tök, ver uşağa. Bu, qarın sancısında ağrıya görə verilir uşağa. Bi də yerdə yercövüzü var, göydü belə qoza oxşuyur, onu da əliyərdüy cay qırağına tökərdüy. Yenə də ana südündə qarışdırıb tökərdüy uşağın boğazına. O da sancını götürərdi.
* * *
Yerimiyən, gecikən uşağı qoyardılar zənbilə, 2 uşaq tutardı qol-qola aparırdılar 7 qonşuya. Deyirdilər:
Şil gəlib ayağ istiyir,
Allahdan dayağ istiyir,
Şilə bi pay gətirin,
Şil dursun ayağ üstə.
Belə-belə 7 qapı gəzdirərdilər, hərərsi bi qənfitdən-cörəydən, yumurtadan, gətirib verərdilər, onu da evdə uşağa yedizirirdilər. Onnan da uşağ yeriyərdi.
* * *
Çiban çıxanda tatala yarpağı da qoyardılar, o da çirki çox yaxşı çəkib çıxardardı.
* * *
Əzilmiş yerə yağlı xamır qoyullar ki, bütün şişi, göyü soorur götürər.
* * *
Qabağ kiməsə soyuğ dəyəndə umac deyilən xörəy bişirirdilər. Ya südnən, ya da soğandağnan. A bala bilün ki, soyuğdəymə 7 günnüg xəsdəlikdi. Onun da bir dərmanı umac deyilən bir yeməkdi.
* * *
Umac suyu qoyursan ocağa. Duz da atırsan ona. Unu əliyirsən. Azca su tökürsən. Yenə o tökdüyümüz suya duz atırsan ki, o yumrular qazanda açılmasın. Onu əlnən belə ovurduğ. Sora tökürdüy ələyə. Təzədən onu əliyirdüy, o umacı. Fındığın dənəsi boydadan iri yaxşı düşmür. Gərək az su tökəsən ki, narın ovulsun. Sora onu o suya qarışdıra-qarışdıra tökürsən. Az-az əlimiznən tökürüy ki, yumurlanmasın. Ya soğandağ eliyib töküllər, ya da süd. Soğandağ tökülənə az miqdarda düyü atırsan. Bir də giləturşu 4-5 dənə. Qışda üzünə quru nanə də səpillər. O, insanı gəyirdir, iştah verir, tərrədir, onnan da soyuqdəymə gedir.
* * *
Sora ərişdə aşı bişirərdilər. Masallıda buna camaat aşı deyillər. Suyu qoyursan ocağa. Bütün dən-düşlərdən tökürsən, lobyalı bitgiləri filanı. Kim isdəsə, quru soğan da vurur. Soyuğdəymənin dərmanıdı.
* * *
Mürsəl var idi, bu özü də molla idi, cadukun idi. Gözəl bir qadının ölüm məqamı gəlir çatır. O qan almaq ücün ülgücü gətirir. Qadının sahibi də onun həyatdan getməməsi ücün hər şeyə razıdır axı. Adam durur qadının başı üstündə ki, artıq hərəkət olmasın. O da qadının ayıb yerindən qan alır, o da həyata qayıdır.
* * *
Yara olanda, məsələm, yumurtanın sarısı, un, yağ. Bu nə yarası üçündü – məsələm əlimi kəsmişəm yaradu, ya qılbaş olub, dügün çıxıb oni yapışdırırsan ora bi gecə qoyursan qalır orda, içində nə var hamısını çıxardır. Onnan da yara yox olub gedər.
* * *
Həməşə soyuğdəyməsi olana yarpızdan çay dəmləyərdik, içərdi. Məsələn, qadın xəssəliyi olannara xeyirdi. Bütün dərmannardan o güjdü idi.
* * *
Mənim qaynənəm bi ara kor çiban çıxartmışdı, məsələn, deşiləməyənə ona kor çiban da deyilir. Hə, bı arvad onu belə eliyirdi, təzə doğulmuş, ot yeməmiş dananın poxunnan beblə götürüb atardı. Bir az ona ayran tökərdi, paltar sabını olardı ha qabağlar onnan doğruyurdu. Amma işdənməmiş olsun, bi dənə də soğan doğrıyardı. Onu qoyardı ocağa o qədər bişərdi ki, olardı qatı maz kimi.
Soğan da o qədər bişərdi ki, bilinməzdi, o sabun da əriyərdi. Hamısı əriyərdi, qatı maz kimi olurdu, onu 2-cə dəfə yarıya qoysan, onnan da özəgi də çıxardardı, içində nə vardı çıxartdı. Üssünnən yenə zadı qoyardın, daha onnan əsər-əlamət qalmadı.
* * *
Hə bi də yarpız. Həmin o yarpızdan bilirsən nələr eləmək olur? Həmin onun da yarpağınan narın-narın doğruyardılar hamısı bi yerdə o qədar qaynıyardı, ya maşınkıya qoyardı, ya da ocağa qoyardı. Mən bıra gələn vaxtlarda hec maşınka yox idi, ocax qalıyardılar. O qədər qaynıyardı olardı qatı maz kimi. Hə, onu yığardı bi dənə belə şüşə qaba, ağzın bağlıyardı.
* * *
Bu yarpız məlhəmindən qadın xəstəliyində də istifadə eliyillər. Təzə ağa, ya da çıtə onnan qoyardı, güpürərdi. Bi 2-3 saat kimi saxlıyardılar, onnan da o yaxşı olardı.
* * *
Göz ağrıyanda bizim arvad çayın tilifin tökərdi cunaya, sıxardı, qoyardı gözün üstünə. Onnan da gözün ağrısın götürərdilər.
* * *
İt qapanda, yara gec bitişəndə və s. olanda yendələşin köki, əvəligin köki, bağayarpağı, xəmir elədim qaynatdım, onun suyuna xəmir elədim, onu oynan yaxşı elədim.
* * *
Bi oğlan var idi, çimər, çıxar, minər maşına. Açıx maşın, soyuğ hava bı indi Kolatana getməlidi. Gedir, yolda bına küləg dəgib, dəgib, dəgib, bı gedib bacısıgilə. Bını möykəm soyuğ tutub. Miningit olub. Mən də inəg otarırdım çöllərdə. Gördüm bizim həyət adamnan doludu. Bılar nəyçün gəlib? Gəldim gördüm bacıları zadı hamı ağlaşır, ay Fəzail öldü, vay qardaş. Oğlan da qəciyib düz qalıb. Ölüb. O dedi, nənəni tez gətirün, bı dedi. Gəldim dedim hay də mənə soğan, haydə mənə soğanı tez əzün. Əzdim, 2 qaşığ onun suyunnan tökdüm burnunun deşiyinnən, ağzınnan. Bı at kimi fınxırdı. Ayıldı. Nə qədər ağ su gəldi ağzınnan. İndi də yaşıyır. Gəlini, uşağları var indi.
* * *
Bizdə suyumuz şirindi, amma içməyə bulağ suyunnan istifadə eliyürüy, yəni alınma sudan. Elə bil bulağ suyuynan başıvu yuyurdun əvvəl. Sora şampun əvəzi ayrannan yuyurdun, bəzi hallarda da yumurtaynan.
* * *
Deməli, bi dəfə dəlləy ülgücünnən boynumun ardına sarı yara düşdü. Salyanda texnikumda oxuyurdum, 1963-cü il idi. Getdim həkimə, müalicə yazdılar. 10 gün getdim, gəldim, yara yaxşı olmadı, tərsinə, o yara bütün üzümü götürdü, Salyan həkimləri heç bir şey edə bilmədilər. Sora məni məktəbdən buraxdılar ki, get, bala, yoluxdurarsan başqalarını. Mən çıxdım gəldim evə. Gələn kimi anam tutdu qolumnan, dedi, gedəy Sələmə arvadın yanına, görəy bu nə olan şeydi. Gəldüy Sələmə arvadın yanına.
Sələmə arvad dedi, sabah səhər mənə “Sevil” kremi alıb gətirərsiz. Aldığ, apardığ. Arvad dərmanı hazırladı, kremə özü düzəltdiyi dərmanı qatdı, yaxdı əskiyə, yapışdırdı bütöy boynuma, boğazıma. Onun müalicə eliyib sağaltmadığı şey yoxuydu. Nə isə dedi, sabah səhərdən gələrsən bura. Səhər getdüy, arvad yaranı açdı, hamısını yavaş-yavaş qopartdı-buların hamısını. Mən sizə necə inandırım ki, üzümdə bir dənə sızanağın yeri qalmamışdı. Yara, su, ləkə, heç nə yox idi. Üç günnən sora Səlyana getdim texnikuma, həmin həkimin yanına. Doxtura dedim, tanıyırsız məni? Əvvəl başa düşmədi. Dedim, mən sırağa gün burdan gedən adamam. Üzüm yara olan adam. Dedi, necə oldu? Dedim, Masallının Səmidxan kəndində belə bir arvad var, məni o müalicə elədi. Sələmə arvadın müalicə etmədiyi xəstəlik yox idi. Deyilənə görə, Sələmə arvad hətta diş də çəkirmiş.
İndi onun yolunu nəvəsi davam elətdirir. Düzdü, o səviyyədə döyül, ama bacarır.
* * *
Bir nəfər yolda gəlirdi. Adlı-sanlı kişiydi. Görüşdüy, dedi, bəs Sələmə arvadın yanına gedirəm. Minnətdarlığ eləməyə. Mənim qolumu kəsirdilər, qolumda nəsə əmələ gəlmişdi, çox dərin yara olmuşdu. Sağalda bilmirdilər. Üç ay çəkdi, doxtorlar sağalda bilmədilər. Kimsə Bakıda bu kişiyə rast gəlib, bizim adamlardan, deyib ki, sən get filan arvadın yanına, ona dəy, gör o nə deyəcəy. Deyir, gəldim bu arvadın yanına. Dərman hazırlıyıb verdi. Yara bi həftəyə sağaldı. Getdim Bakıya, doxtorlara öz sözümü dedim. İndi də gedirəm həmin arvada minnətdarlığ bildirməyə.
Hə, bizim kənd əsasən Səmidxan boranısının, bir də o Sələmə arvadın hesabına tanınıb.
* * *
Sora dəmiro ocağları olur. Məsələn, bir də görürsən nal kimi düşür qola, qıça. Dəmiro əsasən, heyvannan keçir, adamnan keçir, nətər olur, xəstəliydi o da. Üstü çığıl-çığıl olur. Deyillər ki, dəmirodu. Ona kimin ocağında var, onun külünnən çəkir, o dəmiro sağalır. Üç gün ora ocağ külü vurur, təndir külü. Onnan da ləğv olur, gedir. Keçmişdə çox olurdu, camaat heyvannan çox məşqul olurdu, saxlıyırdı, heyvannan təmasda olurdu. İndi dəmiro xəstəliyi az olur.
* * *
Baş ağrısında əvvəl başıvın burasın qırxıllar. İnəy yağını qoyursan ocağa qaynıyır, maşinkanın üstündə yavaş-yavaş. Duzdan lopa qayırırsan. Bütöv başıvu gəzdirirsən, 3 dəfə də çərtilən yerə qoyursan. Başı həcəmətnən çərtillər. Həcəməti heyvan buynuzunnan kəsillər, sora onun başını deşillər, pis qanı ordan sorullar. Hə, onu helənçig eliyirsən, isti-isti. Onnan sora onu da döyəcdiyirsən, bannamamış beçə, istiot, darçın, zəncəfil hazırlıyırsan. Onu isti-isti döyürsən, yavaşca, tük qarışığ, içi-içalatı qarışığ qatırsan ona. Nama kimi basırsan başıva. Bağlıyırsan başıvı. 3 gün qalır. 3 günnən sora onu açırsan, yuyursan, xına qoyursan, onnan da baş ağrısı çəkilir. Bir də baş heç vaxt ağrımır.
* * *
Adamın boğazı tutulur, səsi tutulur, açılmır, ya boğazı gəlir. Belə yaylığ götürərdik, dili qattalıyardı yuxarı, dilçəyin altında göy damar var, ona belə neştəri salardı. Belə eliyərdi qarğını görərdi məsələn, açıq qırmızıdı, day zad döyür. Belə qoyardı, onnan da səsi-zadı açılardı.
* * *
Uşağı yatızdırmağ üçün nənələrimiz neyniyərdilər. Süd verəndə o tirreyi məmənin üstünə qoyurdular, uşağ onu əmirdi, onnan da uşağ yatardı. Uşağ yatırdı, qarnı da ağrımırdı. Anam da işlərini görürdü o bursün, bu bursin xörəyini bişirirdi, paltarını yuyurdu.