Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları



Yüklə 0,51 Mb.
səhifə5/9
tarix04.12.2023
ölçüsü0,51 Mb.
#172462
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-4Y

Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları.
Fərdi mühafizə vasitələrinə aiddir:
1.Tənəffüs orqanlarının mühafizə vasitələri;
2.Dəri səthinin mühafizə vasitələri;
3.Fərdi tibbi mühafizə vasitələri.


1. Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.
Əleyhqazlar. İnsanların tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici və radioaktiv maddələrin təsirindən və aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün əlehqazlar kifayət dərəcədə yüksək qoryuycu xassələrə və istismar göstəricilərinə malikdir.
Əleyhqazların süzücütəcridedici növləri olur. Süzücü əleyhqazlara – ümumqoşun əlehqazları, mülki əlehqazlar və uşaq əlehqazları aiddir. Onların quruluşu – içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Hazırda respublikamızın Mülki Müdafiə sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5m, QP-7 və QP-7V əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6, DP-6m, PDF-7, PDF-D və PDF-Ş süzücü əleyhqazlarindan istifadə oluna bilər. Bunlardan əlavə 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 uşağı mühafizə kamerası vardır.
Tabeldən kənar əleyhqazlara kimya müəssisələrində istifadə edilən “V” və ya “BKF” markalı sənaye əleyhqazları aiddir. Bu əleyhqazların süzücü-uducu qutuları müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də həmin qutunun tərkibində xüsusi uducular və aerozol süzgəcləri ola bilər.
Süzücü əleyhqazlar süzücü-uducu qutudan və üzlük hissədən (şlem-maskadan) ibarətdir. Əleyhqazın dəstinə onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi karandaş da daxildir.
QP-5m əleyhqazının şlem-maskasında membranlı qutu (danışıq tərtibatı) quraşdırılmışdır. QP-5 və QP-5m əleyhqazlarında birləşdirəci boru olmur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlem-maskalar beş ölçüdə (membranlı şlem-maskalar – 5 ölçüdə) buraxılır və onların ölçüləri çənəaltı hissədə rəqəmlərlə göstərilir.
QP-5 tipli əleyhqazın üzlük hissəsini seçərkən başı: kəllə-yanaqlar-çənəaltı hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan kəmiyyət 63 sm-ə qədər olarsa – «0» ölçülü, 65 sm-ə qədər 1-ci, 68 sm-ə qədər 2-ci, 70 sm-ə qədər 3-cü, 71 sm-dən artıq olarsa 4-cü ölçülü şlem-maska lazımdır.
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7v, bunlar bir-birindən üzlük hissələri ilə fərqlənirlər. QP-7 əleyhqazı danışıq və suiçmə tərtibatı olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7v əleyhqazı isə, danışıq tərtibatı və əsgərin su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir hansı ki, zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır.
QP-7 (QP-7v) əleyhqazının üzlük hissələrini santimetr bölgülü lent vasitəsilə başın üfüqi və şaquli çevrələrini ölçüb təyin etməklə seçirlər. Üfüqi çevrənin ölçüsünü tapmaq üçün başı, qabaqdan qaşların üstündən, yanlarda – qulaq seyvanlarından 2-3 sm yuxarıdan, arxada isə, kəllinin ən çox çıxıntılı hissəsindən keçən qapalı xətt üzrə ölçürlər.
Şaquli çevrənin ölçüsünü tapmaq üçün başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə ölçməklə müəyyən edirlər. Məsələn, əgər başın şaquli və üfüqi çevrələrinin ölçmə nəticələrinin cəmi 118.5 sm-ə bərabərdirsə, bu maskanın 1-ci ölçüsünə, 121.5-126 sm-ə bərabərdirsə – 2-ci ölçüsünə, 126.5 sm-dən artıqdırsa – 3-cü ölçüsünə bərabərdir.
Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyətləri var. Məsələn DP-6m əleyhqazı 1.5 yaşdan yuxarı məktəbəqədər uşaqlar üçündür. Bu əleyhqaz yüngülləşdirilmiş süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-1 uşaq maskasından ibarət olur.
DP-6 əleyhqazı nisbətən böyük uşaqlar üçün nəzərdə tutulmuşdur, iri ölçülü süzücü-uducu qutu və üzlük hissə ilə komplektləşdirilmişdir.
PDF-D əleyhqazları da məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur. QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3 maskalarından ibarətdir.
PDF-Ş əleyhqazı 6 yaşdan 17 yaşa qədər olan məktəbli uşaqlar üçün nəzərdə tutulmuşdur, QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq MD-3 maskalarından ibarətdir.
Uşaq əleyhqazlarının quruluşu və iş prinsipi yuxarıda göstərilən xüsusiyyətlər istisna edilməklə yaşlı adamlar üçün olan əleyhqazlarda olduğu kimidir.
Əleyhqazı istifadəyə hazırlayarkən əvvəlcə şlem-maskanın lazımi ölçüsünü seçirlər. Uşaq əleyhqazları beş ölçüdə buraxılır, 1-ci və 2-ci ölçülər – məktəbə qədər, 3-cü, 4-cü və 5-ci ölçülər isə məktəbli uşaqlar üçündür.
Uşaq əleyhqazı maskasının ölçüsünü tapmaq üçün üzün uzunluğunu, millimetr bölgülü xətkeşlə ölçürlər. Məsələn, PDF-D əleyhqazının maskasını seçərkən, üzün uzunluğu 88-95 mm olduqda 3-cü, 96-103 mm olduqda 4-cü, 104-111 mm olduqda 5-ci ölçülü maska lazımdır. PDF-Ş əleyhqazlarda şlem-maskanın lazımi ölçüsünü isə başın çevrəsini kəllə-yanaqlar-çənəaltı hissədən keçən qapalı xətt üzrə santimetr bölgülü lentlə ölçüb tə’yin edirlər. Əleyhqazın lazımi ölçüsünü seçdikdən sonra onun kipliyini yoxlayırlar. Bu məqsədlə şlem-maskanı başa taxır, süzücü-uducu qutunun dibindəki deşiyi tıxacla, ya da əlin ovucu ilə bağlayıb nəfəs alırlar, bu zaman maskanın altına hava keçməməlidir.
Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə xüsusi karandaş vasitəsilə şəbəkə şəklində 5-6 yüngül xətt çəkir, sonra bu xətləri şüşə şəffaflanana qədər barmaqla sürtürlər. Bəzi əleyhqazlarda bu məqsədlə tərləməyən plyonkalardan istifadə olunur.
Təcriedici əleyhqazlar. İP-4, İP-5 tipli təcridedici əleyhqazlar və ya KİP-5, KİP-7, KİP-8 tipli təcridedici oksigen cihazları insanın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir. Nəfəs almaq üçün hopkalit (bərpaedici) patrondan, yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar, havada zəhərləyici maddələrin o cümlədən karbon 1-oksidin konsentrasiyası çox yüksək olan hallarda istifadə edilir.
Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 1-oksidi (dəm qazını) udub saxlaya bilmir, buna görə də tənəffüs üzvlərinin karbon 1-oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi hopkalit patrondan istifadə olunur ki, bu patron əleyhqazın üzlük hissəsi ilə süzücü-uducu qutusu arasında qutuya burulub birləşdirilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyqaz və cihazlar iki qrupa bölünür: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa İP-4, İP-5 əleyhqazları, ikinci qrupa KİP-5, KİP-7, KİP-8 cihazları aiddir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin