Мцщазиря №1 (2 саат)


Amerikada bütün ali məktəblərə kollec deyirlər, hətta kollec olmayan məktəblərə belə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   32   33   34   35   36   37   38   39   ...   54
muhazire

Amerikada bütün ali məktəblərə kollec deyirlər, hətta kollec olmayan məktəblərə belə. 
ABŞ ali məktəblərini bir-birlərindən böyüklüyünə və şəraitinə görə fərqlənən üç tipə bölürlər. 


85 
Əsas fərqlərdən biri universitetləri kolleclərdən fərqləndirən elmi-tədqiqat və aspirantura proqramlarının olmasıdır. 
Kollec – əsasən tələbələrə təhsil vermə ilə məşğul olur, elmi iş isə burada ikinci dərəcəlidir. Dördillik kolleclərin böyük 
əksəriyyəti kiçik və özəldir, buna baxmayaraq son zamanlar istedadlı tələbələr üçün ştat kollecləri də yaradılır. 
Kolleclərin bir çoxu dini, bəzən də "Bibliya kollecləri" (bible colleges) adlanan kiçik kolleclərlərdir. Universitetlər əsasən 
ştat (ştat hökuməti tərəfindən maliyyələşdirilir) və özəl universitetlərə bölünürlər. Ştat universitetləri adətən çox böyük olur 
və nüfuzuna görə özəl universitetlərdən geri qalırlar. Onların əsas məqsədi – öz ştatlarının tələbələrinə təhsil verməkdir. Ona 
görə də digər ştatlardan gəlmiş tələbələrə müsabiqədən keçmək daha çətin, təhsil haqqı isə daha yüksəkdir. Bir çox ştat 
universitetlərində təhsil siniflərdə tələbə sayının çox olmasından, müəllimlərin tələbələrə kifayət qədər diqqət 
göstərməməsindən və bürokratiyadan əziyyət çəkir. Buna baxmayaraq hətta digər ştatlardan və ölkələrdən gəlmiş tələbələr 
Berklidəki Kaliforniya universitetinə, Miçiqan və Virciniya kimi ən yaxşı ştat universitetlərinə hazırlaşırlar. Özəl 
universitetlər arasında ən məşhurları isə Harvard, İyel, Prinston, Stenford, MTT və Kaltexdir. Onların böyük əksəriyyəti orta 
böyüklükdədirlər, lakin çox kiçik (Kaltex kimi) və çox böyük universitetlər də (Cənubi Kaliforniya Universiteti) var. 
Ali məktəblərə qəbul
 
Yerli kolleclər yerləşdikləri arazidəki sakinlərə təhsil alma imkanı verməlidirlər. Lakin Amerika dördillik ali təhsil 
məktəblərinə qəbul uzun və çətin prosesdir. Qəbul ərizəsində sənəd verən şəxs məktəbdə və standart imtahanlarda aldığı 
qiymətlərlə yanaşı, öz maraqları, məktəbdənkənar sahələrdə əldə etdiyi uğurlar və mükafatlar barədə məlumat verməli, 
həmçinin ona verilmiş mövzulara görə inşalar da yazmalıdır. Bundan başqa şagird müəllimlərindən özü haqda tövsiyələr 
verməli, bəzi ali təhsil müəssisələrində məzunlardan – könüllülərdən müsahibə də götürməlidir. 
Müxtəlif məktəblərdə standartlar müxtəlifdir. Qiymətlər şagirdin hazırlığı barədə az məlumat verir. Məktəblilər, adətən SAT 
və AST adlanan iki imtahandan birini verməlidirlər. Bəzi hallarda isə SAT II imtahnlarından müəyyən fənlər üzrə biliyi 
yoxlayan bir və ya bir neçə imtahan verilir. 
Annenberg Hall, Harvard Universiteti 
Bir çox universitetlər məktəblinin qiymətlərinə və imtahan nəticələrinə baxmayaraq onların bilik səviyyəsini yoxlayırlar. 
Kiçik ali məktəblər abiturientlərin məktəbdənkənar nailiyyətlərinə – idman, incəsənət, ictimai işlərdə olan uğurlarına nəzər 
yetirirlər və belə işlərdə xüsusi seçilən tələbələri qəbul edirlər ki, ali məktəb həyatına da rəngarənglik gətirə bilsin. Təkcə 
əldə etdiyi uğurun böyüklüyü yox, həm də bu uğuru hansı sahədə qazanmasına da diqqət yetirilir. Məsələn, əgər idmanın 
atletika növü ilə məşğuldursa, bu idman növündə idmançı çatmamazlığı olduğuna görə və ya faqot kimi (nəfəslə çalınan 
musiqi aləti) lazımlı alətdə ifa edirsə, həmin abiturienti digər göstəriciləri aşağı olsa belə götürürlər. 
Müəllim tövsiyələri çox vacibdir, çünki onlar şagirdin istedadından, bacarıqlarından və başqa keyfiyyətlərindən xəbər verir. 
Yazdıqları inşalar ən bacarıqlı və original düşüncəli şagirdlərin, müsahibələr isə şagirdin xasiyyəti ilə universitetin 
tələblərinin üst-üstə düşməsini yoxlamaq üçün kömək edən amillərdir. Buna görə də ərizədəki hər bir element imtahan verən 
haqda məlumat verməkdə böyük rol oynayır. Bu meyarların nə dərəcədə əhəmiyyət kəsb etməsi universitetin 
böyüklüyündən asılıdır. Prosesin qabaqcadan nə nəticə verəcəyini heç kəs bilmədiyinə görə, çox vaxt abiturientlər 10-a 
yaxın ali məktəbə sənəd verirlər. Və həmin yerlər arasında dəqiq qəbul olunacaqları yerə ehtimalı daha çox olan ali məktəbi 
mütləq qeyd edirlər. Kağızların sayını azaltmaq üçün bir çox universitetlər Standart ərizə (Common Application) adlanan 
sənəd qəbul edirlər. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin