Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
muhazire

  
  
Sevinc QARAYEVA 
  
525-ci qəzet.- 2013.- 30 mart.- S.10-11. 
ABŞ-ın təhsil sistemi – ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. 
Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə 
Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. 
ABŞ-da savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i 
orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-
Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. 


84 
Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi 
nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə 
ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz 
qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır. 
Yuxarı sinif 
Yuxarı sinif (
ing.
 high school) – ABŞ-da orta məktəbin axırıncı mərhələsi, doqquzuncu sinifdən on birinci sinifə kimi 
davam edir. Yuxarı siniflərdə şagirdlər əvvəlkinə nisbətən daha asanlıqla öz sinif seçimlərini edə bilir, diplomu almaq üçün 
məktəb şurasını təyin edən yalnız minimal tələbləri yerinə yetirməlidirlər. 
Tələblər belədir: 3 il təbiət elmləri (kimya, biologiya, fizika) 3 il riyaziyyat, cəbr 4 il ədəbiyyat 2-4 il sosial elmlər, ABŞ-ın 
tarixi və dövlət quruculuğu ilə bağlı elmlər 1-2 il idman 
Ali məktəblərə qəbul üçün daha böyük proqram nəzərdə tutulur, buraya 2-4 il xarici dillər də əlavə olunur. 
Qalan sinifləri isə şagirdlər özləri seçirlər. Belə siniflərin seçimi kəmiyyətə və keyfiyyətə görədir, məktəbin maliyyə 
imkanlarından və məktəblilərin öz seçimlərindən asılıdır. Bu siniflərə qəbul belədir: 
Əlavə elmlər (statistika, informatika) 
Xarici dillər (daha çox ispan , fransız və alman dili; az hallarda yapon, çin, latın və yunan dili) 
Təsviri incəsənət (rəssamlıq, heykəltaraşlıq, fotoqrafiya, kinematoqrafiya) 
İncəsənət (teatr, orkestr, rəqs) 
Nəşriyyat işi (jurnalistika, redaktorluq) 
Əmək (ağacın təmizlənməsi, avtomobil təmiri) 
Bəzi hallarda isə şagird ümumiyyətlə heç bir məktəbi seçmir. 
Axırıncı iki il ərzində, yuxarı sinifdə, irəlidəki sinfin yeni tipi yaradılır. Şagirdlər onları Advanced Placement və ya 
Beynəlxalq bakkalaureat imtahanlarına hazırlayan sinifləri seçə bilərlər. 
Məktəblərdə olduğu kimi ali məktəblərdə də studentlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə 
bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə 
A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və 
s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, 
bir sözlə qiymətlər artırılır. 
Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən 
çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 
515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl 
universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək 
dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 
2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya 
səviyyəsindən yüksək idi. 
Ali məktəblərin növləri 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin