Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   39   40   41   42   43   44   45   46   ...   54
muhazire

 
 
 
XIX əsrin I yarısında məktəb və maarifin inkişafı. 
 
XIX əsrin əvvəllərində təhkimçilik hüququ və mütləqiyyət Rusiyada məktəb təhsilinin və 
pedaqoji fikrin inkişafına mane olurdu. Maarifin inkişafına osn dərəcə az vəsait buraxılırdı, təhsil 
silki səciyyə daşıyırdı.
1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi. Paver öldürülərək taxta onun oğlu I 
Aleksandr çıxarıldı. Mərkəzi hakimiyyət aparatı yenidən quruldu. Köhnə kollegiyalar əvəzinə 
nazirliklər yaradıldı. İlk maarif naziri P.V.Zavodski oldu. Nazirlər bir başa imperatora tabe idilər. 
1801-ci ildə yaradılan Xalq Maarif Nazirliyi elmə, ədəbiyyata, mətbuata, maarif və tərbiyə 
müəssisələlərinə rəhbərlik etməli idi. Buraya ruhani məktəblər daxil deyildi.
Milli təhsil sisteminin təşkili məqsədilə Xalq Maarif Nazirliyi tərəfindən «Xalq maarifinin 
ilkin qaydaları» (1803) və «Tədris müəssisələri və universitetlərinin nizamnaməsi» (1804) qəbul 
olundu.
Yeni məktəb sistemində təhsilin 4 pilləsi nəzərdə tutulurdu: 1) məhəllə məktəbləri (aşağı 
pillə); 2) qəza məktəbləri (aralıq pillə); 3) gimnaziya (orta pillə); 4) universitet (orta pillə).
1804-cü ilin mkətəb nizamnaməsinə görə Rusiya 6 təlim dairəsinə (moskva, Peterburq, 
Kazan, Xarkov, Vilno, Derpit) bölündü. Hər təlim dairəsində 1 universitet, onun nəzdində y orta 
təhsil müəssisəsi olmalı idi.
1804-cü il nizamnaməsi məktələrin məqsədini, vəzifələrini, tədris planlarını, maliyyə 
təminatını və idarə olunmasınımüfəssəl qaydada müəyyənləşirdi. Bu nizamnaməyə uyğun olaraq 
şəhər və kəndlərdə tədris müddəti 1 il olan məhəllə məktəbləri, qəza və quberniya şəhərində isə 
təhsil müddəti 2 il olan qəza məktəbləri açıla bilərdi. 1786-cı il nizamnaməsi üzrə mövcud olan 
kiçik məktəblər qəza məktəblərinə çevrilməli idi. Məhəllə məktəblərində oxu, yazı,hesab və din 
dərsləri keçirilirdi. Qəza məktəbinin tədris planına isə din, əxlaq, rus qramatikası və yerli dilin 
qramatikası, ümumi və rus coğrafiyası, ymumi və rus tarixi, hesa, rəsm və s. kimi fənnlər daxil idi.
Gimnaziyaların quberniya şəhərlərində açılması nəzərdə tutulurdu. 1786-cı il nizamnaməsi 
üzrə quberniya şəhərlərində açılmış baş xalq məktəblərinin gimnaziyaya çevrilməsi, oraya bütün 
silklərin uşaqlarının qəbul olunması nəzərdə tutulurdu. Gimnaziyada təhsil müddəti 4 olmasına 


92 
baxmayaraq tədris planı çox ağır idi. Burada latın, alman, fransız dilləri, coğrafiya, tarix, fəlsəfə, 
incəsənət, riyaziyyat, fizika və s. tədris olunurdu. Tədris pulsuz idi.
1811-ci ildə Peterburq təlim dairəsində, 1819-cu ildən isə bütün Rusiyada gimnaziyaların 
tədris planı və tədris müddəti dəyişdirildi, pulsuzluğu ləğv olundu. 1817-ci ildə Maarif Nazirliyinin 
adı dəyişdirilərək ruhani və Maarif İşləri Nazirliyi adlandırıldı. Bu addan da məlum olur ki, Maarif 
Nazirliyi dini məsələlərlə də yaxından məşğul olmalı idi.
 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin