90
XVIII əsrin əvvələrində Rusiyada maarifçilik islahatları.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində Rusiyada I Pyotrun başçılığı altında iqtisadiyyat,
hərb, xarici siyasət və mədəniyyət sahəsi ilə yanaşı elm və təhsil sahəsində də böyük dəyişikliklər
baş ver verdi. I Pyotrun apardığı islahatilar içərisində maarif və məktəb islahatı xüsusi yer tutur.
O, maarif islahatı ilə Rusiyanı Qərbi Avropanın mədəni asılılığından xilas etməyə çalışırdı. I
Pyotrun təşkil etdiyi məktəblər təhsilin məzmununa və həyatla əlaqəsinə görə Qərbi Avropa
məktəblərindən üstün idi.
I Pyotrun açdığı məktəblərdən ən məhşunu Riyaziyyat və dənizçilik elmləri məktəbi
olmuşdur. Bu məktəb 1699-cu ildə açılsa da, rəsmi fərman 1701-ci ildə verilmişdir. Fərmana g.rə
məktəbə 12 yaşdan 20 y
aşa qədər 500 nəfər şagird qəbul olunmalı idi. «Riyaziyyat və
dənizçilik elmləri məktəbi»nin özü 3 məktəbdən ibarət (sinifdən) idi: 10 Rus məktəbi – burada
əlifba, oxu yazı, din qrammatikam öyrədilirdi; 2) rəqəm məktəbi – burada riyaziyyat, hesab, cəbr,
triqonometriya, astronomiya tədris olunurdu; 3) riyaziyyat, dənizçilik elmləri məktəbi - burada
riyaziyyata aid elmlər , hesab, həndəsə, astronomiya , coğrafiya öyrədilirdi.
Təldifmin dəqiq müəyyən olunmuş müddəti yox idi. Zər bir şagrd öz bacarıq və
qaöiliyyətlərinə müvafiq olaraq məktəbi qurtarırdı. Məktəb müddəti hərbi xidmtə bərabər
tutulurdu. Ona görə də rejim çox sərt idi. Dərs buraxmaq yüksək cəza və cərimələrlə nəticələrindi.
Məktəğbdə ancaq zadəganların uşaqları oxuya bilərdi.
1715-ci ildə riyaziyyat və dənizçilik məktəbinin yuxarı sinifləri Peterburqa köçürülərək
Dənizçilik Akademiyasına çevrildi. 1707-ci ildə Moskvada idk cərrahlıq məktəbi açıldı. Hərbi
həkimldəri hazırlayan bu məktəbdə təhsil müddəti 5 il idi. 1712-ci ildə dənizçilik məktəbi
nümunəsində mühəndislər və topçular hazırlayan məktəb də açıldı.
1731-ci ildə zadəganları hərbi və mülki xidmətə hazırlayan ilk qapalı orta təhsil
müəssisələri – kadet korpusları açıldı. Kadet korpusu 4 sinifli idi. Hər sinifdə təhsil müddəti 2-4 il
idi.
1755 – ci il yanvarın 12-də Moskada universitet açıldı. Universitetin açılması
M.V.Lomonosovun adı ilə bağlıdır. Universitet hüquq, fəlsəfə və tibb fakültələrindən ibarət idi.
|