Мцщазиря 1: верилянлярин моделлярини мцяййян едян ясас компонентляр



Yüklə 0,64 Mb.
səhifə9/14
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#38397
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
2. Fak lt M h ndislik Kafedra nformasiya texnologiyalar v

4. Aktivlik. EHM ortaya çıxandan və yaddaş sistemində istifadə olunan biliklərin verilənlər və komandalara bölünməsi nətijəsində belə bir vəziyyət alınmışdır ki, verilənlər passivdir, komandalar isə aktivdirlər. Yəni EHM-də gedən proseslər komandalar vasitəsilə həyata keçirilir, verilənlər isə bu komandalar tərəfindən lazım olduqja istifadə olunurlar. EHM-ə xas olan verilənlərin passivliyi jəhətinin insanda analoqu yoxdur. Odur ki, intellektual sistemlərdə belə bir vəziyyət qəbul edilməzdir. İnsana bənzər bilik sistemində bir hərəkətin ijrası sistemin malik olduğu biliklər əsasında həyata keçirilir. Deməli, Sİ sistemi proqramın hər bir gedişini biliklər bazası tərəfindən aktivləşdirir. Beləliklə, biliklər bazasının aktivliyi Sİ-də məqsədə çatmağı təmin edir və bu məqsədi həyata keçirmək imkanı yaradır.

Getdikjə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.

Struktur verilənləri gözdən keçirsək, görərik ki, bilikləri səjiyyələndirən bəzi xüsusiyyətlər verilənlərdə də vardır. Məsələn, birinji iki xüsusiyyət biliklərlə yanaşı verilənlərə də xas jəhətlərdir və birinjiyə görə verilənlər özlərini bazada göstərirlərsə, ikinji jəhət mürəkkəb obyektlərlə sadə obyektlər arasında əlaqənin təyin olunması kimi göstərilir.

Üçünjü və dördünjü xüsusiyyətlər anjaq biliklərə xasdır. Üçünjü jəhətə görə biliklərimiz təkjə struktur baxımdan əlaqəli deyil, bunlar həm də faktorlara, proseslərə, vəziyyətlərə aid qanunauyğunluqları və aralarında olan səbəb-nətijə əlaqələrini göstərir. Dördünjü jəhətə görə insan biliyi aktivdir - o hər zaman öyrənir və yeni bilik əldə edir. Bununla da biliklər prinsipjə verilənlərdən fərqlənirlər. Məsələn, biliklərdə ziddiyyət aşkar olunarsa, bu ziddiyyətin aradan qaldırılması yeni biliyin ortaya çıxmasına səbəb olur.

Şübhəsiz ki, verilənlərlə bilik arasında həmişə kəskin bir fərq sərhəddi mövjud olmuşdur və olmaqdadır. Bu fərq biliklərin təsviri modellərinin meydana çıxması ilə təsbit edilir.

MÜHAZİRƏ 7: BİLİKLƏRİN TƏSVİRİNİN MƏNTİQİ VƏ MƏHSULLAR MODELLƏRİ

Plan:

1. Biliklər sistemi.



2. Biliklərin qrupu.

3. Ekspertlər və onların əsas xüsusiyyətləri.

4. Məntiqi və məhsullar modelləri.
I

Biliklər üç əsas sistemə ayrılırlar:

1. İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər.

2. Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər.

3. Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən proqmatik biliklər.

Biliklər aşağıdakı kimi də klassifikasiya oluna bilərlər:

-Səthi biliklər- predmet sahəsində ayrı-ayrı hadisələr və faktlar arasında görünən qarşılıqlı əlaqələr haqqında biliklərdir.

-Dərin biliklər- predmet sahəsində baş verən proseslərin strukturunu və təbiətinə əks etdirən abstraksiyalar, anologiyalar, sxemlərdir. Bu biliklər gerçəkliklər izah edir və obyektin vəziyyətinin (davranışının) proqnozlaşdırılması üçün istifadə oluna bilər.

Daha başqa bir təsnifata görə biliklərin belə klassifikasiyası mümkündür:

1. Predmet sahəsinə aid biliklər: konkret obyektlərin, gerçəkliyin və bunlara aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;

2. Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar, metodlar, alqoritimlər və proqramlar.

3. Konseptual biliklər: bir predmet sahəsində istifadə olunan anlayışlar, terminlər, xassələr, anlayış əlaqələri toplusu.

4. Struktur biliklər: Predmet sahəsinə aid obyektlərin fərqli hissələri üçün qarşılıqlı əlaqəsi və mümkün ola biləjək quruluşu haqqında biliklər.

Əgər biliklərə bir predmet sahəsində problemlərin həlli baxımından yanaşılarsa, bunları faktlara və evristikalara bölmək əlverişlidir. Birinji kateqoriyadan olan biliklər predmet sahəsində yaxşı məlum olan halları ifadə edir. Bu kateqoriya biliklər xüsusi predmet sahəsinə aid kitablarda və tədris vəsaitlərində əks olunurlar və odur ki, çox vaxt mətni (tekstavoy) bilik adlandırılırlar. Evristik biliklər baxılan predmet sahəsində mütəxəssislərin-ekspertlərin şəxsi çoxillik təjrübəsi əsasında toplanan biliklərə əsaslanır. Ekspert sistemlərdə məhz bu qəbildən olan biliklər sistemin səmərəliliyinin yüksəldilməsində həllediji rol oynayır.



II. Başqa bir təsnifata görə biliklər üç böyük qrupa bölünür.

1. Faktlar (faktiki biliklər);

2. Qaydalar (qərar qəbul olunması üçün biliklər);

3. Metabiliklər (bilik haqqında bilik).

Fakt dedikdə "A A-dır" tipli bilik başa düşülür, o, verilənlər bazası və şəbəkə modellərinə xasdır. Qayda dedikdə "Əgər-Onda" tipli bilik başa düşülür. Metabilik biliyin istifadə olunmasında və biliyin xüsusiyyətlərinə aid biliklərin və biliklər bazasının idarə olunmasında, məntiqi çıxarışda və i.a. istifadə olunur.

Sİ mütəxəssisləri üçün billk anlayışı proqramın özünü intellektual aparması üçün vajib olan informasiya mahiyyəti daşıyır. Bu informasiya fakt və qaydalar formasını alır. ES-də fakt və qaydalar heç də həmişə tam doğru və ya yanlış olmurlar; hərdən bu fakt və qaydaların doğruluğunda müəyyən dərəjədə inamsızlıq dərəjəsi mövjud olur. Əgər bu şübhə tam aydın ifadə olunarsa, onu "doğruluq əmsalı" adlandırırlar.

ES-də əksər qaydalar evristik qaydalardır, yəni emprik və sadələşdirilmiş qaydalardır ki, bu da axtarışın effektivliyini təmin edir. ES evristikadan istifadə edir, çünki ES faydalı qazıntı kimi çətin və sonu görünməyən bir işdir. Bu məsələlər jiddi riyazi analizə və ya alqoritmik həllə gətirilə bilmirlər.

III


Yuxarıda qeyd etdik ki, biliklərə əsaslanan sistemlərin 90%-dən çoxu ekspert sistemlərdir. Bu sistemlər konkret predmet sahəsinə aid bilikləri jəmləşdirən, məntiqi çıxarışı təmin edən və həll edən intellektual proqramlardır. Deməli, belə sistemlərin yaradılmasında ən vajib əməliyyatlardan biri ekspertlər tərəfindən uyğun biliklərin əldə olunmasıdır.

Bəs ekspertlər kimdir?

Ekspert müəyyən predmet sahəsində yüksək kvalifikasiyalı mütəxəssisdir. Ətrafımızda müxtəlif ekspertlər - mütəxəsislər vardır: həkim, müəllim, proqramçı və s. Ekspertlərin əsas xüsusiyyətləri hansılardır

- Konkret sahədə geniş biliyə malikdirlər;

- Bu sahədə böyük təjrübəyə malikdirlər;

- Problemin dəqiq təyin olunmasını və doğru həllini həyata keçirirlər.

İntellektual həll probleminin əsasında növbəti prinsip durur: sistem alternativlər fəzasında seçimli və effektiv qərar qəbul etməlidir. Ekspert lazımsız gedişlər etməsin deyə lazımsız gedişləri minimuma endirərək bu alternativlər fəzasında seçimli axtarış aparır. Bilik ekspertə imkan verir ki, lap əvvəl mərhələlərdə dəyərli informasiyanı tapsın, tupiklərə düşməsin, daha real yollar açsın.

IV

Biliklər sistemində biliklərin təsvirinin məntiqi və məhsullar modelləri ES-in qurulması prosesində toplanıb əmələ gəlir.



Biliyin yıgılması və təşkili-məntiqi modellər əsasında həyata kçirilir və ES-in ən vajib jəhətlərindən biridir (şəkil 2).

Şəkil 2. BB-nın mənbəələri.

Bu faktın olması müəyyən sinif məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramın qurulması hədlərini aşır. Səbəb odur ki, ES-in əsası olan bilik aydın və əldə oluna biləndir, bu jəhət də bu sistemi başqa ənənəvi proqramlardan fərqləndirir.

Belə bir sual ortaya çıxır: ES nə üçün lazımdır? Əvvəllər oldugu kimi insan təjrübəsinə mürajiət etmək daha yaxşı olmazmı?

Jədvəl 1-də süni kompetentliyin insan kompetentliyindənn keyfiyyət üstünlükləri əks etdirilmişdir.


  1. Daimilik süni kompetentliyin birinji jəhətidir. İnsan kompetentliyi onun fiziki və əqli fəaliyyətindən asılı olmayaraq zəifləyir, ekspert daima öz üzərində işləməlidir, məşğul olmalıdır ki, öz professional səviyyəsini saxlasın. Hər bir ekspertin fəaliyyətində olan fasilə onun professionallıq keyfiyyətinə təsir edir.

Jədvəl 1.

İnsan kompetentliyi


Süni intellekt

1) (Dəyişilə bilən) müvəqqəti

2) Çətin ötürülən

3) Çətin sənədləşən

4) Gözlənilməz

5) Bahalı


Daimi

Asand ötürülən

Asand sənədləşən

Dözümlü, dayanıqlı

Xərjlərə dözümlü


2. İnsan biliyinin birindən o birisinə ötürülməsi çətin, uzun sürən bir prosesdir, süni intellektin ötürülməsi isə - proqramın və ya verilənlər faylının köçürülməsi prosesidir.

3. İnsan kompetentliyinin sənədləşdirilməsi çox çətindir və çox vaxt tələb edir ki, bunu hər bir təjrübəli bilik mühəndisi təsdiqləyə bilər. Süni kompetentliyin sənədləşdirilməsi çox asandır.

4. Süni kompetentlikdə nətijələr insan kompetentliyinə nisbətən daha dayanıqlı təkrarlanandır. Tamamilə oxşar, bir-birinin eyni olan hadisələr zamanı ekspert-insan emosional faktormarın təsirindən müxtəlif qərarlar qəbul edə bilər. İnsan krizis anlarda, stres vəziyyətlərdə və ya vaxt məhdudluğundan mühüm bir qaydanı , amili unuda bilər. ES-də isə, təbii ki, belə nöqsanlar olmur.

5. Süni kompetentliyin ən mühüm amillərindən biri -çox da baha olmamasıdır. Ekspertlər,xüsusilə yüksək kvalifikasiyalılar, çox qiymətlidirlər və odur ki, çox baha başa gəlirlər. Onlar çox məvajib tələb edirlər və alırlar. ES isə əksinə, çox da baha deyil. Onların işlənilməsi baha başa gəlir, istismarda isə onlar ujuz olurlar.

Əgər süni kompetentlik belə yaxşıdırsa onda insan-ekspertdən nəyə görə tam imtina edilmir, onu birdəfəlik ES-lə əvəz etmirik. Ehtimal ki, yüksək səviyyəli ekspertdən imtina edilir, lakin sistemin işində orta kvalifikasiyalı ekspertə yer saxlanılır.

Bir neçə əsaslı səbəblər vardır ki, bunlar ekspert-insandan tam imtina edilməməsini əsaslandırır (jədvəl 2).

Jədvəl 2.


İnsan kompetentliyi

Süni kompetentlik

Yaradıjı

Şəraitə uyğunlaşan

Hisslərlə (hissorqanlarıilə)

qəbul etməyə əsaslanır

Əhatə dairəsinin genişliyi

Hamı üçün mümkün olan

bilikdən istifadə edir.


Proqramlaşdırılmış

Düzəlişə ehtiyajı var

Simvollarla girişdən istifadə edir
Daristiqamətli, məhdud istiqamətli

İxtisaslaşmış biliklərdən istifadə edir



İnsan kompotentləri ilə süni kompotentlərin müqayisəsi: süni kompotentlərin çatışmamazlıqları.

1. Yaradıjılıq qabiliyətinin olması. Məlumdur ki, ən ağıllı proqramla müqaisədə insan yaradıjılıq, kəşf etmək qabiliyyətinə malikdir. İnsan-ekspert informasiyanı yenidən təşkil etmək və ondan yeni biliyin sintezi üçün istifadə etmək qabiliyyətinə malikdir, ES isə yaradıjılıq qabiliyyətindən məhrumdur. Ekspertlər hadisənin gedişində gözlənilməz dəyişikliklərin öhdəsindən gələ bilir və məsələnin həllinə yeni yanaşmanı və tamamilə başqa predmet sahəsindən olan situasiyalar baxımından anoloci davranışla həyata keçirə bilirlər. Proqramların isə belə vəziyyətə heç bir şansı yoxdur.

2. İnsan kompetentliyinin sünidən üstünlüyü onun təhsillənməsidir. Ekspertlər dəyişilmiş şəraitə adaptasiya olunurlar, onlar öz strategiyalarını şəraitə uyğun olaraq dəyişməyi bajarırlar. ES isə yeni konsepsiya və qaydalarla təhsillənməyə qadir deyil.

3. Ekspertlər hər jür ötürülən sensor informasiyaları qəbul etməyə qadirdirlər, istəyir vizual olsun, səsli-səssiz, rəsmi və ya qeyri-rəsmi. ES-də isə təkjə simvollar var ki, bunlarla BB-nın konsepsiyası əks olunur. Odur ki, sensor informasiyaları sistemə aydın olan simvol formasına çevirmək lazımdır. Bu çevirmə zamanı informasiyanın bir hissəsi itir, xüsusilə vizual təsvirlər obyektlər çoxluğu və onlar arasında əlaqələr şəklində təsvir olunduqda. Bu halda atalar məsəli yada düşür: Min eşitməkdən bir görmək yaxşıdır.

4. Ekspert-insanlar bir təsvirə baxarkən onu bütövlüklə mənimsəyirlər- problemin bütün aspektlərini tədqiq etməyə qadirdirlər, ES isə əsas məsələyə diqqət ayırıb digər aspektləri -hətta əsas məsələ ilə bağlı olub bilavasitə ona daxtl olmayan ları kəənara qoyur.

5. Nəhayət, hər bir insan sağlam düşünjəyə və ya hamının qəbul edə biləjəyi biliyə malikdirlər- bu dünya haqqında, onda movjud olan biliklərin geniş spektridir, onun qanunlarıdır, daha doğrusu o biliklər ki, hər birimiz bilirik və əməl edirik, daima sitifadə edirik. İnsanda sağlam ağıl kimi qruplaşdırılmış bilik intellektual proqramda qruplaşdırıla bilmir, o ki qaldı intellektual sistem- ES ola.

Məsələn: 1) Xəstənin kitabçasında yazılıb: yaşı 12, çəkisi 140- bunu görən hər bir insan başa düşür ki, bu ola bilməz, çəki yazılarkən "1" artıq düşüb. Həkimə kömək məqsədi ilə istifadə olunan ES isə heç vaxt bunu tutmayajaqdır.

2) Bizdən xariji işlər nazirinin telefonunu istəsələr o dəqiqə biləjəyik ki, biz bu suala javab verməyə qadir deyilik. Maşın isə bu qabiliyyətə malik deyil və başlayır qaydalar, faktlar arasında axtarış etməyə və həmin informasiyanı tapmadıqda xəbər verir ki, bu biliyə malik deyil və tələb edəjək ki lazımi biliklə BB-nı doldurmaq lazımdır.

Bu səbəblərdən də ijtimaiyyət tərəfindən qəbul olunmuş ES müəyyən predmet sahəsində məsləhətçi kimi konsultant və ya ekspert köməkçilərindən istifadə edir.

MÜHAZİRƏ 8-9: (Ekspert sistemlərin klassifikasiyası).

Biliklərin təsvirinin freymlər modelləri.

Biliklərin təsvirinin semantik şəbəkə ilə verilməsi.


İxtiyari mürəkkəb predmet sahəsi kimi ES də müxtəlif xüsusiyyətlər çox­lugu ilə təyin olunur. Ekspert sistemlərin konkret qəbul olunmuş klassifika­siyası yoxdur. Onları xarakteristik göstərijilərinə görə aşağıdakıl kimi klassi­fikasiya etmək olar:

1. biliklərin təsvir metodları (modelləri);

2. məqsəd və istifadə olunan predmet sahəsi;

3. yaradılma dərinliyi;

4. biliklərin paylanma metodları;

5. giriş ijazəsinin təmini;

6. idrak dərəjəsi;

7. sistemin reaksiyası;

1. Biliklərin təsvir metodlarına görə məntiqi, produksion, freym, və s. mo­dellər və uyğun ES var. Müxtəlif predmet sahələri üçün biliklərinin təsvirinin onlarla modeli var. Onlardan ən əsasları (başqaları da bunnlara gətirilə bilər­lər):

- produksion modellər;

- semantik şəbəkə;

- freym;


- formal məntiq modeli;

- qeyri- səlis relyasion model.

Produksion model-qaydalara əsaslanan modeldir, bilikləri " Əgər ( şərt), onda (nətijə)" tipində təsvir etməyə imkan verir.

Şərt elə bir jümlədir ki, onun əsasında BB-da axtarış gedir, "nətijə" – axtarışın müvəffəqiyyətli gedişində alınan hərəkətdir.

Produksion modeldən istehsal ES-də daha çoz istifadə olunur.

Semantik şəbəkə. Semanetik-"mənaja" deməkdir, semantika elmdir, sim­vollar və obyektlər arasında, onların ifadə etdiyi münasibəti müəyyən edən elmdir, işarələrin mənasını təyin edən elmdir.

Semantik şəbəkə istiqamətlənmiş qrafdır, onun tərəfləri -anlayışlar, xət­lər- onlar arasında münasibətlərdir. Anlayış hər hansı abstrakt və ya konkret obyektlərdir, münasibət-əlaqələrdir: "bu", "hissəsidir", "yerləşir", "sevir".

Sayına jörə münasibətlərin tipləri:

- həmjins münasibət (bir itp münasibət);

- həmjins olmayan münasibət (müxtəlif tip münasibət).

Tipinə görə münasibətlər:

- binar (münasibət iki obyekti birləşdirir);

- N-ar (xüsusi münaisbətlər olub, ikidən çox anlayışı birləşdirir).

Semantik şəbəkədə olan münasibətlər:

- "hissə- tam" tipli əlaqə (sinif-qrup, element- çoxluq);

- funksional əlaqə ("baş verir" , "təsir edir" və i.a.);

- kəmiyyət (çox, az, bərabər, ...) ;

- məkan (uzaq, yaxın, altında, üstündə, içində,...);

- atribut əlaqələr (jəhətlərə malikdir, mahiyyəti var);

- məntiqi əlaqələr (və, və ya, yox);

- linqvistik əlaqələr və i.a.

Semantik şəbəkə tipli BB-da həllin axtarış problemi hər hansı altşəbəkəyə uyğun bazaya verilmiş sorğunu əks etdirən şəbəkə fraqmentinin axtarışı məsə­ləsinə gətirilir.

Bu model amerikan psixoloqu Kuillian tərəfindən təşkil olunub.



Freym- Marvin Minskinin adı ilə bağlıdır. Freym- hər hansı qavranışın steorotipinin abstrakt obrazıdır.

Məsələn "otaq" dedikdə "dörd divarı, tavanı, döşəməsi, qapı və pənjərəsi olan, sahəsi 6-20m2 olan" obraz yaranır. Bu atributlardan biri olmazsa bu ar­tıq otaq olmaz, yəni bu təsvirdən heç nə götürmək olmaz, bunlar "otaqın" "slotları"dır və onların da öz mahiyyətləri var-məsələn pənjərələrin sayı, tava­nın hündürlüyü, divarın rəngi və i.a.

Freym nəzəriyyəsində otağın belə təsviri otaq freymi adlanır. Freym həm də obrazın təsviri üçün formalizasiya modelinə deyilir.

BB-da saxlanılan freym obrazı və daxil olan verilənlər əsasında real fak­tiki vəziyyəti təsvir etmək üçün freym ekzemplərı fərqləndirmək lazımdır.

Freym model kifayət qədər universaldır, o aşağıdakıların koməyi ilə çox­jəhətli bilikləri əks etdirməyə imkan verir:

_ freym- struktur- obyekt və anlayışları ifadə etmək üçün;

- freym- rollar;

- freym- ssenari;

- freym- situasiya;

Freymin ənənəvi strukturu:

(Freymin adı:

( 1-ci slotiun adı: 1-ji slotun mahiyyəti)

( 2-ci slotun adı: 2-ji slotun mahiyyəti)

( N-ci slotun adı: N-ji slotun mahiyyəti).


Biliklərin qeyri-səlis relyasion modeli əsasında təsvir edilməsi zamanı hər bir obyekt onu səjiyyələndirən jəhətlər, zaman və məkan xüsusiyyətlərini əks etdirən münasibətlərlə ifadə olunur.Bu modelə əsasən hər bir obyekt R=S, T, P üçölçü ilə təsvir edilir ki, burada S- obyektə məxsus jəhətlər, T- onun zaman, P- məkan xüsusiyyətləridir. Obyekt olaraq anlayış, hərəkət və ya bir ifadə, fikir ola bilər. Məsələn, predmet sahəsi kimi elm sahəsi götütülərsə R obyekti kimi hər hansı ayrıja götürülmüş bir elmi müəssisə- elmi-tədqiqat müəssisəsi (ETM) ola bilər; S- ETM- in fəaliyyətini səjiyyələndirən kriteriyalar çoxluğu; T- ETM-in bir tədqiqat obyekti kimi baxıldığı dövr və ya zaman intervalı; P- ETM- in məkan xarakteristikalrı, daha doğrusu, onun yerləşdiyi məkan, istehsal əlaqələri və i.a. başa düşülür. Bu jəhərlərin, zaman və məkan xüsusiy­yətlərinin obyektə uyğunluğunu əks etdirən dördölçülü relyasion matrislə təs­vir edilir:


Gz(R):z(x)[0,1], z{S, T, P}

Burada z(x) -z elementlərinin R obyektinə mənsubiyyət funksiyasıdır.


2. ES- in məqsədi göstərilən parametirlər ilə təyin olunur: ES-in yara­dılma məqsədi- çətin formalaşan problemlərin həlli, işçilərin təhsilləndirilməsi; adi idarə işlərinin(rutina) avtomatlaşdırılması; ekspertlərin biliklərinin yayıl­ması və s.


Predmet sahəsi-parametrlər çoxluğu ilə öyrənilir. Predmet sahəsi və orada həll olunan problemlərin tipləri jədvəl 3-də verilmişdir.

Ekspert sistemləri müxtəlif məqsədlə istifadə olunurlar və əsasən aşağıdakı problemlərin həllinə yönəldilmişlər (jədvəl 3):

Jədvəl 3.


Tip

problemin təsviri 

Problemin müəyyənləşdirilməsi

1. İdentifikasiya ES



müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təsviri

sürətlərin, dilin tanınması

radarlardan alınan siqnalların tanınması.


2. İdarəetmə ES



cari vəziyyətlərin ardıjıl şərhi, təhlili və idarəediji qərarın verilməsi

quru, dəmiryol, hava, dənizlə gətirilmənin idarəedilməsi (idarə  idarəetmə).

3. Diaqnostik ES



Müşahidəyə əsaslanan sistemdə ola biləjək xətalar əsasında nətijələrin çıxarılması

Xəstəliklərin diaqnozu, texniki düzəlişlərin, təhsil alanların savadının müəyyən olunması (və s).

4.Proqnoz ES



Verilmiş vəziyyətdən təxmini nətijələrin çıxarılması (müşahidə vəziyyətlərinin nətijələrinin təyini).

Havanın, hüjum hərəkətinin təyin olunması, demaqrafik tijarət təxminləri.

5. Layihələndirmə ES



Verilmiş sərhədlərə uyğun mürəkkəb obyektin konfiqurasiyasının yaradılması.

Verilmiş sərhədlər daxilində xüsusiyyətləri saxlayan predmetin yaranması

6. Planlaşdırma ES.



Obyekti müəyyən vəziyyətə gətirən vəziyyətlər sırası (hərəkətin çertyocu, planın layihəsi).

Eksperimentlərin planlaşdırılması, robotun hərəkətinin (davranışının) obyekti müəyyən vəziyyətə gətirən vəziyyətlər sırasının öyrənilməsi .

7.Monitorinq ES.



əvvəldən ortaya çıxmış

kritik vəziyyətlərin ardıjıl izlənməsi



Əməliyyatdan sonra xəstənin halının izlənməsi; hərəkətin əsas parametirinin izlənməsi və kiritik vəziyyətlərin əvvəldən öyrənilməsi.

8. Təhsilləndirmə ES



Ekspertlərin təhsil alanlara məsləhəti, tələbələrin biliklərinin yoxlanılması.

Öyrədiji sistemlər.



9. Simvol və simvolların mənası.

Giriş verilənlərinə görə izahlı təsvirin olması

Təbii dil problemləri, texnoloci sitstemlərdə simvolların mənası.

ES yaradılarkən statiki və dinamiki predmet sahələrini ayırmaq lazımdır. Əgər predmet sahəsini təsvir edən giriş verilənləri zaman ərzində dəyişmirsə, belə predmet sahəsinə statiki deyilir. Predmet sahəsinin statikliyi onun giriş ve­rilənlərinin dəyişilməzliyi deməkdir.

Əgər predmet sahəsini təsvir edən giriş verilənləri problemin həlli prose­sində dəyişirsə, predmet sahəsinə dinamik deyilir.

Ekspert sistemlərin də statik və ya dinamik olması problemin statik və dinamik olması ilə bağlıdır.

3. İstifadə olunan biliyin dərinliyi baxımından ES səthi və dərin sistemlərə bölünürlər: səthi ES biliklərə qoşulan hərəkət qaydaları kimi təsvir oluna bilər­lər. Bir qaydanın qoşulması bir vəziyyətin əsasıdır və bunun saxlanması qay­daya uyğunlaşır. Həllin tapılması əsasları jari vəziyyətlərlə qarşılaşdırılan qay­daların vasitəsi ilə müəyyən olunur. Nəzərdə tutulur ki, həllin tapılması prosesində bu jür vəziyyətlər sırası həll üsulu tapılmayınja çıxarılmır, yəni heç bir halda qarşılaşdırıla bilməyən, bəlli olmayan vəziyyət ortaya çıxmır.

Dərin ES səthi ES-in bu imkanlarından başqa bəlli olmayan vəziyyət ortaya çıxarsa, bəzi proseduralar yardım ilə hansı hərəkətin edilməsini də öyrə­dir.

4. Paylanma xarakterinə görə-mərkəzləşmiş və paylanmış bilik bazaları əsasında yaradılan ES mövjuddur. Bunların bilik bazası şəbəkə təpələrinə paylanmışdır. Paylanmıış biliklər bazası iki jür ola bilir: fraqmental olaraq paylanmış və fərdi olaraq paylanmış BB. Birinji halda BB eyni jür təşkil olun­muş, hər biri ayrı-ayrılıqda sərbəst olan , lakin ümumi məsələnin həlli üçün birgə fəaliyyət göstiərən fərdi BB-dan təşkil olunurlar. Belə ekspert sistem­lərdən yaradılmış BB paylanmış bir neçə altbiliklər bazasıdır və ES yalnız bun­ların çoxluğu ilə təyin olunur.

Fərdi lokal BB bir neçə asılı olmayan ES-in təpələrində olan BB-nin top­lamıdır. Fərq ondadır ki, lokal BB-ların fərqli yaradıla bilirlər və hər biri ES üçün qapalıdır.

5. Giriş ijazəsinin olmasına görə ES fərdi və kollektiv istifadəyə yararlı ola bilərlər. Birinji qrupa bir BB olan ES daxildir, yəni bir adam bir BB ilə ça­lışır. İkinji qrupa bir neçə BB olanES daxildir. Fərdi ES-ə bənzər kollektiv ES də iki qrupa bölünürlər. 1-ji qrupa çoxluq təşkil edən ES daxildir.

2-ji qrup ES-in son nəsillərinə aiddir, yəni bu ES-ə kollektiv qərarın verilməsi metodları əsasında reallaşan sistemlər aiddir.

6. Təfəkkür dərəjəsinə görə ES bu gün də iki nəslə ayrılırlar. 1-ji nəsl-təkjə biliklərə yiyələnən ES-dir. Bu jür ES-də bütün ES mexanizmləri (ağıl işlətmə, məntiqli nətijə, hərəkətin aydınlaşması və s.) əvvəldən müəyyən olun­muş BB-a daha da gerçəkləşir. 2-ji nəsl ES özü təhsilli və ya adaptə olunan ES-dir. Bu ES-də olan hər bir bdoklar BB-in və məntiqli nətijələrin verilmiş qərarların nətijələrinə görə adaptə olunmasına imkan verir.

7. Reaksiya dərəjəsinə görə yavaş və tez reaksiya verən ES var. İkinji (tez reaksiya verən) tip ES-ə real vaxt (zaman) çərçivəsində çalışan ES adlanır və onlar texnoloci proseslərin idarə olunması probleminin həllində geniş istifadə olunurlar.

İstifadə olunan metodlar və biliklərə görə ES ənəvi və hibrid ES-lərə ayrılırlar. Ənənəvi ES əsasən formalizə olunmayan bilik mühəndisliyi metod­ları ilə və ekspertlərdən alınan formalizə olunmayan biliklərə əsaslanır. Hibrid ES bilik mühəndisliyi üsulları ilə bərabər formalizə edilən metodlardan, ənənəvi yazılardan və riyazi verilənlərdən istifadə edir.

Son illər iki böyük ES sinfi ayrılır:sadə və mürəkkəb:



Sadə ES bu parametrlərlə səjiyyələnir: Səthi ES; ənənəvi ES, insan yığını ES, dəyər qiyməti 100$-25000$; yaradılma dəyəri 50000$-dan 300000$-a kimi, yaradılma müddəti 3 aydan bir ilədək, 200-1000 qayda.

Mürəkkəb ES bu parametirlərlə səjiyələnir: Dərin ES, hibrid ES simvol BS-da və ya güjlü BS uyğundur: dəyər qiyməti 50000$-dan 1 milyon $, yaranma dəyəri 5-10 mln. $, yaranma müddəti 1-5 il, 1500-10000 qayda.

İşlənmə səviyyəsinə görə ES jədvəl 4-də göstərildiyi kimi klassifikasiya oluna bilərlər.

MÜHAZİRƏ 10. BİLİKLƏRİN TƏSVİRİNİN RELYASİON MODELİ.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin