Hüquqi şəxs
- Hüquqi şəxsin Azərbaycan Respublikası qanunveriçiliyinə uyğun qeydiyyatdan
keçməsini təsdiq edən sənədlərin notarial qaydada
təsdiq olunmuş surətləri
(Nizamnamə, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, Dövlət reyestrindən
çıxarış);
- Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə
verilən etibarnamə (hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və
həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
- Hüquqi şəxsin Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub;
- E-imza sertifikatının alınmasına müraciət olunan işçilərin hüquqi şəxs
tərəfindən
təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
- Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni
təsdiq edən əmrdən
çıxarış;
- Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.
Dövlət qurumları
- Təşkilatın (nazirliyin, idarənin, müəssisənin) Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin sürətı;
- Rəhbər şəxs tərəfindən, onun adından fəaliyyət göstərəcək səlahiyyətli
nümayəndəyə verilən etibarnamə (rəhbər şəxsin rəhbərinin imzası və möhürü ilə
təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
- Təşkilatın Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub;
- E-imza sertifikatının alınmasına müraciət olunan işçilərin rəhbər şəxs tərəfindən
təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
- Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən
çıxarış;
- Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.
3. Mərkəz imza sahibi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır.
4. Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında
yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə Mərkəz sertifikatın
verilməsindən imtina edir.
5. Müqavilədə göstərilən
xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi
şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və
onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir.
Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir.
6. Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu
sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və
akkreditə vəziyyəti barədə məlumatlandırır.
7. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim
edilir. Kağız daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi blankında 2 (iki) nüsxədə tərtib
edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı
sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi Mərkəzə
qaytarılır. Elektron formadakı sertifikat onu verən Mərkəzin gücləndirilmiş imzası ilə
təsdiq edilir.
8. Mərkəzdə imza sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra o,
verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız
daşıyıcıdakı sertifikatın alınması, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın
aparılması barədə müvafiq jurnallarda imza edir.
9. Verilmiş sertifikat Mərkəz tərəfindən “Verilmiş sertifikatlar reyestri”nə daxil edilir
və bu andan yayımlanmış hesab edilir.
E-imzalayıcı proqramı istifadəçiyə elektron sənədləri
yaratmaq və imzalamaq,
həmçinin imzalanmış sənədlərdə imzanın tamlığını yoxlamaq imkanı verir.
E-imzalayıcı proqramını
WEB CSP
səhəfələrindən yükləyə bilərsiniz. Ilk olaraq E-
imzalayıcı proqramının işləməsi üçün sayta daxil olub WEB CSP səhifəsinin E-
imzalayıcı menyusundan Kök sertifikatı yükləmək lazımdır.
Bunun üçün həmin
səhifədə
Sertifikat yüklə düyməsini basmaq lazımdır. Sonra
Drayverlər və
proqramlar
menyusundan tələb olunan proqram və drayverlər yüklənməlidir. Bütün
bu
proseslərdən sonra Proqramı yüklə düyməsinə basıb E-imzalayıcı proqramını
yükləmək lazımdır.
Şəkil 1.
E-imzalayıcı proqramının və onun işləməsi üçün lazım olan komponentləri
quraşdırmaq, sənədləri vaxt möhürü və ya tamamilə yoxlanmış imza ilə imzalamaq,
həmçinin sənədləri real vaxt rejimində yoxlamaq üçün kompüter İnternetə
qoşulmalıdır.
E-imzalayıcı proqramı ilə işə başlamaq üçün aşağıdakı ardıcıllığı etmək lazımdır:
Dostları ilə paylaş: