Mövzu: elektroliz (IX sinif)
Məqsəd: 1. Şagird elektroliz prosesinin mahiyyətini izah edir.
2.Elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini tərtib edir.
3.Elektroliz hadisəsini elektroliz qanunu ilə əlaqələndirir.
Resurslar: U-şəkilli şüşə boru, kömür elektrodlar, elektroliz mənbəyi, elektrik lampasından ibarət dövrə, mis (II) xlorid duzu, distillə olunmuş su, batereya, natrium qələvisi, dəmir mıx, metalların kimyəvi aktivlik sırası, Elektrolizə aid tablo
İş forması:qruplarda.iş
Təlim üsulu :problemli şərh, fəndaxili və fənlərarası əlaqə, müstəqil iş, müzakirə.
Dərsin gedişi: sinfin təşkilindən sonra şagirdlər üç qrupa bölünürlər:
I.qrup - S. Arrenius
II. qrup - M. Faradey
III. qrup - N.Beketov.
Şagirdlərin bilik və bacarıqlarını araşdırmaq üçün hər bir qrupa sorğu vərəqləri verilir. Sualların bir çoxu şagirdlərin fizikadan öyrndiyi məlumatlara əsaslanmışdır. Nümunə olaraq II qrupun suallarını nəzərdən keçirək.
II. qrup-M. Faradey
Elektrod nədir?
NaCl və K2SO4 dissosiasiyasının tam və qısa ion tənliklərini yazın
Dəmir (II) sulfat məhlulunun elektrolizindən elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini yazın
Elektroliz hadisəsi elektroliz qanununundan asılı olduğunu izah edin
Qələvi metalları elektrolizlə almaq olarmı?
Şagirdlərin suallara cavab vermələri üçün 15-20 dəqiqə vaxt verilir. cavablar hazır olduqdan sonra, toplanılır və müzakirə edilir.
Evə tapşırıq olaraq şagirdlərə aşağıdakı suallara cavab hazırlamaları bildirilir:
1 Natrium sulfatın, mis (II) nitratın suda məhlullarının elektrolizində gedən reaksiyaların tənliklərini yazın.
2 Kalium xloridin və dəmir (II) sulfatın ərintisinin elektrolizində gedən reaksiya tənliklərini yazın.
3 Kalsium xlorid duzunun ərintisinin və sulu məhlulunun elektrolizində oksidləşmə və reduksiya prosesini göstərin.
Mövzu: Metalların elektrokimyəvi gərginlik sırası. Elektrolitlərin suda məhlullarının elektrolizi.
Məqsəd:
1.Metalların elektrik keçirməsini izah edir.
2.Metalların fəallıq sırasının mahiyyətini şərh edir.
3.Elektrolit məhlullarından cərəyanın keçməsi zamanı metalların elektrodlarda toplanmasını aydınlaşdırır.
Dostları ilə paylaş: |