6.3.
Müasir
şərabçılıqda
üzümün
ilkin
emalı
Üzümün ilkin emalının müasir avadanlıqlarla təminatı köhnə
sovet dövrünün səsli-küylü ilk emalını az xatırladır. Ġlkin emalın
ümumi səciyyəsi aĢağıdakı ardıcıllıqla nəzərə çarpır.
Plantasiyalardan yığılan üzüm maksimum sürətlə, oksidləĢ-
mədən və Ģirə itkisindən qorunmaqla zavoda gətirilir. Gilələrin öz
ağırlığı ilə əzilməməsi üçün daĢınmada tutumu 1,5-2 ton olan
«lodka» tipli böyük olmayan qoĢqulardan istifadə olunur. QoĢqu
Ģərab zavodunun ərazisində tərəzidən keçirilir və qabaqcıl müəssi-
sələrdə üzümdən əlavə olaraq nümunə götürənlə nümunələr götü-
rülür və ekspress üsulla turĢuluq, Ģəkərlik və s. təyin edilir.
Çəkildikdən və nümunə götürüldükdən sonra üzüm qəbuledici -
qidalandırıcı bunkerə boĢaldılır. Müasir bunkerlər yüksək keyfiy-
yətli paslanmayan poladdan hazırlanıb, nəinki üzümü əziciyə verən
əsas Ģneklə, eyni zamanda əlavə Ģneklərlə (alt kürəkli) təchiz
olunur.
Üzümün daxil olduğu növbəti mərhələ – darağın ayrılması və
əzilmədir. Müasir əzici-daraqayıranlar (ƏD) – köhnə avadanlıqlar-
da iĢləmiĢ Ģərabçılar üçün əsil tapıntıdır. Belə müasir maĢınlar
yüngül, nəcib, mobil və həddindən çox funksionaldır. Müasir əzici-
daraqayıranların çoxunun konstruksiyası yaradıcılığa geniĢ meydan
verir. Onlar əzilmədən qabaq darağı ayırmağa, həmçinin bütöv
salxımı əzməyə (Ģampan metodu) və hətta daraq ayrıldıqdan sonra
giləni əzməməyə (məsələn, ağ sortların sonrakı karbon qazı
maserasiyası üçün) imkan verir. Daraqayırıcı özünü paslanmayan
poladdan hazırlanan yüngül, olduqca gigiyenik və möhkəm pərdəli
baraban kimi göstərir. Barabanın daxilində üzərinə spiralboyu
bıçaqlar qurulmuĢ daraqayırcı val olur. Bıçaqlar xüsusi rezin
aĢqarlarla təchiz edilir. Mütəxəssislərin fikrincə bu, giləni daraqdan
daha yumĢaq Ģəkildə ayırmağa imkan verir. Digər tərəfdən, belə
~ 157 ~
aĢqarlar çox tez təmizlənir. Odur ki, iri göndərici Ģirkətlər daraq-
ayırıcını iki variantda – aĢqarla və onsuz hazırlamağı təklif edirlər.
Val və baraban müxtəlif sürətlər və müxtəlif quruluĢlu daraq-
ayırıcılarda eyni tərəfə və ya əksinə fırlana bilir. Bıçaqlar üzümü
döyərək onu daraqdan ayırır və valda olan spiralĢəkilli qurğu
darağı maĢından konveyrə çıxarır. Gilələr isə baraban boyu hərəkət
etdirilərək, onun deĢiklərindən keçir və əziciyə düĢür.
Əzicidə ulduzabənzər formada vallar qurulur. Bir çox müasir
əzicilərin valları rezinəbənzər plastik materialdan hazırlanır.
Xüsusi vinti fırlatmaqla vallar arasındakı məsafəni dəyiĢir (böyü-
dür yaxud kiçildirlər) və müxtəlif üzüm sortları üçün, Ģərabçının
qarĢısına qoyulan vəzifədən asılı olaraq əzilmə rejimi yaradılır.
Əziciyə qoyulmuĢ müdafiə sistemi ona kənar maddələr düĢəməsi-
nin və qırılmasının qarĢısını alır. Vallar arasına kənar əĢya düĢərsə,
mühərrikə düĢən güc artır və maĢın avtomat Ģəkildə dayanaraq
valların qırılmasının qarĢısını alır.
Digər avadanlıqlar kimi əzici-daraqayıranları da seçəndə həmin
maĢınların keyfiyyətli hazırlanmasına diqqət yetirilməlidir. Müasir
əzicilərin konstruksiyası demək olar ki, əsaslı Ģəkildə fərqlənmir.
Lakin həmin avadanlıqların hazırlanma keyfiyyəti müxtəlif ola
bilər (Ģəkil 6.1, 6.2).
Daraq ayrıldıqdan və əzilmədən sonra ağ və qırmızı üzüm
sortlarının yolları texnologiyaya uyğun olaraq ayrılır. Əzilmədən
sonra ağ sortların əzintisi xüsusi nasosla dərhal preslənməyə
verilir. XırdalanmıĢ əzintini ötürən nasoslar son illər böyük təka-
mülə məruz qalmıĢlar. Müasir Ģərabçılıqda yığcam, tam avtomat-
laĢdırılmıĢ müxtəlif tipli əzinti nasoslarından (Ģnekli) istifadə olu-
nur ki, onlarla müqayisədə sovet porĢenli ПМН-28 nasosları əsil
nəhənglərə bənzəyir.
~ 158 ~
Dostları ilə paylaş: |