Мцяллифдян


Açıq  rezervuarlarda  müqavimətli  qıcqırtma



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə232/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   ...   405
Açıq  rezervuarlarda  müqavimətli  qıcqırtma  -  rezervuarın 

yuxarısından  həcmin  ¼-indən  arakəsmə  qoyulur  və  bu,  papağı 

çıxmağa qoymur. Nəticədə «papaq» arakəsmənin altında qalmaqla, 

onun üzərini qıcqıran Ģirə örtmüĢ olur. Bunun əsas üstünlüyü, sirkə 

turĢuması  ehtimalının  və  qarıĢdırılma  hesabına  ağır  zəhmətin 

azalmasıdır. 



Qapalı  rezervuarlarda qıcqırma üzən  «papaqla» və batırılmıĢ 

«papaqla»  ola  bilir.  Bu  zaman  rezervuarların  ağzı  bağlı  olmaqla 

yalnız qıcqırma nəticəsində alınan karbon qazının çıxması üçün yer 

qoyulur. 

Qapalı  qıcqırmada  Ģərabın  sirkə  turĢumasına  yoluxma  qorxusu 

olmur.  Yuxarıdakı  üsullarla  qırmızı  süfrə  Ģərablarının  alınması  az 

istifadə  olunub,  əsasən  yüksək  keyfiyyətli  Ģərablar  istehsalında 

tətbiq olunur.  

Hazırda qırmızı Ģərablar, sənaye miqyasında, əzintini fasiləli və 

fasiləsiz  iĢləyən  aparatlarda  qıcqırtmaqla  istehsal  olunur.  Belə 

aparatlar  əzintinin  qarıĢdırılmasını  və  gilənin  bərk  hissələrindən 

maddələrin daha yaxĢı ekstrak-siyasını təmin edir.  

Qıcqırma  nizamlanan  xüsusi  tip  qurğularda  da  aparıla  bilər. 

Fenol  və  ətirli  maddələrin  nəinki  qabıqdan,  həmçinin  toxumdan 

kifayət miqdarda ekstraksiya  edilməsi üçün əzintidə qıcqırtma 28-

30

0



S  temperaturda  və  qıcqıran  kütlənin  çoxqat  qarıĢdırılması  ilə 

yerinə  yetirilir.  Fenol  maddələrinin  miqdarı  az  olan  üzümün 

emalında  əzintiyə  yaxĢı  yetiĢmiĢ  daraq  (15%-ə  qədər)  əlavə 

olunmasına icazə verilir.  

Əzintidə qıcqırtma aparmaq üçün vertikal vinifikatorların çoxlu 

konstraksiyalarından  istifadə  olunur.  Bunlar  üçün  ümumi  cəhət 

isitmək və soyutmaq üçün köynəklərin olmasıdır (Ģəkil 15.4).  



 

~ 333 ~ 


 

Vinifikatorların  hündürlüyü  boyu  2  hissəyə  ayrılan  konstruk-

siyalar  məlumdur.  Bu  zaman  yuxarı  rezervuar  qıcqıran  Ģirənin 

toplanmasına xidmət edir və müəyyən fasilələrlə aĢağı rezervuarda 

yerləĢən əzintinin üzərinə buraxılır.  

 

 



 

Şəkil 15.4. Reaktiv (hidrodinamik) qarışdırıcılı saxlayıcı - ekstraksiya  

                 rezervuarı: 

1–rezervuar;  2–qarışdırıcı  qurğu;  3–elektroqaldırıcı  qurğu  ilə; 

4–əzintini doldurmaq üçün kran; 5–mərkəzdənqaçma qüvvəsi ilə 

işləyən nasos 

 

Horizontal  vinifikatorlar  həmçinin  köynəklər  və  qarıĢdırıcı 

qurğu  ilə  təchiz  olunmuĢlar.  Onlar  vaxtaĢırı  qarıĢdırma  apararaq, 

bərk və maye fazalar arasında təması yaxĢılaĢdırır (Ģəkil 15.5). 




 

~ 334 ~ 


 

 

    Şəkil 15.5. Rezervuar – saxlayıcı «Roto»: 



1–yükləyici  lük;  2–qarışdırmaq  üçün  kürəklər;  3–yuxarı 

səviyyənin  nizamlayıcısı;4–karbon  qazı  buraxan  klapan;  5–

elektrik  ötürücü;  6–şirə  üçün  kamera;  7–şirənin    çıxarılması 

üçün  kran;  8–əzinti  üçün  kamera;  9-10  –  şirəayırıcı 

arakəsmələr 

 

Qıcqıran  Ģirə  sıxılaraq  ayrılır,  özbaĢına  alınan  Ģərab  materialı 



sonadək  qıcqırdılır,  çöküntüdən  ayrılır  və  dincə  qoyulur, 

saxlanmağa  və  yetiĢdirilməyə  yönəldilir.  Bir  və  ikinci  təzyiqlə 

ayrılan  fraksiyalar  xüsusi  Ģərabların  kupajında  istifadə  edilir.  Bu 

metoddan  natural  markalı  nırmızı  süfrə  Ģərablarının  emalında 

istifadə  olunur.  Əzintidə  qıcqırmada  daha  çox  toxumda  olan 

enotanin  ayrılır  və  o,  rəng  əmələ  gəlməsində  iĢtirak  edir  və  dada 

yumĢaqlıq verir. Bundan baĢqa,  «papaq» hava ilə təmasda olaraq, 

onda mürəkkəb  efirlərin  əmələ  gəlməsi  və  toplanması  ilə  müĢayət 

olunan oksidləĢmə prosesləri baĢ verir. Onlar isə Ģərabın buketinin 

əsasını  təĢkil  edir.  Eyni  zamanda  üsul  ağır  zəhmət,  iĢçi  qüvvəsi, 

vaxt və qablar hesabına baĢa gəlir.  


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin