Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə277/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   405
Pərdəli  usulda  Ģərab  ağzı  yarımçıq  çəlləklərdə,  yaxud  iri 

rezervuarlarda  pərdə  altında  fasiləli  və  ya  fasiləsiz  usullarla 

yetiĢdirilir.  Üsul  öz  əsasını  Ġspaniyanın  «solera»  sistemindən 

götürmüĢdur. 

ġərab  materialının  fasiləli  üsulla  çəlləklərdə  xeresləĢmə  üsulu 

ağır zəhmətli və az məhsuldardır. Bu halda xeres istehsalı həcmini 

artırmaq  qeyri-mümkün  olub,  çoxlu  miqdarda  bahalı  və  çətin 

tapılan  palıd  taxtası,  Ģərabı  pərdə  altında  yetiĢdirmək  üçün  böyük 

istehsalat  sahəsi  tələb  olunur.  Bundan  baĢqa,  hər  bir  çəlləkdə, 

xeresləĢmə  üzərində  kimyəvi  və  mikrobioloji  nəzarət  aparılması 

çox çətin və mürəkkəbdir. 

M.A.Gerasimov  və  N.F.Saenko  Ģərab  materialının  xeresləĢmə-

sini  iri rezervuarlarda aparmağı  təklif  etdilər.  Onlar  göstərdilər  ki, 

həçmi  700-800  dal  olan  butlarda,  çəlləkdə  alınandan  keyfiyyətcə 

fərqlənməyən xeres almaq mümkündür. 

A.A.Preobrajenskinin  apardığı  tədqiqatlar  nəticəsində  müəyyən 

olunmuĢdur  ki,  xeresləĢmənin  sürətinə  pərdənin  Ģərab  üzərində 

tutduğu  sahənin  böyüklüyü  də  təsir  göstərir.  O,  xeres  pərdəsi 

altında nazik Ģərab qatı saxlamaqla, pərdə altında cavandan yaĢlıya 

qarıĢdırmaqla,  xeresləĢmə  aparmağı  təklif  etmiĢ  və  qurğu 

vermiĢdir. 

N.F.Saenkonun təklif etdiyi qurğu xeresləĢmə prosesini sadələĢ-

dirməklə,  ona  düzgün  nəzarət  olunmasına  səbəb  olur.  Qurğu  bir-

biri  ilə  ardıçıl  birləĢmiĢ  3  ədəd  silindrĢəkilli  e'mal  olunmuĢ  rezer-

vuarlardan,  təzyiq  bakından  və  qəbuledici  silindrdən  ibarətdir 

(Ģəkil 16.6). 

Temperaturu  nizamlamaq  məqsədilə  rezervuarlar  xaricdən 

köynəklə təchiz olunurlar. 

Təzyiq  bakına  doldurulmuĢ  kupaj  Ģərab  materialı  müəyyən 

ardıcıllıqla  rezervuarlara  verilir.  ġərab  materialının  üzərinə  xeres 

mayaları yoluxdurulur. Temperatur 18-20°C nizamlanır. 

 



 

~ 381 ~ 


 

 

 



     Şəkil 16.6. N.F.Saenkonun axında xeresləşmə qurğusu 

   1- təzyiq çəni; 2- xeresləşmə üçün tutum; 3- qəbuledici tutum;  

  4- pambıq tıxac; 5- axıtma borusu 

 

XeresləĢmə  baĢa  çatdıqdan  sonra  hazır  xeres  qəbuledici  rezer-



vuardan götürülüb, çəlləklərdə yetiĢdirilir. Təzyiq bakına isə cavan 

Ģərab materialı daxil edilir və beləliklə, proses davam etdirilir. 

Yaloven  Elm  Ġstehsalat  Birliyinin  (Moldova)  əməkdaĢları 

Q.Kozub,  B.Averbux  və  b.  oksigen  verməklə  fasiləsiz  axında 

xeresləĢmə  üsulunu  iĢləyib  hazırlamıĢ  və  tətbiq  etmiĢlər  (Ģəkil 

16.7). 


Aktinatorda  ultrabənövĢəyi  və  infraqırmızı  Ģüalarla  sterilizə 

olunan  Ģərab  materialı,  təzyiq  rezervuarına  verilir.  Oradan  isə 

səviyyənin nizamlayıcısı və üç yollu krandan keçərək, alt hissədən 

qurğunun birinci rezervuarına daxil olur. Qurğuda belə slindrĢəkilli 

rezervuar 8 ədəd olub, hər birinin həcmi 320 dekalitrdir. 

Nizamlayıcı, bütün rezervuarlarda Ģərabın səviyyəsinin sabitləĢ-

dirilməsi  rolunu  oynayır.  ġərabın  səthinə  əvvəlcədən  xeres  maya-

ları yoluxdurulur. 

 



 

~ 382 ~ 


 

 

 



  Şəkil  16.7. Axında şərabın xeresləşməsi üçün qurğu  

                    (“Yaloven” EİB) 

1-təzyiq  rezervuarı;  2-təzyiq  ventili;  3-reduktor;  4-manometr; 

5-rotametr;  6-rezervuar;  7-elektrosiyirmə;  8-baxış  aynası;  9-

axımın  nizamlayıcısı;  10-qəbuledici;  11-kompressor;  12-

süzgəc;  13-resiver;  14-avtomat  nizamlayıcısı;  15-keramik 

tozlandırıcı;  16-üç  yollu  kran;  17-səviyyə  nizamlayıcı;  18-

sterilizator (pasterizator) 

 

Elektrosiyirməni  birləĢdirdikdə  sonuncu  rezervuardan  Ģərab 



materialı,  axının  nizamlayıcısı  və  baxıĢ  qurğusundan  keçərək, 

qəbuledici  rezervuara  daxil  olur.  Sonra  xeres  Ģərab  materialı 

nasosla  kupaj  həcminə  istiqamətləndirilir.  Kompressor  havanı 

süzgəcdən  keçməklə  hava  toplayıcıya  vurur.  Kompressorun  iĢini 

avtomat  qurğu  nizamlayır.  Toplayıcıdan  hava,  bağlayıcı  ventil 

reduktor  rotametr  və  səpələyicidən  keçərək  Ģəraba  verilir.  ġəraba 

daxil olan havanın təzyiqinə monametrlə nəzarət olunur. 

Bu  qurğu  Moldova  və  digər  MDB  respublikalarında  tətbiq 

olunmuĢdur. 

D.A.Moisenko  və  V.F.Lomakin  fasiləsiz  axında  xeres  almaq 

üçün  Krım  vilayətinin  «Vinoqradnı»  sovxoz  zavodunda  2  axın 

xəttindən  ibarət  qurğu  iĢə  salmıĢlar.  Birinci  xətt-2,  ikinci  xətt-3 

aparatdan  ibarətdir.  Birinci  xəttin  2  aparatında  paslanmayan 

poladdan  hazırlanmıĢ  5  düzbucaqlı  slindr,  ikinci  xəttin  birinci 




 

~ 383 ~ 


 

aparatında 8, 2-ci aparatında 4, üçüncü aparatında isə 3 slindr olur. 

Slindrlərin  ölçüsü  2x4m,  hündürlüyü  0,5  və  0,7m,  Pərdə  altında 

Ģərabın səviyyəsi  uyğun  olaraq 0,4  və 0,6m olur. Hər bir slindr  2 

baxıĢ  aynasına  malikdir.  Silindrlərin  üstündə  təzyiq  bakı  yerləĢir. 

Xeres  Ģərab  materialı  təzyiq  bakından  daxil  olur  və  ardıcıl  bütün 

slindrlərə verilir. Sonra  üzərinə xeres mayası  yoluxdurulur. Prose-

sin  davametmə  müddəti  3-6  ay  çəkir.  Bu  müddət  temperaturdan 

Ģərab materialının kimyəvi tərkibindən, xeres maya irqindən və b. 

amillərdən asılıdır. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin