On səkkizinci fəsil
MEYVƏ
-
GİLƏMEYVƏ
ŞƏRABLARININ
TEXNOLOGİYASI
18.1.
Meyvə
-
giləmeyvə
şərabçılığının
tarixi
və
əhəmiyyəti
Meyvə-giləmeyvə Ģərabçılığı nisbətən qısa tarixə malikdir. Belə
ki, üzümdən Ģərab istehsalı çox qədimlərə gedib çıxırsa, meyvə-
giləmeyvə Ģərabçılığının tarixi 100-150 il bundan əvvələ təsadüf
edir. Bunun əsas səbəblərindən biri meyvə-giləmeyvə Ģərabları
istehsalının çox mürəkkəbliyi olub, hər Ģeydən əvvəl xammalın
(meyvə, giləmeyvələrin) tərkibində Ģəkərin az, turĢuluğun yüksək
olması ilə əlaqədardır.
Qərbi-Avropa ölkələrində meyvə-giləmeyvə Ģərablarının isteh-
salına keçən əsrin sonundan baĢlanmıĢdır. Əvvəllər bəzi ölkələrdə
meyvə-giləmeyvə Ģərablarına üzüm Ģərablarının saxtalaĢdırılması
kimi baxılırdı.
Rusiyada meyvə-giləmeyvə Ģərabçılığı XIX əsrin ikinci
yarısında, XX əsrin əvvəllərində inkiĢaf etdirilməyə baĢlanmıĢdır.
F.V.Serevitinov meyvə-giləmeyvə Ģərabçılığının elmi əsaslarını
iĢləyib hazırladı və həmin vaxtdan, bu Ģərabların sənaye istehsalına
baĢlandı.
Meyvə-giləmeyvə Ģərabları da qida cəhətdən olduqca yararlıdır.
Bu xüsusiyyət onlarda müxtəlif birləĢmələrin-ətir, aĢı və rəng, üzvi
turĢular, vitaminlər və s. olması ilə əlaqədardır. Düzgün hazırlan-
mıĢ meyvə-giləmeyvə Ģərablarında Ģirənin vitaminləri tamamilə
saxlanılır.
Meyvə-giləmeyvə Ģirə və Ģərablarında çoxlu miqdarda əsasən
mənimsənilən birləĢmələr Ģəklində olan mikroelementlər vardır.
Alma və böyürtkən Ģirəsi qanın arterial təzyiqini aĢağı salmaqla,
mədə yarası xəstəliklərinin sağalmasına kömək edir. Qaragilə
(mərcani) Ģirəsi, mədə-bağırsaq xəstəliklərində, göz yorulduqda
məsləhət görülür. Mərsin Ģirəsi antiseptik xassəyə malik olub, rev-
matizm və digər xəstəliklərin mualicəsində tətbiq olunur. Moruq və
çiyələk Ģirəsi isə həddindən artıq antiseptik xassəyə malik olub,
~ 460 ~
geniĢ istifadə edilir.
Meyvə və giləmeyvələrin bir çox qiymətli mualicəvi xassəsi
Ģərabda da saxlanır. Bununla əlaqədar olaraq Ģərabçılar qarĢısında
olduqca məsuliyyətli vəzifə-əhaliyə tund spirtli içkiləri əvəz edə
bilən yüksək keyfiyyətli üzüm və meyvə-giləmeyvə Ģərabları
vermək vəzifəsi durur. Bu vəzifənin həllində yüksək keyfiyyətli
meyvə-giləmeyvə Ģərablarının buraxılıĢının artırılması da muəyyən
rol oynamalıdır.
MDB və Baltikyanı respublikaları meyvə-giləmeyvə bitkilərinin
əkin sahəsinə görə dünyada qabaqcıl mevqe tuturlar.
Meyvə-giləmeyvə Ģərabçılığı Türkmənistan çıxılmaqla qalan
bütün keçmiĢ Sovet respublikalarda inkiĢaf etdirilir. Bağların
sahəsinə görə qabaqcıl respublikalar Rusiya və Ukraynadır.
Ġstehsal olunan Ģərabların muxtəlif çeĢidliyinə görə Belorus,
Ukrayna və Litva xüsusilə fərqlənir. Ümumiyyətlə, MDB və Balti-
kyanı ölkələrində 176 adda meyvə-giləmeyvə Ģərabları istehsal
olunur ki, onların spirtliyi 10-18 h %, Ģəkərliyi isə 0,3-30 q/100ml
arasında dəyiĢir.
Respublikamızda heyva, nar, alma, armud, gavalı və albalıdan
keyfiyyətli tündləĢdirilmiĢ Ģirin Ģərablar hazırlanır.
Dostları ilə paylaş: |