Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə333/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   329   330   331   332   333   334   335   336   ...   405
 

18.2. X

ammalın

 

qısa

 

təsviri

 

Meyvə-giləmeyvə  Ģərabçılığında  həm  mədəni,  həm  də  yabanı 

halda yayılmıĢ meyvə və giləmeyvələrdən müvəffəqiyyətlə istifadə 

olunur. 


Tumlu meyvələrdən Ģərabçılıqda istifadə edilənlər alma, armıd, 

heyva  və  üvəzdir.  Tumlu  meyvələr  qabıqdan,  lətdən,  beĢ  yuvalı 

toxum kamerasından və saplaqdan ibarətdir.  

ġərabçılıqda  istifadə  olunan  çəyirdəkli  meyvələrə  ərik,  alça, 

albalı, zoğal, gavalı, göyəm, gilas, Ģaftalı və s. aiddir. Giləmeyvə-

lərdən isə daha çox istifadə olunanlar çiyələk, moruq, böyürtkən və 

baĢqalarıdır.  Lakin  respublikamızda  Ģirə  və  Ģərab  üçün  nar 

meyvəsinin  özünəməxsus  yeri  vardır.  Bunu  nəzərə  alıb  əvvəlcə 




 

~ 461 ~ 


 

narın təsvirini veririk. 



Nar.  Zaqafqaziya,  Orta  Asiya  ölkələrində,  eləcə  də  Dağıstan, 

Krasnodar və Krım vilayətində becərilir. Tərkibində olan turĢuların 

miqdarından asılı olaraq narlar 3 əsas qrupa bölünür: 1) Ģirin – 0,2-

2%  turĢuluğa  (limon  turĢusuna  çevrilməklə)  malik  olanlar;  2) 

turĢaĢirin – 2-3% turĢuluğa malik olanlar; 3) turĢ -3-7% turĢuluğa 

malik olanlardır.  

Azərbaycanda  yayılmıĢ  sortları  ġah  nar,  Qırmızı  qabıq,  Nazik 

qabıq,  Balamürsəl,  Azərbaycan  güleyĢəsi,  Vələs,  Qayım  nar  və 

baĢqalarıdır. 

 Narlar 28-42% toxumdan və 36-61% Ģirədən ibarətdir. 

 Narın  meyvəsi  alkoloidlərlə  zəngin  olub,  təbabətdə  lent  Ģəkilli 

bağırsaq qurdlarını məhv etmək üçün məsləhət bilinir. Göyçay və 

Tərtər rayonlarında nardan Ģirə və Ģərab hazırlayan zavodlar vardır.  

Alma.  Daha  geniĢ  yayılmıĢ  meyvə  bitkisidir.  YetiĢmə  müddə-

tinə görə yay, payız və qıĢ sortları kimi fərqləndirilir.  

Yay sortlarının meyvəsi  aĢağı turĢuluğu ilə fərqlənib tez  yetiĢir 

və  payız  sortlarına  nisbətən  az  Ģirə  çıxımı  verir.  Müxtəlif  meyvə 

sortlarının  turĢuluq  və  Ģəkərliyi  geniĢ  intervalda  dəyiĢməklə  onu 

emal  zamanı  nəzərdə  saxlamaq  lazımdır.  Xırda  meyvəli  alma 

sortları  turĢu,  Ģəkər  və  polifenolların  yüksək  miqdarı  ilə  fərqlən-

məklə, iri meyvəli sortlara nisbətən daha dəyərli Ģirə verir. Onların 

bəzilərindən  alınmıĢ  Ģirə  yüksək  turĢuluq  və  aĢı  maddələrlə  fərq-

lənir. Ona görə də onlar iri meyvəli yay və payız sortlarından alın-

mıĢ  kimyəvi  tərkibcə  «kasıb»  Ģirəni  kupaj  etmək  üçün  istifadə 

edilir. ġirə və Ģərab üçün Ģirəli və turĢa-Ģirin lətli payız-qıĢ sortları 

daha  əlveriĢlidir.  Bunlara  Papirovka,  Cırhacı,  Aport,  Rozmarin, 

Parmen, Qənd alma, Sarı turĢ və baĢqaları aiddir.  



Armud.  ġərabçılıqda  mədəni  və  yabanı  sortlarından  istifadə 

edilir. Yabanı armudun meyvələri kifayət miqdarda Ģəkərə, az tur-

Ģuluğa  və  çoxlu  miqdarda  aĢı  maddələrinə  malikdir.  Ona  görə  də 

onlar  az  aĢı  maddələrinə  və  çoxlu  turĢuluğa  malik  olan  Ģirə  ilə 

kupaja verilir. Bere Bosk, Abbasbəyli və s. sortları əhəmiyyət kəsb 

edir.  


Heyva. Əsasən cənubi Dağıstan, Azərbaycan və Türkmənistan-


 

~ 462 ~ 


 

da yayılmıĢdır. Yüksək keyfiyyətli Ģirə almaq üçün bir qədər saxla-

nılmıĢ  meyvələrindən  istifadə  olunur.  Çünki  belə  meyvələrdə 

niĢasta  Ģəkərlərə  hidroliz  olununr.  Heyva  Ģirəsindən  əsasən  kupaj 

üçün istifadə edilir.  Bundan baĢqa ondan sorta  məxsus ətrə malik 

desert Ģərablar da alınır.  



Üvəz. Meyvələri xırda, Ģarvari, narıncı sarı, qara və qırmızıdır. 

Emal  üçün  iri  meyvəli  üvəz  sortlarından  müvəffəqiyyətlə  istifadə 

olunur.  ġirə  və  Ģərab  almaq  üçün  qara  meyvəli  üvəz  daha  dəyər-

lidir. Yabanı üvəzin meyvələri xırda və acı olduğundan az əhəmiy-

yət kəsb edir.  

Ərik. Orta Asiya, Zaqafqaziya respublikalarında və s. becərilir. 

ġərabçılıqda  desert  Ģərablar  və  həmçinin  tünd  içkilər  almaq  üçün 

istifadə edilir. 

Albalı. Meyvələri qabığının, Ģirəsinin, rənginə, həmçinin turĢu-

luq  və  Ģəkərliyinə  görə  də  fərqlənir.  Yüksək  Ģəkər  və  aĢağı 

turĢuluqlu meyvələr verən sortlar, yüksək keyfiyyətli sort Ģərablar 

istehsalında  istifadə  olunur.  Ġri  ġpanka,  Anadolu  albalısı  və  b. 

sortları əhəmiyyətə malikdir.  

Gilas. Tez yetiĢən meyvə olub, respublikamızda geniĢ becərilir. 

ġirənin  aĢağı  turĢuluğu  və  zəif  rəngilə  fərqlənir.  Gilasdan  kupaj 

Ģərablarının hazırlanmasında istifadə olunur. 

Gavalı. Gavalı pektin, zülal, selik maddələrinin yüksək miqda-

rına  malik  olduğundan,  ondan  alınan  Ģirə  çətin  durulur.  ġirə 

çıxımını  yüksəltmək  və  daha  yaxĢı  durulaĢdırmaq  üçün  mütləq 

əzintinin  fermentləĢdirilməsi,  yaxud  isti  iĢlənməsi  aparılmalıdır. 

Alça,  göyəm  gavalısı  və  xüsusən  göyəm  yüksək  turĢuluq  və 

büzüĢdürücülüyə  malikdir.  Sarı  albuxarı,  YaĢıl  Renklod,  ev 

Vengerkası əhəmiyyətə malikdir. 

Qarağat.  Daha  geniĢ  yayılanı  qara  qarağatdır.  TurĢu,  aĢı  və 

rəng  maddələrinin  yüksək  miqdarı  ilə  fərqlənir.  ġirə  yalnız  əzinti 

müəyyən  üsullarla  iĢləndikdə  alınır.  Qırmızı,  ağ  və  qızılı  qarağat 

növlərinin Ģirəsi, sort Ģərabları hazırlamaq üçün yaxĢı xammaldır. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin