Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə341/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   337   338   339   340   341   342   343   344   ...   405
On doqquzuncu fəsil

 

TÜND

 ALKOQOLLU 

İÇKİLƏRİN

 

TEXNOLOGİYASI

 

19.1. K

onyakın texnologiyası

 

19.1.1. Konyak 

istehsalının

 tarixi 

 Konyak-tünd spirtli içki  olub,  üzüm  Ģərablarının destilləsindən 

alınmıĢ konyak sprtini saxlayıb yetiĢdirməklə hazırlanır. Konyakla 

üzüm arağını eyniləĢdirmək olmaz. Çünki, üzüm arağı üzümçülük 

qalıqlarından (cecə, maya və s.) hazırlanır. Digər tərəfdən konyak 

özünün  qızılı-kəhrəba  rənginə,  xoĢagələn  ətrinə  və  s.  görə  üzüm 

arağından  fərqlənir.  Konyakın  tündlüyü  40-57  h.%  arasında 

dəyiĢir. 

Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın ġaranta 

vilayətinin  Konyak  Ģəhərində  istehsal  olunmağa  baĢlanmıĢdır.  Bu 

bir növ təsadüfi olmuĢdur. Fransa ġarant çayı vasitəsilə Ġngiltərə və 

Skandinaviya  ölkələri  ilə  ticarət  əlaqəsi  saxlayırdı.  Lakin  gəmidə 

çəlləklərlə  Ģərabın  daĢınması  çətin  və  baha  baĢa  gəlirdi.  Digər 

tərəfdən  zərif  Ģaranta  süfrə  Ģərabları  yolda  və  ticarətçilərin 

zirzəmilərində  tez  xarab  olub,  sıradan  çıxırdı.  Buna  görə  də 

Ģərabların qaynadılıb destillə edilməsi məsələsi ortaya çıxmıĢ oldu. 

Destillə  olunmuĢ  material  palıd  çəlləklərdə  müəyyən  müddət 

qaldıqdan  sonra  yaxĢı  keyfiyyət  qazanmıĢ  və  tezliklə  satılmıĢdır. 

Sonralar  daha  az  yer  tutması  üçün  materialda  ikinci  destillə 

aparıldı. Lakin üzüm spirtinin palıd çəlləklərdə sistemli yetiĢdiril-

məsi  hələ  aparılmırdı.  1701-ci  ildə  Fransa  ilə  Ġngiltərə  arasında 

baĢlanan  müharibə  13  il  davam  etdi.  Müharibə  nəticəsində 

Fransadan bütün dəniz yolları bağlanmıĢ oldu. Ona görə də konyak 

istehsalçı və tacirləri destillə olunmuĢ üzüm spirtinin çox hissəsini 

palıd çəlləklərdə saxlamalı oldular. Nəticədə onlar müəyyən etdilər 

ki,  uzun  müddətli  saxlanma  (13  il)  dövründə  məhsul  möcüzəli 

buket  və  dad  qazanır.  Alınan  içki  tezliklə  özünə  alıcılar  tapdı  və 

çoxlu  miqdarda  spirt  bazarda  satılmaq  üçün  palıd  çəlləklərdə 




 

~ 476 ~ 


 

yetiĢdirilməyə  baĢlandı.  Bununla  da  Konyak  Ģəhərinin  bu  içkisi 

həddindən ziyadə məĢhurlaĢdı və istehsal olunduğu yerin adı ilə də 

adlandırılmağa baĢlandı.  

Sonralar ġarantada alınan konyaklar böyük dünya Ģöhrəti qazan-

dı.  Qeyd  etmək  kifayətdir  ki,  hazırda  burada  istehsal  olunan 

konyakın 80%-i ixrac olunur. 

Konyak  üçün  əsas  üzüm  sortları  Ağ  fol  və  Kolambardır.  Emal 

zamanı  10%-ə  qədər  Semilyon  və  Sovinyon  sortlarından  istifadə 

etməyə icazə verilir. 

Üzüm adətən, oktyabrda yığılıb, destilləyə 1 dekabrdan baĢlanır. 

ġərab  destilləyə  tam  durulmamıĢ,  çöküntü  ilə  verilir.  Xam  spirt 

alındıqda,  Ģərab  materialı  mayalarla  birlikdə  istifadə  olunur.  Bu 

üsul  fransız  konyakları  alınmasının  ən  baĢlıca  fərdi  cəhətlərindən 

biri olub, onlarda enant efirinin yüksək miqdarı ilə səciyyələnir. 

Destillə  prosesi  fasiləli  iĢləyən  bir  kublu  Ģaranta  aparatlarında 

həyata keçirilir. ġərab kuba (qazana) doldurulur. Destillədən sonra 

xam  spirt  alınır.  Bu  əməliyyat  3  dəfə  təkrar  olunur.  Alınan  üç 

partiya assamblyaj olunur və qarıĢıq destilləyə verilib, üç-baĢ, orta 

və  qalıq  fraksiyalar  alınır.  Orta  fraksiya  (poqon)  yetiĢdirilməyə 

verilir. 

Konyak  spirti  həcmi  200  litr  olan  palıd  çəlləklərdə,  yerüstü 

binalarda yetiĢdirilir. 

Hazırda  konyak,  Fransa,  MDB,  Bolqarıstan,  KeçmiĢ  Yuqosla-

viya,  Ġspaniya,  Ġtaliya,  ABġ  və  baĢqa  ölkələrdə  istehsal  olunur. 

Ayrı-ayrı  ölkələrdə  bu  müxtəlif  adda  buraxıla  bilir.  Məsələn, 

armanyak, brendi, vaynbrendi, vinyak və s. 

Rusiyada  üzüm  arağı  ən  əvvəl  XVIII  əsrin  sonunda  Kizlyarda 

istehsal olunmağa baĢlanmıĢdır. Lakin bu araq yetiĢdirilmirdi. 

XIX  əsrin  sonunda  üzüm  arağı  istehsalı  Moldova,  Odessa 

vilayəti, Krım və həmçinin Zaqafqaziyada geniĢ yayılmıĢdı. 

Lakin  konyak  istehsalı,  müəyyən  destillə  və  yetiĢdirmə 

texnologiyasına  riayət  etməklə  keçən  əsrin  ikinci  yarısında 

Gürcüstan, Azərbaycan, Moldava, Ukraynada təĢkil olunmuĢdur. 



 


 

~ 477 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin