Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə343/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   339   340   341   342   343   344   345   346   ...   405
19.1.4. Konyak spirtinin 

alınması

 

19.1.4.1. 

Şərabın

 

destilləsi

 

zamanı

 

baş verən proseslər

 

Əgər  konyak  istehsalının  ilk  mərhələsi,  üzüm  sortlarının 

seçilməsi  və  konyak  Ģərab  materialının  hazırlanmasıdırsa,  onun 

əsası  konyak  spirtinin  alınmasıdır.  Konyak  spirti,  turĢ  Ģərab 

materialının  destilləsi  nəticəsində  alınır.  Rektifikasiya  olunmuĢ 

(təmiz)  etil  spirtinin  alınmasından  bunun  fərqi  ondadır  ki,  birinci 

halda  bütün  qarıĢıqlardan  azad,  tam  təmiz  spirt  alınmasına, 

ikincidə isə bu qarıĢıqların spirtdə qalmasına çalıĢılır. 




 

~ 481 ~ 


 

ġərab  materialı  kimyəvi  cəhətdən  özünü  tərkibinə  su  (89%-ə 

yaxın), etil spirti (10,5%-ə yaxın) və digər maddələr (0,5%-ə yaxın 

etil  spirtinin  qarıĢıqları)  daxil  olan  məhlul  kimi  göstərir.  Destillə 

yolu  ilə  Ģərab  materialından  ya  xam  konyak  spirti,  yaxud  birbaĢa 

konyak spirti alınır. 

ġərabın  destilləsi  mürəkkəb  fiziki-kimyəvi  proses  olub,  burada 

əsas  komponent  olan  etil  spirtindən  əlavə,  Ģərabın  digər  kompo-

nentləri, o cümlədən aldehidlər, turĢular, ali spirtlər, efirlər, asetal-

lar  və  b.  iĢtirak  edir.  Bu  zaman  əmələ  gələn  maddələri,  destillə 

zamanı  Ģərabdan  konyak  spirtinə  keçən  və  destillə  prosesində 

əmələ  gələn  maddələr  kimi  iki  qrupa  bölmək  olar.  Birinci  qrup 

maddələr  də  öz  növbəsində  etil  spirtindən  aĢağı  temperaturda 

qaynayanlar  və  etil  spirtindən  yuxarı  temperaturda  qaynayanlar 

kimi qrulaĢırlar. 

AĢağı  temperaturda  qaynayan  qatıĢıqlara  baĢlıca  olaraq  sirkə 

aldehidi, qarıĢqa etil, sirkə metil və sirkə etil efirləri aiddir. 

Yüksək  temperaturda  (etil  spirtinə  nisbətən)  qaynayan 

qarıĢıqlara-ali  spirtlər  (propil,  izobutil,  izoamil),  furfurol,  efirlər 

(izoyağ  etil,  izovalerian  etil,  sirkə  izoamil)  və  turĢular  (sirkə, 

propion, yağ, izovalerian) aiddir. 

Uçucu  maddələrin  destilyata  keçməsinə  məhlulun  qaynama 

temperaturu və qəbul olunmuĢ destillə metodu təsir edir. Müəyyən 

olunmuĢdur  ki,  destillənin  davametmə  müddəti  və  temperaturu 

artdıqca  uçucu  turĢuların  destilyata  keçməsi  güclənir.  Aldehid  və 

uçucu  efirlərin  destilyata  keçməsi  baĢlanğıcda  intensiv  olub, 

destillə davam etdikcə, zəifləyir və nəhayət minimuma enir. Müəy-

yən olunmuĢdur ki, ali spirtlər ən çox baĢlanğıc və orta fraksiyaya, 

daha  az  isə  son  fraksiyaya  keçir.  Ona  görə  də  ali  spirtlərin 

miqdarına nəzarət etməklə, baĢlanğıc fraksiyanın düzgün ayrılması 

mümkün  olur.  Furfurolun  maksimum  miqdarı  orta  fraksiyasının 

sonunda,  yaxud  son  fraksiyanın  baĢlanğıcında  müĢahidə  olunur. 

Sonra onun miqdarı azalır. Uzunmüddətli destillə prosesində Ģərab 

materialında  olan  pentozların  hidrolizi  getməklə  furfurol  əmələ 

gəlir. 

Destillənin davam etməsi nəticəsində, destilyatda metil spirtinin 




 

~ 482 ~ 


 

qatılığı azalır.  

Buradan  görünür  ki,  maddələrin  destilyata  keçməsinə  destillə 

üsulu,  aparatı  və  prosesin  davametmə  müddəti  təsir  edir.  Daha 

zəngin konyak spirti Ģarant tipli aparatlarda alınır. 

Qeyd  etdiyimiz  kimi,  destillə  prosesində  Ģərabdan  keçən 

maddələrlə  yanaĢı,  yeni  maddələr  də  əmələ  gəlmiĢ  olur.  Bu 

maddələrin yaranması bir çox proseslərlə əlaqədardır ki, onların da 

əsasında  oksidləĢmə-reduksiya,  melanoidin  əmələ  gəlməsi,  efir 

əmələ gəlməsi və s. durur. 

Kubda  yüksək  temperatur  və  həmçinin  oksigen  Ģərabın  bir  çox 

birləĢmələrini  əhatə  edən  oksidləşmə-reduksiya  proseslərinin 

intensiv  getməsi  üçün  əlveriĢli  Ģərait  yaradır.  Belə  ki,  spirtlərin, 

xüsusilə  də  etil  spirtinin  oksidləĢməsi  aldehidlər-sirkə,  izobutil, 

izoamil, benzil, B-feniletil və b. əmələ gəlməsinə səbəb olur. Alde-

hidlərin  əmələ  gəlmə  mənbəyi  kimi,  aminturĢuların  oksidləĢmə-

deaminləĢməsi  və  dekarboksilləĢməsi  də  rola  malikdir.  Bu  halda 

aldehiddə yarandığı aminturĢuya nisbətən bir karbon az olur. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin