Мцяллифдян


Melanoidin  əmələ  gəlmə  reaksiyası



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə344/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   340   341   342   343   344   345   346   347   ...   405
Melanoidin  əmələ  gəlmə  reaksiyası, destillə prosesində inten-

siv gedir, onun əlavə məhsulları alifatik aldehidlər, uçucu turĢular, 

furan  sıra  aldehidləri  və  baĢqaları  olur.  Destillənin  davam  etmə 

müddəti artdıqca bu birləĢmələrin miqdarı yüksəlir. 

Melanoidin  əmələ  gəlmə  reaksiyası  mayaların  iĢtirakı  ilə  daha 

da intensivləĢir. 



Efir  əmələ  gəlmə  reaksiyası, destillədə əsas  yer tutur. Ən  çox 

əmələ  gələn  efirlərdən  sirkə  etil  efirlərini,  az  toplananlardan 

metilasetat, izobutilasetat, dietilasetat və b. göstərmək olar. Kubda 

olan  Ģərabın  aĢağı  pH-ı  efirlərin  daha  çox  əmələ  gəlməsinə  səbəb 

olur.  Destillə  olunan  Ģəraba  maya  çöküntüsünün  əlavə  olunması 

destilyatda  efir  maddələrini  kəskin  artırır.  Bu  mayadan  Ģəraba  ali 

spirtlərin  keçməsi  və  sonra  həmin  spirtlərin  efir  əmələ  gəlmə 

reaksiyasına daxil olması ilə əlaqədardır. 

Kubda  Ģərab  materialını  qaynatdıqda  hidrolitik  proseslər  - 

dehidratasiya, dekarboksilləĢmə reaksiyaları gedir. Nəticədə karbo-

hidratların  parçalanması,  pentoz  və  heksozların  dehidratasiyası 

gedir  və  qapalı  aldehidlər  əmələ  gəlməklə,  mürəkkəb  efirlərin, 




 

~ 483 ~ 


 

asetalların parçalanması baĢ verir. 

Beləliklə,  Ģərabın  destilləsi  mürəkkəb,  çoxkomponentli  sistem 

olub,  onun  tərkibinə  daxil  olan  maddələrin  çevrilmələri  ilə 

müĢahidə olunur. Nəticədə yeni məhsullar yaranır ki, onların bəzisi 

baĢlınğıc Ģərabda olmur. 

Destillədə  yeni  məhsulların  əmələ  gəlməsinə  destillə aparatının 

materialı  da  təsir  edir.  Təcrübələrlə  müəyyən  olunmuĢdur  ki,  mis 

aparatlarda  alınan  konyak  spirtinin  keyfiyyəti  paslanmayan  polad 

və ĢüĢədə alınandan qat-qat üstündür. Bu mis ionların katalitik rolu 

ilə izah olunur. 

 

19.1.4.2. Destillə aparatları



 

ġərabı  destillə  etmək  üçün  istifadə  olunan  aparatlar  iĢləməsinə 

görə 2 tipdə olur: 

1. Fasilə ilə iĢləyən aparatlar. 

2. Fasiləsiz iĢləyən aparatlar. 

Fasilə  ilə  iĢləyən  aparatlar  da  öz  növbəsində  birdəfəlik  və 

ikidəfəlik  destillə  edən  aparatlar  olmaqla  2  qrupa  bölünür.  MDB 

ölkələrində  konyak  istehsalı  üçün  həm  fasiləli,  həm  də  fasiləsiz 

iĢləyən  qurğulardan  istifadə  edilir.  Alınan  konyak  spirtinin  əsas 

kütləsi birincilərin payına düĢür. Markalı konyaklar üçün fasilə ilə 

iĢləyən  ikidəfəlik  destillə  aparatlarında  alınan  spirt  daha  yaxĢı 

hesab edilir. Alınan spirtin təqribən 4%-i onun payına düĢür. 

Ġki  dəfə  destillə  edən  aparatlara  ġarant  tipli  aparatlar  (odla  və 

buxarla iĢləyən) aiddir (UPKS). Odla və buxarla iĢləyən aparatların 

bir-birindən  fərqi  yalnız  onların  quruluĢundadır.  Buxarla  iĢləyən 

aparatların kubunda, odla iĢləyənlərdən fərqli olaraq, buxar borusu 

olur. Digər tərəfdən, odla iĢləyən aparatlarda, kubun aĢağı hissəsini 

qalın hazırlayırlar. Bu, odun kuba dağıdıcı təsir etməsinin qarĢısını 

almaq  üçün  edilir.  Lakin  bununla  belə  odla  iĢləyən  aparatlar  2-3 

ildən  bir  təmirə  dayanmalı  olur  (əsasən  aĢağı  hissənin  dəyiĢilməsi 

üçün). Bundan əlavə, odla iĢləyən aparatların yanacaq sərfi də çox 

olub, baha baĢa gəlir. Ona görə də son illər ölkəmizdə odla iĢləyən 




 

~ 484 ~ 


 

aparatlardan demək olar ki, istifadə olunmur. 

Buxarla iĢləyən aparatlara verilmiĢ Ģərab materialında mayaların 

miqdarını  onların  yanmasından  qorxmadan  artırmaq  olar.  Bu  isə 

bildiyimiz kimi, spirtin keyfiyyətinin yüksəlməsinə səbəb olur. 

Bu aparatların ən sadəsi  sadə  destillə  kubudur. Kublu destillə 

aparatı-destillə olunan məhlulu qızdıran kubdan, onun ağzını örtən 

qapaqdan,  soyuducudan  ibarətdir.  Soyuducu,  daxilində  ilanvari 

boru  yerləĢmiĢ  rezervuardan  ibarətdir.  Ġlanvari  borunun  son  ucu 

rezervuardan  çıxır  və  bir  qədər  təkmilləĢmiĢ  formalarda,  orada 

spirt  fonarı  qoyulur.  Buradan  çıxan  spirt,  toplayıcı  rezervuara 

yığılır (Ģəkil 19.2). 

 

 

 



 

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin