Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə349/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   345   346   347   348   349   350   351   352   ...   405
spirt alan aparat olub, Ģərab materialı, yaxud braqanın mənĢəyin-

dən asılı olaraq viski, brendi, rom, kalvados istehsalı üçün istifadə 

olunur. ġərab materialı, yaxud braqa, nasosla paylayıcı və konden-

satordan  keçməklə  kuba  verilir.  Kub,  karbon  qazını  kənar  edən, 

əks-soyuducu,  qarıĢdırıcı,  ilanvari  buğ  borusu  və  nasosla  birgə 

fəaliyyət  göstərən  paylayıcı  ilə  təchiz  olunmuĢdur.  Kub,  uçucu 

maddələrin  yeni  əmələ  gəlmə  proseslərinin  getməsi  üçün,  Ģərab 

materialının ləngiməsini təmin edir.  

Kubdan Ģərab materialı, nasosla 18 nimçəli destillə kolonkasına 

ötürülür və burada ilanvari borudan (barbotyer) verilən açıq buğla 

qızdırılır. Spirt və uçucu qarıĢıqlar ayrıldıqdan sonra, qalıq (barda) 

paylayıcı və istilik mübadiləedicidən keçməklə kolonkadan çıxarı-

lır. Spirtli buğ kolonkadan defleqmatora, kondensasiya olunmamıĢ 

hissə  isə  kondensatora  daxil  olur.  Kondensasiya  olunmuĢ  spirtli 

məhlullar sonrakı emal üçün kub-reaktora verilir. 

ġərab materialı, kubda (4)  yeni uçucu maddələr  əmələ gəlməsi 

prosesini  təmin  etmək  üçün  4  saat  müddətində,  qaynama  tempe-

raturunda yetiĢdirilir. Ümumiyyətlə, bu qurğuda uçucu maddələrin 

yeni  əmələ  gəlmə  prosesinə  xüsusi  diqqət  verilmiĢdir.  Belə  ki, 

destilyat  qaynar  vəziyyətdə  1  saat  müddətində  kubda  ləngidilir. 

Kub  isti  buğ  üçün  ilanvari  boru,  paylayıcı  və  nasosla  təchiz 

olunmuĢdur. Ġlanvari boruya buğun daxil olması elə nizamlanır ki, 

mayenin  qaynaması  zamanı  əmələ  gələn  spirtə  malik  buğ  istilik 

mübadiləedicidə tamamilə kondensasiya oluna bilsin. Əmələ gələn 

destilyat,  iĢlənməmiĢ  (emal  olunmamıĢ)  spirt  adlandırılır.  Onun 

sonrakı  iĢlənməsi  tündləĢdirici  kolonkada  gedir  və  ondan  baĢ 

qarıĢıqların artığı kənar olunur. Kolonkada yeddi nimçə vardır. 

TündləĢdirici kolonkadan çıxan spirtə malik buğun əsas kütləsi 




 

~ 498 ~ 


 

istilik mübadiləedicidə kondensasiya olunur və kolonkaya qayıdır. 

BaĢ  fraksiya  nizamlama  sistemindən  keçməklə  kuba  qayıdır. 

Həmin  mayenin  spirtliyi  17,5-22,2  h.%  arasında  olur.  Optimal 

spirtlik  19,2  h.%  hesab  olunur.  Əgər  mayenin  spirtliyi  yüksək 

olarsa,  kuba  qarıĢdırıcıdan  keçməklə  su  daxil  edilir.  Əlavə  olunan 

suyun  miqdarı  100  kq  baĢlanğıc  mayeyə  1,5  kq  təĢkil  edir. 

Mayenin  belə  spirtliyində  tündləĢdirici  kolonkadan  götürülən  əsas 

fraksiyanın  spirt  buğları  68,6  h.%  tündlüyə  malik  olur  ki,  bu  da 

konyak, kalvados, rom, viski istehsalına uyğun gəlir. 

Kubda  mayenin  göstərilən  spirtliyi,  əvvəlki  qurğularda  olduğu 

kimi, əsas fraksiyanın destilyatına çətin uçucu və yüksək tempera-

turda  qaynayan  maddələrin  keçməsi  üçün  ciddi  maneədir.  Belə 

çatıĢmazlığı  aradan  qaldırmaq  üçün  müəlliflər  qurğuya  20  ədəd 

qaynatma  nimçəsinə  malik  əlavə  kolonka  (11)  daxil  etmiĢlər. 

Həmin  nimçələrdə  kubdan  alınan  mayedən  göstərilən  qarıĢıqlar 

qovulur  və  onların  kondensatordan  kuba  qayıtması  qarıĢdırıcıdan 

keçməklə mümkün olur. 

Beləliklə,  Ġrlandiya  tədqiqatçıları  tərəfindən  iĢlənib  hazırlanmıĢ 

qurğu əvvəlkilərlə müqayisədə, əsas fraksiyanın  kimyəvi tərkibini 

nizamlamaq üçün daha geniĢ imkanlara malik olur. 

Moskva Yeyinti Sənayesinin Texnologiyası Ġntitutunda (hazırda 

Moskva  Texnologiya  Universiteti)  prof.  Z.N.KiĢkovskinin  rəhbər-

liyi  altında  iĢlənib  hazırlanmıĢ  destillə  qurğusu  tətbiq  sahəsi  tap-

mıĢdır  (Ģəkil  19.11).  Bu  qurğu  fasiləsiz  üsulla,  ġaranta  aparatla-

rında  alınan  konyak  spirtinin  keyfiyyətinə  yaxın  spirt  alınmasını 

təmin edir. O, universal xassə daĢımaqla yalnız konyak spirti deyil, 

eləcə  də  meyvə  spirti,  maya  çöküntüsündən  xam  spirt  və  s. 

alınması üçün istifadə oluna bilər.  

Bu  sxemə  görə  Ģərab  materialı  kolonkada  (4)  destillə  olunur. 

AlınmıĢ  su-spirt  buğlarının  təkrar  destilləsi  tündləĢdirici  kolonka-

sında (7) və əmələ gələn tünd mayenin (epyuratın) sonuncu destil-

ləsi xüsusi kolonkada  (18) həyata  keçirilir. ġərab  materialı  qayna-

dıcı (zənginləĢdirici) və zəiflədici hissələrdən ibarət destillə kolon-

kasına daxil olmazdan əvvəl, ardıcıllıqla bərk qızmıĢ Ģərab soyudu-

cusundan, kolonkanın kubundan və bərk qızdırıcıdan keçir.  




 

~ 499 ~ 


 

 

 



 

   Şəkil 19.11. Fasiləsiz qaydada müxtəlif spirtlikdə konyak spirti  

              fraksiyalarına  ayıran qurğunun sxemi 

1-kublu  aparat;  2-baxış  fonarı;  3-nümunə  soyuducu;  4-qovucu 

koonka;  5-rotametr;  6-qaynar  şərab  soyuducusu;  7-epurasiya 

kolonkası;  8-şərab  üçün  təzyiq  çəni;  9-defleq  mator;  10-

kondensator;  11-soyuducu;  12  və  16-uyğun  olaraq,  baş  və 

quyruq  fraksiyaları  üçün  kondensator  –  soyuducular;  13-

qarışdırıcı;  14,  15  və  20-uyğun  olaraq,  orta,  quyruq  və  baş 

fraksiyaların  spirt  fonarları;  17-barda  tənzimləyici;  18-

epyuratın destillə kolonkası; 19-vakuum-ayırıcı  

 

Soyuducuda Ģərab materialının iki axını-bərk qızdırıcıdan gələn 



bərk qızmıĢ və təzyiq bakından gələn soyuq Ģərab axını qarĢılaĢır. 

Soyuq  Ģəraba  öz  istiliyinin  bir  hissəsini  ötürən  bərk  qızmıĢ  Ģərab 

80-85

0

C  temperaturda  destillə  kolonkasının  qaynadıcı  hissəsinə 



daxil  olur.  Burada  Ģərab  materialından  etil  spirtinin  əsas  hissəsi 

(90%-ə  qədər)  və  uçucu  qarıĢıqlar  su-spirt  buğu  Ģəklində  kənar 

olunur.  Həmin  buğlar  tündləĢdirici  kolonkaya  daxil  olub,  burada 

destillə  kolonkasının  zəiflədici  hissəsindən  gələn  su-spirt  buğları 

ilə  isinir.  Defleqmatordan  (9),  gələn  spirt  buğları  kondensatının, 



 

~ 500 ~ 


 

zəiflədici  hissədən  gələn  buğlarla  toqquĢması  nəticəsində  soyudu-

cudan (11), 1-3% (susuz spirtə çevirməklə) miqdarında, 75-80 h.% 

tündlüyə malik, spirt buğları ayrılır. 

Yüksək temperaturda qaynayan qarıĢıqlarla zənginləĢən epyurat 

(tünd  maye)  tündləĢdirici  kolonkanın  qaynatma  hissəsindən, 

epyuratı destillə edən kolonkaya daxil olur. 

Burada  müxtəlif  spirtliyə  malik  əsas  (defleqmator  9,  konden-

sator  10  və  soyuducudan  11  keçməklə)  və  aralıq  (kondensator 

soyuducudan 12 keçməklə) məhsullar ayrılır. Epyuratın destilləsin-

dən alınan və destillə kolonkasının müxtəlif nöqtələrindən  götürü-

lən  spirt  məhsullarının  qarıĢdırılması,  konyak  spirtini  müxtəlif 

uçuculuq  əmsalına  malik,  qarıĢıqlarla  zənginləĢdirir.  Son  fraksiya 

20  h.%  orta  tündlükdə  olmaqla  kolonkanın  aĢağı  hissəsindən 

götürülür. 

Göstərilən  destillə  sxemində,  fraksiyaların  götürülməsi  üçün 

aralıq  zonaların  olması,  alınan  konyak  spirtinin  kimyəvi  tərkibini 

məqsədli Ģəkildə nizamlamağa imkan verir. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin