Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə63/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   405
Sitoplazmatik  membran,  stoplazmanın  xarici  səthindən  yara-

nır  və  protoplalazmanı  əhatə  edir.  Mikroorqanizm  hüceyrəsində 

sitoplazmatik  membran  əsasən  4  funksiya  yerinə  yetirir:  Osmotik 

təbəqə  kimi  təsir  edir;  məhluldan  hüceyrəyə  qida  maddələrinin  və 

əksinə, mübadilə məhsullarının keçməsini tənzim edir; özünü bəzi 

fermentlərin  və  orqanoidlərin  (ribosomların)  daĢıyıcısı  kimi 

göstərir. 

Sitoplazma-maya  hüceyrəsinin  bütün  əsas  elementlərini,  mito-

xondrii, ribosomlar və baĢqa ehtiyat maddələrini özündə birləĢdirir. 

Elektron mikroskopu və biokimyəvi tədqiqatlar nəticəsində müəy-

yən  olunmuĢdur  ki,  sitoplazma  özünü  zülallardan,  karbohidratlar-

dan,  lipidlərdən,  mineral  maddələrdən,  sudan  və  bir  sıra  baĢqa 

maddələrdən ibarət kolloid sistem kimi göstərir. 



Mitoxondri,  maya  hüceyrəsinin  xırda,  yüksək  səviyyədə  ixti-

saslaĢmıĢ  və  vacib  orqanoididir.  Adi  halda  onlar  qılafla  vakuollar 

arasında  yerləĢir.  Onların  sayı  hüceyrədə  1-50  arasında  dəyiĢir. 

Əgər  hüceyrədə  cəmi  bir  mitoxondri  olarsa  belə,  o,  hüceyrə 

həcminin  20%-dən  çoxunu  təĢkil  edir.  Maya  mitoxondrisi  əsasən 

lipidlərdən  (30%-ə  yaxın)  və  zülallardan  (65-70%)  ibarətdir 

(mitoxondrinin quru kütləsinə görə). Maya mitoxondrisi əsas enerji 

funksiyasını yerinə yetirən fermentlərə malikdir. Mitoxondrii DNT 

(Dezoksiribonuklein  turĢusu)  və  RNT-yə  (Ribonuklein  turĢusu) 

malikdir ki, bunlar vacib həyat prosesləri yerinə yetirirlər. 



Vakuollar  -  maya  hüceyrəsinin  vacib  orqanoididir.  Suda  həll 

olan  elektrolitlərdən  baĢqa,  vakuollarda,  kolloid  halında  zülallar, 

yağlar,  karbohidratlar  və  fermentlər  yerləĢir.  Vakuollarda  Na,  K, 

Ca,  Md,Cl,  SO

4

  və  PO


4

  ionları  ayrı-ayrı  elementlər  və  duzlar 

Ģəklində tapılır. Vakuolaların forma və ölçüsü maya hüceyrəsində 

əhəmiyyətli  dərəcədə  dəyiĢir.  Maya  hüceyrəsində  bir,  yaxud  bir 

neçə  vakuol  ola  bilər.  Vakuollarda  fəal  oksidləĢmə-reduksiya 

prosesləri gedir. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin