Zygosaccharomyces (Ziqosaxaromitses) cinsinə daxil olan
mayalar, morfoloji cəhətdən saxaromitses mayalarına oxĢamasına
baxmayaraq, spor əmələ gətirmə xüsusiyyətinə görə onlardan
fərqlənirlər. Yüksək Ģəkərliyə (60-80%) malik bəhməz, bal,
mürəbbə, cem və baĢqa məhsullarda qıcqırma apararaq, keyfiyyəti
aĢağı salırlar. Bu cinsə daxil olan mayaların qıcqırtma qabiliyyəti
aĢağı olub, zəif qıcqırma apararaq 10 h%-ə qədər spirt əmələ
gətirirlər.
Saccharomycodes (Saxaromikodes) cinsinə daxil olan
mayalar, qarıĢıq yolla vegetativ tumurcuqlama və bölünməklə
çoxalırlar. ƏlveriĢsiz Ģəraitdə spor əmələ gətirirlər. Bu cinsə daxil
olan mayalar qıcqırma apararaq, 10 h%-ə qədər etil spirti, uçucu
turĢular və baĢqa ikinci dərəcəli məhsullar əmələ gətirir. Lakin bu
zaman, Ģəraba turĢumuĢ ətir verən, sirkə etil efirinin miqdarı kəskin
artdığından (200 mq/l-lə qədər) onlardan istifadə məqsədəuyğun
sayılmır. ġirədə və Ģampan istehsalında qıcqırma aparan mayaların
fəaliyyətini dayandırır. Bu mayalar da qıcqırmanın zərərverici
mikroflorasına aiddir. Yüksək kükürdə malik (500-100 mq/l) Ģirə
və Ģərabda qıcqırma apara bilirlər. Bir növü Saccharomycodes
ludwigii (Saxaromikodes lyudviqi) məlumdur(Ģəkil 3.10).
Dostları ilə paylaş: |