Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə79/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   405
3.3. Kif 

göbələkləri

 

Ġbtidai spor əmələ gətirən bitkilərə məxsusdur. Ona görə ibtidai 

adlandırılır  ki,  onlar  orqanlara  (kök,  gövdə  yarpaq)  malik  olmur. 

Ona görə sporlu adlanır ki, sporun köməyi ilə çoxalırlar. Xlorofilə 

malik  olmadığından  hazır  üzvi  maddələrlə  qidalanırlar  (hetero-

troflar). Bəziləri parazit, böyük çoxluğu isə saprofit həyat keçirir. 

Göbələyin orqanizmi zərif, uzun saplardan təĢkil olunmaqla bu 

hif  (mitsel)  adlanır.  Hiflər  bir  və  çoxhüceyrəli  ola  bilər.  Bəzi 

göbələklərdə,  (məsələn,  mayalarda)  hiflər  olmayıb,  onların  orqa-

nizmi bir hüceyrədən ibarətdir. 

Mitseli  substratın  səthində  (ekzogen),  yaxud  daxilində  (endo-

gen)  inkiĢaf  edə  bilər.  Göbələyin  hüceyrə  quruluĢu  da  əvvəlkilərə 

oxĢar Ģəkillidir. Göbələklər vegetativ yolla və sporun köməkliyi ilə 

çoxalırlar.  Vegetativ  çoxalma  mitseli  hissəcikləri  vasitəsilə  gedir. 

Bəzən  hiflər  ayrı-ayrı  hüceyrələrə  (oidilər)  parçalanır  ki,  bunlar 

çoxalmağa xidmət edir. 

Üzüm Ģirəsində kiflərdən ən çox rast gələnləri Mucor (mukor), 

Penicillium  (pensillium)  və  Aspergillusdur  (aspergilyus)  (Ģəkil 

3.16). 

Mukor-Mukorlar  ailəsinin,  fikomisetlər  sinfinin  ziqomisetlər 

yarımsinfinə daxildir. Bu ailəyə Rizopus (rizopus) cinsi də aiddir. 

Mukor  göbələklərinin  çoxu    spirt  qıcqırması  aparı  bilirlər.  Bəzi 

mukor  göbələkləri  (Mucor  racemosus),  havası  çatmayan  Ģəkərli 

məhlullarda  inkiĢaf  edib,  tumurcuqlama  yolu  ilə  çoxalan, 

mayayabənzər hüceyrələr əmələ gətirir ki, bunları Mukor mayaları 

adlandırırlar. Mukorun hif və oidiləri 5-7 h% spirdə məhv olur. 

Penicillium və Aspergillus kifləri Ascomycetes sinfinə daxildir. 

Mitselləri  çoxhüceyrəlidir.  Pensillium  latınca-irin,  aspergillus  isə 

asperege sözündən olub, suvarmaq mənasındadır. 

Botrytis  cinerea  -  (botritis  sinera)  üzüm  giləsinin  yetiĢməsi 

dövründə,  onun  üzərində  inkiĢaf  edən  kif  göbələkləri  arasında, 

özünün təcrübəi əhəmiyyətinə görə, əsas yerlərdən birini tutur. 




 

~ 106 ~ 


 

 

 



      Şəkil 3.16. Kif göbələkləri: a) Mucor; b) Botrytis;  

                       v) Penicillium; q) Aspergillus 

 

ĠnkiĢaf  etdiyi  Ģəraitdən  asılı  olaraq  o,  üzümün  keyfiyyətinə 



yaxĢı  (yararlı  çürümə)  və  pis  (boz  çürümə)  təsir  edə  bilir. 

ġərabçılıq  üçün  əlveriĢli  (meteoroloji  cəhətdən)  payızda,  daha 

doğrusu, yüksək temperatur və az nəmlikdə Botrytis cinerea üzüm 






 

~ 107 ~ 


 

giləsində  aĢağıdakı  dəyiĢiklikləri  aparır:  Onun  mitselləri  giləni 

dağıdır  və  gilədən  suyun  buxarlanması  hesabına  Ģəkərin  qatılığı 

artır  (bu  artım  nisbi  artımdır).  Bu  Ģərabçıya  həmin  üzümdən 

yüksək  keyfiyyətli  təbii  kəmĢirin  Ģərabı  hazırlamağa  imkan  verir. 

Yararlı çürümənin  yaranması üçün  bu və  ya digər dərəcədə, sabit 

Ģərait  yalnız  Fransanın  (Sotern)  və  Almaniyanın  (Reyn)  bəzi 

rayonlarında  vardır.  KeçmiĢ  Ġttifaq  respublikalarında  (Ukraynanın 

Zakarpatya  vilayəti  istisna  olunmaqla)  hələlik  belə  rayonlar 

tapılmamıĢdır.  Ona  görə  də  bir  çox  illərdir  ki,  mikrobioloqlar 

B.cinereanın süni məhlulunu almaq üçün iĢlər aparırlar. 

Pis  hava  Ģəraitində  göbələyin  mitselləri  gilənin  lətinə  daxil 

olmaqla,  çoxlu  miqdarda  Ģəkər  mənimsəyirlər.  Bu  isə  ondan 

alınmıĢ Ģərabın keyfiyyətinə əks təsir edir. 

Müəyyən  olunmuĢdur  ki,  B.cinerea-nın  yararlı  çürümə  əmələ 

gətirməsi  yalnız  meteoroloji  Ģəraitdən  asılı  deyildir.  Bunun  üçün 

üzümün  baĢlanğıc  Ģəkərliyi  28%-dən  yüksək  olmamalıdır.  Bu 

proses  azotun  miqdarından  da  asılıdır.  Əgər  gilədə  azot 

maddələrinin miqdarı yüksək olarsa, boz çürümə yaranır. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin