~ 131 ~
masında, Ģərab materialı yapıĢqanlandıqdan sonra çöküntünün
qatılaĢdırılmasında istifadə olunur.
Hermetik ifada hazırlanan dekanterlər məhsulun oksidləĢməsi
lazım olmadıqda həyata keçirilir. Bu dekanterlərdə inert qazlar,
məsələn, azot vurulması nəzərdə tutulur. Hermetik dekanterlərdən
Ģampan və ağ oynaq Ģərablar üçün Ģirələr alınmasında istifadə
oluna bilər. Dekanterlərdə Ģirə çıxımı 78%-ə yaxın olub, asılqan
hissəciklərin miqdarı kütləyə görə 2-3% təĢkil edir.
Xaricdə Ģirəni, Ģərabı, həmçinin əzintini sulfitləĢdirmək üçün
qurğular aĢağıdakı firmalar tərəfindən buraxılır: Ġmeca, Gasquet
(Fransa), Marzolla (Ġspaniya), Plasmati Sri (Ġtaliya) və baĢqaları.
Əzintidə qıcqırtmanı (―qırmızı üsul‖) aparmaq üçün müxtəlif
quruluĢlu vinifikatorlardan istifadə olunur. Ümumi cəhəti onlarda
qıcqırma temperaturunu tənzimləmək üçün isti və soyuq su
―köynəyi‖nin, həmçinin qıcqıran Ģirə ilə əzinti ―papağı‖nın
iĢlənməsi üçün qurğunun olmasıdır. Vinifikatorların ən geniĢ ya-
yılmıĢ quruluĢunda aparatın aĢağısında nasos yerləĢdirilir. Həmin
nasosla fasilələrlə Ģirə aĢağıdan götürülür və yuxarıda qurulmuĢ
suvarııcı qurğudan keçirilməklə əzintinin üzən ―papağı‖na vurulur.
KeçmiĢ SSRĠ-də iĢlənib hazırlanan və istifadə olunan ekstraktor-
vinifikator VEKD-5 qırmızı üsulla üzüm emal edən VPKS-10A
axım xəttinin (məhsuldarlığı saatda 10 tondur) tərkibinə daxildir
(Ģəkil 4.13).
Uzaq xaricdə vinifikatorlar istehsalı ilə Ġtaliyanın(TMCĠ
Padovan, Diemme, Gianazza, Cadolpe, Sernagiotto), Fransanın
(BSL, Blacher, BM, Carteir, Fabbri, Casquet), Bolqarıstanın
(Rodina, Xaskovo AD) və s. çoxlu firmaları məĢğul olur.
Son vaxtlar xaricdə rotovinifikatorlar geniĢ yayılmıĢdır ki,
onlara dair müvafiq bölmələrdə (bax: Qırmızı təbii Ģərablar)
məlumat verilmiĢdir.
Xarici firmalar fasiləli iĢləyən vinifikatorlardan baĢqa məhsul-
darlığı saatda 5,10 və 20 ton olan, fasiləsiz iĢləyən termovini-
fiktorlar da istehsal edir.
Qırmızı süfrə Ģərabları hazırlamaq üçün bir sıra xarici ölkələrdə
axın qurğu və xətlərindən istifadə olunur: Fransada-Ladussa
~ 132 ~
qurğusu, ―Bello və Viko‖ Ġtaliyada-Defrançeski, ―Djanatssa‖ və
―Padovan‖, Argentinada-KremaĢı qurğusu, Bolqarıstanda VND-50
vinifikatoru və s. Bütün sayılan qurğu və xətlərdə qıcqıma prosesi
və fenol maddələrinin ekstarksiyası bir vinifikatorda cəmlənir.
Şəkil 4.13. Ekstraktor- vinifikator VEKD-5
1-əzinti verən boru; 2-quruducu qurğu; 3-soyutmaq üçün
köynək; 4-əzintini boşaltmaq üçün şnek; 5-əzintini
boşaltmaq üçün dırmıq; 6-əzintini presə vermək nov; 7-
şərabı ekstraktora vemək üçün suvarıcı; 8-boşaltma xəttini
ötürücüsü; 9-xidmət meydançası; 10-özbaşına axınla
ayrılan şirəni və hazır şərabı götürmək üçün boru; 11-
soyuducu suyu vermək üçün boru; 12-əzinti qaytarıcısı
Əzinti, Ģirə və Ģərabı isti ilə iĢləmək üçün fasiləli və fasiləsiz
iĢləyən aparatlardan istifadə olunur. MDB ölkələrinin Ģərab
zavodlarında istifadə olunan BRK-3M qurğusu paslanmayan
poladdan hazırlanan üç rezervuar blokundan ibarətdir (Ģəkil 4.14).
~ 133 ~
Şəkil 4.14. Rezervuar qurğu BRK-3M
1-boşaldıcı şnek; 2-rezervuar; 3-qarışdırıcı-qızdırıcı;
4-boşaldıcı bıçaq; 5-nümunə götürən; 6-ilanvarı boru-
qızıdrıcı; 7-şirə ayırıcı; 8-boşaldıcı lük
Dostları ilə paylaş: