Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə20/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   405
1.3. Avstraliya 



 Yeni Zenlandiya 

Avstraliya.  Avstraliyada  Ģərab  məhsulları  miqdar  baxımından 

dünya Ģərab istehsalının 1%-ni təĢkil edir. Lakin keyfiyyət nöqteyi 

nəzərdən  Avstraliya  demək  olar  ki,  nəhəngdir.  Olduqca  yüksək 

keyfiyyətli Ģərablar əsasən bu qitənin payına düĢür. 

 Son  35  ildə  Avstraliya  Ģərabçılığı  əsaslı  dəyiĢiklilərə  məruz 

qalmıĢdır.Belə  ki,  əvvəlcə  ağır,  tünd,  likor  Ģərablar  istehsalından 

sadə,  xoĢagələn  süfrə  Ģərabları  istehsalına  keçildi.  Sonra  isə 

bilərəkdən  məhdud  miqdara  salınmıĢ  yüksək  keyfiyyətli  Ģərablar 

istehsalına  baĢlanıldı.  Bu  gün  Avstraliyada  yüksək  keyfiyyətli 

Ģərablar  və  böyük  olmayan  miqdarda  diqqətəlayiq  elit  Ģərablar 

üçün ciddi bazalar vardır. 



 

~ 38 ~ 


 

Avstraliyada  Ģərabçılıq  üçün  Ģərait  Avropadakından  fərqlənir. 

Ġqlimi demək olar ki,  hər  yerdə üzümün  yetiĢməsinə  imkan verir. 

Ġqlimin  isti  olması  və  yaz  Ģaxtaları  təhlükəsi  olmaması  qeyd 

olunmalıdır.  Torpağı  da  hər  yerdə  üzümün  yetiĢdirilməsi  üçün 

əlveriĢlidir.  Avstraliya  Ģərabçılığı  üçün  ən  real  təhlükə  bəzi 

rayonlarda  quraqlıq  və  çox  yüksək  rütubətlə  əlaqədardır  ki,  bu  da 

göbələk  xəstəliklərinin  sürətli  yayılma  riskini  artırır.  Avstraliya 

Ģərabçılığı tədricən daha soyuq rayonlara keçirilməkdədir. 

Qeyd  etmək  lazımdır  ki,  Avstraliya  Ģərabçılığının  fəlsəfəsi 

avropanınkından əsaslı Ģəkildə fərqlidir. Burada Ģərabın xarakterini 

torpaq  tipi,  yaxud  iqlim  Ģəraiti  müəyyən  etməyib,  yetiĢdirilmə 

Ģəraitindən asılı olmayaraq üzümün sortu müəyyən edir. Avstraliya 

Ģərablarının  çox  hissəsi  müxtəlif  rayonlarda  becərilən  ayrı-ayrı 

üzüm  sortları  qarıĢığından  hazırlanır.  Belə  üzümlüklər  arasında 

məsafə  10  bəzən  isə  3  min  mil  təĢkil  edir.  Müxtəlif  ĢərabĢılıq 

bölgələrindən  avtosterinlərlə  gətirilən  Ģərab  xüsusi  formulla  digər 

Ģərablarla kupaj edilir. Bazara daxil olan Ģərabların çoxu təmiz sort 

Ģərablarıdır.  Məsələn,  ġardone,  Semilyon,  ġiraz  (Sira)  yaxud 

Kaberne  Sovinyon.  Adətən  etiketdə  rayon  mənĢəyi  yazılmayıb, 

Ģərabın  cənubi  Avsraliyada  və  ya  sadəcə  olaraq  Avstraliyada 

hazırlandığı göstərilir.  

Avstraliya  Ģərabçıları  Avropalılara  bənzəmirlər.  Onlar  sadəcə 

Ģərab hazırlamayıb, həm 5 həm 10, həmdə premium sinifinə aid 50 

dollarlıq Ģərab hazırlamağı bacarmalıdırlar. ġərab istehsalının belə 

prinsipi Avstraliyalılar tərəfindən yüksək səviyyədə yerinə yetirilir. 

Demək  olar  ki,  bütün  iri  Ģərabçılıq  müəsisələri  müxtəlif  keyfiyyət 

standartlarında  çoxlu  sayda  -  milyonlarla  butulka  Ģərab  burax-

maqdadır. 

Avstraliya  Ģərab  istehsalına  görə  dünyada  11-ci  (450  min  dal), 

ağ Ģərab istehsalına görə isə 2-ci yerdə durur. Avstraliyada 140 min 

ha  üzümlük  vardır.  Adam  baĢına  illik  Ģərab  istehlakı  19,3  litrdir. 

Ən geniĢ yayılmıĢ sortları qirmizi ġiraz (20,8%), qirmizi Kaberne 

Sovinyon  (17,3%),  ağ  ġardone (13,7%),  qirmizi  Merlo  (5,2%),  ağ 

Semilyon  (4,9%),  ağ  Rislinq  (2,7%),  ağ  Muskat  (2,4%),  qirmizi 

Pino Nuar (2,4%), ağ Sovinyon (2%), qirmizi QrenaĢdır (1,8%).  




 

~ 39 ~ 


 

 Avstraliya  qanunlarına  görə  Ģərab  95%  etiketdə  göstərilən 

rayonun  üzümlüklərindən  hazırlamalıdır.  Əgər  etiketdə  bir  neçə 

sort  göstərilərsə,  onda  birinci  sort  əsas  olmalıdır.  TurĢu  əlavə 

olunmasına  icazə  verilsə  də  Ģaptalizasiya  qadağandır.  Keyfiyyətli 

Ģərab  istehsalında  məhsuldarlıq  hektardan  60-90  hl  təĢkil  edir. 

Məhsulun  çox  hissəsi  maĢınla  yığılır.  Qırmızı  Ģərablar  çox  vaxt 

barriklərdə  (Kaberne-Sovinyon 

fransız  barriklərində,  ġiraz 

Amerika barriklərində) saxlanılıb  yetiĢdirilir. Ən  yaxĢı ağ Ģərablar 

süd turĢu qıcqırmasına məruz qoyulur və həmçinin böyük olmayan 

barriklərdə formalaĢdırılır. Əldə edilən elmi nəticələrə əsasən bəzi 

Ģərabçılıq  təsərrüfatları  müəyyən  üzüm  sortlarının  tənəklərində 

budama  aparmırlar.  Bu  halda  üzüm  tənəyi  bir  neçə  il  yüksək 

məhsuldan  sonra  öz  məhsuldarlığını  tənzimləyir  və  məhsuldarlığı 

hektardan 80 hl səviyyəsində saxlayır. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin