Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə256/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   405
qıcqırtma  üsulundan  da  istifadə  olunur.  Bu  halda  darağın  xırda-

lanması  ekstraksiya  prosesini  daha  da  gücləndirir.  Belə  Ģərab 

materialında  fenol  maddələrinin  miqdarı  1300-1500  mq/l-ə  qədər 

yüksəlir. Darağı xırdalamaq üçün müxtəlif kənd təsərrüfatı avadan-

lıqları  sınaqdan  keçirilmiĢdir.  Bunlardan  biri  də  silos  üçün  olan 

diskli  xırdalayıcı  DĠS-1M-dir.  Lakin  bu  üsul  hələlik  özünün  geniĢ 

sənaye miqyaslı həllini tapmamıĢdır. 

Tünd Ģərab materialını azotla təmin etmək üçün onu mayalarda 

yetiĢdirmək və yaxud maya avtolizatorlarından istifadə edilməsi 

məsləhətdir.  N.A.Ġbrahimovun  tədqiqatları  göstərir  ki,  tünd 

Ģərabların  kupajına  2-3%  miqdarında  maya  çöküntüsünün  əlavə 

olunması,  alınan  tünd  Ģərabın  keyfiyyətini  yüksəltməklə  bərabər, 

onların yetiĢməsini də tezləĢdirir. 

Tünd  və  desert  Ģərablar  istehsalında  ən  mürəkkəb  əməliyyat-

lardan biri spirtləmədir. Bu əməliyyat Ģərabçılıq mövsümündə və 

Ģərab  materiallarının  kupajında  həyata  keçirilir.  Qıcqıran  Ģirənin 

spirtləĢdirilməsi  ona  görə  aparılır  ki,  qıcqırma  dayandırılsın  və 

bioloji  sabit  Ģərab  alınsın.  Müəyyən  olunmuĢdur  ki,  (Delli,  1910) 




 

~ 353 ~ 


 

Ģirə 80% Ģəkərə malik olduqda qıcqırmır. 18 h.% spirtə malik Ģərab 

davamlı  olur.  Spirtin  bir  konservləĢdirmə  vahidi  Ģəkərin  4,5-  nə 

bərabərdir.  Əgər  spirt  17  h.%  olarsa,  onun  konservləĢdirmə  ədədi 

17x4,5=76,5  olur.  Əlavə  olunan  spirt  yalnız  qıcqırmaya  və  xəstə-

liyə  davamlığı  artırmayıb,  həm  də  Ģərabın  dadına  təsir  göstərir. 

Bizim ölkənin qanunlarına görə Ģərabın tündlüyü 20 h.%-dən artıq 

olmamalıdır. Spirtlik nə qədər  yüksək olarsa, baĢlanğıc materialın 

ekstraktlığı  da  bir  o  qədər  yüksək  olmalıdır.  Az  ekstraktlı  Ģərab 

yüksək spirtlikdə daha boĢ təsir bağıĢlayır. 

ġirənin  baĢlanğıc  Ģəkərliyindən  asılı  olaraq  8%  və  daha  çox 

Ģəkər qıcqıra bilir. ġəkər nə qədər çox qıcqırırsa, qıcqırma məhsul-

ları, o cümlədən qliserin bir o qədər çox alınmaqla, Ģərab materialı 

daha keyfiyyətli alınır. SpirtləĢdirmə vaxtı təbii qıcqırma hesabına 

əmələ gələn spirt tünd Ģərablar istehsalında da ən azı 3,0 h.% (ən 

azı 5% Ģəkər qıcqırmalıdır); desert Ģərablarda 1,2 h.% (ən azı 2% 

Ģəkər qıcqırmalıdır) olmalıdır. 

Əvvəlcədən  qıcqırma  vaxtını  təyin  etmək  üçün  aĢağıdakı 

formuldan istifadə olunur: 

 

kc



a

a

kc

a

c

Y



1



1

1

)



(

 



Burada: Y – spirtləmə vaxtı Ģəkərin miqdarı, %-lə; 

 

       c – hazırlanan Ģərabın Ģəkəri, %-lə; 



 

       a – hazırlanan Ģərabın spirti, həcm %-lə; 

 

       k – əmsal olub, 0,6 götürülür; 



 

       c – Ģirənin baĢlanğıc Ģəkərliyi, %-lə. 

 

Spirtləmə  vaxtını  təyin  etdikdən  sonra  əlavə  olunan  spirtin 



miqdarını  təyin  etmək  lazım  gəlir.  Bu,  aĢağıdakı  formulla  təyin 

edilir: 


Y

B

Q

V

B

X



 




 

~ 354 ~ 


 

Burada: X – lazım olan spirtin miqdarı, litr, yaxud dal; 

 

      B – hazırlanan Ģərabın spirtliyi, həcm %-lə; 



 

      V – təbii qıcqırma hesabına yaranmıĢ spirt, həcm %-lə; 

 

      Q – əlavə olunan spirtin tündlüyü, həcm %-lə; 



 

      Y – spirtlənəcək materialın miqdarı, litr, yaxud dal. 

 

Məlumdur  ki,  spirtləmə  zamanı  həcmin  sıxılması  (kontrak-



tasiya)  baĢ  verir,  yəni  əlavə  olunan  hər  spirtlik  dərəcəsi  həcmi 

0,08%  azaldır.  Bundan  baĢqa,  Ģərabı  saxladıqda  və  yetiĢdirdikdə 

spirtliyin azalması baĢ verir. Xüsusilə markalı Ģərablarda bu itki (3-

5 il saxlandıqda) 1%-ə qədər olur. Ona görə də qıcqıran Ģirə, yaxud 

Ģərab kondisiyaya nisbətən yüksək spirtliyə tündləĢdirilir.  

Qıcqıran  Ģirəni  spirtlədikdə  zülal  maddələri  tədricən  çökür. 

Bundan  baĢqa,  pektin,  kitrə,  Ģərab  daĢı  və  Ģərab  turĢusunun  turĢ 

kalsium duzu da çöküntüyə gedir, titrləĢən turĢuluq azalmaqla 6,1-

6,7-dən  5,6-6  q/dm

3

-ə  düĢür.  SpirtləĢdirmədən  sonra  ilk  vaxtlar 



Ģərab xam buketə və harmonik olmayan dada malik olur. Müəyyən 

vaxt  keçdikdən  sonra  (2  həftə,  bəzən  ay)  spirt  Ģərab  tərəfindən 

assimilyasiya  olunur  və  nəticədə  Ģərab  kobudluğunu  itirir,  daha 

yümĢaq və harmonik olur. 

Spirtləmə  zamanı  əsas  tələb  spirtin  Ģərab  ilə  yaxĢı 

qarıĢdırılmasıdır. Əgər spirtləmə kupaj rezervuarlarında aparılarsa, 

qarıĢdırma  xüsusi  qarıĢdırıcılarla,  yaxud  nasosla  aparılaraq,  Ģərab 

materialı  rezervuarın  aĢağı  hissəsindən  nasosla  götürülüb,  yuxarı 

hissəsindən  verilir.  Daha  yaxĢı  nəticə  axında  spirtvuran  qurğu  ilə 

spirtləmə apardıqda alınır. 

Tünd və desert Ģərablar üçün üzüm, yaxud yeyinti mənĢəli digər 

etil  spirtindən  istifadə  olunur.  Cecə  və  maya  spirtindən  istifadə 

etmək  olmaz.  Sort  desert  Ģərabları  üçün  tündlüyü  96  h.%-dən  az 

olmayan – buğda  yaxud, kartofdan alınmıĢ yüksək dərəcədə təmiz 

etil spirti yararlıdır. 

ġirvanĢahı və Mədrəsə üzüm sortlarından qırmızı desert Ģərablar 

hazırladıqda spirtləmə əzintidə aparılır. Bu zaman 12% spirt itkisi 

olur ki, sonrakı proseslərdə bu itkinin 50%-ni qaytarmaq mümkün 




 

~ 355 ~ 


 

olur. Bu üsulla respublikamızda yüksək keyfiyyətli desert Ģərablar 

hazırlanır. 

Bəzən  bu  Ģərablar  istehsalında  yetiĢdirilmiĢ  vakuum  Ģirəsindən 

istifadə olunur. Həmin Ģirə 18-29h.%-ə qədər spirtləĢdirilib, tətbiq 

olunur.  Kupajda  belə  spirtləĢdirilmiĢ  Ģirədən  istifadə  olunması, 

Ģəraba yetiĢkənlik, yumĢaqlıq və yüngül xoĢa gələn dad verir.  


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin