Мцяллифдян


Tokayda  şərabçılığın  tarixi



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə291/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   287   288   289   290   291   292   293   294   ...   405
Tokayda  şərabçılığın  tarixi.  Tokay  Ģərabçılığının  mövcudlu-

ğuna  dair  ilk  mənbəə  1550-ci  ilə  aiddir.  Məlumdur  ki,  Tokay 

Ģərabları  XVII  əsrdə  Moskvada  məlum  idi  və  buraya  PolĢadan 

gətirilmiĢdi.  «Onun  Ģirinliyi  və  tündlüyü  insanı  oyadır.  Bu  Ģərab 

beynin  bütün  girinti-çıxıntılarını  hərəkətə  gətirir  və  qəlbin 

dərinliyində  iti  zəka  və  sevinc  qığılcımları  saçan  sehirli  çıraq 

yandırır» - tokay Ģərabları barədə Volter belə demiĢdir. 

XVIII  əsrdə  rus  çarlarının  Tokay  Ģəhərində  saxladığı  kazak 

dəstəsi  macar  Ģərablarının  Peterburqa  göndərilməsi  ilə  məĢğul 

olurdu. 1745-ci ildə  Rusiyada  tokay  Ģərablarının  satın  alınması  ilə 

məĢğul olan xüsusi komissiya təĢkil edilmiĢdi. 

Macar tokayı. ġərabları sarı-samanı, çay rəngində, bal təravətli 

olur.  QurudulmuĢ  yemiĢ,  heyva,  az  yandırılmıĢ  çovdar  çörəyinin 

ətrini verir. Bu Ģərablar vətənində yüksək keyfiyyətli desert Ģərab-

lar hesab olunur. Az istehsal olunduğuna görə onlara Kral Ģərabları 

da  deyirlər.  Hazırlandığı  yerin  yüzillik  tarixi  vardır.  Dağa  vurul-

muĢ tunellərə, palıd çəlləklər düzülmüĢ və Ģərabı yetiĢdirmək üçün 

normal  Ģərait  yaradılmıĢdır.  Bu  Ģərablar  hazırlanmasının  qədim 

metodlarına əməl edilməsi vacib əhəmiyyət kəsb edir (Ģəkil 16.10). 

Ən yaxĢı tokay üzümlükləri dağ ətəklərində dəniz səviyyəsindən 

100-400  m  yüksəklikdə  yerləĢir.  Burada  iqlim  davamsız  yazı,  isti 

yayı,  isti  payızı  və  təsadüfi  yağıĢları  ilə  səciyyəvidir.  Üzümlükdə 

faydalı kiflərin inkiĢafı üçün Ģərait yaradılır. 

Üzümün  Botritis  Sinerea  göbələyi  ilə  yoluxması  gilə  Ģirəsində 

Ģəkərin  qatılığının  yüksəlməsinə  səbəb  olur.  SoluxdurulmuĢ 

gilələrdə  Ģəkərlik  ikiqat  arta  bilir.  Belə  üzümdən  alınan  Ģərabda 

dadın yumĢalması da bununla izah olunur. 

Tokay Ģərabları istehsal etmək üçün yalnız dörd üzüm sortundan 

istifadə  olunur  –  Furmint,  XarĢlevelyu  (lipovina),  Sarı  muskat  və 

Zeta.  Üzüm  yığımı  gec  –  oktyabrın  sonu  noyabrın  əvvəlində 

aparılır.  Üzümün  Ģəkərliyi  28%-dən  aĢağı  olmamalıdır.  Çünki, 

Maçar qanunlarına görə kənardan spirt, vakuum Ģirəsi və digər bu 

kimi  materiallar  vurulması  qadağandır.  YaxĢı  yetiĢmiĢ  üzümə 




 

~ 398 ~ 


 

Botritis  sinereya  göbələyi  yoluxdurulur.  Belə  üzümdən  alınan 

Ģərab  özünün  yüksək  keyfiyyət  göstəriciləri  ilə  seçilir.  Tokay 

Ģərablarında  spesifik  buket  və  dadın  yaranmasını  bu  göbələklə 

əlaqələndirirlər.  Həmin  Ģərabların  xarakterik  xüsusiyyəti,  onları 

yarımçıq  çəlləklərdə  3-4  il,  yüksək  keyfiyyətlilərdə  isə  on  illərlə 

yetiĢdirdikdə yaranır. 

 

 



Şəkil 16.10. Zirzəmidə şərabın saxlanması 

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin