~ 452 ~
miqdarında ayrılan keyfiyyətli Ģirədən istifadə edilməklə hazırlanır.
ġirə rektifikasiya olunmuĢ spirtlə 9-11 h.%-ə qədər spirtlənir,
duruldulur, çöküntüdən ayrılır, eqalizə edilir və iri bircinsli
partiyalara eqalizə edilərək qıcqırmanı istisna edən Ģəraitdə ciddi
kimyəvi-mikrobioloji nəzarət altında saxlanır.
Muskat və emal olunmuĢ Ģampan Ģərab materiallarından kupaj
təĢkil olunur. Onlar kupaja və qıcqırtma qarıĢığına daxil edilən
ümumi miqdarın 40%-ni ötməməlidir. Lazım gəldikdə kupaj jelatin
yaxud balıq yapıĢqanı ilə yapıĢqanlanır. Çöküntüdən ayrılan duru
kupajı stabilləĢdirmək üçün termiki iĢlənmə aparıla bilər. Onun
rejimi laboratoriya Ģəraitində əvvəlcədən aparılan nümunəvi
iĢlənmə ilə müəyyən olunur.
Oynaq Ģərablar üçün muskat Ģərab materiallarının, ikinci
qıcqırmaya 5-8 gün qaldıqda kupaja verilməsi tövsiyə edilir.
ġampanlaĢmaya iĢlənmiĢ kupajdan və maya məhlulundan ibarət
olan qıcqırtma qarıĢığı verilir. Ġkinci qıcqırma fasiləli rezervuar
üsulu ilə akrotoforda 18
0
C-yə qədər temperaturda azı 12 gün
müddətində və gündəlik təzyiqin 50 kPa artırılması ilə yerinə yeti-
rilir. ġampanlaĢma prosesinin akrotoforda ümumi davam etməsi
14-15 gündür.
Xüsusi markalı muskat oynaq Ģərablar az miqdarda istehsal olu-
nur. Hazırda bu orijinal Ģərabların buraxılıĢının artırılması və əlve-
riĢli torpaq iqlim Ģəraitində yeni markaların alınması üçün iĢlər
aparılır.
Muskat oynaq Ģərabların kupajla hazırlanmasının aparat-
texnoloji sxemi iĢlənib hazırlanmıĢdır (Ģəkil 17.14).
Muskat Ģərab materialı nəqliyyat rezervuarından nasosla (1)
avtomat sayğacdan (2) keçməklə qəbuledici rezervuara (3) vurulur
və dərhal assamblyaj aparılaraq sarı qan duzu ilə (lazım gələrsə)
iĢlənir. Bir gündən sonra Ģərab materialı qarıĢdırılır, jelatin yaxud
balıq yapıĢqanı vurularaq təzyiq rezervuarlarına (6) köçürülür,
lazım olarsa rezervuardan (4) xüsusi dozalaĢdırıcı qurğu (5) ilə
uyğun dozada bentonit suspenziyası vurulur. ġərab təzyiq
rezervuarından (6) üç sutkalıq yetiĢdirmədən sonra fasiləsiz iĢləyən
sentrifuqaya (7) ötürülür. Sıx çöküntü kənar edilir, duruldulmuĢ
~ 453 ~
Ģərab materialı lövhəli filtrdən (8) keçməklə istilikdəyiĢdiricidə (9)
qabaqcadan soyumanı keçərək anaerob Ģəraitdə saxlanılmaq üçün
xüsusi kamerada 0
0
C-də yerləĢən emallı rezervuara (10) yönəldilir.
Dostları ilə paylaş: