Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə345/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   341   342   343   344   345   346   347   348   ...   405
Şəkil 19.2. Buğla qızdırılan kublu destillə aparatının sxemi (UPKS) 

1- kub; 2- defleqmator; 3- qızdırıcı; 4- soyuducu;  

5- spirt fonarı; 6- spirt toplayıcıları 

 

Qeyd  etdiyimiz  kimi,  burada  destillə  ikiqat  olur.  Birinci 



destillədə  Ģərabdan  xam  spirt  alınır.  Ġkinci  destillə  zamanı  xam 

spirtdən  müxtəlif  temperaturda  qaynayan  fraksiyalar  ayrılmaqla, 

daha təmiz konyak spirti alınır. 

Sxemdən  (Ģəkil  19.3)  göründüyü  kimi,  birinci  destillədə 

tündlüyü 8-12  h.% olan  konyak Ģərab materialından tündlüyü 23-



 

~ 485 ~ 


 

32  h.%  olan  xam  spirt  (destilləyə  götürülmüĢ  Ģərabın  25-30% 

miqdarında)  və  Ģərab  turĢusunun  duzlarını  almaq  üçün  tullantıya 

gedən  konyak  bardası  alınır.  Destillə  prosesi,  destilyatda 

spirtomerin göstəricisi 0% olana qədər davam  etdirilir. Destillənin 

ümumi  davam  etmə  müddəti  7-8  saatdan  az  olmamalıdır.  Birinci 

destillə qurtardıqdan sonra, konyak bardasının bütün qalığını kənar 

etmək  üçün  kub  su  ilə  möhkəm  yuyulur.  Sonra  kuba  lazımi 

səviyyəyə  qədər,  xam  spirt  doldurulur,  aparat  iĢə  salınır  və  ikinci 

destillə baĢlanır. 

 

 

 



Şəkil 19.3. Şərab materialının destillə sxemi (birici destillə) 

 

Ġkinci destillənin texnoloji sxemindən  (Ģəkil 19.4)  göründüyü 



kimi,  xam  konyak  spirti  destillədə  baĢlanğıc,  orta  (birinci  sort 

konyak  spirti)  və  son  fraksiyalara  ayrılır.  Kubda  iĢlənmiĢ  məhlul 

qalır. 

Xam  spirtin  fraksiyalara  ayrılması  və  həmin  fraksiyaların 

düzgün  götürülməsi  olduqca  məsuliyyətli  əməliyyatlardan  olub, 



 

~ 486 ~ 


 

konyak spirtinin keyfiyyəti bundan çox asılıdır. 

Alınan  baĢlanğıc  fraksiya  aldehid,  efir  və  ali  spirtlərin 

əhəmiyyətli miqdarına malik olub, kəskin iyə və xoĢagəlməz dada 

malikdir. Bu fraksiya 20-40 dəqiqə müddətində, xam spirtin 1-3%-

i miqdarında ayrılır. 

Destilyatın  tündlüyü  75-80  h.%-ə  qədər  yüksəldikdə  o,  Ģəffaf 

olur.  Destilyatın  tündlüyü  yenidən  azalmağa  baĢladıqda  efir  və 

aldehidlərin kəskin iyi zəifləyir. Bu andan (tündlük 74-77 h.%) orta 

fraksiyanın  (konyak  spirtinin)  götürülməsi  baĢlayır,  onun  çıxımı 

xam  spirtin  həcminin  30-35%-ni  təĢkil  edir.  Orta  fraksiyanı 

götürdükdə,  tündlük      tədricən  enir  və  orta  hesabla  60-70  h.%-ə 

bərabər olur. 

 

 



 

Şəkil 19.4. Xam konyak spirtinin destillə sxemi (ikinci destillə) 

 

Bu  fraksiyada  tündlük  50-40  h.%-ə  endikdə,  son  fraksiyanın 



götürülməsinə  keçilir  və  bu  spirtölçənin  göstəricisi  sıfra  enənə 

qədər davam etdirilir. Son fraksiyanın miqdarı xam spirtin həcminə 

görə 17-23% təĢkil edir. 

AyrılmıĢ  orta  fraksiya  konyak  spirti  olub,  palıd  çəlləklərdə 

uzunmüddətli  yetiĢməyə  qoyulur.  BaĢlanğıc  (ilkin)  və  son  frak-

siyalar  da  müxtəlif  maddələrlə-aldehidlər,  efirlər,  ali  spirtlər  və  s. 

zəngin  olmaqla,  əlavə  olaraq  xeyli  miqdarda  etil  spirtinə  malik-



 

~ 487 ~ 


 

dirlər.  Əvvəllər  zavodlarda  bu  fraksiyalardan  istifadə  etməyin 

yalnız bir yolu var idi. Belə ki, baĢlanğıc və son fraksiyalar qarıĢ-

dırılıb,  destillə  edilirdi.  Bunu  sxematik  olaraq  aĢağıdakı  kimi 

göstərmək olar (Ģəkil 19.5). 

Göründüyü  kimi,  bu  halda  3  fraksiya  alınır.  Orta  fraksiya 

Ģəklində alınan II sort konyak spirti olub, çəlləklərdə yetiĢdirilir və 

sonra  ordinar  konyakların  kupajında  istifadə  olunur.  Qalan  iki-

baĢlanğıc (ilkin) və son fraksiyalar etil spirtini ayırmaq məqsədilə 

rektifikasiyaya verilir. 

 

 

 



Şəkil 19.5. İlkin və son fraksiyalar qarışığının destillə sxemi. 

 

Q.Ġ.Fertman  müəyyən  etmiĢdir  ki,  xam  konyak  spirtinin 



destilləsindən  alınan  fraksiyaların  belə  istifadəsi  əlveriĢli  sayıla 

bilməz.  Belə  ki,  ikinci  destillənin  hər  iki  fraksiyası  (baĢlanğıc  və 

son)  tərkibcə  bir-birindən  kəskin  fərqlənir.  Son  fraksiyanın  tərki-

binə əsasən gec qaynayan qarıĢıqlar, efirlər və ali spirtlər daxildir. 

BaĢlanğıc  fraksiyaya  daxil  olan  maddələr  arasında  isə  asan 

qaynayan  qarıĢıqlar,  əsasən  kəskin  iy  və  dada  malik  aldehidlər  və 

metil  spirti  baĢlıca  yer  tutur.  Göründüyü  kimi,  baĢlanğıc  və  son 

fraksiyaların qarıĢığı qeyri-müəyyən tərkibə malikdir. Bu qarıĢığın 

destilləsi,  alınan  II  sort  konyak  spirtinin  aĢağı  temperaturda 

qaynayan maddələrlə (sirkə aldehidi ilə) çirklənməsinə səbəb olur. 




 

~ 488 ~ 


 

Ona  görə  də  II  sort  konyak  spirti  üçün  yalnız  son  fraksiyadan 

istifadə  olunması  məqsədə  uyğundur.  Bu  zaman  birinci  və  ikinci 

destillədən  alınan  baĢlanğıc  fraksiyalar  və  ikinci  son  fraksiya 

rektifikasiyaya  verilir  (Ģəkil  19.6).  Həcmi  40-45  dal  olan  sadə 

kublu  aparatlarda  tündlüyü  25  h.%  olan  xam  spirti  fraksiyalara 

ayırmaqla destillə prosesi 10-14 saat davam edir. 

 

 



 

Şəkil 19.6. Son fraksiyalar qarışığının destillə sxemi 

 

Sadə  kubda  destillə  çoxlu  vaxt  və  yanacaq  itkisinə  səbəb  olur. 



Bunun  qarĢısını  almaq  üçün  kubla  soyuducu  arasında  (kubdan 

yuxarı buxar yolunda) qızdırıcı rezervuar qoyulur. 

Destillə  zamanı  kub  və  qızdırıcı  Ģərabla  (yaxud  xam  spirtlə) 

doldurulur. Kubda olan ilanvari boruya buğ verilir. ġərab qaynayır 

və  buxarlanır.  Buğ  qızdırıcının  daxilində  olan  buğ  ötürücü  keçid-

lərə  girir.  Qızdırıcı əvvəl  soyuducu  rolunu  oynayır. Belə  ki,  oraya 

daxil  olan  buğ  Ģərabın  soyuqluğu  ilə  maye  vəziyyətinə  keçir. 

Müəyyən müddət keçdikdən sonra Ģərab (yaxud xam spirt) buğun 

temperaturunu  qəbul  edir  və  buğ  soyumadan  soyuducuya  daxil 

olur. 


Destillənin  sonunda  isə  qızdırıcıda  olan  məhlulun  temperaturu 


 

~ 489 ~ 


 

qaynama  temperaturuna  yaxınlaĢır.  Destillə  qurtardıqda  qızdırma 

dayandırılır,  kubdan  (aĢağı  hissəsindəki  kranla)  konyak  bardası 

götürülür  və  kub  qızdırıcıda  olan  Ģərabla  doldurulur.  Qızdırıcıya 

isə  Ģərab,  yaxud  xam  spirt  doldurulur  və  yeni  destilləyə  baĢlanır. 

Kubdan buxarlanan spirt qızdırıcıdan keçib, soyuducuya daxil olur, 

orada  maye  Ģəklinə  düĢür.  Soyuducunun  sonunda  qoyulmuĢ  spirt 

fonarında  tündlüyü  təyin  edilir  və  fraksiyalar  üzrə  spirt 

toplayıcılara yığılır. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin