Мцяллифдян


Konyak  spirtinin  yetişdirilməsi  və  ona  qulluq  işləri



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə361/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   357   358   359   360   361   362   363   364   ...   405
Konyak  spirtinin  yetişdirilməsi  və  ona  qulluq  işləri.  Spirtin 

yetiĢdirilməsi  xüsusi  yerüstü,  yaxud  yarımyeraltı  binalarda  18-

20±3

0

C  temperaturda  və  75-80%  nisbi  rütubətdə  aparılır.  Bu 



binalar  lazımi  sanitar  normalara  cavab  verməklə,  kənar  iyə  malik 

olmamalıdır. 



Konyak spirtini çəlləklərdə yetiĢdirmək üçün həcmi 30-70 dal 

olan  çəlləklərdən,  Fransa,  Ġtaliya  və  Ġspaniyada  isə  daha  kiçik 

qablardan (25-30 dal) istifadə olunur.  

Bu  məqsədlə  istifadə  olunan  təzə  çəlləklər  təmiz  su  ilə  10-12 

gün müddətində yuyulur. Su əvvəlki 3-4 gündə hər gün, sonra isə 

2-3  gündən  bir  dəyiĢilir.  Bundan  sonra  çəlləyə  4-5  dal  qaynanmıĢ 

su  tökülür.  Ağzı  möhkəm  bağlanır,  o  tərəf,  bu  tərəfə  çevirməklə 

möhkəm çalxanır. 15-20 dəqiqə qarıĢdırdıqdan sonra  çəllək su ilə 

sonrakı  günə  qədər  saxlanır.  Sonrakı  gün  həmin  əməliyyat  təkrar 

olunur. Buxar verilməsi o vaxta qədər davam etdirilir ki, çəlləkdən 

çıxan  su  tam  rəngsiz  olur.  Sonra  2-3  dəfə  təzə  soyuq  su  ilə 

yaxalanıb, istifadə olunur. 

Çəlləklər, ağac, yaxud dəmir-beton tirlərin üzərində 3 mərtəbə-

də  və  ya  tərəcələrdə  6-8  mərtəbədə  (təbəqədə)  yerləĢdirilir.  Spirt 

çəlləklərdə  ağzı  1,5-2%  yarımçıq  olmaqla  yetiĢdirilir.  Bu  zaman 

spirt  üzərində  daim  müĢahidə  aparmaqla,  onun  rəngi,  ətri  və  dadı 

təyin edilir. 

YetiĢdirmə  vaxtı  spirtdə  ardıcıl  olaraq  sortlaĢdırılma  aparılır. 

BeĢillik yetiĢdirilənlərdə 2-3 ildən bir, onilliklərdə beĢ ildən bir bu 

əməliyyat həyata keçirilir. SortlaĢdırmada daha keyfiyyətli spirtlər 

markalı  konyaklar  üçün  sonrakı  yetiĢdirilməyə,  az  keyfiyyətlilər 

isə ordinar konyaklar almaq üçün göndərilir. 

Çəlləklərdə  konyak  spirtinin  yetiĢdirilməsi  az  məhsuldar  olub, 

ağır əmək və itki ilə səciyyəvidir. Bütün bunları nəzərə alan alimlər 




 

~ 510 ~ 


 

iri həcmli rezervuarlarda yetiĢdirmə üsulunu iĢləyib, hazırlamıĢlar. 

Ġri  rezervuarlarda  keyfiyyətli  konyak  spirti  yalnız  palıd 

çəlləkdəki Ģəraitə yaxın Ģərait yaradıldıqda alına bilər. Bunun üçün 

emal  olunmuĢ  rezervuarlara  palıd  taxtası  düzmək  lazım  gəlir.  Bu 

yolla  konyak  spirtini  yetiĢdirmək  üçün  bir  sıra  üsullar  təklif 

olunmuĢdur (Ģəkil 19.12).  

Metal  rezervuarlarda  konyak  spirtinin  yetiĢdirilməsi  ordinar 

konyaklar istehsalında tətbiq olunur. Rezervuarlara qeyd etdiyimiz 

kimi, əvvəlcədən palıd taxtalar düzülür. Həmin taxtaların uzunluğu 

60-115,  eni  6-15  və  qalınlığı  1,8-3,6  sm  olmaqla  əvvəlcədən  təzə 

çəlləklər  kimi  iĢlənmiĢ  olur.  Taxtanın  düzülməsi  1  litr  spirtə  80-

100 sm

2

 hesabı ilə aparılır.  



 

 

 

 Şəkil 19.12. Çəndə palıd taxtasının düzülmə metodu  



                                      (KPİ- Krasnodar Politexnik İnstitutu) 

 

Spirt  rezervuara  doldurularkən  həcmin  50%-i  qədər  hava 



boĢluğu  saxlanılır.  Ġldə  1-2  dəfə  spirtin  oksigenlə  doydurulması 

aparılır.  

 

19.1.6. Konyak spirtinin tez 

yetişməsi

 

üçün

 

tətbiq

 olunan 

üsullar

 



 

~ 511 ~ 


 

Çəlləklərdə  spirtin  yetiĢmə  prosesinin  uzunluğu  alimləri  daim 

düĢündürür  və  yeni  üsullar  axtarıĢına  vadar  edirdi.  Bu  məqsədlə 

iĢlənib hazırlanan üsulları 3 əsas qrupa bölmək olar: fiziki, kimyəvi 

və kombinə edilmiĢ. Sonuncu əvvəlki iki üsulun yaxud üçüncünün 

(biokimyəvi əlavə olunmaqla) əlavə olunması ilə alınır.  




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin