Sitoplazmatik membran, stoplazmanın xarici səthindən yara-
nır və protoplalazmanı əhatə edir. Mikroorqanizm hüceyrəsində
sitoplazmatik membran əsasən 4 funksiya yerinə yetirir: Osmotik
təbəqə kimi təsir edir; məhluldan hüceyrəyə qida maddələrinin və
əksinə, mübadilə məhsullarının keçməsini tənzim edir; özünü bəzi
fermentlərin və orqanoidlərin (ribosomların) daĢıyıcısı kimi
göstərir.
Sitoplazma-maya hüceyrəsinin bütün əsas elementlərini, mito-
xondrii, ribosomlar və baĢqa ehtiyat maddələrini özündə birləĢdirir.
Elektron mikroskopu və biokimyəvi tədqiqatlar nəticəsində müəy-
yən olunmuĢdur ki, sitoplazma özünü zülallardan, karbohidratlar-
dan, lipidlərdən, mineral maddələrdən, sudan və bir sıra baĢqa
maddələrdən ibarət kolloid sistem kimi göstərir.
Mitoxondri, maya hüceyrəsinin xırda, yüksək səviyyədə ixti-
saslaĢmıĢ və vacib orqanoididir. Adi halda onlar qılafla vakuollar
arasında yerləĢir. Onların sayı hüceyrədə 1-50 arasında dəyiĢir.
Əgər hüceyrədə cəmi bir mitoxondri olarsa belə, o, hüceyrə
həcminin 20%-dən çoxunu təĢkil edir. Maya mitoxondrisi əsasən
lipidlərdən (30%-ə yaxın) və zülallardan (65-70%) ibarətdir
(mitoxondrinin quru kütləsinə görə). Maya mitoxondrisi əsas enerji
funksiyasını yerinə yetirən fermentlərə malikdir. Mitoxondrii DNT
(Dezoksiribonuklein turĢusu) və RNT-yə (Ribonuklein turĢusu)
malikdir ki, bunlar vacib həyat prosesləri yerinə yetirirlər.
Vakuollar - maya hüceyrəsinin vacib orqanoididir. Suda həll
olan elektrolitlərdən baĢqa, vakuollarda, kolloid halında zülallar,
yağlar, karbohidratlar və fermentlər yerləĢir. Vakuollarda Na, K,
Ca, Md,Cl, SO
4
və PO
4
ionları ayrı-ayrı elementlər və duzlar
Ģəklində tapılır. Vakuolaların forma və ölçüsü maya hüceyrəsində
əhəmiyyətli dərəcədə dəyiĢir. Maya hüceyrəsində bir, yaxud bir
neçə vakuol ola bilər. Vakuollarda fəal oksidləĢmə-reduksiya
prosesləri gedir.
Dostları ilə paylaş: |