Мцяллифдян


Mayaların  həyat  mərhələləri



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə65/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   405
Mayaların  həyat  mərhələləri.  Mayaların  5  əsas  inkiĢaf 

mərhələsi (fazası) fərqləndirilir. Ġlk (baĢlanğıc), loqarifm, stasionar, 

aclıq və məhvolma. 

İlk  mərhələ  (laq-faza)-bu  mərhələ,  mayaların  qida  mühitinə 

düĢməsindən, onların yüksək artımına qədər olan dövrü əhatə edir. 

Maya hüceyrələrinin iriliyi  artır, onlarda zülallar, nuklein turĢuları 

toplanır,  fermentlər  enerjili  Ģəkildə  sintez  olunur.  Laq-faza  10-20 

saat davam edir. 

Loqarifma  fazası,  mayaların  maksimum  sürətlə  çoxalması  ilə 

xarakterizə olunur. Hüceyrənin ölçüsü minimum olub, daha yüksək 

fizioloji  fəallığa  malik  olur.  Bütün  qida  maddələri  yeni 

hüceyrələrin yaranmasına sərf edilir. 2-ci faza, xarici mühitdən və 

hüceyrə irqinin genetik keyfiyyətindən asılı olaraq 1-2 gündən 4-5 

günə qədər davam edə bilir. 



Stasionar faza (qıcqırma fazası), canlı orqanizmlərin sabit sayı 

ilə  xarakterizə  olunur.  Spirt  qıcqırması  Ģiddətli  getməklə,  mühitdə 

Ģəkər  olduğu  müddətdə  davam  edir.  Maya  hüceyrəsi  iri  olmaqla, 

onda yağ və qlikogen kimi ehtiyat qida maddələri toplanır.  



Aclıq  mərhələsi,  qıcqırma  qurtaran  kimi  baĢlayır.  Bu  halda, 

mayalar  ehtiyat  qlikogen  hesabına  müəyyən  müddət  öz  həyat 

fəaliyyətini  davam  etdirir  və  spirtin  miqdarını  bir  qədər  artırırlar. 

Sonra hüceyrənin ölçüsü kiçilir, qılaf möhkəmlənir, hüceyrədə yağ 

damlaları  görünür,  nüvə  və  vakuollar  aydın  seçilir.  Bu  mərhələdə 

hüceyrə həyat qabiliyyətini saxlamıĢ olur. 



Məhv olma mərhələsi, həyat dövrünə son qoyur. Bu mərhələdə 

canlı  hüceyrələrin  miqdarı  azalıb,  ölülər  artır.  Ölü  hüceyrələrdə 

plazma  hüceyrə  qılafından  ayrılıb,  mərkəzə  toplanır.  Avtoliz 

olunmuĢ  hüceyrələr  görünməyə  baĢlayır.  Həmin  hüceyrələrdə  də 




 

~ 92 ~ 


 

öz fermentlərinin təsiri ilə komponentlərin parçalanması gedir. 

Maya  hüceyrəsinin  məhv  olması  aĢağıdakı  səbəblərdən  ola 

bilər: a) plazmoliz; b) sitorriz; v) avtoliz. 

Plazmoliz  o  vaxt  baĢ  verir  ki,  hüceyrənin  əhatə  olunduğu 

mühitin qatılığı hüceyrə Ģirəsinin qatılığından yüksək olur. 

Əgər  plazmolizdə  protoplazma  qılafdan  ayrılıb  mərkəzə 

toplanırsa, sitorriz halında qılafdan ayrılmır. Sitorriz geri dönən və 

dönməyən ola bilər. 

Avtoliz  öz-özünə  həll  olmadır.  Temperatur  yüksəldikcə  və 

hidrogen ionlarının qatılığı azaldıqca avtoliz sürətlənir. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin