Mdb paa iŞTİrakçisi olan döVLƏTLƏRİn demokratiyanin, parlamentariZMİN İNKİŞafinin və VƏTƏndaşlarin seçKİ



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix06.09.2017
ölçüsü2,37 Mb.
#29110
1   2   3   4   5   6   7   8   9   ...   14

 
02  sentyabr  2015.  Dairə  Seçki  Komissiyalarında  Yeni  Azərbaycan 
Partiyasından  namizəd  qismində  qəydə  alınmış  şəxslərin  imza  vərəqələrinin 
yoxlanması  örosesi  yekunlaşma  mərhələsindədir.    YAP  tərəfindən  Milli  Məclis 
deputatlığına namizədliyi irəli sürülmüş 25 namizəd artıq qeydə alınmışdır.  
 
12  sentyabr  2015.    Qarşıdan  gələn  parlament  seçkiləri  ilə  əlaqədar  olaraq 
125  dairə  üzrə  498  şəxsin  namizədliyi  təsdiq  edilmişdir.    Namizədliyi  təsdiq 
edilmiş  şəxslərdən 286-sı  dairə  seçki komissiyalarından imza  vərəqələri  almışlar. 

 
38 
 
AR MSK rəhbəri M. Pənahovun sözlərinə görə MSK tərəfindən 75 müşahidəçi, o 
cümlədən  69-u    öz  təşəbbüsü  ilə,  5-i  isə  QHT-lərin  təşəbbüsü  ilə  olmaqla  qeydə 
alınmışdır.  
 
16  sentyabr  2015.    Ayın  16-dək  deputatlığa  665  nəfərin  namizədliyi  irəli 
sürülmüşdür.  Onlardan  338-nin  partiyalar,  25-nin  “Azadlıq  -  2015”  siyasi 
partiyalar  bloku,  2-nin  təşəbbüs  qrupları  tərəfindən,  300-nün  isə  namizədliyi  öz 
təşəbbüsü ilə irəli sürülmüşdür. Deputatlığa namizədliyi irəli sürülmüş şəxslərdən 
508  nəfərin  namizədliyi  artıq  təsdiq  edilmiş  və  onlara  imza  vərəqləri  verilmişdir. 
MSK-da  95  müşahidəçi  qeydə  alınmışdır.  Onlardan  86-sı  öz  təşəbbüsü,  9-u  isə 
QHT-lərin təşəbbüsü ilə qeydə alınmışlar.  
 
17  sentyabr  2015.  17  sentyabradək  artıq  743  nəfərin  namizədliyi  irəli 
sürülmüşdür. Onlardan 369-nun siyasi partiyalar, 29-nun “Azadlıq - 2015” siyasi 
partiyalar  bloku,  2-nin  təşəbbüs  qrupları  tərəfindən,  343-nün  isə  namizədliyi  öz 
təşəbbüsü ilə irəli sürülmüşdür. Deputatlığa namizədliyi irəli sürülmüş şəxslərdən 
558  nəfərin  namizədliyi  artıq  təsdiq  edilmiş  və  onlardan  469-na  imza  vərəqləri 
verilmişdir. MSK-da 95 müşahidəçi qeydə alınmışdır. İmza vərəqələrini almış 469 
nəfərdən 30-u artıq onları geri qaytarmışdır.  
 
23  sentyabr  2015.  125  seçki  dairəsindən  1183  nəfərin  namizədliyi  təsdiq 
edilmişdir. Təsdiq edilmiş namizədlərdən 270-i dairə seçki komissiyalarından imza 
vərəqələri  götürmüşlər.  23.09.2015-dək  MSK  tərəfindən  102  müşahidəçi,  o 
cümlədən 91-i  öz təşəbbüsü ilə, 10-u QHT-lərin təşəbbüsü ilə, 1-i isə xüsusi icazə 
əsasında olmaqla qeydə alınmışdır.  
 
28  sentyabr  2015.  Deputatlığa  namizədliyi  irəli  sürülmüş  şəxslərin  sayı 
1660 nəfərə çatmışdır. Onlardan 660-nın siyasi partiyalar, 60-nın siyasi partiyalar 
bloku, 3-nün təşəbbüs qrupları tərəfindən, 937-nin isə namizədliyi öz təşəbbüsü ilə 
irəli sürülmüşdür. Deputatlığa irəli sürülmüş 1461 nəfərin namizədliyi artıq təsdiq 
edilmiş,  onlardan  1352-nə  imza  vərəqələri  verilmiş,  onlardan  isə  521-i  imza 
vərəqələrini  geri  qaytarmışdır.  317  nəfərin  deputatlığa  namizədliyi  qeydə 

 
39 
 
alınmışdır.  28.09.2015-dək  MSK-da  108  müşahidəçi,  o  cümlədən  97-si  öz 
təşəbbüsü ilə, 10-u QHT-lərin təşəbbüsü ilə, 1-i isə xüsusi icazə əsasında olmaqla 
qeydə alınmışdır.  
 
2 oktyabr  2015.  Qeydə  alınmış  namizədlərin  sayı  882-yə  çatmışdır.  
Onlardan 213-ü siyasi partiya , 5 –i “Azadlıq -2015” siyasi partiyalar bloku, 2 –si 
təşəbbüs qrupu tərəfindən, 662  –i isə  namizədliyini  öz təşəbbüsü  ilə irəli sürmüş 
namizədlərdir.  
 
7  oktyabr  2015.    MSK,  Parlament  seçkilərində  iştirak  üçün  1190  nəfərin 
namizədliyini  qeydə  alıb.  Məzahir  Pənahovun  sözlərinə  görə  deputatlığa 
namizədliyi  qeydə  alınanlardan  263  nəfərinin  namizədliyi  siyasi  partiyalar 
tərəfindən,  15  nəfərin  namizədliyi  “Azadlıq-2015”  siyasi  partiyalar  bloku,  2 
nəfərin  namizədliyi  təşəbbüs  qrupu  tərəfindən,  910  nəfərin  namizədliyi  isə  öz 
təşəbbüsü ilə irəli sürülmüşdür. 
 
08  oktyabr  2015.  MSK  parlament  seçkilərində  iştirak  etmək  üçün  1233 
nəfərin  namizədliyini  qeydə  almışdır.  Bunlardan  274-ü  siyasi  partiyalar,  18-i 
“Azadlıq  -  2015”  siyasi partiyalar  bloku,  2  nəfərin  namizədliyi  təşəbbüs qrupları 
tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülmüşdür. 
 
 
 
 
 
 
 
 

 
40 
 
 
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinin müşahidəsi 
Azərbaycan Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair 
ərizə  seçkilərin  elan  edildiyi  gündən  başlayaraq  seçkilərin  keçirilməsinə  10  gün 
qalanadək  Mərkəzi  Seçki  Komissiyasına  təqdim  edilə  bilər.  Ərizədə  müşahidə 
aparmaq  niyyətində  olan  şəxsin  soyadı,  adı,  atasının  adı,  yaşayış  yerinin  ünvanı, 
şəxsiyyət  vəsiqəsinin  seriya  və  nömrəsi,  zərurət  olduqda  isə  həm  də  maraqların 
təmsil  olunacaq  namizədin  adı,  referendum  üzrə  təşviqat  qrupunun  adı,  qeyri-
hökumət  təşkilatının,  siyasi  partiyanın  (siyasi  partiyalar  blokunun)  adı  və  hüquqi 
ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair 
qərar  onun  verildiyi  tarixdən  başlayaraq  3  gün  müddətində  qəbul  edilməlidir. 
Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq 
olunmadıqda  verilə  bilər.  Müşahidənin  keçirilməsinə  Mərkəzi  Seçki  Komissiyası 
tərəfindən  icazə  verilmədikdə,  Mərkəzi  Seçki  Komissiyasının  bu  qərarından 
apellyasiya  instansiyası  məhkəməsinə  şikayət  verilə  bilər.  Müşahidənin 
aparılmasına  icazə  verildikdə,  müşahidəçiyə  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyən  etdiyi  formada  hazırlanmış  lövhəcik  verilir.Seçki  dairəsinin  ərazisində 
müşahidənin  aparılmasına  dair  ərizə  seçkilərin  elan  edildiyi  gündən  başlayaraq 
seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim 
edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının 
adı,  yaşayış  yerinin  ünvanı,  şəxsiyyət  vəsiqəsinin  seriya  və  nömrəsi,  zərurət 
olduqda  isə  həm  də  maraqlarını  təmsil  edən  referendum  üzrə  təşviqat  qrupunun 
adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və 
hüquqi  ünvanı  göstərilməlidir.  Ərizəyə  iki  fotoşəkil  əlavə  olunmalıdır.  Hər  bir 
ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 
gündən  artıq  ola  bilməz.  Müşahidənin  keçirilməsinə  rədd  cavabı  yalnız  ərizədə 
göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə 

 
41 
 
dairə  seçki komissiyası tərəfindən  icazə verilmədikdə, dairə seçki  komissiyasının 
bu  qərarından  Mərkəzi  Seçki  Komissiyasına  şikayət  verilə  bilər.  Müşahidənin 
aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki 
Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir. 
Beynəlxalq  müşahidəçi  qeydə  alınmaq  üçün  Seçki  Məcəlləsinin  40.7-ci 
maddəsində  göstərilən  sənədləri  təqdim  edir.  Mərkəzi  Seçki  Komissiyası 
beynəlxalq  müşahidəçiyə  dövlət  dilində  və  xarici  dillərin  birində  onun  təqdim 
etdiyi  sənədlərə  uyğun  tərtib  edilmiş  vəsiqə  —  lövhəcik  verir.  Yalnız  belə 
lövhəciyin  olması  beynəlxalq  müşahidəçiyə  seçkilərin  hazırlanması  və 
keçirilməsi  dövründə  Seçki  Məcəlləsinin  40-42-ci  maddələrinə  uyğun  olaraq 
fəaliyyət göstərmək imkanı verir. 
Azərbaycanda  08  oktyabr  2015-ci  ilədək  parlament  seçkilərini  müşahidə 
etmək üçün 121 nəfər, o cümlədən 110 nəfər öz təşəbbüsü ilə, 10 nəfər QHT-lərin 
təşəbbüsü ilə, 1 nəfər isə xüsusi icazə əsasında qeydə alınmışdır (MSK iclaslarını 
müşahidə etmək üçün).  
 
2015-ci  ilin  oktyabr  ayında  müşahidəçilərin  qeydiyyatı  aşağıdakı  qaydada 
olmuşdur: 

 
16.10.2015-ci  ildə  qeydə  alınmış  beynəlxalq  müşahidəçilərin  sayı  19 
beynəlxalq  strukturdan  222  nəfər  təşkil  etmişdir.    Dairə  seçki 
komissiyalarında isə 7079 müşahidəçi qeydiyyatdan keçmişdir.  

 
17.10.2015-ci  ildə  MSK  sədri  Məzahir  Pənahovun  sözdərinə  görə  283 
beynəlxalq müşahidəçi qeydiyyatdan keçmişdir; 

 
20.10.2015-ci ildə MSK-da  qeydiyyatdan keçən müşahidəçilərin sayı 318-ə 
çatmışdır; 

 
22.10.2015-ci 
ildə 
MSK-da 
qeydiyyatdan 
keçmiş 
beynəlxalq 
müşahidəçilərin sayı 426-ya çatmışdır.   

 
42 
 

 
26.10.2015-ci  ildə  Azərbaycanda  parlament  seçkilərini  müşahidə  etmək 
üçün  501  nəfər  qeydiyyatdan  keçmişdir.  Onlar  dünyanın  27  ölkəni  və  40 
təşkilatı  təmsil  etmişlər.  DSK-larda  qeydiyyat  keçən  yerli  müşahidəçilərin 
sayı 63 mindən çox, MSK-da isə 2619 olmuşdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
43 
 
 
Azərbaycan Respublikası Milli Məclisə seçkilərinin təşkili və keçirilməsinin 
maliyyə məlumatları 
Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərinin  hazırlanmasına  və 
keçirilməsinə  dövlət  büdcəsindən  ayrılan  maliyyə  vəsaitlərindən  istifadə 
Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi,  “Büdcə  sistemi  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  və  Azərbaycan  Respublikasının  Milli 
Məclisinə  seçkilərin  hazırlanmasına  və  keçirilməsinə  dövlət  büdcəsindən  ayrılan 
maliyyə  vəsaitlərinin  seçki  komissiyaları  arasında  bölüşdürülməsi,  göstərilən 
vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında  təlimatla 
tənzimlənir. 
Azərbaycan  Respublikasında  Milli  Məclisinə  seçkilərinin  hazırlanması  və 
keçirilməsi,  seçki  komissiyalarının  səlahiyyət  müddətində  onların  fəaliyyətinin 
təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.  
Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu 
seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki 
Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil 
olan pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır. 
Mərkəzi  Seçki  Komissiyasına  seçkilərin  keçirilməsi  üçün  daxil  olmuş  pul 
vəsaiti  səsvermə  gününə  ən  geci  35  gün  qalmış  dairə  seçki  komissiyalarına 
köçürülür,  onlar  isə  öz  növbəsində  bu  vəsaiti  səsvermə  gününə  ən  geci  10  gün 
qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər. 
Namizəd birmandatlı seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə 
dairə  seçki  komissiyasına  bildiriş  təqdim  etdikdən  sonra  5  gün  müddətində  öz 
seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır. 

 
44 
 
Namizədlər  üçün  vahid  seçki  fondu  yaratmaq  niyyətində  olan  siyasi 
partiyalar,  siyasi  partiyaların  blokları  birmandatlı  seçki  dairələrinin  60-dan 
çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim 
etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi 
seçki hesabı açırlar. 
Azərbaycan  Respublikasının  2015-ci  il  dövlət  büdcəsindən  Milli  Məclisinə 
deputat  seçkilərin  keçirilməsi  ilə  bağlı  41  777  000,0  manat  vəsait  ayrılıb.  Bu 
barədə  "Azərbaycan  Respublikasının  2015-ci  il  dövlət  büdcəsi  haqqında" 
Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulur. Dairə seçki 
komissiyalarının  saxlanılması  ilə  bağlı  xərclər  8  872  000,0  manat,  seçici 
siyahılarının dəqiqləşdirilməsi ilə bağlı xərclər isə 4 434 000,0 manat məbləğındə 
müəyyən edilib. 
Mərkəzi Seçki Komissiyasına ayrılan vəsaitin məbləği 55 083 000,0 manat 
təşkil edib. 
 
 
 
 
 
 
 
 
 
 

 
45 
 
Seçici siyahılarının vəziyyəti 
Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  48.1  maddəsinə  əsasən 
Məntəqə  Seçki  Komissiyaları  seçicilərin  tanış  olması  və  əlavə  dəqiqləşdirmələr 
aparılması üçün seçici siyahılarını səsvermə gününə ən azı 35 gün qalmış məlumat 
lövhəsində yerləşdirir. 2015-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə 
vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib.  
Qanunvericilikdə  nəzərdə  tutulduğu  kimi,  Azərbaycan  Respublikasının 
Seçki Məcəlləsinin 46.1 maddəsinə əsasən seçici siyahıları səsvermə gününə azı 25 
gün  qalmış  dəqiqləşdirilir.  Bu  müddətdən  sonra  səsvermə  gününədək  (səsvermə 
günü  də  daxil  olmaqla)  seçici  siyahılarına  seçici,  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyən etdiyi qaydada yalnız Məntəqə Seçki Komissiyası tərəfindən əlavə edilə 
bilər.  Seçicilərin  daimi  siyahısı  hər  bir  seçki  məntəqəsi  üzrə  məntəqə  seçki 
komissiyaları  tərəfindən  dəqiqləşdirilərək  fevralın  5-dək  dairə  seçki 
komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri 
üzrə  seçici  siyahılarını  dəqiqləşdirib,  əlaqədar  qurumlardan  daxil  olmuş 
məlumatlarla  bir  daha  təhlil  edərək  aprelin  5-dək  Mərkəzi  Seçki  Komissiyasına 
(MSK) təqdim ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat 
bazasını  toplayaraq  orada  olan  mümkün  təkrar  və  qeyri-dəqiqlikləri  seçicilərin 
məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir 
daha dürüstləşdirib və artıq bu əhatəli və irimiqyaslı prosesə yekun vurulub. 
2015-ci  il  may  ayının  27-də  MSK  üzvləri  və  kütləvi  informasiya 
vasitələrinin  nümayəndələrinin  də  iştirakı  ilə  Katibliyin  İnformasiya  Mərkəzində 
ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanışlıq olub. 
Son dürüstləşdirmə işləri aparılaraq DSK-lara qaytarılmış seçici siyahılarının çap 
prosesi,  saxlanma  şəraiti  və  digər  aidiyyəti  məsələlərlə  tanış  olan  Komissiya 
üzvləri və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının 
tərtib  edilməsi,  yoxlanılması  və  dəqiqləşdirilməsi  fasiləsiz  online  rejimdə  işləyən 

 
46 
 
dövlət  avtomatlaşdırılmış  informasiya  sistemi  vasitəsilə  həyata  keçirilib.  MSK-nı 
fiber-optik  xətlər  üzərindən  125  seçki  dairəsinin  dairə  seçki  komissiyaları  ilə 
birləşdirən  lokal  şəbəkənin  yaratdığı  sürətli,  interaktiv  və  təhlükəsiz  informasiya 
mübadiləsi  seçici  siyahılarının  ümumiləşdirilməsi  prosesini  intensivləşdirərək 
seçici  məlumatlarının  keyfiyyətli  təhlilini  təmin  edib.  Belə  ki,  seçicilər  haqqında 
ətraflı  məlumatların  toplanması,  siyahıların  orfoqrafik  və  qrammatik  baxımdan 
yoxlanılması,  oxşar  və  təkrar  seçici  məlumatlarının  təhlil  edilməsi,  həmçinin 
siyahıların  keyfiyyətli  hazırlanması  və  çap  olunması  üçün  dövlət 
avtomatlaşdırılmış  informasiya  sisteminin  yaratdığı  imkanlardan  istifadə  edilib. 
 
MSK 
tərəfindən 
atılmış  bir  sıra  addımlar  seçici  sıyahılarının 
dəqiqləşdirilməsi,  seçicilərin  öz  adlarını  seçici  sıyahılarında  yoxlamaq 
mexanizmlərin təkmilləşdirilməsinə imkan vermişdir. Belə ki, seçicilərin ünvanları 
seçki  məntəqələrindəki  məlumat  lövhələrində  yerləşdirilən  seçici  siyahılarında  və 
MSK-nın 
“Seçkilər” 
İnformasiya 
Mərkəzinin 
internet 
səhifəsində 
(www.infocenter.gov.az)  açıq  göstərilir.  Seçicilər  bu  səhifəyə  daxil  olaraq  öz 
adlarının seçici sıyahısında olub-olmadığını öyrənmək imkanı əldə etmişlər. Adları 
seçici siyahısında olmayan vətəndaşlar “Seçkilər” İnformasiya Mərkəzinin internet 
səhifələrində  (www.msk.gov.az;  www.cec.gov.az;  www.infocenter.gov.az) 
elektron  “Qaynar  xətt”ə  müraciət  etməklə  və  ya  115  saylı  telefona  zəng  etməklə 
adlarını seçici sıyahısına daxil edə bilərlər.  
2015-ci  ilin  daimi  seçicilər  siyahısının  tərtib  edilməsi  və  dəqiqləşdirilməsi 
işini başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları 
tərəfindən  təsdiq  edilməsi  üçün  müvafiq  dairə  seçki  komissiyalarına 
göndərilməsinə, eyni zamanda, respublika üzrə seçicilərin daimi siyahısının dövlət 
avtomatlaşdırılmış  informasiya  sistemi  vasitəsilə  tərtib  olunaraq  rəsmi  internet 
səhifəsində  yerləşdirməklə  ictimailəşdirilmişdir.  Bu  mexanizmlər    seçici 
sıyahılarının  dəqiqiləsdirilməsi  və  yoxlanmasında  tam  şəffaflığa,  demokratikliyə 
nail  olmağa  imkan  verir.  Bu  mexanizmləri  eyni  zamanda  seçici  sıyahılarının 

 
47 
 
dəqiqiləşdirilməsi  və  yoxlanılmasında  əvvəllər  müşahidə  olunan  problemlərin 
aradan  qaldırılması  istiqamətində  mühüm  nailiyyət  hesab  etmək  olar.  
 
Qeyd edək ki, 27.05.2015-ci il tarixinə olan məlumata görə, ölkə üzrə vahid 
seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 
faizi isə qadınlardır. 
Seçici siyahılarının  dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı barədə 
statistik məlumat 
Seçki dairələrinin sayı 
125 
Seçki məntəqələrinin sayı 
5386 
Daimi seçicilər 
  
Rəqəmlə 
Faizlə 
Qeyd 
 Cəmi sayı 
5 093 289  100,0 
  
O cümlədən: 
Cinsi mənsubiyyət üzrə 
Kişi 
2 460 328  48,3 
  
Qadın 
2 632 961  51,7 
  
Yaş qrupları üzrə 
Yaşı 18 olan 
33 746 
0,7 
  

 
48 
 
Yaşı 19-26 olan 
879 292 
17,3 
  
Yaşı 27-35 olan 
1 059 739  20,8 
  
Yaşı 35-45 olan 
923 397 
18,1 
  
Yaşı 46-55 olan 
1 039 868  20,4 
  
Yaşı 56-65 olan 
701 257 
13,8 
  
Yaşı 66-75 olan 
249 124 
4,9 
  
Yaşı 76-85 olan 
180 552 
3,5 
  
Yaşı 86-99 olan 
25 613 
0,5 
  
Yaşı  100  və  yuxarı 
olanlar 
701 
0,01 
  
Əvvəlki dəqiqləşmə tarixinə görə seçici dinamikası  
Tarix 
Seçici sayı 
Əvvəlki ilə nisbətən fərq 
Rəqəmlə 
Faizlə 
30 may 2009 - cu il 
4 769 149  - 

30 may 2010 - cu il 
4 829 888  60 739 
1,3 
30 may 2011 - ci il 
4 873 642  43 754 
0,9 

 
49 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
30 may 2012 - ci il 
4 922 600  48 958 
1,0 
30 may 2013 - cü il 
4 986 296  63 696 
1,3 
29 may 2014 - cü il 
5 054 455  68 159 
1,4 
27 may 2015 - ci il 
5 093 289  38 834 
0,8 

 
50 
 
Milli Məclisin deputatlıgına namizədlərin KİV-dən istifadə edilməsində 
bərabər şərtlərin təmin edilməsinin təhlili 
MDB  PAA  DİMBİ-nin  Bakı  filialının  KİV-in  uzunmüddətli  monitorinqi 
2015-ci  il  sentyabr  ayının  1-i  başlamış  və  əsasən  ölkədə  fəaliyyət  göstərən 
informasiya  agentliklərini  əhatə  etmişdir.  Təhlilin  ilk  obyektləri  2015-ci  il 
noyabrın 1-nə təyin edilmiş Parlament seçkilərinə həsr olunmuş materiallar, “2015-
ci  il  noyabrın  1-nə  təyin  olunmuş  Azərbaycan  Respublikasının  Milli  Məclisinə 
seçkilər barədə” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli 
Sərəncamı,  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən 
Beşinci  Çağırış  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilərin 
hazırlanması və keçirilməsinə dair əsas hərəkət və tədbirlərin Təqvim Planının 29 
avqust 2015-ci il tarixdə təsdiq edilməsi, Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyası iclaslarının qərarları və s. oldular.   
 
Qeyd  etmək  lazımdır  ki,  seçkilərin  birinci  həftəsinin  KİV  materialları 
həmçinin 2015-ci il 1 noyabr parlament seçkilərinə dair hərəkət və tədbirlər barədə 
MSK-nın  məlumatları,  ölkənin  müxtəlif  siyasi  liderlərin  seçkilər  barədə 
müsahibələri, seçkilərin gələcək müşahidəsi üzrə müxtəlif beynəlxalq təşkilatların 
rəyləri, namizədlərin, Yeni Azərbaycan partiyası namizədlərinin partiya siyahısının 
irəli  sürülməsi,  seçkilərlə  əlaqədar  müraciətlərə  həsr  olunmuş,  MSK  və  Avropa 
Şurası tərəfindən təşkil olunmuş seminar və s. ilə zəngin olmuşlar.   
 
Seçkilərin birinci həftəsi KİV-in diqqət mərkəzində olan vacib məsələ 2015-
ci  il  1  noyabr  Azərbaycan  Respublikasının  parlament  seçkilərinin  müşahidəsinə 
dair  ATƏT-in  planlarına  həsr  edilmiş  xəbərlər  idi.  Sentyabrın  biri  KİV-in 
səhifələrində  bu  payızda  Azərbaycanda  parlament  seçkilərinin  müşahidəsi  üçün 
ATƏT  missiyasının  Demokratik  Təsisatlar  və  İnsan  Hüquqları  Bürosunun 
(DTİHB) formalaşdırılması barədə məqalələr yerləşdirilmişdir. 

 
51 
 
Digər  məşhur    xəbərlər  keçirilmiş  MSK  iclasının  nəticələri  barədə 
olmuşldur.  MSK-nın  iclasında  Böyük  quruculuq  partiyasının  -  12,  “Ümid” 
partiyasının  –  37  və  “Demokratik  islahatlar”  partiyasının  6  səlahiyyətli 
nümayəndəsi    təsdiq  edilmi.dir.  İclasda  MSK-nın  sədri  M.Pənahov  həmçinin 
seçkiqabağı  təşviqatın  müəyyən  olunmuş  müddətdən  əvvəl  başlanmasının 
yolverilməzliyi  barədə  siyasi  partiyaların  nümayəndələri  və  müstəqil  namizədləri 
xəbərdarlıq etmişdir.  
İlk  həftədə  həmçinin,  tərkibinə  7  siyasi  partiya:  “Aydınlar”,  “Azadlıq”, 
“Vətəndaş və İnkişaf”, “Azərbaycan Xalq Partiyası”, “Liberal-Demokratik”, “Dahi 
Azərbaycan”  “Klassik  Xalq  Cəbhəsi“  daxil  olmuş  “Azadlıq-2015”  siyasi  bloku 
qeydiyyata alınmışdır. Yeni blokun emblemi təsdiq edilmişdir. 
 
Seçkilərin  ikinci  həftəsinin  materiallarını  əsasən  MSK-nın  başçısı  Məzahir 
Pənahovun  sədrliyi  ilə  keçirilən  MSK-nın  12  sentyabr  tarixli  iclasının  nəticələri 
barədə  xəbərlər  təşkil  etmişdilər. İclasda  seçkilərdə  iştirak  etmək  üçün  286 
namizəd  təsdiq  edilmişdir.  MSK  eləcə  də  parlament  seçkilərində  səsvermənin 
nəticələrinə  görə  yekun  protokolların  hazırlanması  qaydasını  təsdiq  etmişdir. 
Müşahidəçi  qismində  seçkilərdə  iştirak  etmək  üçün  74  nəfər  MSK-nın 
qeydiyyatından keçmişdir. 
Parlament  seçkilərinin  ikinci  həftəsində  həmçinin  ATƏT-in  Demokratik 
Təsisatlar  və  İnsan  Hüquqları  Bürosunun  (DTİHB)  Azərbaycana  müsahidə 
missiyasının  göndərməməsi  barədə  qərarına  dair  xəbərlər  aktual  olmuşdur.  Bu 
barədə təskilatın saytında yerləsdirilən ATƏT DTİHB-nun  direktoru Maykl Corc 
Linkin bəyanatında deyilir. 
Digər  məqalələr  seçki  prosesi  subyektlərinin  maarifləndirilməsinə  dair 
tədbirlər  çərçivəsində  olan  MSK  tərəfindən  deputatlığa  namizədlər  üçün  Yaddaş 
kitabçasının hazırlanması barədə xəbərləri əks edirdilər.  

 
52 
 
Seçki kampaniyasının üçüncü həftəsi hakim Yeni Azərbaycan partiyası idarə 
heyətinin  iclası  ilə  əlamətdar  olmuşdur.  Çünki  sentyabrın  16-dək  hakim  partiya 
uzun  müddət  müzakirə  obyekti  olan  namizədlərin  vahid  partiya  siyahısını 
açıqlamamışdır. Nəticədə 16 sentyabr 2015-ci il partiyanın iclasında namizədlərin 
siyahısı təsdiq edilmişdir.  
Digər vacib xəbərlər MSK-nın iclası ilə bağlı idilər. Həmin iclasda MSK-nın 
sədri M.Pənahov qeyd etmişdir ki, seçkilərdə istirak etmək üçün öz namizədliyini 
665  ºəxs  irəli  sürmüºdür,  o  cümlədən,  338  –  siyasi  partiyalardan,  25  –  seçki 
blokundan,  2  –  təşəbbüs  qruplarından,  300  –  öz  təşəbbüsü  ilə.  M.Pənahov 
həmçinin  qeyd  etmişdir  ki,  seçkilərdə  müşahidəçi  qismində  iştirak  etmək  üçün 
MSK-ya  95  şəxs  müraciət  etmişdir,  onlardan  86  –  öz  təşəbbüsü  ilə,  9  –  qeyri-
hökümət  təşkilatlarından.  İclasda  “Azadlıq-2015”  seçki  blokundan  –  18, 
“Demokratik  İslahatlar  Partiyası”ndan  5  səlahiyyətli  nümayəndə  təsdiq 
olunmuşdur. 
Həftənin digər vacib xəbəri – AŞPA-nın Azərbaycanda parlament seçkilərini 
müşahidə  etmək  niyyəti  idi.  AŞPA-nın mətbuat xidmətinin xəbər verdiyinə  görə, 
ispaniyalı deputat Cordi Çuklanın başçılıq etdiyi 5-6 nəfərdən ibarət olan Avropa 
Şurasının Parlament Assambleyasının nümayəndə heyəti noyabr ayında parlament 
seçkilərindən  əvvəl  seçkiqabağı  vəziyyətin  və  seçki  kampaniyasının  gedişinin 
qiymətləndirilməsi üçün Azərbaycanı ziyarət edəcək. 
Seçkilərin  4-cü  həftəsində  KİV-də  Azərbaycanda  AŞPA-nın  nümayəndə 
heyətinin fəaliyyəti barədə informasiya daşıyan məqalələr işıqlandırılmışdır. MSK-
nın mətbuat xidmətinin xəbər verdiyinə görə, 21 sentyabr MSK-nın sədri Məzahir 
Pənahov Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti 
ilə  görüşüb.  Sözügedən  nümayəndə  heyəti   Azərbaycana  ölkədə  seçkigabağı 
vəziyyətin  qiymətləndirilməsi  məqsədi  ilə  səfər  etmişdir.  Görüşdə  M.Pənahov 
nüfüzlu  beynəlxalq  təşkilatlarla,  o  cümlədən  Avropa  Şurası  və  onun  müxtəlif 

 
53 
 
strukturları  ilə  qarşılıqlı  əməkdaşlığın  davam  etdirilməsinin  vacibliyini  qeyd 
etmişdir. O, keçirilmiş tədbirlər, planlaşdırılmış layihələr barədə məlumatı təqdim 
etmişdir.  
21  sentyabr  Avropa  Şurasının  Parlament  Assambleyasının  seçkiləri 
müşahidə missiyasının aparıcı tərkibi Milli Məclisdə olmuşdur. İlk öncə qonaqlar 
Milli Məclisin sədr müavini, parlamentdə bitərəflər qrupunun nümayəndəsi Valeh 
Ələskərovla  görüşmüşlər.  Sonra  missiya  üzvləri  Yeni  Azərbaycan  Partiyasının 
Milli Məclisdə olan nümayəndələri ilə görüşdülər. Sonra AŞPA nümayəndə heyəti 
parlamentdə təqdim olunmuş digər siyasi partiyaların rəhbərləri ilə görüşmüşdür. 
Baxılan müddətdə digər məqalələr aşağıdakı mövzularda olmuşlar: 
1.
 
Parlament  seçkilərində  iştirak  etmək  üçün  Heydər  Əliyev  Fondunun 
Prezidenti, Milli Məclisin deputatı, hakim partiyanın sədr müavini Mehriban 
Əliyevanın namizədliyinin qeydiyyatı;
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin