Mdb paa iŞTİrakçisi olan döVLƏTLƏRİn demokratiyanin, parlamentariZMİN İNKİŞafinin və VƏTƏndaşlarin seçKİ



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix06.09.2017
ölçüsü2,37 Mb.
#29110
1   2   3   4   5   6   7   8   9   ...   14

29  sentyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilıb. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 26 
sentyabr  tarixində  keçirilmiş  iclasının  protokolu  təsdiq  edilib.  Sonra  Azərbaycan 
Respublikasının Milli  Məclisinə 2015-ci  il  noyabrın 1-nə təyin  edilmiş  seçkilərlə 
əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş  müraciətlərə  baxılıb. 
Komissiya  üzvləri  tərəfindən  aparılan  müzakirələrdən  sonra  müraciətlərlə  bağlı 
müvafiq qərarlar qəbul edilib. 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 
02  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının  növbəti  iclası  keçirilib.  İclasda  əvvəlcə  Komissiyanın  2015-ci  il 
sentyabrın 28-də keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  Yeni  Azərbaycan  Partiyası  və  Ana  Vətən  Partiyasının 
səlahiyyətli  nümayəndələrinin  qeydə  alınması  məsələsinə  baxılıb  və  sözügedən 
siyasi partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi 
qeydə alınıb. İclasda, həmçinin MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki 
komissiyalarının tərkibində də dəyişikliklər edilib. 
İclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxılıb 
və Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı 
müvafiq qərarlar qəbul olunub. 

 
25 
 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 
05  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 29 sentyabr 
2015-ci il tarixdə keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  MSK-nın  qərarı  ilə  bəzi  seçki  dairələri  dairə  seçki  komissiyalarının 
tərkibində dəyişikliklər edilib. 
İclasda  2015-ci il  noyabrın 1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli Məclisinə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxılıb. Komissiya 
üzvlərinin  müzakirəsindən  sonra  müraciətlərlə  bağlı  müvafiq  qərarlar  qəbul 
olunub. 
Xarici  qurumların  və  kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin 
iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. 
06  oktyabr  2015-ci  il  tarixdə Mərkəzi  Seçki  Komissiyası 2015-ci  ilin 
noyabrın  1-nə  təyin  edilmiş  seçkilərlə  əlaqədar  seçki  subyektlərinin 
maarifləndirilməsi  layihəsi  çərçivəsində  "Seçki  günü  üçün  yaddaş"  kitabçası 
hazırlayıb. 
Yaddaş  kitabçasının  hazırlanmasında  və  nəşrində  məqsəd  məntəqə  seçki 
komissiyalarının  üzvlərini  seçki  günü  prosedurları  ilə  bağlı  daha  ətraflı 
məlumatlandırmaqdır. 
Kitabçada  seçki  günü  məntəqə  seçki  komissiyaları  üzvlərinin  rol  və 
vəzifələri,  seçki  məntəqəsinin  açılması,  səsvermə  saatlarında  tədbirlər,  seçki 
məntəqəsinin  bağlanması,  səslərin  hesablanması  və  səsvermənin  nəticələrinə  dair 
yekun protokolun doldurulması izah olunub. 
Yaddaş  kitabçası  Seçki  Məcəlləsinin  müddəaları  və  MSK-nın  qəbul  etdiyi 
təlimat, izah və qaydalar əsasında hazırlanıb. 

 
26 
 
“Seçki  günü üçün  yaddaş” kitabçasını  aşağı  seçki  komissiyalarından,  eləcə 
də  MSK-nın  rəsmi  internet  səhifəsindən  (www.msk.gov.az)  əldə  etmək 
mümkündür. 
07 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə 
2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları 
üzvlərinin  maarifləndirilməsi  proqramı  çərçivəsində  “Trenerlər  üçün  treninq”lərə 
başlanılıb. 
Cari ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar iki mərhələli treninq 
layihəsi  hazırlanıb.  Artıq  start  verilmiş  birinci  mərhələdə  treninqlərin  seçki 
dairələrinin  hər  birindən  iki  nəfərin  iştirakı  ilə  keçirilməsi  və  dörd  gün  davam 
etməsi  nəzərdə  tutulur.  Əyani  vəsaitlərdən  istifadə  edilməklə keçirilən  “Trenerlər 
üçün  treninq”də  iştirakçılar  səsvermə  prosesi,  seçki  prosesində  müstəsna  hallar, 
səslərin  sayılması,  protokolların  doldurulması  da  daxil  olmaqla  seçki  günü 
prosedurları barədə məlumatlandırılır. Tədbir zamanı, həmçinin MSK-nın treninq 
qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla 
bağlı praktiki məşğələlər keçirilir, “Seçki günü məntəqə seçki komissiyalarının rol 
və  vəzifələri”,  “Seçki  günü  prosesləri  və  müstəsna  hallar”,  “Səslərin 
hesablanmasına  hazırlıq,  seçki  bülletenlərinin  təsnifatı,  səslərin  hesablanması  və 
yekun  protokolun  doldurulması”  və  “Əvvəlki  treninqlərdə  qazanılmış  təcrübə, 
seçki  dairələri  üzrə  treninqlərin  formatı  və  təşkil  olunması”  mövzularında 
təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır. 
Treninqlərin  ikinci  mərhələsi  olan  aşağı  seçki  komissiyaları  üzvlərinin 
treninqinə oktyabrın 12-dən başlanacaq və treninqlər mövcud seçki dairələri dairə 
seçki  komissiyalarının  inzibati  binalarında  baş  tutacaq.  Aşağı  seçki 
komissiyalarının  üzvləri  üçün  treninqlərin  keyfiyyətinin  daha  da  artırılması 
məqsədilə  MSK-nın  treninq  qrupu  tərəfindən  yerlərdə  keçiriləcək  treninqlərin 
cədvəli hazırlanıb və kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək 

 
27 
 
komissiya  üzvünün  iştirakı  ilə  keçirilməsi  nəzərdə  tutulub.  Bu  mərhələ  seçki 
dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə 
davam edəcək və treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK 
tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri 
haqqında  protokol  nümunəsi  və  bir  sıra  digər  zəruri  sənəd  nümunələri  təqdim 
olunacaq. 
Genişmiqyaslı maarifləndirmə tədbiri olan treninqlər ümumilikdə 30000-dən 
artıq aşağı seçki komissiyası üzvünü əhatə edir. 
07  oktyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. 
İclasda əvvəlcə MSK-nın qərarı ilə 93 saylı Bərdə şəhər seçki dairəsi dairə 
seçki komissiyasının tərkibində dəyişiklik edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə  baxılıb.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  müddətdə  və  qaydada 
araşdırılaraq  iclasa  çıxarılan  müraciətlərlə  bağlı  Komissiya  üzvlərinin 
müzakirəsindən müvafiq qərarlar qəbul olunub. 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 
08  oktyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. 
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə  təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə  baxılıb.  Komissiya  üzvləri  tərəfindən  aparılan  müzakirələrdən  sonra 
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. 

 
28 
 
Xarici  qurumların  və  kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin 
iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. 
09  oktyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il 2 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra MSK-
nın qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 
tərkibində dəyişiklik edilib. 
İclasda  2015-ci il  noyabrın 1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə də baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra  müraciətlərlə 
bağlı müvafiq qərarlar qəbul edilib. 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 
10  oktyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il 05 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə 
təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə  baxılıb.  Vətəndaşların  seçki  hüquqlarının  daha  səmərəli  təmin 
olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə iclasa 
çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq 
qərarlar qəbul edilib. 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 

 
29 
 
11  oktyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. 
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə  təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə  baxılıb.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə 
hərtərəfli  araşdırılaraq  iclasa  çıxarılmış  müraciətlərlə  bağlı  Komissiya  üzvlərinin 
müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib. 
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari 
məsələlərə də baxılıb. 
12  oktyabr  2015-ci  il  tarixdə  Mərkəzi  Seçki  Komissiyası  Azərbaycan 
Respublikasının Milli  Məclisinə 2015-ci  il  noyabrın 1-nə təyin  edilmiş  seçkilərlə 
əlaqədar  aşağı  seçki  komissiyalarının  maarifləndirilməsinə  hədəflənmiş 
genişmiqyaslı  layihənin  ikinci  mərhələsi  çərçivəsində  oktyabrın  12-dən  etibarən 
məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. 
Mərkəzi  Seçki  Komissiyasının  Treninq  qrupu  tərəfindən  hazırlanmış 
proqrama əsasən treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 
nəfərədək  məntəqə  seçki  komissiyası  üzvünün  iştirakı  ilə  mövcud  seçki  dairələri 
dairə  seçki  komissiyalarının  inzibati  binalarında  keçirilir.  Əyani  vəsaitlərdən 
istifadə  edilməklə  keçirilən  treninqlərdə  məntəqə  seçki  komissiyalarının  üzvləri 
səsvermə  prosesi,  seçki  prosesində  müstəsna  hallar,  səslərin  sayılması  və 
protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı 
məlumatlandırılır,  praktiki  məşğələlər  zamanı  müxtəlif  mövzular  ətrafında 
müzakirələr  aparılır  və  iştirakçıları  maraqlandıran  suallar  cavablandırılır. 
Treninqlər zamanı, həmçinin hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki 
Komissiyası  tərəfindən  hazırlanmış  “Seçki  günü  üçün  Yaddaş”  kitabçası, 

 
30 
 
səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd 
nümunələri təqdim olunur. 
Aşağı  seçki  komissiyaları  üzvlərinin  peşə  hazırlığının  artırılması,  seçkilər 
sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi 
məqsədi  daşıyan  treninqlərin  seçki  dairələri  üzrə  məntəqə  seçki  komissiyalarının 
sayına  müvafiq  olaraq  bir  neçə  həftə  davam  etməsi  və  ümumilikdə,  32  mindən 
artıq  məntəqə  seçki  komissiyası  üzvünün  iştirakı  ilə  gerçəkləşdirilməsi  nəzərdə 
tutulur. 
12 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-
ci  il  noyabrın 1-nə  təyin  edilmiş  seçkilərdə  “Exit-poll” keçirmək  niyyətində olan 
təşkilatların  akkreditasiya  üçün Mərkəzi  Seçki  Komissiyasına  təqdim  etdikləri 
sənədlərin  qəbul  edilmə  müddəti  sona  çatıb.  V  çağırış  Milli  Məclisə  seçkilərin 
hazırlanıb  keçirilməsi  üzrə  əsas  hərəkət  və  tədbirlərin  Təqvim  Planına  əsasən, 
“Exit-poll”  keçirmək  niyyətində  olan  təşkilatların  akkreditasiya  üçün  MSK-ya 
müraciət  müddəti  səsvermə  gününə  ən  azı  20  gün  qalmış  başa  çatmalıdır.  MSK 
səsverməyə ən azı 10 gün qalmış, yəni oktyabrın 22-dək həmin müraciətlərə baxıb 
qərarını elan etməlidir. 
13  oktyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il 7 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə  baxılıb.  Komissiya  üzvlərinin  müzakirəsindən  sonra  vətəndaşların 
seçki  hüquqlarının  daha  səmərəli  təmin  olunması  məqsədilə  qanunvericiliklə 
nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  hərtərəfli  araşdırılaraq  iclasa  çıxarılmış 
müraciətlərlə  bağlı  müvafiq  qərarlar  qəbul  edilib.  Xarici  qurumların  və  kütləvi 

 
31 
 
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də 
baxılıb. 
16  oktyabr  2015  -  ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. 
İclasda  əvvəlcə  Komissiyanın  8  oktyabr  və  9  oktyabr  2015-ci  il  tarixində 
keçirilmiş iclaslarının protokolları təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən təqdim olunmuş 
səlahiyyətli  nümayəndələrin  qeydə  alınması  məsələsinə  baxılıb.  Komissiya 
üzvlərinin  müzakirəsindən  sonra  sözügedən  partiya  tərəfindən  təqdim  olunmuş 
şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıblar. 
İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının 
tərkibində də dəyişiklik edilib. 
Komissiyanın  iclasında  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan 
Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 
daxil  olmuş  müraciətlərə  də  baxılıb.  Komissiya  üzvlərinin  müzakirəsindən  sonra 
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. 
Xarici  qurumların  və  kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin 
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 
17  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. 
İclasda  əvvəlcə  Komissiyanın  2015-ci  il  10  oktyabr  tarixində  keçirilmiş 
iclasının protokolu təsdiq edilib. 
Sonra  Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə  bəzi  seçki  dairələri  dairə 
seçki komissiyalarının tərkibində dəyişiklik edilib. 

 
32 
 
İclasda 2015-ci il noyabrın 01-nə təyin edilmiş Azərbaycan Respublikasının 
Milli  Məclisinə  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətə də baxılıb və Komissiya üzvləri tərəfindən aparılan müzakirədən sonra 
müvafiq qərar qəbul edilib. 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 
20  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 11 
oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  “exit-poll”  keçirmək  niyyəti  ilə  bağlı  “ELS”  Müstəqil 
Araşdırmalar Mərkəzi, “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə 
birgə  “Exit-poll”  keçirilməsi  üçün  Azərbaycan  Gənclərinin  Hüquqlarının 
Müdafiəsi Mərkəzi, həmçinin “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş 
Ştatları)  ilə  birgə  “Exit-poll”  keçirilməsi üçün  Vətəndaşların Əmək  Hüquqlarının 
Müdafiə  Liqası  tərəfindən  ünvanlanmış  müraciətlərə  baxılıb.  Qanunvericiliklə 
nəzərdə  tutulmuş  müddətdə  və  qaydada  müvafiq  araşdırma  aparılaraq  iclasa 
çıxarılmış  müraciətlər  Komissiya  üzvləri  tərəfindən  müzakirə  olunduqdan  sonra 
sözügedən  təşkilatların  “Exit-poll”  keçirmək  üçün  qeydə  alınması  barədə  qərar 
qəbul olunub. 
İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının 
tərkibində dəyişikliklər edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin 
iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. 
22  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının  növbəti  iclası  keçirilib.  İclasda  əvvəlcə  Komissiyanın  13  oktyabr 
2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  01-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  səsvermə  günü  seçki  məntəqələrində  proseslərin 
əvvəldən  axıradək  fasiləsiz  izlənilməsi  məqsədilə,  işğal  edilmiş  ərazilər  istisna 

 
33 
 
olmaqla,  respublika  ərazisinin  tam  əhatə  olunması  prinsipi  əsas  götürülərək,  119 
seçki  dairəsi  üzrə  1000  (min)  seçki  məntəqəsində  veb-kameraların 
quraşdırılmasına qərar verilib. 
İclasda  2015-ci il  noyabrın 1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  “exit-poll”  keçirmək  niyyəti  ilə  bağlı  “RƏY” 
Monitorinq  Mərkəzi  tərəfindən  ünvanlanmış  müraciətə  də  baxılıb  və  Komissiya 
üzvlərinin  müzakirəsindən  sonra  adıçəkilən  təşkilatın  “exit-poll”  keçirmək  üçün 
qeydə alınması barədə qərar qəbul olunub. 
Komissiyanın  iclasında  bəzi  seçki  dairələri  dairə  seçki  komissiyalarının 
tərkibində dəyişikliklər edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin 
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 
24  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 16 
oktyabr və 17 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib. 
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə 
təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə baxılıb. 
Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa 
çıxarılan  müraciətlərlə  bağlı  Komissiya  üzvlərinin  müzakirəsindən  müvafiq 
qərarlar  qəbul  olunub.  Beynəlxalq  müşahidəçilərin  və  kütləvi  informasiya 
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 
28  oktyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. İclasda  əvvəlcə  Komissiyanın 20 oktyabr, 
22  oktyabr  və  24  oktyabr  tarixlərində  keçirilmiş  iclaslarının  protokolları  təsdiq 
edilib. 
Sonra MSK-nın qərarı ilə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə 
seçki komissiyasının tərkibində dəyişiklik edilib. 

 
34 
 
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə  təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə də baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada 
operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar 
qəbul  olunub.  Beynəlxalq  müşahidəçilərin,  xarici  qurumların  və  kütləvi 
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə 
də baxılıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
35 
 
Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə hüquq mühafizə
məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 
Hüquq-mühafizə  orqanları,  ədliyyə  orqanları  və  yerli  özünüidarə  orqanları 
seçici siyahılarının formalaşmasında böyük rol oynayırlar. Seçici siyahıları Daxili 
İşlər  Nazirliyi  və  yerli  özünüidarə  orqanlarının  yerli  şöbələrindən  alınmış 
məlumatlar əsasında tərtib olunur. Seçki Məcəlləsinə əsasən seçici siyahıları Daxili 
İşlər  Nazirliyində  mövcud  olan  vətəndaşların  məlumat  bazası  vasitəsilə 
dəqiqləşdirilir.  Bundan  başqa,  seçkilərin  təhlükəsizliyinin  təmin  olunmasında 
hüquq-mqhafizə orqanlarının rolu çox aktual bir məsələdir.  
Sentyabrın 21-dən etibarən Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi 
ilə  birgə  seminar-müşavirələrə  başlayır.  Milli  Məclisə  seçkilər  prosesində  və 
səsvermə  günü  ictimai  qaydanın  pozulması  hallarının  qarşısının  alınması 
istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən 
zona  seminar-müşavirələrində  dairə  seçki  komissiyalarının  sədrləri  və  polis 
orqanları  nümayəndələrinin  iştirakı  nəzərdə  tutulur.  Seminar-müşavirələrdə 
Mərkəzi  Seçki  Komissiyasının  üzvləri,  MSK  Katibliyinin  əməkdaşları  və  Daxili 
İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin 
keçirilməsi  və  bu  proseslərdə  polisin  rolu  və  vəzifələri  ilə  bağlı  müxtəlif 
mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq. 
Seminar-müşavirələr sentyabrın 30-dək davam edəcək. 
 
 
 
 

 
36 
 
Azərbaycan Respublikası Milli Məclisinə partiyalı və partiyasız namizədlərin 
imza toplama və MSK tərəfindən təsdiqinin monitorinqi 
Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinin  146-cı  maddəsinə  uyğun 
olaraq  birmandatlı  seçki  dairəsi  üzrə  namizədləri  siyasi  partiyalar,  siyasi 
partiyaların  blokları,  həmin  seçki  dairəsində  daimi  yaşayan,  seçki  hüququ  olan 
Azərbaycan Respublikasının vətəndaşları uyğun olaraq irəli sürə bilərlərSeçicilərin 
irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli 
sürülməsinə  razılıq  verə  bilər.  Namizədlərin  irəli  sürülməsinədək  dairə  seçki 
komissiyasının  yaradılması  başa  çatmayıbsa,  namizədin  irəli  sürülməsi  haqqında 
bildirişi,  müvafiq  namizədlərin  razılıq  ərizələri  və  digər  sənədlər  Mərkəzi  Seçki 
Komissiyasına  göndərilir.  Mərkəzi  Seçki  Komissiyası  göstərilən  sənədləri  dairə 
seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir. 
Namizədin  müdafiəsi  üçün  onun  irəli  sürüldüyü  seçki  dairəsinin  ərazisində 
seçicilərin  azı  450  imzası  toplanmalıdır.  Bir  seçici  birdən  artıq  namizədin 
müdafiəsi üçün imza ata bilər. 
Namizədlər Seçki Məcəlləsinin 60-cı maddəsində göstərilən qaydada qeydə 
alınırlar.Bir şəxsin birdən çox birmandatlı seçki dairəsi üzrə namizəd kimi qeydə 
alınmasına  yol  verilmir.  Qeydə  alınmış  namizədlərin  dairələr  üzrə  siyahısı 
səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki  
Məcəlləsinin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir. Birmandatlı 
seçki dairələrinin 60-dan  çoxunda namizəd  irəli  sürmüş  və  ya  namizədləri qeydə 
alınmış  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  hər  bir  seçki  komissiyasının 
tərkibinə  bir  məşvərətçi  səs  hüquqlu  üzv  təyin  edə  bilərlər.  Birmandatlı  seçki 
dairəsi  üzrə  qeydə  alınmış  namizəd  müvafiq  dairə  seçki  komissiyasına  və  seçki 
dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi 
səs hüquqlu üzv təyin edə bilər. 
 

 
37 
 
Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə 
ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə 
gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına 
yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə 
alınmış  namizədi  geri  çağırmaq  hüququna  malikdir.Siyasi  partiyalar  blokunun 
tərkibinə  daxil  olan  siyasi  partiya  səsvermə  gününə  azı  10  gün  qalmış  istənilən 
vaxt  Mərkəzi  Seçki  Komissiyasına  ərizə  verməklə  müvafiq  siyasi  partiyanın 
səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə 
iştirak etməkdən imtina edə bilər. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə 
iştirak  etməkdən  imtina  edən  siyasi  partiya  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş 
qaydada  müstəqil  siyasi  partiya  kimi  çıxış  edə  və  ya  digər  siyasi  partiyalar 
blokunun tərkibinə daxil ola bilər.Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd 
qeydə  alındıqdan  sonra,  bu  bloka  daxil  olmuş  bütün  siyasi  partiyalar  (birindən 
başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə 
siyasi partiyalar  blokunun  adı və rəmzləri  saxlanılmaqla siyasi  partiyaların  bloku 
kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya 
qeydiyyatının  ləğv  edilməsi  üçün  əsas  ola  bilməz.Siyasi  partiyalar  blokunun 
seçkilərdə  iştirak  etməkdən  imtina  etməsi,  ona  daxil  olmuş  siyasi  partiyaları 
seçkilərdə  iştirak  etmək  hüququndan  məhrum  etmir;  belə  halda  bu  Məcəlləyə 
uyğun olaraq namizədin təkrar irəli sürülməsi  və digər zəruri seçki hərəkətlərinin 
həyata keçirilməsi tələb edilir. 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin