29 sentyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilıb. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 26
sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra Azərbaycan
Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə
əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı
müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
02 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il
sentyabrın 28-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası və Ana Vətən Partiyasının
səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən
siyasi partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi
qeydə alınıb. İclasda, həmçinin MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində də dəyişikliklər edilib.
İclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxılıb
və Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı
müvafiq qərarlar qəbul olunub.
25
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
05 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 29 sentyabr
2015-ci il tarixdə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilib.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxılıb. Komissiya
üzvlərinin müzakirəsindən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul
olunub.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
06 oktyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyası 2015-ci ilin
noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki subyektlərinin
maarifləndirilməsi layihəsi çərçivəsində "Seçki günü üçün yaddaş" kitabçası
hazırlayıb.
Yaddaş kitabçasının hazırlanmasında və nəşrində məqsəd məntəqə seçki
komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı
məlumatlandırmaqdır.
Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və
vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki
məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair
yekun protokolun doldurulması izah olunub.
Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi
təlimat, izah və qaydalar əsasında hazırlanıb.
26
“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə
də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək
mümkündür.
07 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə
2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları
üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə
başlanılıb.
Cari ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar iki mərhələli treninq
layihəsi hazırlanıb. Artıq start verilmiş birinci mərhələdə treninqlərin seçki
dairələrinin hər birindən iki nəfərin iştirakı ilə keçirilməsi və dörd gün davam
etməsi nəzərdə tutulur. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən “Trenerlər
üçün treninq”də iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar,
səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü
prosedurları barədə məlumatlandırılır. Tədbir zamanı, həmçinin MSK-nın treninq
qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla
bağlı praktiki məşğələlər keçirilir, “Seçki günü məntəqə seçki komissiyalarının rol
və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar”, “Səslərin
hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və
yekun protokolun doldurulması” və “Əvvəlki treninqlərdə qazanılmış təcrübə,
seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzularında
təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.
Treninqlərin ikinci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin
treninqinə oktyabrın 12-dən başlanacaq və treninqlər mövcud seçki dairələri dairə
seçki komissiyalarının inzibati binalarında baş tutacaq. Aşağı seçki
komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin daha da artırılması
məqsədilə MSK-nın treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin
cədvəli hazırlanıb və kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək
27
komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Bu mərhələ seçki
dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə
davam edəcək və treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK
tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri
haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim
olunacaq.
Genişmiqyaslı maarifləndirmə tədbiri olan treninqlər ümumilikdə 30000-dən
artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.
07 oktyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda əvvəlcə MSK-nın qərarı ilə 93 saylı Bərdə şəhər seçki dairəsi dairə
seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada
araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin
müzakirəsindən müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
08 oktyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
28
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
09 oktyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il 2 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra MSK-
nın qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının
tərkibində dəyişiklik edilib.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə də baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə
bağlı müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
10 oktyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il 05 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə
təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin
olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə iclasa
çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq
qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
29
11 oktyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə
hərtərəfli araşdırılaraq iclasa çıxarılmış müraciətlərlə bağlı Komissiya üzvlərinin
müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
12 oktyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə
əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş
genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində oktyabrın 12-dən etibarən
məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb.
Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış
proqrama əsasən treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40
nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri
dairə seçki komissiyalarının inzibati binalarında keçirilir. Əyani vəsaitlərdən
istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri
səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və
protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı
məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında
müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Treninqlər zamanı, həmçinin hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki
Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası,
30
səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd
nümunələri təqdim olunur.
Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər
sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi
məqsədi daşıyan treninqlərin seçki dairələri üzrə məntəqə seçki komissiyalarının
sayına müvafiq olaraq bir neçə həftə davam etməsi və ümumilikdə, 32 mindən
artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə
tutulur.
12 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-
ci il noyabrın 1-nə təyin edilmiş seçkilərdə “Exit-poll” keçirmək niyyətində olan
təşkilatların akkreditasiya üçün Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri
sənədlərin qəbul edilmə müddəti sona çatıb. V çağırış Milli Məclisə seçkilərin
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən,
“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün MSK-ya
müraciət müddəti səsvermə gününə ən azı 20 gün qalmış başa çatmalıdır. MSK
səsverməyə ən azı 10 gün qalmış, yəni oktyabrın 22-dək həmin müraciətlərə baxıb
qərarını elan etməlidir.
13 oktyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il 7 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra vətəndaşların
seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli araşdırılaraq iclasa çıxarılmış
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Xarici qurumların və kütləvi
31
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də
baxılıb.
16 oktyabr 2015 - ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib.
İclasda əvvəlcə Komissiyanın 8 oktyabr və 9 oktyabr 2015-ci il tarixində
keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən təqdim olunmuş
səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb. Komissiya
üzvlərinin müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunmuş
şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıblar.
İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində də dəyişiklik edilib.
Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına
daxil olmuş müraciətlərə də baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
17 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib.
İclasda əvvəlcə Komissiyanın 2015-ci il 10 oktyabr tarixində keçirilmiş
iclasının protokolu təsdiq edilib.
Sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə
seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
32
İclasda 2015-ci il noyabrın 01-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətə də baxılıb və Komissiya üzvləri tərəfindən aparılan müzakirədən sonra
müvafiq qərar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
20 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 11
oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə “exit-poll” keçirmək niyyəti ilə bağlı “ELS” Müstəqil
Araşdırmalar Mərkəzi, “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə
birgə “Exit-poll” keçirilməsi üçün Azərbaycan Gənclərinin Hüquqlarının
Müdafiəsi Mərkəzi, həmçinin “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş
Ştatları) ilə birgə “Exit-poll” keçirilməsi üçün Vətəndaşların Əmək Hüquqlarının
Müdafiə Liqası tərəfindən ünvanlanmış müraciətlərə baxılıb. Qanunvericiliklə
nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa
çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra
sözügedən təşkilatların “Exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar
qəbul olunub.
İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
22 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 13 oktyabr
2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 01-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə səsvermə günü seçki məntəqələrində proseslərin
əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna
33
olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119
seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların
quraşdırılmasına qərar verilib.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə “exit-poll” keçirmək niyyəti ilə bağlı “RƏY”
Monitorinq Mərkəzi tərəfindən ünvanlanmış müraciətə də baxılıb və Komissiya
üzvlərinin müzakirəsindən sonra adıçəkilən təşkilatın “exit-poll” keçirmək üçün
qeydə alınması barədə qərar qəbul olunub.
Komissiyanın iclasında bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
24 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 16
oktyabr və 17 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə
təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb.
Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa
çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən müvafiq
qərarlar qəbul olunub. Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
28 oktyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 20 oktyabr,
22 oktyabr və 24 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq
edilib.
Sonra MSK-nın qərarı ilə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə
seçki komissiyasının tərkibində dəyişiklik edilib.
34
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə də baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada
operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar
qəbul olunub. Beynəlxalq müşahidəçilərin, xarici qurumların və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə
də baxılıb.
35
Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə hüquq mühafizə,
məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti
Hüquq-mühafizə orqanları, ədliyyə orqanları və yerli özünüidarə orqanları
seçici siyahılarının formalaşmasında böyük rol oynayırlar. Seçici siyahıları Daxili
İşlər Nazirliyi və yerli özünüidarə orqanlarının yerli şöbələrindən alınmış
məlumatlar əsasında tərtib olunur. Seçki Məcəlləsinə əsasən seçici siyahıları Daxili
İşlər Nazirliyində mövcud olan vətəndaşların məlumat bazası vasitəsilə
dəqiqləşdirilir. Bundan başqa, seçkilərin təhlükəsizliyinin təmin olunmasında
hüquq-mqhafizə orqanlarının rolu çox aktual bir məsələdir.
Sentyabrın 21-dən etibarən Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi
ilə birgə seminar-müşavirələrə başlayır. Milli Məclisə seçkilər prosesində və
səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması
istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən
zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis
orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar-müşavirələrdə
Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili
İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin
keçirilməsi və bu proseslərdə polisin rolu və vəzifələri ilə bağlı müxtəlif
mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.
Seminar-müşavirələr sentyabrın 30-dək davam edəcək.
36
Azərbaycan Respublikası Milli Məclisinə partiyalı və partiyasız namizədlərin
imza toplama və MSK tərəfindən təsdiqinin monitorinqi
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 146-cı maddəsinə uyğun
olaraq birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi
partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan
Azərbaycan Respublikasının vətəndaşları uyğun olaraq irəli sürə bilərlərSeçicilərin
irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli
sürülməsinə razılıq verə bilər. Namizədlərin irəli sürülməsinədək dairə seçki
komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında
bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki
Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə
seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində
seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin
müdafiəsi üçün imza ata bilər.
Namizədlər Seçki Məcəlləsinin 60-cı maddəsində göstərilən qaydada qeydə
alınırlar.Bir şəxsin birdən çox birmandatlı seçki dairəsi üzrə namizəd kimi qeydə
alınmasına yol verilmir. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı
səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki
Məcəlləsinin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir. Birmandatlı
seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə
alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının
tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki
dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki
dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi
səs hüquqlu üzv təyin edə bilər.
37
Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə
ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə
gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına
yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə
alınmış namizədi geri çağırmaq hüququna malikdir.Siyasi partiyalar blokunun
tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən
vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın
səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə
iştirak etməkdən imtina edə bilər. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə
iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar
blokunun tərkibinə daxil ola bilər.Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd
qeydə alındıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən
başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə
siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku
kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya
qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.Siyasi partiyalar blokunun
seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları
seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə
uyğun olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin
həyata keçirilməsi tələb edilir.
Dostları ilə paylaş: |