20.10.2015. Günün əsas xəbərləri olmuşdur:
1) Bu il Azərbaycanda ilk dəfə seçkilərdə 63 555 nəfər seçki hüququnu əldə
edəcək, 257 vətəndaşın 1 noyabr parlament seçkilərində isə səsvermə günü 18 yaşı
tamam olacaqdır. Bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK)
sədri Məzahir Pənahov çərşənbə axşamı parlament seçkilərində gənclərin fəal
iştirakı ilə əlaqədar Azərbaycan Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil
olunan ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüşdə çıxış edərək
demişdir. MSK sədri gəncləri parlament seçkilərində fəal iştirak etməyə çağırdı.
“Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoyanlara
müqavimət göstərmək lazımdır. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa
heç nə istəmirik.”
APA
-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov
yuxarıda qeyd edilən görüşdə
söyləmişdir.
2) Azərbaycanda parlament seçkiləri zamanı tam şəkildə təhlükəsizlik təmin
olunacaqdır. Bu barədə MSK-nın sədri Məzahir Pənahov çərşənbə axşamı
Komissiyanın iclasında demişdir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları
seçkilərin təhlükəsizliyinə nəzarət edəcəklər. “Bizim tələbimiz ondan ibarətdir ki,
hər bir kəs qanuna riayət etsin” – Pənahov demişdir. MSK-nın sədri həmçinin qeyd
76
etmişdir ki, 21 oktyabrda seçki bülletenlərinin çap olunması başa çatır. Pənahov
demişdir: “22 oktyabrdan etibarən bülletenlər seçki dairələrinə paylanılacaqdır. Bu
proses səsvermə gününə kimi başa çatmalıdır”.
3) 1 noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidə etmək
üçün, Mərkəzi Seçki Komissiyasında 27 beynəlxalq təşkilatdan 318 müşahidəçi
qeydiyyatdan keçmişdir. Bu barədə Komissiyanın çərşənbə axşamı keçirilən
iclasında MSK-nın sədri demişdir. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər
42 ölkəni təmsil edirlər. Pənahov həmçinin qeyd etmişdir ki, parlament seçkilərini
müşahidə etmək üçün dairə seçki komissiyalarına (DSK) 50 mindən artlq insan
müraciət etmişdir.
4) MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini, icraçı katib Vladimir Qarkun
Azərbaycandakı seçkiqabağı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlmişdir. Bu
barədə, çərşənbə axşamı Trendə MDB müşahidə missiyasının paytaxtdakı
qərargahının rəhbəri Yevgeniy Slobada məlumat vermişdir. Bakıda MDB-dən olan
müşahidə missiyasının qərargahının rəhbəri Yevgeniy Slobada məlumat vermişdir
ki, Azərbaycanda parlament seçkilərini MDB-dən olan yetmişdən artıq müşahidəçi
müşahidə edəcəkdir.
5) Matias Dornfeldt: Azərbaycandakı seçkilər, heç şübhəsiz ki, demokratik
şəraitdə keçiriləcək. “
Dağlıq Qarabağ
münaqişəsinə baxmayaraq, Azərbaycanda
vəziyyət sabitdir və əhalinin əksəriyyəti seçkilərdə iştirak etmək niyyətindədir.
Azərbaycandakı seçkilər, heç şübhəsiz ki, demokratik şəraitdə keçiriləcək”. Bu
barədə "Report"a Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa
İnstitutunun rəhbəri Matias Dornfeldt bildirib.
21.10.2015. 21 oktyabrda KİV səhifələrində seçki bülletenləri, namizədlərin, veb-
kameraların sayı, seçkiqabağı təşviqat barədə müxtəlif xəbərlər müşahidə edilmiş,
seçki kampaniyasının gedişi, beynəlxalq müşahidəçilərin səmərəli fəaliyyəti üçün
şəraitin yaradılması barədə müxtəlif müsahibələr və analitik araşdırmalar
işıqlandırılmışdır. Bir çox KİV-lərdə işıqlandırılmış daha bir məqalə isə,
77
Azərbaycan Respublikasında parlament seçkilərini ATƏT DTİHB-in müşahidə
etməməsi barədə RF Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun
bəyanatına həsr olunmuşdur.
22.10.2015. Günün əsas xəbərləri olmuşdur:
1. Seçki prosesinin gedişi barədə AR MSK-nın mətbuat xidmətinin rəhbəri Ş.
Əsədli ilə müsahibə. Ş. Əsədlinin sözlərinə görə seçki kampaniyası sakit və
münaqişəsiz gedir.
2. TürkPA-nın müşahidə missiyası 29 oktyabr 2015-ci ildə Azərbaycana
gələcəkdir. Missiyaya Qazaxstan Parlament Məclisinin deputatı Serikcan Kanaev
rəhbərlik edəcəkdir.
3. MSK-da qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçilərin sayı 426-ya
çatmışdır. 33 beynəlxalq təşkilatdan olan müşahidəçilər 46 ölkəni təmsil edirlər.
4. Parlament seçkilərinin gedişində 1000 seçki məntəqəsində “veb-kameralar”
quraşdırılacaqdır.
5. Rusiya MSK-nın rəhbəri seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlməyi
planlaşdırır. MSK Çurovun parlament seçkilərini müşahidə etmək üçün
akkreditasiyadan keçdiyi barədə məlumatı təsdiqləmişdir.
6. “Parlament-2015” koalisiyası Azərbaycan parlamentinə seçkilər üzrə üç hesabat
açıqlayacaqdır. Qurum 118 seçki dairəsinin ərazisinə göndərilməsi nəzərdə tutulan
500 müşahidəçini hazırlamış və təlimatlandırmışdır. Seçki monitorinq koalisiyası
olan “Parlament-2015”, 1 noyabr tarixində keçiriləcək Milli Məclisə (parlament)
seçkilərin hərtərəfli monitorinqini aparacaqdır.
7. Seçki bülletenlərinin seçki dairələrinə paylanılmasına başlanılmışdır. 22
oktyabrda seçki bülletenlərinin ucqar regionları və Naxçıvan Muxtar
Respublikasını əhatə edən dairə seçki komissiyalarına paylanılmasına
başlanılmışdır. MSK-nın qərarına əsasən, 1 noyabrda Respublika parlamentinə
seçkilər günü istifadə üçün 5 344 431 seçki bülleteni çap olunmuşdur. Bütün
78
bülletenlər, qanunvericiliyə əsasən səsvermə gününə ən azı üç gün qalmışadək
seçki məntəqələrinə paylanılmalıdır.
8. Rusiyalı deputatlar Azərbaycandakı parlament seçkilərini müşahidə edəcəklər.
Bununla əlaqədar Rusiyalı deputatlardan ibarət nümayəndə heyəti oktyabrın 31-də
Azərbaycana gələcək. “Report” xəbər verir ki, tərkibinə RF-nın Dövlət Dumasının,
Federasiya Şurasının deputatlarının, rusiyalı ekspertlərin daxil olduğu nümayəndə
heyəti 22 nəfərdən ibarət olacaq. Onlar Azərbaycanda keçiriləcək parlament
seçkilərini müşahidə edəcəklər.
9. MSK “exit-poll” keçirmək istəyən daha bir təşkilatı qeydiyyata alıb.
Mərkəzi
Seçki Komissiyası
nın (MSK) 22.10.2015-ci ildə keçirilən iclasında noyabrın 1-də
keçiriləcək parlament seçkilərində “exit-poll” keçirmək istəyən daha bir təşkilat
qeydiyyata alınıb. İclasda “RƏY” Monitorinq Mərkəzinin MSK-ya müraciətinə
baxılıb. Qeyd etmək lazımdır ki, MSK bundan əvvəl 3 təşkilatı – “ELS” Müstəqil
Araşdırmalar Mərkəzini, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi
Mərkəzini, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasını qeydə alıb.
23.10.2015. Günün əsas xəbərləri:
1. Müşahidəçilərin sayı artır. “Qeydiyyata alınmış beynəlxalq müşahidəçilərin sayı
426 nəfərdir”. Bu barədə qurumun iclasında MSK-nın sədri Məzahir Pənahov
demişdir. Pənahov məlumat vermişdir ki, bu müşahidəçilər 46 ölkəni təmsil edir.
Onun sözlərinə görə MSK-da üç mindən artıq, dairə seçki komissiyalarında isə
55242 yerli müşahidəçi qeydiyyatdan keçmişdir;
2. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trendə bildirmişdir ki,
Pakistan parlamentinin deputatları Azərbaycandakı seçkiləri müşahidə edəcəklər;
3. Ombudsman aparatının əməkdaşları parlament seçkilərini müşahidə edəcəklər;
4. Sabah 1 noyabr tarixinə təyin olunmuş Milli Məclis seçkilərində səsvermənin
tarixi, vaxtı və yeri (seçki məntəqələrinin ünvanları) barədə bildirişlərin seçicilərə
paylanılması prosesi başa çatacaqdır;
79
5. MSK dairə seçki komissiyalarının IT mütəxəsisləri üçün treninqlər keçirir. 22
oktyabrdan etibarən Mərkəzi Seçki Komissiyası (MSK) 1 noyabrda keçiriləcək
Milli Məclis seçkilərinə hazırlıq məqsədi ilə IT mütəxəsisləri üçün treninqlər
keçirilməsinə başlamışdır;
6. Azərbaycan dəvətdən imtina etmiş ATƏT PA-sız da seçkiləri keçirəcək –
ATƏT-in yanında AR nümayəndəliyi. ATƏT-in yanında Azərbaycanın daimi
nümayəndəliyi 22 oktyabrda təşkilatın Daimi Şurasının növbəti iclası zamanı
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) öz mandatını
pozması barədə məsələ qaldırmışdır;
7. Novruz Məmmədov Avropa İttifaqını qınamışdır. “Azərbaycanla münasibətdə
Aİ-nin siyasətinin məqamlarından biri ikili standartların əyani olaraq nümayişidir”.
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini, xarici
əlaqələr üzrə şöbənin rəhbəri Novruz Məmmədov cümə günü Twitter sosial
şəbəkəsindəki mikrobloqunda yazmışdır, bu barədə Trendə istinad edərək Day.az
məlumat verir.
24.10.2015-30.10.2015.
24.10.2015. 24 oktyabrda günün əsas xəbərləri olmuşdur:
1. Azərbaycan MSK rəhbəri Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan MSK-nın
növbəti iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov
həmçinin bəyan etmişdir ki, seçki məntəqələrində əlillər üçün panduslar
quraşdırılmalıdır.
2. Azərbaycanda məlumat mərkəzi və www.seçki-2015.az. saytı fəaliyyətə
başlamışdır;
3. Çexiyalı deputatlar qrupu 1 noyabrda Azərbaycan parlamentinə seçkilərin
gedişini müşahidə edəcəklər. Bu barədə, Azərbaycanın Praqadakı səfirliyinin rəsmi
səhifəsinə
istinadən
Facebookda
deyildiyi
kimi,
Çexiya-Azərbaycan
80
parlamentlərarası dostluq qrupunun üzvlərinin şərəfinə yaxın günlərdə keçirilən
tədbirdə səfir Fərid Şəfiyev bəyan etmişdir.
4. 30 oktyabrda Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
müşahidəçilərinin nümayəndə heyəti Azərbaycana gələcəkdir. Report AŞPA-nın
məlumat xidmətinə istinad edərək bildirir ki, nümayəndə heyəti 1 noyabrda
Azərbaycanda parlament seçkilərinin müşahidəsində iştirak edəcəkdir. İspaniyalı
deputat Cordi Çuklanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə 30
müşahidəçi daxil olacaqdır.
25.10.2015. Bu günün KİV-də getmiş vacib xəbərlərindən biri İsrailin sabiq xarici
işlər naziri – Aviqdor Libermanla bağlı olmuşdur. “Aziz” İsrail-Azərbaycan
Beynəlxalq Assosasiyasının Baş Direktoru Lev Spivakın sözlərinə görə, Aviqdor
Liberman Azərbaycan Respublikasında parlament seçkilərini müşahidə edəcəkdir.
26.10.2015. Səsverməyə təxminən bir həftə qalması ilə əlaqədar, KİV səhifələrinə
MSK-nın yeni xəbərləri, müşahidə missiyaları ilə bağlı materiallar, analitik
araşdırmalar və seçkilər üzrə müxtəlif müsahibələr əlavə olunur. Həmin gün bu
müsahibələr yerləşdirilmişdir:
Arye Qutun – İsrailin Qafqaz Araşdırmaları Assosasiyasının Sədri, “Hayfa”
Universitetinin doktorantı və beynəlxalq münasibətlər üzrə ekspert;
Marina Alamonun (
www.neurope.eu
saytında);
Sergey Markovun – RF Prezidentinin səlahiyyətli nümayəndəsi, RF İctimai
Palatasının üzvü, politoloq;
Hasan Kanbolatın – “Ortadoğu” Strateji Araşdırmalar Mərkəzinin direktoru;
Toğrul İsmayılın – Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin
professoru, beynəlxalq məsələlər üzrə ekspert;
Asəf Hacıyevin – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament
Assambleyasının Baş Katibi;
Valeriy Çeçelaşvilinin – GUAM-ın Baş Katibi;
81
Siyavuş Novruzovun – iqtidar “Yeni Azərbaycan” Partiyasının icra katibinin
müavini;
Həmin gün müşahidə missiyaları haqqında materiallar da müşahidə
olunmuşdur. Əsas etibarı ilə bu materiallar məlumat xarakterli olmuşdur.
Məsələn:
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) müşahidəçi
missiyası bir noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini
müşahidə edəcəkdir. Bununla əlaqədar doqquz nəfərdən ibarət təşkilatın
müşahidəçi missiyası Azərbaycana səfər edəcəkdir. Missiyanın tərkibinə
Koreya, Kamboca, İndoneziya və başqa ölkələrdən nümayəndələr daxildir;
Azərbaycanda parlament seçkilərini 30 nəfərdən ibarət, müxtəlif partiyaları
təmsil edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyası
müşahidə edəcəkdir. Müşahidə missiyasına İspaniyadan olan deputat Cordi
Çukla rəhbərlik edəcəkdir;
Bazar ertəsi RF-nın Bakıdakı səfirliyindən Trendə verilən məlumata görə,
Rusiyanın parlament nümayəndə heyəti 30 oktyabr - 2 noyabr tarixlərində
parlament seçkilərini müşahidə etmək məqsədi ilə Azərbaycana səfər
edəcəkdir. Nümayəndə heyətinin tərkibinə Federasiya Şurası sədrinin
müavini İlyas Umaxanov, Dövlət Dumasının MDB məsələləri üzrə komitə
sədrinin müavini Oleq Lebedev, Dövlət Dumasının deputatı İrina Rodnina
daxil olacaqlar.
1 noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmək
üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası
(QDİƏT PA) öz müşahidə missiyasını göndərəcəkdir;
Həmçinin, 01 noyabr 2015-ci il parlament seçkilərinə xarici KİV-lərin marağı
barədə məlumat da nəzərə çarpırdı.
TASS, “Ria Novosti”, “Rosbalt”, “Arqumentı və faktı”, “Novoe vremya” kimi
Rusiyanın populyar informasiya agentlikləri, həmçinin “Moskva-Baku”,
82
“Lenta.ru” və “Vestnik Kavkaza” kimi xəbər portalları Azərbaycandakı parlament
seçkiləri barədə məqalələri işıqlandırmışlar.
Azərbaycanın XİN-i “KİV haqqında” qanunda əks olunmuş akkreditasiya
qaydalarına uyğun xarici KİV nümayəndələrinin akkreditasiyasını aparırlar. AR
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev demişdir ki, “Ümumilikdə
seçki prosesini işıqlandırmaq üçün müraciət etmiş xarici KİV nümayəndələri
arasında Türkiyənin, Rusiyanın və Aİ ölkələrinin mətbuat strukturları üstünlük
təşkil etmişlər. Həmçinin ABŞ və İsraildən də müraciətlər vardır”.
Digər materiallar ümumi xarakterli olmuşdur. Məqalələrin altbaşlıqları belə
olmuşdur: “Azərbaycanda parlament seçkilərində dünyanın 53 ölkəsindən
müşahidəçilər iştirak edəcəklər”- Məzahir Pənahov; “AR Milli Məclisinin spikeri
Oqtay Əsədov rusiyalılara izah etmişdir ki, niyə görə Qərb Azərbaycana təzyiq
göstərir”, “Bakı şəhərindəki seçicilərin sayı açıqlanmışdır”, “Milli Məclisə
keçiriləcək seçkilərlə bağlı səsvermə proseduru açıqlanmışdır”; “Novruz
Məmmədov (Prezident Administrasiyası rəhbərinin müavini, Prezident
Administrasiyasının xarici əlaqələr üzrə şöbəsinin rəhbəri) qərb liderlərini tənqid
etmişdir”; “ATƏT DTİHB-in imtina etməsi parlament seçkilərinə təsir
etməyəcəkdir: Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru,
beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl”; “Azərbaycanda müstəsna
hallarda seçki məntəqələrinin yaradılması müddəti başa çatır”; “Azərbaycanda
DSK-lara seçki bülletenlərinin verilməsi müddəti başa çatır” və s.
27.10.2015. Səsvermə gününə yaxın seçkilər haqqında məqalələrin sayının artması
müşahidə olunur. Həmin günün materiallarını bu qaydada təsnifatlaşdırmaq olar:
1. Müşahidələr haqqında materiallar;
2. Materiallar – seçki iştirakçılarının, ekspertlərin rəyləri, müsahibələri;
3. MSK-nın materialları;
4. Ümumi məlumat xarakterli materiallar.
83
Müşahidələr haqqında materiallar:
Türkdilli ölkələrin əməkdaşlıq Şurası Azərbaycana müşahidə missiyasını
göndərəcəkdir;
Azərbaycandakı seçkiləri müşahidə edəcək AŞPA-nın nümayəndə heyətinin
tərkibi məlum olmuşdur;
Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsində Yunanıstan
parlamentinin deputatları iştirak edəcəklər;
AŞPA seçkilərə 30 nəfər göndərəcək. 1 noyabrda Azərbaycanda parlament
seçkilərini müşahidə etmək üçün təyin olunmuş Avropa Şurasının Parlament
Assambleyasının (AŞPA) müşahidə missiyasının tərkibi məlum olmuşdur;
MDB-dən olan müşahidəçilər Azərbaycanın seçki qanunvericiliyinin
pozulmasını qeydə almamışlar.
Ekspertlərin, seçki iştirakçılarının rəyləri, müsahibələri.
“Azərbaycan o qədər uğurla inkişaf edir ki, onu ləkələmək cəhdi
faydasızdır”, “Avropada Azərbaycanın imicini təhrif edirlər”, “Azərbaycanı
və seçkiləri nüfuzdan salmaq cəhdləri iflasa uğrayacaq” – RF Dövlət
Dumasının MDB məsələləri, avroasiya inteqrasiyası və həmvətənlərlə
əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskiy;
Azərbaycanda seçkiqabağı vəziyyət yüksək siyasi fəallıqla xarakterizə
olunur: rekord sayda deputatlığa namizədlər qeydiyyata alınmışdır, məhz:
keçmiş parlament seçkilərindəkindən iki dəfə artıqdır, bu isə vətəndaşların
ölkənin ictimai-siyasi həyatında iştirak etmək maraqlarından xəbər verir –
İlqar Vəlizadə “Cənubi Qafqaz” politoloqlar qrupunun rəhbəri;
ATƏT Azərbaycandakı seçkiləri hakimiyyətə təzyiq üçün mexanizm kimi
istifadə etməyə cəhd edir – bunu çərşənbə axşamı “Azərbaycan parlament
seçkiləri öncəsi” mövzusunda keçirilmiş Moskva-Bakı videokörpüsünün
gedişində REA-nın Şərqşunaslıq İnstitutunun elmi işçisi Stanislav Pritçin
demişdir;
84
Parlament seçkiləri Azərbaycanın bütün inkişaf tendensiyalarını özündə
birləşdirir – Azərbaycanın Gənclər Təşkilatları Milli Şurasının sədri
(AGTMŞ) Şahin Seyidzadə;
Azərbaycanda parlament seçkiləri sabitlik şəraitində keçəcəkdir – “KUB”
Rusiya Analitik Mərkəzinin eksperti Nadana Fridrixson;
Azərbaycanda parlament seçkiləri xalqın və dövlətin maraqlarına uyğun
olaraq keçiriləcəkdir – ekspert, “Baku Network” ekspert şurasının rəhbəri,
filosofiya doktoru Elxan Ələsgərov çərşənbə axşamı “Azərbaycan parlament
seçkiləri öncəsi” mövzusunda keçirilmiş Moskva-Bakı videokörpüsünün
gedişində demişdir;
Rusiyanın ictimai-siyasi araşdırmalar Mərkəzinin direktoru Vladimir
Yevseyev hesab edir ki, iqtidar “Yeni Azərbaycan” Partiyası keçiriləcək
parlament seçkilərində zəmanətli qalib gələcək;
Azərbaycandakı seçkilər bütün dünya üçün müsbət ismarıc olacaqdır –
pakistanlı siyasi ekspert, seçkilərin müşahidəsi üzrə analitik Malik Əyyub
Sumbal;
Azərbaycanda parlament seçkiləri pozuntusuz keçəcəkdir – ekspert, tanınmış
qazaxstanlı siyasi icmalçı, postsovet məkanında münaqişələr üzrə ekspert
Daniyar Kasımov;
ATƏT öz funksiyalarını yerinə yetirmək iqtidarında deyildir – Azərbaycanın
Milli Məclisinin (parlamentinin) deputatı Siyavuş Novruzov;
Azərbaycanda seçkilərə hazırlıq qanunvericiliyə müvafiq olaraq gedir –
Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu;
Azərbaycanda seçki prosesi demokratik şəraitdə keçirilir – Rusiyanın Liberal
– Demokrat Partiyasının sədri Vladimir Jirinovskiy;
Azərbaycan seçkilərin şəffaflığı və ədalətliliyi nümunəsini göstərəcəkdir –
Ortadoğu strateji və hüquqi araşdırmalar mərkəzinin direktoru, türkiyəli
politoloq Hasan Kanbolat;
85
Kənardan hücumlar Azərbaycanı qaralaya bilməz – RF XİN MDBƏİ (U)
beynəlxalq araşdırmalar İnstitutunun postsovet araşdırmalar Mərkəzinin
direktoru Stanislav Çernyavskiy;
MSK-nın materialları:
Sabah seçki bülletenlərinin MnSK-lara verilməsi prosesi başa çatacaqdır;
Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 119
seçki dairəsi üzrə bir min seçki mənrəqəsində veb-kameralar
quraşdırılmışdır.
Seçkilərin keçirilməsi üçün 132 müvəqqəti seçki məntəqəsi yaradılmışdır.
Azərbaycanda parlament seçkiləri öncəsi təşviqat kampaniyasının gedişi
zamanı ciddi pozuntular qeydə alınmamışdır.
27 oktyabrda Azərbaycanda müstəsna hallarda seçki məntəqələri yaradılması
və keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi
Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına (DSK)
verilməsi müddətləri başa çatır.
“Azərbaycanın Mərkəzi Seçki Komissiyasının gördüyü bütün işlər şəffaflıq
prinsipinə cavab verir. Əsas odur ki, Azərbaycan ictimaiyyəti keçirilən
seçkilərdən razı qalsın” – MSK-nın rəhbəri Məzahir Pənahov.
Səsvermə protokollarının MnSK-lara verilməsi başa çatır.
Azərbaycanın səsvermə məntəqələri parlament seçkilərinə hazırdır.
Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün 132 müvəqqəti seçki
məntəqəsi yaradılmışdır.
Ümumi məlumat xarakterli materiallar
AVCİYA Bakı şəhərində treninqlərə başlamışdır;
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsi üzrə 1180 seçki
məntəqəsində “exit-poll” keçirəcəkdir.
86
Parlament seçkiləri ilə bağlı Bakı–Moskva videokörpüsü təşkil olunmuşdur.
Videokörpünün gedişində Azərbaycanda keçiriləcək seçkilər haqqında
məruzə təqdim olunmuşdur və s.
Seçki kampaniyasının son günlərinin xəbərlərinin oxşar xarakterli olması ilə
əlaqədar olaraq, 28-29-30 və 31 oktyabr 2015-ci il xəbərləri ümumiləşdirilərək
aşağıdakı qaydada yerləşdirilmişdir:
Rəylər, mühasibələr:
Azərbaycana qarşı manipulyasiyalar olacaqdır: Fransalı deputatın
xəbərdarlığı;
Qərbin Azərbaycana qarşı iddiaları əsassızdır – britaniyalı jurnalist, BBC-
nin sabiq əməkdaşı Nikolay Qorşkov;
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta seçkilərin gedişini diqqətlə
izləyir;
Azərbaycanı Ərəb ölkələri sırasında görmək istəyən qüvvələr vardır –
Siyavuş Novruzov;
YAP: Azərbaycan səffaf parlament seçkilərinin keçirilməsi ilə
demokratiyanın qələbəsini nümayiş etdirir;
Azərbaycanda seçkilərin normal keçirilməsi üçün bütün zəruri şərait
yaradılmışdır - E. Sloboda;
Azərbaycanda
parlament
seçkiləri Avropa
standartlarına uyğun
keçiriləcəkdir – Pedro Aqramunt (hansı ki, 2016-cı ilin yanvar ayından
etibarən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti
olacaqdır);
Seçkilərə təsir etmək imkanının olmaması ilə əlaqədar olaraq, ATƏT
DTİHB öz müşahidəçilərini göndərməmişdir – Heydər Camal, Rusiyanın
İslam Komitəsinin Sədri;
Azərbaycanda stabil siyasi sistem mövcuddur – Andrey İvanov, Rusiya
İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin Direktoru;
87
ATƏT DTİHB missiyalarının müşahidəsi qərəzlidir – Ruyasi İctimai
Palatasının üzvü, Azərbaycanda parlament seçkilərində “Vətəndaş dialoqu”
Beynəlxalq müşahidə qrupunun rəhbəri Sergey Markov;
AŞPA Azərbaycandakı inkişafı görməyə şaddır – Cordi Çukla –
Azərbaycanda parlament seçkilərindəki AŞPA müşahidə missiyasının
rəhbəri;
Parlament seçkilərindən sonra Azərbaycan daha çox inkişaf edəcəkdir –
türkiyəli jurnalist, siyasi ekspert Çətinər Çətin;
Azərbaycanda seçkilər sakit, mütəşəkkil və sarsıntısız keçəcəkdir –
Seçkilərin və Respublika referendumlarının keçirilməsi üzrə Belarus
Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina;
Azərbaycanda demokratik seçki mühiti mövcuddur – Əli Əhmədov;
İqtidar partiyası səslərin çoxunu əldə edə bilər – Eduard Poletaev –
Qazaxstanlı politoloq, “Yevraziya dünyası” İctimai Fondunun rəhbəri;
ATƏT Azərbaycandakı seçkilərin yekunlarına təsir edə bilməz – RF İslam
Komitəsi;
RİA Novosti xəbər verir ki, Federasiya Şurasının beynəlxalq əlaqələr
komitəsinin rəhbəri Konstantin Kosaçov bildirmişdir ki, seçkilərin
beynəlxalq
müşahidəsi
institutları
və
onların
yekunlarının
qiymətləndirilməsi siyasi təzyiqin müstəqil alətlərinə çevrilir;
Azərbaycanda seçkilərə hazırlıq hər hansı bir demokratik ölkədə olduğu
kimi davam edir – İnna Zilberqers, “İsrail – bizim evimiz” partiyasının
nümayəndəsi;
Əli Əhmədov: Əsas vəzifəmiz azad, şəffaf və demokratik seçkilərin
keçirilməsidir;
Azərbaycanın seçki təcrübəsi təkmilləşir – Fransa Milli Assambeyasının
üzvü, Azərbaycanın dostları Assosasiyasının prezidenti Jan-Fransua Mansel;
88
Seçki prosesində Azərbaycan demokratik dəyərlərə istinad edir –
Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova - iqtidar “Yeni
Azərbaycan” Partiyasının (YAP) saytına müsahibəsi zamanı;
Azərbaycana təzyiq cəhdləri demokratik prinsiplərə ziddir – Türkiyənin
QHT sədri, Qlobal İdarəetmə və İnkişaf Təşkilatının Baş Direktoru Gözde
Dizdar;
Heç bir dövlət Azərbaycana öz baxışlarını zorla tətbiq etdirə bilməz –
Rusiya Dövlət Dumasının deputatı, Liberal-Demokrat Partiyasının
nümayəndəsi Roman Xudyakov;
Azərbaycana qarşı əsassız iddialar müəyyən qüvvələrin maraqlarına xidmət
edir – analitik, London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü
Onur Öymən;
Britaniyalı deputat ATƏT və Avropa Parlamentinin Azərbaycandakı
seçkiləri müşahidə etməmək qərarını “qəribə” adlandırmışdır – Böyük
Britaniya parlamentinin üzvü Bob Blekmen;
Müəyyən dairələrin Azərbaycanın imicinə zərər vurmaq cəhdləri əbəsdir –
“Yeni Azərbaycan” Partiyasının (YAP) icra katibinin müavini;
Dostları ilə paylaş: |