Mdb paa iŞTİrakçisi olan döVLƏTLƏRİn demokratiyanin, parlamentariZMİN İNKİŞafinin və VƏTƏndaşlarin seçKİ


  Parlament  seçkilərində  iştirak  etmək  üçün  Mətbuat  Şurasının  sədri  Əflatun  Amaşovun  namizədliyinin qeydiyyatı



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix06.09.2017
ölçüsü2,37 Mb.
#29110
1   2   3   4   5   6   7   8   9   ...   14

 
2.
 
Parlament  seçkilərində  iştirak  etmək  üçün  Mətbuat  Şurasının  sədri  Əflatun 
Amaşovun  namizədliyinin qeydiyyatı;
 
3.
 
Azərbaycanın  Mərkəzi  Seçki  Komissiyasının  (MSK)  növbəti  iclası,  həmin 
iclasda qarşıdan gələn 1 noyabr parlament seçkiləri ilə əlaqədar komissiyaya 
daxil olan müraciətlərə baxılmışdır;  
4.
 
“Müsavat”,  “Ana  Vətən”,  Azərbaycanın  Milli-Demokrat  Partiyaları  və 
“Azadlıq-2015” blokunun səlahiyyətli nümayəndələrinin təsdiq edilməsi;
 
5.
 
Polis  əməkdaşları  üçün  MSK  ilə  DİN-in  birgə  treninqləri.  Qeyd  etmək 
lazımdır  ki,  sentyabrın  21-dən  30-kimi  MSK  ilə  DİN-nin  təşkilatçılığı  ilə 
polis  əməkdaşlarının  xidməti  fəaliyyətinin  təkmilləşdirilməsi  mövzusunda 
seminarlar keçirilmişdir.
 
21-27 sentyabr 2015-ci il. Həftənin əsas materialları aşağıdakılar olmuşdur: 

 
54 
 

 
Azərbaycanın  Milli  Məclisinə  seçkilərdə  MDB  Parlamentlərarası 
Assambleyadan (PAA) beynəlxalq müşahidəçilər qrupunun koordinatorunun 
təyin edilməsi. Qeyd etmək lazımdır ki, beynəlxalq müşahidəçilər qrupunun 
əlaqələndiricisi – RF Federasiya Şurası Dövlət Dumasının MDB məsələləri, 
avrasiya  inteqrasiyası  və  həmvətənlilərlə  əlaqələr  üzrə  Komitəsinin  sədri 
Leonid Slutskiy təyin olunmuşdur; 

 
MSK  iclasının  keçirilməsi,  həmin  iclasda  MSK  sədri  M.Pənahov  qeyd 
etmişdir ki, 1753 nəfər seçkilərdə iştirak etmək üçün öz namizədliyini irəli 
sürmüşdür.  M.Pənahov  demişdir:  «Parlament  seçkilərində  iştirak  etmək 
üçün MSK 427 namizədi təsdiq etmişdir, onlardan 165 namizəd  - 14 siyasi 
partiyanı, 2  namizəd  –  «Azadlıq-2015»  blokunu,  258  –  namizədliyini  öz 
təşəbbüsü ilə irəli sürmüşdür, qalanlar təşəbbüs qruplarını təmsil edirlər». 
Qalan  məqalələr  parlament  seçkilərindən  öncə  təşviqat  kampaniyası  zamanı 
İctimai Televiziya (İTV) və radioda təşviqat məsələlərinə, Azərbaycanın Mərkəzi 
Seçki  Komissiyasının  sədri  M.Pənahovun  Şərhinə,  Azərbaycanda  parlament 
seçkilərində ATƏT-in DTİHB-in müşahidəçilər qismində iştirakdan imtinasına və 
s. həsr olunmuşdur. 
 
 
28 sentyabr – 04  oktyabr 2015-ci il  
 
Hazırki  həftə  MSK  iclasları,  seçki  prosesinin  gedişi,  MSK  sədrinin 
bəyanatları,  namizədlər  və  müşahidəçilərin  qeydiyyatı  barədə  məqalələrlə  zəngin 
olmuşdur.  Bu  həftə  eləcə  də  Azərbaycanın  Milli  Məclisinə  seçkilərdə  MDB 
Parlamentlərarası  Assambleyasından  (PAA)  beynəlxalq  müşahidəçilər  qrupunun 
əlaqələndiricinin təyin edilməsi barədə məqalələr işıqlandırılmışdır.  
28 
sentyabrda  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının  növbəti  iclası  keçirilmişdir.    İclasda  “Müsavat”  partiyasından 
namizəd  Arzu  Səmədbəylinin  qeydiyyatı  ilə  əlaqədar  qərar  qəbul  olunmuşdur. 
Təqdim  olunmuş  547  imzadan  117  etibarsız  hesab  edilməsi  ilə  əlaqədar  olaraq, 

 
55 
 
MSK Səmədbəylinin namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki 
komissiyasının qərarını qüvvədə saxlamışdır

Sonra  MSK  iclasında  “Müsavat”  partiyası  Divanının  üzvü  Vəfa 
Abbasovanın  seçkilərdə  iştirak  etmək  üçün  onun  namizədləyinin  qeydə 
alınmasından  imtinaya  dair  müraciətinə  baxılmışdır.  MSK  üzvü  Tofiq  Həsənov 
qeyd etmişdir ki, araşdırma nəticəsində Abbasova tərəfindən təqdim olunmuş 550 
imzadan  133  etibarsız  hesab  olunmuşdur.  MSK  Abbasovanın  namizədliyinin 
qeydə  alınmasından  imtinaya  dair  44  saylı  Sumqayıt  seçki  dairəsinin  seçki 
komissiyasının qərarını qüvvədə saxlamışdır.   
M.Pənahov  qeyd  etmişdir  ki,  1560  nəfər  seçkilərdə  iştirak  etmək  üçün  öz 
namizədliyini irəli sürmüşdür, onlardan 560 siyasi partiyalardan, 60 - bloklardan, 3 
– təşəbbüs qruplarından, 937 – öz təşəbbüsü ilə. M.Pənahov demişdir: “MSK 1461 
nəfərin namizədliyini təsdiq etmişdir, onlardan 1352 imza vərəqələrini almış, 521 
isə artıq imza vərəqələrini qaytarmışlar”. M.Pənahov demişdir: “MSK 317 nəfərin 
namizədliyini  parlament  seçkilərində  iştirak  etmək  üçün  təsdiq  etmişdir”.  108 
müşahidəçi  MSK-da  akkreditə  olunmuşdur.  Onlardan  97  akkreditə  üçün  fərdi 
qaydada, 10 - QHT vasitəsilə müraciət etmişlər, daha biri xüsusi icazə almışdır. 
Azərbaycanda  qarşıdan  gələn  parlament  seçkilərində  deputatlığa  namizəd 
kimi  427  nəfər  qeydə  alınmışdır.  Bu  barədə  29.09.2015-ci  ildə  Mərkəzi  Seçki 
Komissiyasının  (MSK)  sədri  Məzahir  Pənahov  demişdir.  Onun  sözlərinə  görə, 
seçkilərdə iştirak etmək üçün 1 753 nəfər müraciət etmişdir. MSK sədri demişdir: 
“Onlardan 565 nəfər siyasi partiyalardan, 62   -  “Azadlıq-2015” seçki blokundan, 
üçü – təşəbbüs qrupundan, 1 123 nəfər isə öz təşəbbüsü ilə irəli sürülmüşdür. 1 645 
nəfərin  namizədliyi  təsdiq  olunmuşdur”.  Namizədliyi  irəli  sürülmüş  1  553  nəfər 
imza  vərəqələri  almış,  665  nəfər  onları  qaytarmışdır”.  MSK-nın  sədri  eləcə  də 
məlumat  vermişdir  ki,  seçkiləri  müşahidə  etmək  üçün  91  nəfər  öz  təşəbbüsü  ilə 
təsdiq  edilmişdir,  biri  –  xüsusi  icazə  əsasında.  Onun  səzlərinə  görə,  seçkilərlə 
əlaqədar  MSK-ya  17  müraciət  daxil  olmuşdur,  onların  da  əksəriyyətinə 
baxılmışdır. 

 
56 
 
MSK  sədri  qeyd  etmişdir:  “Sosial  şəbəkələrdə  deputatlığa  namizədlərlə 
əlaqədar  müxtəlif  məlumat  yayılır.  Namizədlər  ehtiyatlı və    diqqətli olmalıdırlar: 
əgər onların adından yalan məlumat yayılırsa, onlar onu təkzib etməlidirlər”. Onun 
sözlərinə  görə,  bu  cür  məsələləri  araşdırmaq  çətindir.  Pənahov  demişdir:  “Bəzi 
namizədlərin adından Seçki Məcəlləsini poza bilən məlumat yayılır. Əgər oxşar hal 
televiziyada,  KİV-də  baş  verirsə,  biz  tədbir  görə  bilərik.  Lakin  sosial  şəbəkələrə 
nəzarət etmək kifayət qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar.  
Əgər  onların  xəbəri  olmadan  hansısa  bir  məlumat  yayılırsa,  onlar  buna  aydınlıq 
gətirməlidirlər”. 
01  oktyabr  2015-ci  il  tarixdə  dərc  olunmuş  məqalə  qarşıdan  gələn  təşviqat 
kampaniyasına  həsr  olunmuşdur.  Məqalənin  başlığı  aşağıdakı  kimi  görünürdü: 
“İTV-də  deputatlığa  namizədlərin  debatları  baş  verəcək”.  MSK-dan  verilən 
məlumata  görə,  deputatlığa  namizədlərin  qeydiyyat  prosesinin  başa  çatmasından 
sonra  və  təşviqat  kampaniyasının  başlanmasından  bir  neçə  gün  əvvəl  MSK  bu 
məsələ ilə bağlı qərar qəbul edəcək: “Qərar prosesin gedişindən asılı olaraq qəbul 
ediləcək, yəni, namizədləri 60-dan artıq seçki dairəsində qeydiyyatdan keçən seçki 
blokları  və  siyasi  partiyalar,  ya  da  namizədləri  60-dan  artıq  seçki  dairələrində 
qeydiyyatdan  keçə  bilməyən  partiyaların  pulsuz  efir  vaxtından  imtina  etdikləri 
halda,  İctimai  Televiziyada  və  radioda  deputatlığa  namizədlərin  debatları  təşkil 
olunacaqlar”. 
 Qeyd  etmək  lazımdır  ki,  hələ  ki,  117  seçki  dairəsində  hakim  “Yeni 
Azərbaycan  Partiyası”ndan  60-dan  çox  deputatlığa  namizəd  qeydə  alınmışdır.  
Seçki  Məcəlləsinə  müvafiq  olaraq,  namizədləri  60-dan  artıq  seçki  dairəsində 
qeydiyyatdan  keçən  siyasi  partiyalara,  seçki  bloklarına  seçkiqabağı  təşviqat 
kampaniyasının aparılması üçün İctimai Televiziyada və radioda pulsuz efir vaxtı 
verilir. 

 
57 
 
2015-ci  ilin  sentyabrın  30-da  MSK-nın  növbəti  iclası  keçirilmişdir.  İclasda 
noyabrın birinə təyin edilmiş parlament seçkiləri ilə  əlaqədar MSK-ya daxil olmuş 
müraciətlərə baxılmışdır.  
MSK-nın  katibi  Arifə  Muxtarova  demişdir  ki,  94  saylı  Bərdə  kənd  seçki 
dairəsi üzrə namizədliyini ürəli sürən “Müsavat” partiyasının üzvü Dadaş Əhmədli, 
dairə  seçki  komissiyasının  qərarını  mübahisələndirmişdir.  İclasda  D.Əhmədlinin 
namizədliyinin qeydə alınmaması barədə qərar qüvvədə saxlanılmışdır. 
Həmçinin  82  saylı  Ağcəbədi  seçki  dairəsi  üzrə  namizədliyini  irəli  sürmüş 
“Müsavat”ın  Ağcəbədi  rayon  təşkilatının  sədri  Rəşid  Rəcəblinin  müraciətinə 
baxılmışdır.  MSK  Rəcəblinin  şikayətini  təmin  etməmiş,  onun  namizədliyi  qeydə 
alınmamışdır. 
Sonra 61 saylı Neftçala seçki dairəsi üzrə namizədliyini irəli sürmüş Kamran 
Əsədovun  MSK-ya  müraciəti  müzakirəyə  qoyulmuşdur.  Dairə  seçki 
komissiyasının  qərarı  qüvvədə  saxlanılmış,  Əsədovun  namizədliyi  qeydə 
alınmamışdır. 
2  oktyabrda  MSK  başçısı  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının  növbəti  iclası  keçirilmişdir.  İclasda  namizəd  Tamilla 
Məmmədovanın qeydə alınmaması barədə şikayətə baxılmışdır. Qeyd olunmuşdur 
ki, onun tərəfindən təqdim olunmuş imzaların sayı onun namizəd qismində qeydə 
alınması üçün kifayət deyil. İclasda Sumqayıtdan namizəd Hafiz Babalının  qeydə 
alınmaması barədə dairə seçki komissiyasının qərarı ləğv edilmişdir. 
MSK-nın  sədri  Məzahir  Pənahov  qeyd  etmişdir  ki,  bu  günə  1823 nəfər 
seçkilərdə  istirak  etmək  üçün  öz  namizədliyini  irəli  sürmüşdür,  onlardan  572  – 
siyasi  partiyalardan,  62  –  “Azadlıq-2015”  blokundan, 1186  –  öz  təşəbbüsü  ilə. 
M.Pənahov qeyd  etmişdir  ki, 883  namizəd  qeydə  alınmışdır, onlardan  213 siyasi 

 
58 
 
partiyaları təmsil edir, 5 – “Azadlıq-2015” blokunu, 2 – təşəbbüs qrupunu, 662  - 
öz təşəbbüsü ilə. 
 
2  oktyabr  2015-ci  ildə  MSK  sədri  Məzahir  Pənahovun  müsahibəsi  barədə 
məqalə  işıqlandırılmışdı.  O,  ATƏT  DTİHB-in  parlament  seçkilərində  iştirakdan 
imtinasını şərh etmişdir. O, demişdir: “Əgər kimsə müşahidəçi qismində seçkilərdə 
iştirak  etmək  istəyirsə,  xoş  gəliblər,  əgər  imtina  edirlərsə,  o  zaman  bu  onların 
işidir.  Bizim  üçün əsas odur ki,  Azərbaycanın ictimaiyyəti  keçirilmiş  seçkilərdən 
razı qalsın”. 
Digər  məqalə  həmin  gün  M.Pənahovun  adından  təşviqat  kampaniyası 
dövründə  KİV-in  rolu  və  məqsədlərinə  həsr  edilmişdir.  Məqalənin  başlığı 
aşağıdakı  idi:  “Biz  heç  kəsə  imkan  verməməliyik  ki,  seçkilərə  kölgə  salsın” 
(Məsahir  Pənahov).  O  demişdir:  “Biz  hər  zaman  KİV  nümayəndələri  ilə  işbirliyi 
qurmuşuq, bizim tədbirlərimizdə nəinki yerli, həm də xarici jurnalistlər də iştirak 
ediblər.  Seçki  prosesində  KİV-in  rolu  və  yeri  böyükdür.  O  demişdir:  “Seçkiləri 
müşahidə etmək üçün jurnalistlərə heç bir akkreditə lazım deyil”. 
04.10.2015-08.10.2015. Bu həftə, 9 oktyabr 2015-ci il seçkiqabağı təşviqatın 
başlanması ilə əlaqədar, keçən həftələrlə müqayisədə daha çox sayda yerləşdirilmiş 
məqalələr  müşahidə  olunmuşdur.  Məsələn,  2015–ci  ilin  oktyabrın  05-dən  08-nə 
kimi  MSK-nın  fəaliyyətinə  həsr  olunmuş  çoxlu  məqalələr  yerləşdirilmişdir. 
Məqalələr əsasən aşağıdakılara həsr olunmuşdur: 
 

 
Tünzalə Rüstəmxanlının müraciətinin araşdırılmasına;
 

 
“Parlament seçkiləri gününə Təlimatlar” nəşrinə; 

 
MSK –nın məşqçilər üçün  treninqlər keçirilməsinin başlanğıcına; 

 
Dairə seçki komissiyası tərəfindən  onun namizədliyinin qeyd edilməsindən 
imtinaya  dair  “Müsavat”  partiyasından  Yusif  Mehdinin  müraciətinin 
araşdırılmasına  (Qeyd  etmək  lazımdır  ki,  parlament  seçkilərində  iştirak 
etmək  üçün  qeydiyyat  üçün  zəruri  olan  namizədin  təqdim  etdiyi  imzaların 
bir  hissəsi  etibarsız  hesab  olunduğundan  MSK  onun  namizədliyinin  qeydə 

 
59 
 
almasından  imtinaya  dair  dairə  seçki  komissiyasının  qərarını  qüvvədə 
saxladı); 

 
Mirmahmud  Mirəlioğlunun  namizədliyinə  dair  qərarın  qəbul  edilməsinə 
(MSK-nın  iclasında  qeyd  olunmuşdur  ki,  onun  namizədliyinin  qeydiyyata 
alınması  üçün  onun  tərəfindən  MSK-ya  təqdim  olunmuş  imzaların  bir 
hissəsi etibarsız hesab edilmişdir. Dairə seçki komissiyasının qərarı qüvvədə 
saxlanılmışdır). 

 
Parlament seçkilərində iştirak etmək üçün MSK tərəfindən 1233 namizədin 
qeydiyyata  alınmasına,  onlardan    274  siyasi  partiyaları  təmsil  edir,  18  – 
“Azadlıq-2015” blokunu, 2 – təşəbbüs qrupları, qalan - öz təşəbbüsü ilə irəli 
sürülmüşdür. 
Bir  neçə  məqalə  YAP-ın  icraçı  katibinin  müavini,  deputat  S.Novruzovun  
müsahibəsinə həsr olunmuşdur. Onlardan biri - seçkilərdə YAP-ın yeni - “Yeni 
hədəflərə  doğru!”  şüarına  həsr  edilmişdi.  Digəri  isə  partiya  tərəfindən  pulsuz 
teleefirdən  istifadəsinə  həsr  edilmişdi.  Məqalədə  deyilir  ki,  bununla  əlaqədar 
hələ  ki  rəsmi  qərarın  qəbul  edilmədiyindən,  YAP  pulsuz  efirdən  imtina 
etməmişdir. 
Qalan  məqalələr  məlumat  xarakteri  daşımış  və  seçkilərin  Təqvim  planına, 
analitik  araşdırmalara,  təşkilatçılığa    və  seçkilərin  keçirilməsinə  və  digər  
müxtəlif rəylərə həsr olunmuşdur.  
 
 
09.10.2015-16.10.2015 
MSK  tərəfindən  təsdiq  edilmiş  2015-ci  ilin  parlament  seçkilərinin 
hazırlanması  və  keçirilməsinə  dair  əsas  hərəkət  və  tədbirlərin  Təqvim  planı 
əsasında  2015-ci ilin oktyabr ayının 9-dan seçkiqabağı təşviqat başlayır. 

 
60 
 
 
Oktyabrın 9-u seçkiqabağı təşviqatın başlanmasını nəzərə alaraq, həmin gün 
seçkilər,  seçki  kampaniyasının  gedişi  və  əlbəttə  ki,  təşviqat  haqqında  çoxsaylı 
məqalələr  işıqlandırılmışdır.  Təşviqatı  qeydə  alınmış  namizədlər,  onların 
səlahiyyətli  nümayəndələri,  vəkilləri,  namizədləri  qeydə  alınmış  siyasi  partiyalar, 
siyasi  partiyalar  blokları,  onların  səlahiyyətli  nümayəndələri  və  vəkilləri  apara 
bilərlər.  Azərbaycan  Respublikasının  V  Çağırış  Milli  Məclisinə  seçkilərin 
hazırlanması  və  keçirilməsinə  dair  əsas  hərəkət  və  tədbirlərin  Təqvim  Planına 
müvafiq  olaraq  seşkiqabağı  təşviqat  səsverməyə  23  qalmış  başlayır,  yəni, 
oktyabrın  9-u  və  səsvermənin  başlanmasına  24  saat  qalmış  başa  çatır  (oktyabrın 
31, saat 08:00).  
Həftənin ən gözlənilən xəbəri pulsuz efir vaxtının istifadə edilməsi ilə bağlı 
Yeni  Azərbaycan  Partiyasının  qərarı  idi.  Oktyabrın  9-u  KİV  səhifələrində  Yeni 
Azərbaycan  Partiyasının  pulsuz  efir  vaxtından  imtina  etməsi  haqqında  məqalələr 
yerləşdirilmişdir.  Bununla  əlaqədar  olaraq  partiya  müvafiq  müraciətlə  MSK-ya 
müraciət  etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  deputatlığa  namizədləri  60-dan  çox 
seçki  dairələrində  qeydiyyata  alınan  hakim  “Yeni  Azərbaycan  Partiyası”  (YAP), 
KİV-də  pulsuz  təşviqatın  aparılması  hüququnu  əldə  etmişdir.  Lakin  partiya  bu 
hüququndan  imtina  etmək  qərarına  gəlmişdir.  Bu  barədə  cümə  günü  partiyanın 
saytında yerləşdirilmiş məlumatda deyilir.  
YAP  öz  qərarını  parlament  seçkilərində  iştirak  edən  siyasi  partiyalar  və 
müstəqil  namizədlərin  seçkiqabağı  təşviqat  dövründə  bərabərlik  prinsipinə  riayət 
etməsi ilə izah etdiyi məktubla MSK-ya müraciət etmişdir.  
YAP  Seçki  Məcəlləsinin  80  (televiziya  və  radioda  seçkiqabağı  təşviqatın 
aparılması  məqsədilə  pulsuz  efir  vaxtının  verilmə  şərtləri)  və  83  (mətbu  nəşrlər 
vasitəsilə seçkiqabağı təşviqatın pulsuz aparılmasının şərtləri) maddələrinə əsasən  
olaraq,  pulsuz  seçkiqabağı  təşviqatın  keçirilməsinə  olan  hüququnu  istifadə 
etməmək qərarını MSK-nın diqqətinə çatdırmışdır. 

 
61 
 
Oktyabrın  9-u  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. Əvvəlcə 2 oktyabr 2015-ci ildə 
keçirilmiş  komissiya  iclasının  protokolu  təsdiq  edilmiş,  bəzi  dairə  seçki 
komissiyaların  tərkibində  düzəlişlər  edilmiş,  noyabrın  1-nə  planlaşdırılmış 
parlament seçkiləri ilə əlaqədar müraciətlərə baxılmışdır. Sərdar Mehdiyevin, Azad 
Mürsəliyevin,  Ulduza  Quliyevanın  və  Mübariz  Rəhimlinin  müraciətləri, 
R.Hüseynovun və Namiq Əliyevin namizədlikləri isə qeydə alınmışdır.  
İclasda MSK sədri Məzahir Pənahov qeydə alınmış namizədləri seçkiqabağı 
təşviqat  dövründə  qanunun  tələblərinə  riayət  etməyə  çağırdı,  o  vurğuladı  ki, 
qanunsuz hərəkət edən namizədlərə qarşı hüquq tərkibli tədbirlər tətbiq oluna bilər. 
Komissiyanın başçısı dedi: “MSK kimisə cəzalandırmağa can atmır, əksinə, hamı 
üçün bərabər sərait yaratmaq istəyir. Ona görə hər kəsi qanunun tələblərinə riayət 
etməyə və MSK-nı ciddi tədbir tətbiq etməyə məcbur etməməyə çağırırıq”. 
İclas  çərçivəsində  eləcə  də  cari  ilin  noyabrın  1-də  keçiriləçək  Azərbaycan 
Respublikasının  Milli  Məclisinə  seçkilərlə  əlaqədar  MSK-ya  daxil  olmuş 
müraciətlərə baxılmışdır. 
İclasda  deputatlığa  namizədlərə  noyabrın  birinə  təyin  olunmuş  parlament 
seçkiləri ilə əlaqədar təşviqat kampaniyasının keçirilməsinə dair bir sıra tövsiyyələr 
verilmişdir.  O  qeyd  etmişdir  ki,  namizədlər  qanunla  qadağan  edilmiş  təşviqat 
üsullarından  istifadə  etdikləri  təqdirdə  onlara  qarşı  namizədliyin  ləğv  edilməsinə 
qədər  müvafiq  hüquqi  tədbirlər  görüləcəkdir.  Bu  barədə  MSK  sədr  müavini 
N.Məmmədov demişdir: "Bütün seçki məntəqələrində namizədlər tərəfindən mətbu 
və  audiovizual  təşviqat  materiallar  yayılması  məqsədilə  seçicilər  üçün  əlçatan 
yerlərdə  informasiya  lövhələri  quraşdırılımışdır.  Təşviqat  kampaniyasının 
aparılması  üçün  bütün  namizədlər  üçün  bərabər  şərait  yaradılmışdır”.  O  eləcə  də 
qeyd  etmişdir  ki,  təşviqat  materiallarının  binaların  və  abidələrin  üzərində 
yerləşdirilməsi yolverilməzdir.  

 
62 
 
 
Xəbərlərin  sonrakı  hissəsi  qeydə  alınmış  müşahidəçilərin  sayına  və 
beynəlxalq müşahidəçilər missiyalarına. 09 oktyabr 2015-ci il tarixdə “Azərbaycan 
seçkilərin  müşahidəsinə  dair  mandatın  pozulmasına  görə  ATƏT-i  məsuliyyətə 
çağırır»  adlı  məqalə  işıq  üzü  görmüşdür.  ATƏT  yanında  Azərbaycanın  daimi 
nümayəndəliyi  bəyan  etmişdir  ki,  Azərbaycanda  parlament  seçkilərinin 
müşahidəsində iştirak etməmək barədə təşkilatın qərarı onun mandatının pozulması 
deməkdir.  Mandatın  pozulması  ondan  ibarətdir  ki,  Azərbaycanda  keçiriləcək 
seçkilərin müşahidəsində iştirak etməkdən imtina etmək barədə ATƏT DTİHB-in 
direktorunun  qərarı  prosedurun  tələb  etdiyi  kimi  qabaqcadan  təşkilatın  Sədri  və 
Daimi  Şurası  ilə  müzakirə  olunmamışdır.  Bəyanatda  deyilir:  “Bu  məsələdə 
inkişafın  olmaması  çaşdırıcıdır.  ATƏT-in  ayrı-ayrı  institutları  tərəfindən  öz 
mandatının  pozulması  Azərbaycanın,  ATƏT-in  iştirakçı-dövləti  kimi  maraqlarına 
ziyan vurur və təşkilat daxilində qarşılıqlı etibar məsələsində diqqətsiz və nəticəsiz 
saxlanıla bilməz”. Mətndə daha sonra deyilir: “Ona görə təşkilatın bütün iştirakçı-
dövlətlərin,  eləcə  də  sədr-dövlət  maraqları  naminə,  öz  mandatının  pozulmasına 
görə ATƏT  DTİHB-in məsuliyyətə cəlb olunmasına dair tədbirlər görülməlidir”. 
Digər  məqalədə  TürkPA-nın  seçkiləri  müşahidə  etmək  niyyətindən  yazılırdı. 
Məqalədə  deyilir  ki,  TürkPA  seçkiləri  müşahidə  etmək  üçün  Azərbaycana 
müşahidəçilər  missiyası  göndərəcək.  Missiyada  Türkiyə,  Qazaxıstan  və 
Qırğızıstandan olan nümayəndələr iştirak edəcəklər.  
 
Oktyabrın  9-u  KİV  səhifələrində  seçki  kampaniyasına  dair  statistik 
məlumatlar yerləşdirilmişdir. Məsələn məqalələrdə deyilir ki, parlament seçkilərini 
YAP-dan  11 000  müşahidəçi  izləyəcək.  YAP-dan  imzatoplama  kampaniyasında 
YAP-ın  mərkəzi  seçki  qərargahı  tərəfindən  xüsusi  treninqlərə  cəlb  edilmiş  1226 
nəfər iştirak etmişdir. Dairə seçki komissiyalarında seçkiləri müşahidə etmək üçün 
125  nəfər  və  əlavə  olaraq  125  nəfər  -  məşvərətçi  səs  hüququna  malik  olan 
nümayəndə təyin edilmişdir. 5415 nəfər seçki məntəqələrinə müşahidəçi qismində 
və  5415  nəfər  məşvərətçi  səs  hüququna  malik  müşahidəçi  qismində  təyin 

 
63 
 
olunmuşdur.  Hakim  partiya  Milli  Məclisə  seçkiləri  təöminən  11 000  müçahidəçi 
ilə  izləyəcəkdir.  YAP  seçki  prosesinə  “Yeni  hədəflərə  doğru!”  şüarı  ilə 
qoşulacaqdır.  
 
09  oktyabr  2015-ci  il  tarixində  həmçinin  qeydə  alınmış  namizədlər  barədə 
məlumatlar  yerləşdirilmişdir.  09  oktyabr  2015-ci  il  tarixinə  olan  məlumata  görə, 
Azərbaycanda  1  noyabr  parlament  seçkilərində  iştirak  edəcək  1240  deputatlığa 
namizəd  qeydə  alınmışdır.  Bu  barədə  cümə  günü  Mərkəzi  Seçki  Komissiyasının 
(MSK)  sədri  Məsahir  Pənahov  söyləmişdir.  Qeydə  alınmış  deputatlığa 
namizədlərdən 275 nəfəri siyasi partiyalar, 19  – “Azadlıq-2015” siyasi bloku, iki 
nəfərin  namizədliyi  təşəbbüs  qrupları  tərəfindən,  944  -  isə  öz  təşəbbüsü  ilə  irəli 
sürülmüşdür.  Dairə  seçki  komissiyalarında  12  min,  MSK-da  isə  166  müşahidəçi 
qeydə alınmışdır. 
Bu  günün  maraqlı  xəbərlərindən  biri  Azərbaycanın  Respublikası  MSK-nın 
İnformasiya  Mərkəzinin  direktoru  Rüfət  Gülməmmədovun  müsahibəsi  olmuşdur. 
Azərbaycanın  Mərkəzi  Seçki  Komissiyasının  daxili  korporativ  şəbəkəsi 
perspektivdə  ölkədə  seçki  prosesində  elektron  səsvermə  sisteminin  işə  salınması 
üçün  platforma  qismində  çıxış  edə  bilər.  Bu  barədə  cümə  günü  Azərbaycanın 
Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  İnformasiya-Hesablama 
Mərkəzində  (İHM)  təşkil  olunmuş  brifinqdə  Azərbaycanın  MSK  İnformasiya 
Mərkəzinin  direktoru  demişdir.  Onun  sözlərinə  görə,  hüquqi  tənzimləmə 
məsələlərinin  həlli bu  prosesin vacib  tərkib hissəsidir.  O  demişdir:  "Sözsüz,  əgər 
bu  məsələ  qanunvericilikdə  öz  əksini  tapacaqsa,  onda,  güman  edirəm  ki,  texniki 
tərəfdən  o  heç  bir  problem  olmadan  həll  oluna  bilər.  Misal  kimi  demək  olar  ki, 
elektron səsvermə sistemi əksər ölkələrdə tətbiq olunmur və elə dövlətlər var ki, o 
pilot  mərhələdədir.  Elə  ölkələr  var  ki,  bu  layihə  müvəffəqiyyətsizliyə  məhkum 
olunmuşdur”. Gülməmmədovun sözlərinə görə, Azərbaycanın MSK-nın korporativ 
şəbəkəsi  üç  ildən  artıq  fəaliyyət  göstərir  və  keçən  seçkilərin  gedişində 
müvəffəqiyyətlə  istifadə  edilmişdir.  O  demişdir:  "Bu  nöqteyi  nəzərdən,  elektron 

 
64 
 
səsvermə məsələsi ölkə qanunvericiliyində öz əksini tapsa, qeyd olunan korporativ 
şəbəkə e-səsvermənin işə salınması üçün platforma qismində çıxış edə bilər". 
Qeyd  etmək  lazımdır  ki,  bu  günlərdə  namizədlərin  sayında  dəyişiklik 
müşahidə olunur. Belə ki, bir tərəfdən namizədlərin şikayətlərinin MSK tərəfindən 
təmin edilməsi hesabına onların sayının çoxalması müşahidə olunur, digər tərəfdən 
isə,  namizədlərin  özlərinin  öz  namizədliyini  geri  götürməsi  nəticəsində 
namizədlərin  sayının  azalması.  Məsələn,  məqalələrin  birində  namizədliyini  öz 
təşəbbüsü  ilə  irəli  sürmüş  Yeni  Azərbaycan  Partiyasının  40  üzvünün  öz 
namizədliyinin geri götürülməsi barədə deyilir.   
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin