10.10.2015. 10 oktyabrdaəzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seki
Kossiyasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən MSK başçısı
M.Pənahov qeyd etmişdir ki, parlament seçkilərində iştirak etmək üçün 1243
namizəd qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş namizədlərin ümumi
sayından 277-si 15 siyasi partiya, 19 – “Azadlıq-2015” bloku, 2 – təşəbbüs qrupu
tərəfindən, 945- isə öz təşəbbüsü ilə irəli sürülmüslər. M.Pənahovun sözlərinə
görə, dairə seçki komissiyalarında - 15 min nəfərdən çox, MSK –da isə daha 166
müşahidəçi qeydiyyatdan keçmişdir.
Mərkəzi Sçki Kmissiyasının iclasında sədr Məzahir Pənahov məlumat
vermişdir ki, bəzi namizədlər əmlakları barədə məlumatı təqdim etmədiklərinə
görə qeydiyyatdan keçməmişlər.
MSK sədri demişdir ki, namizədə məxsus mülkiyyət və əmlak barədə
məlumatın dairə seçki komissiyalarına təqdim edilməsi namizədin seçicilərə qarşı
səmimiliyinin yoxlanılmasıdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar
müraciətlərə baxılmışdır. MSK namizədliyini 40 saylı Kəpəz ikinci (Gəncə) seçki
dairəsi üzrə öz təşəbbüsü ilə irəli sürmüş Azad Kazımovun, namizədliyi Musavat
65
partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsi üzrə irəli sürülmüş Raqif
Kərimlinin, namizədliyi Musavat partiyası tərəfindən 67 saylı Cəlilabad seçki
dairəsi üzrə irəli sürülmüş Azər Əskərovun, namizədliyi Musavat partiyası
tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə irəli
sürülmüş Rövşən Atakişiyevin, namizədliyi Müsavat partiyası tərəfindən 125 saylı
Zəngilan-Qubadlı seçki dairəsi üzrə irəli sürülmüş Nəsiman Yaqublunun
şikayətlərini əsassız hesab edərək dairə seçki komissiyasının qərarını qüvvədə
saxlamışdır. Qeyd etmək lazımdır ki, N.Yaqublunun şikayətinin müzakirəsi
zamanı məlum olmuşdur ki, MSK-nın işçi qrupuna təqdim edilmiş imzalardan 3–ü
dünyasını dəyişən şəxslərə məxsus olmuşdur.
MSK namizədliyi Müsavat partiyası tərəfindən 61 saylı Neftçala seçki
dairəsi üzrə irəli sürülmüş Saday Fərəcovun şikayətini əsaslı hesab edərək, dairə
seçki komissiyasının qərarını ləğv etmiş və S.Fərəcovun namizədliyi qeydə
alınmışdır.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Trend-ə
verdiyi məlumata görə, noyabrın birində keçiriləcək parlament seçkiləri ilə
əlaqədar 1243 nəfər deputatlığa namizəd qeydiyyatdan keçmişdir. Qeydə alınmış
deputatlığa namizədlərdən 277 nəfəri siyasi partiyaları, 19 – “Azadlıq-2015” siyasi
blokunu təmsil edir, 2 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 945-i – öz
təşəbbüsü ilə irəli sürülmüşdür. Dairə seçki komissiyalarında təxminən 15272
nəfər, MSK-da isə 166 müşahidəçi qeydiyyatdan keçmişdir. Dairə seçki
komissiyalarında 15 272 müşahidəçi qeydə alınmışdır. Bu günədək MSK-da 40
müraciətə baxılmış, onlardan 14 təmin edilməmişdir.
11 oktyabr 2015-ci ildə KİV səhifələrində MSK sədri M.Pənahovun
müsahibəsi yerləşdirilmişdir. Müsahibədə MSK başçısı seçkilər, səsvermənin
keçirilməsinə hazırlıq və digər mövzular barədə danışmışdır. O şikayət və ərizələr,
seçki məntəqələrində quraşdırılmış veb-kameralar, beynəlxalq müşahidəçilər, yerli
66
müşahidəçilərin qeydə alınması, təşviqat, seçkilərin təşkili və keçirilməsi üçün
ayrılmış maliyyə vəsaitləri haqqında jurnalistin suallarına cavab vermişdir.
Həmin gün Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki
Komissiyası iclasının xəbərləri işıqlandırılmışdır. İclasda 2015-ci ilin noyabrın 1-
nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına
daxil olmuş müraciətlərə baxılmışdır. Komissiya üzvlərinin müzakirəsindən sonra
iclasa çıxarılmış və qanunvericiliklə nəzərdə tutulan qaydada və müddətdə
hərtərəfli araşdırılan müraciətlər üzrə müvafiq qərarlar qəbul edilmişdir. Kütləvi
informasiya vasitələrinin iştirakı ilə cari məsələlərə baxılmışdır.
Noyabrın 1-də keçiriləcək Azərbaycanın parlament seçkilərində 1246
namizəd iştirak edəcəkdir. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri
Məzahir Pənahov məlumat vermişdir. Dairə seçki komissiyalarında 17 min, MSK-
da – 167 müşahidəçi qeydiyyatdan keçmişdir. İclasda eləcə də namizədliyin geri
götürülməsi barədə MSK-ya daxil olmuş müraciətlərə baxılmışdır. Onlardan ikisi
təmin edilmişdir.
İclasda eləcə də digər şikayətlərə dair qərarlar qəbul edilmişdir.
12.10.2015. Həmin günün xəbərləri müxtəlif olmuşdur. Məhz 12 oktyabr
2015-ci ildə MSK-nın seçkilərə həsr edilmiş xüsusi treninqləri başlanmışdır, və
bunlar da günün ən mühüm xəbərlərindən biri olmuşdur. MSK-nın mətbuat
xidmətinin xəbər verdiyinə görə, proqrama uyğun olaraq, treninqlər seçki
komissiyasının 35-40 üzvlərindən ibarət olaraq kiçik qrupların iştirakı ilə keçirilir.
Tədbir iştirakçılarına seçki prosesi, səslərin hesablanması proseduru, protokolların
doldurulması və s. barədə məlumat təqdim olunur. Nəzərdə tutulur ki, bir neçə
həftə davam edən treninqlərdə, təqribən 32 min nəfər iştirak edəcəkdir.
12 oktyabrda da MSK-nın iclası keçirilmişdir. İclasda əməkdar artist Elza
Seyidcahanın namizədliyini Milli Məclisin deputatlığına namizəd qismində qeydə
almaqdan dairə seçki komissiyasının imtinası ilə əlaqədar müraciətinə baxılmışdır.
67
MSK 54 saylı Şabran-Siyəzən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən
namizədliyinin qeydə alınmamasına dair E.Seyidcahanın şikayətini əsaslı hesab
etmişdir. MSK bu qərarı ləğv edərək, E.Seyidcahanın namizədliyini qeydə
almışdır.
Bu günün maraqlı xəbərlərindən biri də ATƏT-in Baş Katibi Lamberto
Zanyerin Rusiya xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransındakı
bəyanatına həsr edilmiş məqalə idi. O demişdir: “ATƏT DTİHB ilə Azərbaycan
hökuməti arasında müşahidə missiyasının Azərbaycana seçkilərə göndərilməsi
məsələsinə dair razılığın əldə edilməməsi faktı təəssüf doğurur”. ATƏT-in Baş
Katibi Lamberto Zanyer ilə mətbuat kofransında Rusiya XİN-in başçısı demişdir:
“ATƏT DTİHB İnstitutu özünün zəifliyi və yumşaqlığı ucbatından Azərbaycana
seçkilərə getməməyi qərara almışdır”.
ATƏT-in mətbuat xidməti ATƏT DTİHB direktoru Maykl Linkin
Azərbaycanda 1 noyabr parlament seçkilərini müşahidə etmək üçün missiyanın
göndərilməməsi barədə bəyanatını yaymışdır.
Azərbaycanın XİN mətbuat xidmətinin başçısı Hikmət Hacıyevin xarici
kütləvi informasiya vasitələrinin akkreditasiyası barədə müsahibəsi də KİV
səhifələrində geniş işıqlandırılmışdır. “Xarici kütləvi informasiya vasitələri
Azərbaycanda parlament seçkilərinə maraq göstərirlər”. Bu barədə Azərbaycanın
XİN mətbuat xidmətinin başçısı Hikmət Hacıyev bazar ertəsi jurnalistlərə
demişdir. Onun sözlərinə görə, XİN Azərbaycanda parlament seçkilərinin
işıqlandırılması üçün xarici kütləvi informasiya vasitələrinin akkreditasiyasını
davam etdirir. Hacıyevin sözlərinə görə, akkreditasiya üçün KİV nümayəndələrinin
müraciətlərinin coğrafiyası çox genişdir, və XİN-nin siyahısında müxtəlif ölkələrin
nümayəndələri vardır.
12 oktyabr 2015-ci ildə parlament seçkilərində “exit-poll” keçirmək üçün
MSK-ya müraciətetmə müddəti başa çatmışdır. Həmin gün 1 noyabr parlament
68
seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiyadan keçmək istəyən təşkalatlar
tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunmuş sənədlərin qəbulu
müddəti başa çatmışdır. Beşinci çağırış Milli Məclisinə seçkilərin hazırlanması və
keçirilməsinə dair hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, “exit-poll”
keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müraciətetmə müddəti
səsverməyə 20 gün qalmış müddətdən az olmayaraq bitməlidir. Mərkəzi Seçki
Komissiyası səsverməyə 10 gün qalmış müddətdən az olmayaraq, yəni oktyabrın
22-nədək müraciətlərə baxmalı və qərar qəbul etməlidir.
13.10.2015. Bu günün əsas xəbərləri aşağıdakılar olmuşdur:
1) Azərbaycanın Mərkəzi Seçki Komissiyasının iclası, həmin iclasda MSK sədri
Məzahir Pənahov namizədlərin qeydiyyatı üçün imzaların hansı üsulla toplanması
barədə danışmış və bəzi vətəndaşların öz imzalarından istənilən namizədin xeyrinə
imtina etmələrinin səbəbini qeyd etmişdir. Qeyd edilmişdir ki, bu günədək 1246
deputatlığa namizəd, 22 min 606 müşahidəçi qeydə alınmışdır. Bununla yanaşı, 20
ölkədən 138 müşahidəçi qeydiyyatdan keçmişdir. MSK sədri, həmçinin, o fakta
diqqət yetirdi ki, bu günədək MSK-da onların namizədliyinin qeydiyyatı üçün 64
müraciət edilmişdir, onlardan 15 təmin edilmişdir;
2) Azərbaycanın XİN-nin ATƏT DTİHB-i haqqında bəyanatı, onun başlığı
aşağıdakı kimi idi: ATƏT-in baş katibi Lamberto Zanyerin parlament seçkiləri ilə
əlaqədar bəyanatını şərh edərək, Azərbaycanın XİN mətbuat xidmətinin başçısı
Hikmət Hacıyev qeyd etmişdir: “Əgər ATƏT DTİHB-i parlament seçkilərinin
gedişini müşahidə etməzsə, o zaman o özünü onların nəticələrini qiymətləndirmək
əsaslarından məhrum etmiş olar”.
3) YAP-ın icracı katibinin müavini S.Novruzovun seçki proseslərinin gedişi barədə
müsahibəsi;
69
4) Qalan xəbərlər Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadənin seçkilərdə
vətəndaşların fəal iştirakına çağırışı, “Azadlıq-2015” blokunun namizədləri
barəsində idilər.
14.10.2015. Günün əsas xəbərləri bunlar olmuşdur:
1. Amerikanın Arthur J. Finkelstein & Associates kompaniyası tərəfindən
keçirilən sorğuların nəticələrinə görə, Azərbaycanlılar vəziyyətdən məmnundurlar
və hakim partiyaya səs verəcəklər. Həmçinin qeyd olunur ki, sorğuda iştirak
edənlərin 82,1 faizi “Siz hazırkı Prezident İlham Əliyevin fəaliyyətini bütövlükdə
necə qiymətləndirərsiniz? sualına cavab verərək, 2013-cü ilin sonunda yenidən
seçilmiş Prezidentin işini, ya “yaxşı”, ya da “əla” qiymətləndirmişdilər. “Ölkə
düzgün istiqamətdə hərəkət edirmi?” sualına cavab verərək, sorğuda iştirak
edənlərin 77,1 faizi cavab vermişdilər ki, ölkə düzgün istiqamətdə hərəkət edir.
Hakim “Yeni Azərbaycan Partiyasından olan namizədlərin lehinə seçicilərin 74,4
faizi səs verməyə hazırlaşırlar, 14 faizi hələ ki qərarlaşmayıblar. Bu o deməkdir ki,
hesabatda deyildiyi kimi, seçki məntəqələrinin böyük əksəriyyətində YAP
namizədləri, gözlənildiyi kimi, qalib gələcəklər.
2) MSK tərəfindən “exit-pol” keçirilməsi üçün təşkilatların qeydiyyatı. Xəbərlərdə
deyilir ki, Milli Məclisə seçkilərdə “exit-poll” keçirilməsi ilə əlaqədar 4 təşkilat
müraciət etmişdir. Bu barədə MSK sədri Məzahir Pənahov bəyan etmişdir. O
demişdir ki, “exit-poll” keçirilməsi ilə əlaqədar müraciət etmiş təşkilatlardan biri
fransız təşkilatıdır. Yerli təşkilatlardan “exit-poll” keçirilməsi üçün digər
təşkilatlarla yanaşı “ELS” Müstəqil araşdırma mərkəzi müraciət etmişdir.
3) Namizədliyin geri götürülməsi. Bir sıra xəbərlərdə namizədliyini geri götürmüş
namizədlərin sayı qeyd olunur. “13 oktyabr tarixinə olan məlumata əsasən 1246
deputatlığa namizədlərdən bəziləri namizədliyini geri götürmüşlər. Qeydə alınmış
namizədlərdən təxminən 1000 nəfər qalmışdır”. Bu barədə Mərkəzi Seçki
Komissıyasının sədri Məzahir Pənahov bəyan etmişdir. M.Pənahov demişdir ki, o,
seçki bülletenlərinin çap edilməsi zamanı artıq namizədliyini geri götürmüş
70
deputatlığa namizədlərin adları onlara düşməməsi və seçiciləri çaşdirmaması üçün
müəyyən iş aparır: “Bu cür halları istisna etmək üçün biz dairə və məntəqə seçki
komissiyalarına müvafiq göstərişlər vermişik”.
4) Səsvermə üçün bülletenlərin çap edilməsi. 14 oktyabr Azərbaycanın Milli
Məclisi (parlament) Aparatının nəşriyyatında qarşıda duran noyabrın birinə təyin
edilmiş parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çap edilməsini
başlamışlar. Bu barədə çərşənbə günü Azərbaycanın Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə demişdir. Onun
sözlərinə görə, bütövlükdə 125 dairə üzrə 5344431 (beç million üç yüz qırx dörd
min dörd yüz otuz bir) bülleten çap olunacaqdır.
5) Digər xəbərlər Rsiyanın Mərkəzi Seçki Komissiyasının sədri Vladimir
Çurovun parlament seçkilərinin gedişinin müşahidəsi üçün Bakıya gəlişi, həmçinin
Bakıda MDB müşahidə missiyası qərargahının fəaliyyətinin başlanmasına
toxunmuşdu.
15.10.2015. Günün əsas xəbəri MDB müşahidə missiyasının fəaliyyətini əks
etdirən məlumat olmuşdur. Məqalədə deyilir ki, Missiya Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi
monitorinqinə başlamışdır. Həmçinin deyilir ki, Azərbaycan Respublikasının
dəvəti ilə MDB müşahidəçilər missiyası 14 oktyabrdan Milli Məclisə seçkilərin
hazırlanması və keçirilməsi monitorinqinə başlamışdır.
16.10.2015. Günün əsas xəbərləri olmuşdur:
1) Mərkəzi Seçki Komissiyasının başçısı Məzahir Pənahovun sədrliyi ilə MSK-nın
növbəti iclası keçirilmişdir. İclasda parlament seçkilərində “Ümid” partiyasının
səlahiyyətli nümayəndələri qeydiyyata alınmış, dairə seçki komissiayyasının
tərkibinə dəyişikliklər edilmişdir. MSK sədri Məzahir Pənahov qeyd etmişdir:
“Mərkəzi Seçki Komissiyası noyabrın 1 Azərbaycanda keçiriləcək parlament
seçkilərində 605 müşahidəçini qeydə almışdır”. Onun sözlərinə görə, dairə seçki
71
komissiyaları tərəfindən 37 min müşahidəçi qeydə alınmışdır. MSK başçısının
sözlərinə görə, həmçinin 19 beynəlxalq təşkilatın 222 nümayəndəsi qeydiyyatdan
keçmişdir.
Bundan əlavə, keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olmuş
müraciətlərə baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur. Belə ki, Azərbaycanın
Mərkəzi Seçki Komissiyasının iclasında parlament seçkilərində namizədliyi 122
saylı Kəlbəcər seçki dairəsi üzrə irəli sürülmüş Azərbaycanın keçmiş daxili işlər
naziri İsgəndər Həmidovun şikayətinə baxılmışdır. Bu barədə Day.az Trendə
istinad edərək xəbər vermişdir.
İclasda noyabrın 1 keçiriləcək parlament seçkilərində iştirak etmək üçün
namizədliyi “Müsavat” partiyasından irəli sürülmüş Mübariz Salayevin
müraciətinə baxılmışdır. Day.Az Trend
ə
istinad edərək xəbər verir ki, Salayev
parlament seçkilərində iştirak etmək üçün onun namizədliyinin qeydiyyata
almaqdan dairə seçki komissiyasının (DSK) imtina etməsinə görə MSK-ya şikayət
göndərmişdir. MSK iclasında qeyd edilirdi ki, DSK Salayevə qeydiyyatda ona görə
rədd cavabı vermişdir ki, onun təqdim etdiyi 482 imzadan 35-i etibarsızdırlar.
MSK ekspert qrupunun keçirdiyi araşdırma DSK qərarını təsdiq etmişdir.
Xüsusilə, Salayevin təqdim etdiyi 482 imzadan 35-i etibarsız hesab edilmişdir.
Bundan başqa, məlum oldu ki, eyni şəxs bir neçə nəfərin yerinə imza etmişdir.
Qalan imzaların kifayətedici olmadığına görə, Salayevin namizədliyini qeydə
almamışlar.
2) MSK deputatlığa namizədlər üçün pulsuz efir vaxtının ayrılması məsələsinə
aydınlıq gətirmişdir. MSK sədrinin müavini Natiq Məmmədovun
APA
–ya xəbər
verdiyinə görə, seçki prosesində iştirak edən subyektlər öz maliyyə fondlarını
formalaşdırmalıdırlar və onlardan istifadə edərək, təşviqat aparmalıdırlar.
N.Məmmədov qeyd etdi ki, qanun pulsuz təşviqatın mümkünlüyünü subyektin
xüsusi statusa malik olduğu halda qəbul edir, yəni nə vaxt ki ölkədə olan 60-dan
72
artıq seçki dairəsində siyasi partiyalar ya bloklardan namizədlər qeydiyyata
alınmışdır: “Təcrübəmiz göstərir ki, “Yeni Azərbaycan Partiyası”ndan başqa, belə
potensiala malik, yəni, 60-dan artıq namizədin olması, digər partiya yoxdur.
Beləliklə, bu partiyadan başqa, mətbuatda pulsuz efir vaxtına və yerinə namizədlər
ola bilməz”. Həqiqətən, namizədliyi bir seçki dairəsində qeydiyyata alınmış şəxsin
bütün ölkə üzrə təşviqatın aparılması məntiqi görsənmir, həmin namizəd təşviqatı öz
dairəsində aparmalıdır. M.Məmmədov qeyd etmişdir ki, konkret seçiciyə
istiqamətləndirilən təşviqat kampaniyasının keçirilmə üsulları çoxdur: “Buraya seçicilərlə
görüşlər, təşviqat materiallarının təşkili və yayılması, o cümlədən pullu əsaslarla KİV-də
təşviqat aiddir. Həmin KİV-lərə həmçinin ölkədə yayımlanan kanallar da aiddir. Yəni,
vasitələr lap çoxdur, pulsuz təşviqatla bağlı heç bir problem yoxdur. Pullu əsaslarla
təşviqat ilə əlaqədar MSK-ya təxminən 50 KİV müraciət etmişdir, hər hansı bir
namizəd bundan faydalana bilər.
3) Ekspert Qərbi Azərbaycana qarşı münasibətinə görə utandırdı. Qərb
Azərbaycanda stabilliyi dəstəkləməyə və ölkədə stabilliyi pozan hər hansı bir
hərəkətdən çəkinməyə çalışmalıdır. Bu barədə, Day.Az-ın verdiyi xəbərə görə,
cümə günü Trend-ə İrandan ekspert, politolog, insan haqqları üzrə fəal, İranın
liberal-demokratik partiyasının üzvü Şayyan Arya demişdir. Onun sözlərinə görə,
Azərbaycanda parlament seçkilərini boykot etmək əvəzinə, müşahidəçiləri
göndərmək Qərbə daha məsləhət olardı.
17.10.2015-23.10.2015.
17.10.2015. Günün vacib hadisəsi MSK iclasının keçirilməsi olmuşdur, həmin
iclasda bir sıra məsələlərə baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur. “Son
zaman Mərkəzi Seçki Komissiyasına daxil olmuş 88 müraciətdən 73-ü qeydiyyatla
əlaqədardırlar və onlardan 18 təmin edilmişdir”.
АPА
–nın xəbər verdiyinə görə,
bu barədə MSK sədri Məzahir Pənahov demişdir. O, həmçinin qeydə alınmış
namizədlərin sayını səsləndirmişdir. O, demişdir: “Bu günə qədər 283 beynəlxalq
müşahidəçi qeydiyyatdan keçmişdir”. M.Pənahov həmçinin qeyd etmişdir ki,
73
Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu günə qədər 283
beynəlxalq müşahidəçi qeydiyyatdan keçmişdir: “Dairə seçki komissiyalarında 43
mindən artıq, Mərkəzi Seçki Komissiyasında - 605 müşahidəçi qeydiyyatdan
keçmişdir. Müşahidəçilərin qeydiyyatı davam edir”.
İclasda həmçinin şikayətlərə baxılmışdır. Azərbaycanın MSK 1 noyabrda
keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyi “Müsavat”
partiyası tərəfindən irəli sürülmüş İmamverdi Əliyevin müraciətinə baxmışdır.
Müraciətə şənbə günü MSK iclasında baxılmışdır. Əliyev MSK-ya şikayəti
dairə seçki komissiyasının (DSK) onun namizədliyini qeydiyyata almaqdan imtina
etməsi ilə əlaqədar göndərmişdir. İclasda qeyd edilmişdir ki, DSK namizədliyini
75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə irəli sürmüş Əliyevin namizədliyini
qeydiyyata almaqdan ona görə imtina etmişdir ki, onun tərəfindən təqdim edilmiş
450 imzadan 55-i etibarsız hesab edilmişdir.
18.10.2015. MDB PAA–dan olan müşahidəçilərin ekspert qrupu üzvlərinin
Azərbaycanın Gəncə şəhərində olmalarına toxunan bir məlumat işıqlandırılmışdır.
Məqalədə qrupun keçirdiyi görüşlər və işlərdən danışılmışdır.
19.10.2015. Günün vacib xəbərini MDB PAA və MDB-dən olan beynəlxalq
müşahidəçilərin görüşləri ilə əlaqədar xəbərlər təşkil etmişdir.
Həmin gün təşkilatın sədri Məzahir Pənahovun MDB üzv dövlətlərinin
Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının
və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq
institutunun direktoru Andrey Baranovla görüşü keçirilmişdir. MSK-da məlumat
verildiyi kimi, görüş zamanı M.Pənahov vurğulamışdır ki, Mərkəzi Seçki
Komissiyası beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir və gələcəkdə onu
davam etməyə niyyətindədir. Mehriban qəbula görə təşəkkür edərək, A.Baranov
respublikada keçiriləcək parlament seçkilərinə hazırlıqla maraqlanmışdı.
74
MSK başçısı qonaqlara qanunverici orqana azad, ədalətli və şəffaf seçkilərin
keçirilməsi üçün görülən layihə və tədbirlər barədə məlumat vermişdir.
Növbəti xəbər qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Bakıda
yaradılmış MDB müşahidəçilər missiyasının qərargah nümayəndələrinin fəaliyyət
planlarını əks etdirmişdir. Beləliklə, onlar keçiriləcək seçkilərdə üzvləri namizəd
kimi irəli sürülən Azərbaycanın bir sıra aparıcı siyasi partiyalarının başçıları ilə
görüşmək niyyətindədirlər. Bu barədə qərargahın fəaliyyətini şərh edərək MDB
müşahidəçilər missiyasın ın qərargah başçısı Yevgeniy Sloboda Report-a xəbər
vermişdir. Onun sözlərinə görə, parlament seçkilərinin hazırlanmasının gedişi və
prosesin müşahidəsinə dair iş ümumi iş rejiminə uyğun aparılacaqdır. Y.Sloboda
vurğulamışdır: "Hesab edirik ki, 130 müşahidəçi kifayətdir. Biz müşahidənin
keçirilməsi və sonradan rəy verməyimiz üçün seçim edərək seçici məntəqələrinin
və seçicilərin sayına əsaslanırdıq".
Növbəti xəbər, həmçinin MDB PAA ekspert qrupunun fəaliyyətini əks
etdirir. Məqalədə deyilir: “MDB PAA müşahidəçiləri Azərbaycanda parlament
seçkilərinin uzunmüddətli monitorinqini aparırlar. Azərbaycan üzrə işçi səfəri
zamanı MDB Parlamentlərarası Assambleyasından (PAA) akkreditə olunan
beynəlxalq müşhidəçilər və MDB PAA Şura Katibliyinin əməkdaşları Gəncə,
Samux, Şəmkir şəhərlərində, həmçinin Şəmkir və Samux rayonları ərazisində
seçkilərin keçirilməsinə dair hazırlığın gedişini öyrəndilər. MDB PAA mətbuat
xidmətinə istinadən Report-un xəbər verdiyinə görə, oktyabrın 17 MDB PAA
müşahidəçilər qrupu üzvlərinin Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar
Vəliyevlə görüşü keçirilmişdir, həmin görüşdə o, 1 noyabr Azərbaycanın Milli
Məclisinin deputat seçkilərinin təşkili və keçirilməsi üçün şəraitin yaradılmasına
dair şəhər administrasiyası tərəfindən görülmüş tədbirlər haqqında müşahidəçilərin
suallarına cavab vermişdir. Həmin gün də MDB PAA müşahidəçiləri 38 saylı
Nizami ikinci (Gəncə) seçki dairəsinin və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki
dairəsinin dairə seçki komissiyalarını, həmçinin 38 saylı Nizami ikinci (Gəncə)
75
seçki dairəsinin 7 və 8 saylı və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 26 və
27 saylı məntəqə seçki komissiyalarını ziyarət etmiş və orada komissiyaların
sədrləri və üzvləri ilə görüşmüşlər.
Oktyabrın 18 MDB PAA müşahidəçiləri Azərbaycanın Şəmkir və Samux
rayonlarında seçkilərin keçirilməsinə hazırlıq prosesini yoxlamışlar. Şəmkir rayon
icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşdə səsvermə otağının
ayrılması və hazırlanması məsələləri müzakirə olunmuşdur. Samux icra
hakimiyyətinin başçısı Alı Qocayevlə görüş zamanı regionda seçkiqabağı ictimai-
siyasi vəziyyət müzakirə edilmişdir.
Dostları ilə paylaş: |