Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təşkili,
keçirilməsi və nəticələri üzrə yerli və beynəlxalq təşkilatların rəyləri:
Sergey Lebedev - MDB-nin missiyası parlament seçkiləri ilə bağlı
oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir və ümumiyyətlə,
müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb. S.Lebedev
demişdir: “Seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam
hazırdır. Mən həmkarlarımla da danışmışam, çoxları seçki məntəqələrinin
açılışında iştirak ediblər. Vəziyyət normaldır, seçki komissiyalarının üzvləri və
məntəqələr seçiçiləri qəbul etməyə hazırdırlar”. Onun sözlərinə görə, müşahidələrə
əsasən, Azərbaycanda seçkilərə hazırlıqla bağlı böyük iş görülüb, və bu, seçkilərin
normal və sakit keçəcəyinə təminat verir.
Latviya parlamentinin deputatı Naudins Romans qeyd etmişdir ki, seçki
prosesini müşahidə edərkən müsbət mənada təəccüblənmişdir. N. Romans
bildirmişdir ki, səsvermə zamanı seçicilərə hər hansı maneçilik törədilməyib. O,
həmçinin
ATƏT
DTİHB-in seçkiləri müşahidə etməmək qərarının təəssüf
doğurduğunu vurğulamışdır.
ABŞ Müşahidəçilər qrupunun rəhbəri, Texas ştatından keçmiş
konqresmen Solomon Ortiz qeyd edib ki, Bakıda və bir neçə regionda 125 seçki
məntəqəsində müşahidələr aparılmışdır. “Səsvermə zamanı müşahidəçilər yüksək
seçici fəallığının şahidi olublar”, - deyə o vurğulayıb. Səsvermə zamanı neqativ
halların müşahidə edilmədiyini deyən keçmiş konqresmen qeyd edib ki, keçirilən
seçkilər vətəndaş cəmiyyətinin tələblərinə tam cavab vermişdir.
Azərbaycanda parlament seçkilərini müşahidə edən Belarus MSK-nın sədri
Lidiya Yermoşina – Azərbaycan vətəndaşlarının öz seçki hüquqlarını azad
reallaşdırmaq üçün imkanları vardır. O demişdir ki, bütün seçki məntəqələrində
sakit və mülayim atmosfer hökm sürürdü, çoxsaylı yerli və Aİ ölkələrindən olan
müşahidəçilər iştirak edirdilər. Yermoşinanın sözlərinə görə, onun yerli
müşahidəçilərlə söhbətləri səsvermənin sakit keçməsini təsdiq etmişdir və heç bir
148
şikayət daxil olmamışdır. Bundan başqa, müşahidəçilərin məntəqə seçki
komissiyasına heç bir iradları yoxdur.
“Tool Shed Group”un rəhbəri Ceyson Kats – Azərbaycanda parlament
seçkiləri ABŞ-dan daha yaxşı təşkil olunmuşdur. Bu barədə bazar günü Bakıda
mətbuat konfransında “Tool Shed Group”un rəhbəri Ceyson Kats (xarici ölkələrin
hökumətlərinə, QHT və korporasiyalarına strateji kommunikasiyalar və siyasət
sahələrində məsləhətlər verir), Los-Anjelesdə (ABŞ) yerləşən Amerika Yəhudi
Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri demişdir. O demişdir ki,
“Azərbaycanda parlament seçkilərinin keçməsi mənim çox xoşuma gəldi. Seçkilər
çox şəffaf keçdi. Hesab edirəm ki, seçkilər yüksək səviyyədə keçmişdir”. Kats
həmçinin seçki komissiyalarının yaxşı hazırlığını da qeyd etmişdir. Müşahidəçi
demişdir: “Bundan başqa, çox vacibdir ki, seçki məntəqələrində polis yox idi.
Məni seçkilərdə təkrar səsvermə hallarının qarşısının almağa imkan verən
şəxsiyyətin eyniləşdirilməsi sistemi çox heyrətləndirdi”.
TürkPA missiyasının müşahidəçisi, Qazaxıstan parlamentinin deputatı
Serikjan Kanayev - Azərbaycanda dünənki parlament seçkiləri ümumdünya
norma, standart və demokratik prinsiplər əsasında keçirilmişdir. Bu barədə o,
parlament seçkilərinin nəticələri üzrə bazar ertəsi Bakıda keçirilən mətbuat
konfransında demişdir. Kanayevin sözlərinə görə, yaxın ərəfədə müşahidəçilər
MSK-nın sədri Məzahir Pənahovla görüş keçirmişdirlər. Görüş zamanı MSK sədri
parlament seçkilərinə hazırlığın səviyyəsi barədə məlumat vermişdir. O
bildirmişdir ki, bir noyabrda TürkPA-dan olan müşahidəçilərlə birgə Bakı
şəhərinin Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının seçki məntəqələrində
səsvermənin gedişini müşahidə etmişdir. Müşahidəçi qeyd etmişdir ki,
müşahidələrin nəticələrinə əsasən, Azərbaycanda seçkilər demokratik prinsiplərə
və beynəlxalq hüquq normalarına tam uyğun keçmişdir.
Valeriy Çeçelaşvili GUAM – Demokratiya və iqtisadi inkişaf Naminə
Təşkilatının Baş Katibi bazar ertəsi Bakıda mətbuat konfransında demişdir:
“Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib”. O
149
demişdir: “Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, milli
qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının qayda və prosedurlarına uyğun
keçirilib”. Onun sözlərinə görə seçkilərin təşkili və seçki komissiyalarının
fəaliyyəti müşahidəçilərin ciddi iradlarına səbəb olmayıb: Çeçelaşvinin sözlərinə
görə, seçkilər sakit şəraitdə keçdi və müsbət qiymətləndirilə bilər, yəni ölkə
vətəndaşlarının öz iradələrini azad ifadə etmələrinə zəmanət vermişdir.
Bosniya və Hersoqovinanın müşahidəçisi, bu ölkənin parlamentinin
deputatı Nərminə Kapetanoviç – Azərbaycandakı parlament seçkilərində
seçiciləri narahat edən hallar aşkar edilməyib. Bu barədə o, Bakıda bazar günü
jurnalistlərə bildirib. Onun sözlərinə görə, baş çəkdiyi 6 seçki məntəqəsinin heç
birində seçicilərin heç bir şikayəti qeydə alınmamışdır. Kapetonoviçin
mülahizəsinə görə, məntəqələrdə namizədlərin təbliğat-təşviqat materiallarının
olmaması seçkinin yaxşı təşkil olunmasından xəbər verir. O demişdir: “Seçiciləri
narahat edən hallar aşkar edilməyib. Bütün bunlar seçkilərin keçirilməsi prosesində
demokratiya və şəffaflığın təmin olunmasını göstərir”.
Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Lyuk Simpkins
- Azərbaycanda parlament seçkiləri qanunvericiliyin tələblərinə uyğun keçirilir.
L.Simpkinsin rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri Abşeron rayonunda
və Bakıda bir sıra seçki məntəqələrində olmuşdurlar. L.Simpkins bildirib ki,
“Missiya hələ heç bir qanun pozuntusu qeydə almayıb. Səhər saatlarında havanın
soyuq olmasına görə, passivlik müşahidə edilsə də, günorta saatlarına doğru
seçicilərin aktivliyi artmışdır”.
MDB-dən olan Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni
Sloboda - Azərbaycanda parlament seçkiləri açıq və seçicilərin yüksək fəallığı ilə
keçirilir. Bu barədə o Bakıda bir neçə seçki məntəqəsində olduqdan sonra
demişdir. O bildirmişdir ki, “Ümumilikdə seçkilər günü seçicilərin fəallığını,
həmçinin səsvermənin sakit şəraitdə və Seçki Məcəlləsinə uyğun keçirilməsini
qeyd etmək istərdim”. Onun sözlərinə görə, seçki məntəqələrində səsvermənin
gedişini çoxsaylı yerli müşahidəçilər izləyirlər. Sloboda demişdir: “Bizim açıq və
150
şəffaf seçkilər haqqında danışa bilərik, belə ki, bu sayda müşahidəçilərin olması bu
proses üzərində vətəndaş nəzarətini gücləndirir. Pozuntu halları qeydə
alınmamışdır, və hər şey dəqiq və Seçki Məcəlləsinə uyğun gedir.”
MDB müşahidə missiyasının rəhbəri, strukturun icraçı katibi Sergey
Lebedev - Azərbaycanda parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə
keçirilir. Lebedev qeyd etmişdir ki, “Baş çəkdikləri seçki məntəqələri barədə şəxsi
təəssüratları yüksəkdir. Seçkilər sakit və yüksək seçki fəallığı ilə keçir.
Partiyaların, namizədlərin xeyli yerli müşahidəçiləri var və bu o deməkdir ki,
seçkilər açıq şəraitdə keçirilir”. Müşahidəçi demişdir ki, “Mənə elə gəlir ki, yaxşı
təşkilatçılıq, vətəndaşların seçkilərində yüksək fəallığı ondan xəbər verir ki,
insanlar parlamentə seçəcəkləri namizədlərə görə öz ölkələrinin gələcəkləri barədə
məsuliyyət hiss edirlər. İkincisi, gördüklərimiz deməyə əsas verir ki, seçkilər sakit
keçəcəkdir”. Onun sözlərinə əsasən, MDB missiyası yerli müşahidəçilərlə, Qərb,
həmçinin Şərq ölkələrindən olan digər müşahidəçi qrupların nümayəndələrilə fikir
mübadiləsi aparıblar: Lebedev demişdir: “Digər missiyalardan olan həmkarlarımız
da bizimlə eyni təəssüratlardadırlar. Seçkilər sakit, nizamlı keçir, və bütün bunlar
böyük hazırlıq işlərinin görülməsini deyir. MDB-dən olan müşahidəçilər
Azərbaycanın bir çox şəhər və rayonlarında işləyirlər. Bizim 147 müşahidəçimiz
var. Onların çoxu seçki məntəqələrinin açılışında iştirak etmişdirlər”.
Xorvatiyalı müşahidəçi Sabic Mirza – Azərbaycan vətəndaşları bugün
keçirilən parlament seçkilərinə böyük maraq nümayiş etdirirlər. O, demişdir: “Biz
altı seçki məntəqəsində olmuşuq. Səsvermənin gedişi normaldır". Sabic Mirza
Azərbaycana gəlişinə çox şad olduğunu qeyd edərək, həmçinin demişdir ki, bu
onun Bakıya ilk səfəridir.
Rusiya MSK üzvü Serqey Danilenko – Azərbaycanın Milli Məclisinə
(parlament) seçkilər çox sakit keçir. Bu barədə bazar günü, respublikada səsvermə
prosesini müşahidə edən Rusiya MSK üzvü Serqey Danilenko demişdir. O
demişdir: "Seçkilər çox sakit keçir". O, əlavə etmişdir: "Mən şəxsən artıq səkkiz
151
məntəqəyə baxmışam; məntəqələrdən birinin açılışında olmuşuq". Onun sözlərinə
görə, "hər şey hər yerdə mütəşəkkil şəkildə keçirilir". Bununla belə, "hər yerdə
müxtəlif siyasi partiyaların və namizədlərin müşahidəçiləri iştirak edirlər".
Danilenko qeyd etmişdir: "Yerli müşahidəçilərin heç bir sualı, problemi yoxdur".
Estoniya parlamentinin müşahidə missiyasının başçısı Mixail Korb –
Azərbaycanda parlament seçkiləri açıq və şəffaf keçir, bunu böyük sayda həm
beynəlxalq, həm də yerli müşahidəçilərin iştirak edilməsi sübut edir. O, demişdir:
“Demək olar ki, olduğumuz hər məntəqədə, Azərbaycanın müxtəlif partiyalarını
təmsil edən böyük sayda yerli müşahidəçilər iştirak etmişdilər. Bu müsbət hal
seçkilərin açıqlığı və şəffaflığının göstəricisidir”. Estoniyalı deputatın sözlərinə
görə, seçkilərdə seçicilərin fəallığı günün ikinci yarısına yüksəlmişdir. Korb qeyd
etmişdir ki, bütövlükdə, təxmin edildiyi kimi, yüksək səviyyədə keçir. Estoniyalı
deputut demişdir: “Qeyd etmək istərdim ki, seçki proseduru çox yaxşı təşkil
olunmuşdur. Prinsipcə, başqa cür də gözləmirdik. Olduğumuz bütün məntəqələrdə
hər şey qüsursuz, ədəblə təşkil edilmişdir, məntəqələr vaxtında açılmışdır. Qeyd
etmək istəyirəm ki, sədrlər çox savadlı, mötəbər insanlardır. Texniki tərəfdən
həmçinin seçkilərə dair heç bir irad, problem ya da sual yoxdur.
Qırğızıstanın MSK üzvü Carkin Papanova – Azərbaycanda parlament
seçkiləri yüksək səviyyədə təşkil edilmişdir. Bu barədə parlament seçkilərində
müşahidəçi Qırğızıstanın MSK üzvü Carkin Papanova demişdir. O, demişdir:
“Seçkilərin təşkili yüksək səviyyədədir. Biz üç seçki dairəsinin ərazisində 16 seçki
məntəqəsində səsvermənin gedişini müşahidə etmişik. Bütün məntəqələrdə biz
şəffaf və demokratik seçkilərin şahidi olmuşuq. Onun sözlərinə görə,
Azərbaycanda cari parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə xarakterizə
olunur. Papanova demişdir: “Vətəndaşlar seçkilərə böyük maraq göstərirlər. Mən
yerli müşahidəçilərlə söhbət etmişəm. Onlar xəbər verdilər ki, heç bir pozuntu ya
da seçicilərin şikayətlərinə rast gəlməmişlər”.
152
O, həmçinin qeyd etmişdir ki, Azərbaycanda seçki məntəqələrində müasir
avadanlıq quraşdırılmışdır. Müşahidəçi demişdir: «Xalq seçkilərə cox böyük
maraq göstərir, seçicilər pozitiv əhval-ruhiyədədirlər. Sizin ölkədə, başqalarından
fərqli olaraq, heç bir nəzərə çarpacaq siyasətdaxili fikir ayrılığı yoxdur”.
Fransanın Milli Assambleyasının deputatı, bu ölkədən olan müşahidə
missiyasının üzvü Tyerri Mariani – Fransadan olan müşahidəçilər Azərbaycanda
parlament seçkilərinin gedişindən razıdırlar. Marianinin sözlərinə görə, parlament
seçkilərini müşahidə etmək üçün o və Fransanın Milli Assambleyasının deputatı,
Fransa-Azərbaycan dostluq qrupunun sədri Mişel Vuazen bi neçə seçki
məntəqəsində olmuşlar. Onun sözlərinə görə, səsvermə yaxşı keçir, məntəqələrdə
çoxsaylı müşahidəçilər vardır.
TürkPA müşahidə missiyasının başçısı, Qazaxstan parlamentinin
deputatı Serikcan Kanayev – Azərbaycanda parlament seçkiləri yaxşı təşkil
olunmuşdur, seçicilər sakit və sivil qaydada məntəqələrə gəlirlər və səsvermə
demokratik, azad və şəffaf keçir. O, demişdir: “Dünən biz Azərbaycanın MSK-nın
sədri ilə görüş keçirmişik və MSK sədri seçkilərin hazırlanması barədə bizə
məlumat vermişdir, bu gün isə biz əmin olduq ki, seçkilər yaxşı təşkil edilmişdir.
Parlament seçkilərini müşahidə etmək üçün bəzi avropa strukturlarının
Azərbaycana öz nümayəndələrini göndərməkdən imtina etməsini şərh edərək,
deputat qeyd etdi ki, qəsdən qiymət verməkdənsə, gəlib yerində hər şeydə əmin
olmaq daha yaxşıdır.
Riqa (Latviya) Şəhər Şurasının ictimai məsələlər, təhlükəsizlik və
korrupsiyanın qarşısının alınması üzrə Komitəsinin sədri Dainis Turlais –
Azərbaycanda parlament seçkiləri dünya standartları və ölkə qanunveriliyinə
uyğun olaraq keçirilir.
153
“Pervoye radio” israil radiostansiyasının baş redaktoru Vlad Zernitskiy
– Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilmişdir. Bu barədə
o, Bakıda keçirdiyi mətbuat konfransında demişdir. O, demişdir: "Mərkəzi Seçki
Komissiyasında və bütün seçki məntəqələrində bütün nümayəndələrdən aldığımız
məlumatın həcmi və mümkünlüyü tam şəffaflıqdan söz açır". Zernitskiy qeyd
etmişdir ki, istənilən məntəqədə seçkilərin təşkiletmə səviyyəsi eyni olmuşdur.
MDB Parlamenlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri
Leonid Slutskiy: “Olduğum seçki məntəqələrində heç bir pozuntu qeydə
alınmamışdır”. Onun sözlərinə görə, bugünkü seçkilər bir daha göstərirlər ki,
Azərbaycanda seçki prosesi ilbəil inkişaf edir”.
İtaliyadan olan müşahidə missiyasının başçısı, bu ölkənin parlamentinin
deputatı Sercio Divina – Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə
təşkil olunmuş və pozuntusuz keçirilmişdir. Onun sözlərinə görə, səsvermə zamanı
müşahidəçilər heç bir pozuntu qeydə almamışlar. Divina Azərbaycanda parlament
seçkilərindən razı qaldığını ifadə etmiş və qeyd etmişdir ki, təşkilinin səviyyəsinə
görə onlar bəzi nisbətən gənc qərb ölkələrdə keçirilən seçkilərdən üstündürlər.
Müşahidəçi qeyd etmişdir: “Əminliklə bildirirəm ki, Azərbaycan gənc və müstəqil
dövlətlər arasında misilsiz demokratikliyi və seçkilərin təşkilinin layiqli səviyyəsi
ilə seçilir”.
“Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki,
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası nəhayət
ki, Azərbaycanda keçirilmiş parlament seçkiləri barəsində müsbət rəy vermişdir.
154
NƏTİCƏ
MDB PAA DİMBİ Bakı filialı tərəfindən 01 sentyabrdan 01 noyabradək
(daxil) Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təşkili və
keçirilməsinin monitorini əsasında bu nəticəyə gəlmək olar ki, seçkilərin
keçirilməsinə hazırlıq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilən “Təqvim
planına” əsasən həyata keçirilmişdir.
Monitorinqlərin keçirilməsində MDB PAA DİMBİ Bakı filialının regional
qərargahlarının ekspertləri də iştirak etmişlər. Ekspertlər monitorinqləri beşinci
çağırış parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və
tədbirlərin təqvim planı və MDB PAA DİMBİ Bakı filialının iş planına uyğun
olaraq ayrıca plan əsasında keçirmişlər.
MDB PAA DİMBİ Bakı filialının monitorinq istiqamətləri 01 noyabr 2015-
ci il parlament seçkilərinin bütün əsas istiqamətlərini əhatə etmişdir. Monitorinqlər
seçkilərin başlanması barədə elanın verilməsindən20 noyabr 2015-ci ilədək davam
etmişdir.
Filial tərəfindən monitorinqlərin keçirilməsi dövründə 2015-ci il parlament
seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim
planından kənarlaşma və seçki qanunvericiliyinin ciddi pozuntusu qeydə
alınmamışdır.
Dostları ilə paylaş: |