31 avqust 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın avqustun 19-
da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra iclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə
seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma
qaydası ilə bağlı məsələyə baxılıb. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi
seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə
edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları
ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin
yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5250000 (beş milyon
iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi
Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə edilib və həmin partiyalar
tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiyanın iclasında vətəndaşların seçki hüquqlarının daha səmərəli
təmin olunması məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları
haqqında” Təlimata dəyişiklik edilib.
14
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilib. Beynəlxalq və xarici qurumların
təmsilçilərinin, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
02 sentyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın
avqustun 29-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik
İslahatlar Siyasi Partiyası və Böyük Quruluş Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin
müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər
səlahiyyətli nümayəndələr kimi qeydə alınıblar. Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
02 Sentyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib. M.
Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı
təşviqatın aparılması oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da
dayandırılacaq. M. Pənahov siyasi partiyaların Təqvim Planında göstərilən
müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmamalı olduğunu, bunun
qanun pozuntusu sayıldığını qeyd edib. MSK sədri siyasi partiyaları bu həssas
məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.
03 Sentyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyası və Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə seçkilərə dair
müraciətlərə həsr olunmuş seminar başlamışdır. Dairə Seçki Komissiyalarının
nəzdində yaradılan ekspert qruplarının üzvləri üçün təşkil edilən seminar 3 gün
davam etmişdir.
15
MSK sədrinin müavini Natiq Məmmədov tədbirdə deyib ki, Azərbaycan
sovet
məkanından, avtoritar, totalitar rejimdən müstəqillik dövründə
demokratiyaya doğru uzun bir yol keçib və xalq öz hakimiyyətinin
formalaşmasında birbaşa iştirak etmək hüququ əldə edib. O, çoxpartiyalı sistemdə
xalqın demokratiyaya verdiyi töhfənin artdığını vurğulayıb: “Azərbaycanda 5
milyondan çox seçici, qeydiyyata alınmış 55 siyasi partiya var. Qətiyyətlə deyə
bilərik ki, Azərbaycan seçki sistemi xalqın iradəsini ortaya qoymaq baxımından
uğurlu seçki sistemi sayıla bilər. Bunu Azərbaycanla əməkdaşlıq edən beynəlxalq
qurumlar da etiraf edir”. Seçki sisteminin daha da inkişaf etdirməsi sahəsində
beynəlxalq təşkilatlarla əməkdaşlığı önəmli sayan MSK sədrinin müavini bu
istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu söyləyib: “Dünyada
seçkilər problemlərdən xali deyil və Azərbaycan da istisna deyil. 2010-cu il
parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına 267 şikayət və müraciət daxil
olub. 2013-cü il prezident seçkilərində 19 şikayət və müraciət, 2014-cü il bələdiyyə
seçkilərində 96 şikayət daxil olub. Azərbaycanda seçki sistemi təkmildir. 5
milyona nisbətdə 15, 50, 100 nəfər narazı qala bilər. Ancaq biz onların da
şikayətini araşdırırıq, hər kəsin hüquqlarının qorunmasına çalışırıq. Əsas
məqsədimiz istənilən fərdin hüquqlarına hörmətlə yanaşmaq, pozulmasına yol
verməməkdir”.
N. Məmmədov deyib ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı Avropa
İnsan Hüquqları Məhkəməsində bəzilərinin hüquqlarının pozulduğu əksini
tapıb, məhkəmənin bu sahədə 14 qərarı var. O, Azərbaycanda seçkiləri adətən 50
min müşahidəçi tərəfindən izlənildiyini nəzərə çatdırıb: “Təəssüf ki, bəzi hallarda
müşahidə missiyaları seçkiyə müşahidə deyil, kiminləsə söhbət əsasında qiymət
verir. Müşahidənin məkanı və yeri haqqında məlumat vermirlər və onların
müşahidələrinin nəticələri Avropa Məhkəməsinin qərarında əksini tapmır”.
MSK sədrinin müavini Azərbaycan torpaqlarının işğalı seçkilərin keyfiyyətinə,
seçki təcrübəsinə böyük zərbə vurur: “Məcburi köçkünlər bələdiyyələrini
formalaşdıra bilmir, parlament və prezident seçkilərində iştirakı ilə bağlı müəyyən
16
problemlər qalmaqladır. Avropa İnsan Hüquqları Məhkəməsi bir nəfərin
hüquqlarının pozulması ilə bağlı qərar verirsə, qaçqın və məcburi köçkünlərin
timsalında çoxlu sayda insanın hüquqlarının pozulması məsələsi də diqqətdən
kənarda qalmamalıdır”. N. Məmmədov qarşılıqlı tənqidlərə dözümlü olmağı vacib
sayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili
Toralf Pilts bildirib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir:
“Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanda bu
sahədə əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyasının fəaliyyətində bu sahədə
nailiyyətlər əldə olunub, beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alınır. Bizim
birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə töhfəsini verir”.
Daha sonra seçki məsələləri üzrə ekspert Sergey Kalçenko “Seçkilərlə bağlı
müraciətlərə dairə komissiyaları tərəfindən baxılması: Avropa standartları və
Azərbaycan Respublikasının qanunvericiliyinə dair Təqdimat”la çıxış edib.
İrimiqyaslı maarifləndirmə layihəsi kimi sentyabrın 3-dən başlanan regional
seminarlar Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək
davam edəcək və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının bütün
ekspert qruplarının üzvləri qatılacaqlar.
04 sentyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın
avqustun 31-də keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra, 2015-ci il
noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Milli Dirçəliş
Hərəkatı Partiyası, Müsavat Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli
İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Sosial Demokrat
Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə
edilib və adıçəkilən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
17
Milli Məclisə seçkilərdə birgə iştirak etmək məqsədilə Aydınlar Partiyası,
Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat
Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və
Vətəndaş və İnkişaf Partiyası tərəfindən yaradılmış “AZADLIQ-2015” siyasi
partiyalar bloku Komissiya üzvlərinin müzakirəsindən sonra MSK-nın qərarı ilə
qeydə alınıb və blokun emblemi təsdiq edilib. İclasda bəzi seçki dairələri dairə
seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Beynəlxalq qurumların və
kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
08 sentyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il sentyabrın 02-də və 04-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun,
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının, Azərbaycan Milli İstiqlal
Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Müsavat Partiyasının,
Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Demokrat Partiyasının
səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya
üzvlərinin müzakirəsindən sonra sözügedən blok və partiyalar tərəfindən təqdim
olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Beynəlxalq
qurumların
və
kütləvi
informasiya
vasitələrinin
nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
12 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyası 2015-ci il noyabrın 01-
nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar
müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Deputatlığa
namizədlər üçün yaddaş kitabçası” hazırlayıb. Layihənin həyata keçirilməsində və
18
nəşrin hazırlanmasında məqsəd Milli Məclis üzvlüyünə seçilmək niyyətində olan
vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki
yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan
yaratmaqdır.
Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı
atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə
ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi
Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
“Deputatlığa
namizədlər üçün yaddaş kitabçası”nı aşağı seçki
komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet
səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.
12 sentyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 8
sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə
dair yekun protokollarının hazırlanma qaydası barədə qərar qəbul olunub.
Komissiyanın qərarı ilə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar
Siyasi Partiyası, “AZADLIQ-2015” siyasi partiyalar bloku, Müsavat Partiyası və
Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
19
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak
etdikləri iclasda cari məsələlərə də baxılıb.
16 sentyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il sentyabrın 12-də keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra 2015-ci il
noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar bloku və Azərbaycan Demokratik
İslahatlar Siyasi Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin
qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra
sözügedən blok və partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak
etdikləri iclasda cari məsələlərə də baxılıb.
18 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasının elan etmişdir ki,
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq
məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri
qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən
kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- “Azərbaycan” qəzeti;
- “Xalq qəzeti”;
- “Bakinski raboçi” qəzeti.
20
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri
təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir
vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə
bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq
bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına
görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün
keçənədək dərc etməlidirlər.
18 sentyabr 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 16
sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilmiş şəxs
Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq olunub.
Komissiyanın iclasında Azərbaycan Respublikasının Milli Məclisinə 1
noyabr 2015-ci ilə təyin edilmiş seçkilərdə Vəhdət Partiyası və Azərbaycan
Demokratik Maarifçilik Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli
nümayəndələrin qeydə alınması, həmçinin Azərbaycan Demokrat Partiyasının
səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilib. İclasda
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar
daxil olmuş müraciətə də baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra
müraciətlə bağlı müvafiq qərar qəbul olunub. Xarici qurumların və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də
baxılıb.
21
19 sentyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib.
İclasda əvvəlcə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli Demokrat Partiyası
tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsi
müzakirə edilib və sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər
səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Sonra Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətə baxılıb və
Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərar qəbul edilib. Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də
baxılıb.
19 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə
əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində
“Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli
Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş
kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda,
müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın
təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. “Müşahidəçilər üçün
yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet
səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
19 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-
ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası
22
müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Polis
əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası”
hazırlayıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış
yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.
Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü
və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti
vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri
barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki
Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi
normativ xarakterli aktlar əsasında hazırlanıb.
23 sentyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il
sentyabrın 18-də və 19-da keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə
təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni və forması təsdiq
edilib, ümumilikdə 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir)
seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası, Azərbaycan Milli
Demokrat Partiyası, Ana Vətən Partiyası və “AZADLIQ-2015” siyasi partiyalar
bloku tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması
məsələsinə baxılıb və sözügedən siyasi partiyalar və siyasi partiyalar bloku
tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
23
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində də dəyişikliklər edilib. İclasda, həmçinin Milli Məclisə seçkilərlə
əlaqədar daxil olmuş müraciətlərə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən
sonra müvafiq qərarlar qəbul olunub. Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
26 sentyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara
baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən Komissiya
vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil
olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ
şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
28 sentyabr 2015-ci ildə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilıb. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 23
sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq olunub. Sonra Mərkəzi
Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilib.
İclasda 2015-ci il noyabr ayının 1-nə təyin edilmiş Azərbaycan Respublikası
Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
24
müraciətlərə də baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq
qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda
cari məsələlərə də baxılıb.
Dostları ilə paylaş: |