02 sentyabr 2015. Dairə Seçki Komissiyalarında Yeni Azərbaycan
Partiyasından namizəd qismində qəydə alınmış şəxslərin imza vərəqələrinin
yoxlanması örosesi yekunlaşma mərhələsindədir. YAP tərəfindən Milli Məclis
deputatlığına namizədliyi irəli sürülmüş 25 namizəd artıq qeydə alınmışdır.
12 sentyabr 2015. Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar olaraq
125 dairə üzrə 498 şəxsin namizədliyi təsdiq edilmişdir. Namizədliyi təsdiq
edilmiş şəxslərdən 286-sı dairə seçki komissiyalarından imza vərəqələri almışlar.
38
AR MSK rəhbəri M. Pənahovun sözlərinə görə MSK tərəfindən 75 müşahidəçi, o
cümlədən 69-u öz təşəbbüsü ilə, 5-i isə QHT-lərin təşəbbüsü ilə olmaqla qeydə
alınmışdır.
16 sentyabr 2015. Ayın 16-dək deputatlığa 665 nəfərin namizədliyi irəli
sürülmüşdür. Onlardan 338-nin partiyalar, 25-nin “Azadlıq - 2015” siyasi
partiyalar bloku, 2-nin təşəbbüs qrupları tərəfindən, 300-nün isə namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüşdür. Deputatlığa namizədliyi irəli sürülmüş şəxslərdən
508 nəfərin namizədliyi artıq təsdiq edilmiş və onlara imza vərəqləri verilmişdir.
MSK-da 95 müşahidəçi qeydə alınmışdır. Onlardan 86-sı öz təşəbbüsü, 9-u isə
QHT-lərin təşəbbüsü ilə qeydə alınmışlar.
17 sentyabr 2015. 17 sentyabradək artıq 743 nəfərin namizədliyi irəli
sürülmüşdür. Onlardan 369-nun siyasi partiyalar, 29-nun “Azadlıq - 2015” siyasi
partiyalar bloku, 2-nin təşəbbüs qrupları tərəfindən, 343-nün isə namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüşdür. Deputatlığa namizədliyi irəli sürülmüş şəxslərdən
558 nəfərin namizədliyi artıq təsdiq edilmiş və onlardan 469-na imza vərəqləri
verilmişdir. MSK-da 95 müşahidəçi qeydə alınmışdır. İmza vərəqələrini almış 469
nəfərdən 30-u artıq onları geri qaytarmışdır.
23 sentyabr 2015. 125 seçki dairəsindən 1183 nəfərin namizədliyi təsdiq
edilmişdir. Təsdiq edilmiş namizədlərdən 270-i dairə seçki komissiyalarından imza
vərəqələri götürmüşlər. 23.09.2015-dək MSK tərəfindən 102 müşahidəçi, o
cümlədən 91-i öz təşəbbüsü ilə, 10-u QHT-lərin təşəbbüsü ilə, 1-i isə xüsusi icazə
əsasında olmaqla qeydə alınmışdır.
28 sentyabr 2015. Deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin sayı
1660 nəfərə çatmışdır. Onlardan 660-nın siyasi partiyalar, 60-nın siyasi partiyalar
bloku, 3-nün təşəbbüs qrupları tərəfindən, 937-nin isə namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüşdür. Deputatlığa irəli sürülmüş 1461 nəfərin namizədliyi artıq təsdiq
edilmiş, onlardan 1352-nə imza vərəqələri verilmiş, onlardan isə 521-i imza
vərəqələrini geri qaytarmışdır. 317 nəfərin deputatlığa namizədliyi qeydə
39
alınmışdır. 28.09.2015-dək MSK-da 108 müşahidəçi, o cümlədən 97-si öz
təşəbbüsü ilə, 10-u QHT-lərin təşəbbüsü ilə, 1-i isə xüsusi icazə əsasında olmaqla
qeydə alınmışdır.
2 oktyabr 2015. Qeydə alınmış namizədlərin sayı 882-yə çatmışdır.
Onlardan 213-ü siyasi partiya , 5 –i “Azadlıq -2015” siyasi partiyalar bloku, 2 –si
təşəbbüs qrupu tərəfindən, 662 –i isə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş
namizədlərdir.
7 oktyabr 2015. MSK, Parlament seçkilərində iştirak üçün 1190 nəfərin
namizədliyini qeydə alıb. Məzahir Pənahovun sözlərinə görə deputatlığa
namizədliyi qeydə alınanlardan 263 nəfərinin namizədliyi siyasi partiyalar
tərəfindən, 15 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2
nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 910 nəfərin namizədliyi isə öz
təşəbbüsü ilə irəli sürülmüşdür.
08 oktyabr 2015. MSK parlament seçkilərində iştirak etmək üçün 1233
nəfərin namizədliyini qeydə almışdır. Bunlardan 274-ü siyasi partiyalar, 18-i
“Azadlıq - 2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları
tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülmüşdür.
40
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinin müşahidəsi
Azərbaycan Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair
ərizə seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün
qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə
aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı,
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqların
təmsil olunacaq namizədin adı, referendum üzrə təşviqat qrupunun adı, qeyri-
hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi
ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair
qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir.
Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq
olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi Seçki Komissiyası
tərəfindən icazə verilmədikdə, Mərkəzi Seçki Komissiyasının bu qərarından
apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Müşahidənin
aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının
müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.Seçki dairəsinin ərazisində
müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq
seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim
edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının
adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət
olduqda isə həm də maraqlarını təmsil edən referendum üzrə təşviqat qrupunun
adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və
hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir
ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2
gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə
göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə
41
dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının
bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin
aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.
Beynəlxalq müşahidəçi qeydə alınmaq üçün Seçki Məcəlləsinin 40.7-ci
maddəsində göstərilən sənədləri təqdim edir. Mərkəzi Seçki Komissiyası
beynəlxalq müşahidəçiyə dövlət dilində və xarici dillərin birində onun təqdim
etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə — lövhəcik verir. Yalnız belə
lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması və
keçirilməsi dövründə Seçki Məcəlləsinin 40-42-ci maddələrinə uyğun olaraq
fəaliyyət göstərmək imkanı verir.
Azərbaycanda 08 oktyabr 2015-ci ilədək parlament seçkilərini müşahidə
etmək üçün 121 nəfər, o cümlədən 110 nəfər öz təşəbbüsü ilə, 10 nəfər QHT-lərin
təşəbbüsü ilə, 1 nəfər isə xüsusi icazə əsasında qeydə alınmışdır (MSK iclaslarını
müşahidə etmək üçün).
2015-ci ilin oktyabr ayında müşahidəçilərin qeydiyyatı aşağıdakı qaydada
olmuşdur:
16.10.2015-ci ildə qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 19
beynəlxalq strukturdan 222 nəfər təşkil etmişdir. Dairə seçki
komissiyalarında isə 7079 müşahidəçi qeydiyyatdan keçmişdir.
17.10.2015-ci ildə MSK sədri Məzahir Pənahovun sözdərinə görə 283
beynəlxalq müşahidəçi qeydiyyatdan keçmişdir;
20.10.2015-ci ildə MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı 318-ə
çatmışdır;
22.10.2015-ci
ildə
MSK-da
qeydiyyatdan
keçmiş
beynəlxalq
müşahidəçilərin sayı 426-ya çatmışdır.
42
26.10.2015-ci ildə Azərbaycanda parlament seçkilərini müşahidə etmək
üçün 501 nəfər qeydiyyatdan keçmişdir. Onlar dünyanın 27 ölkəni və 40
təşkilatı təmsil etmişlər. DSK-larda qeydiyyat keçən yerli müşahidəçilərin
sayı 63 mindən çox, MSK-da isə 2619 olmuşdur.
43
Azərbaycan Respublikası Milli Məclisə seçkilərinin təşkili və keçirilməsinin
maliyyə məlumatları
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin hazırlanmasına və
keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərindən istifadə
Azərbaycan Respublikasının Seçki Məcəlləsi, “Büdcə sistemi haqqında”
Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan
maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən
vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında təlimatla
tənzimlənir.
Azərbaycan Respublikasında Milli Məclisinə seçkilərinin hazırlanması və
keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin
təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.
Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu
seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil
olan pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır.
Mərkəzi Seçki Komissiyasına seçkilərin keçirilməsi üçün daxil olmuş pul
vəsaiti səsvermə gününə ən geci 35 gün qalmış dairə seçki komissiyalarına
köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün
qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər.
Namizəd birmandatlı seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə
dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz
seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır.
44
Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi
partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələrinin 60-dan
çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim
etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi
seçki hesabı açırlar.
Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsindən Milli Məclisinə
deputat seçkilərin keçirilməsi ilə bağlı 41 777 000,0 manat vəsait ayrılıb. Bu
barədə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında"
Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulur. Dairə seçki
komissiyalarının saxlanılması ilə bağlı xərclər 8 872 000,0 manat, seçici
siyahılarının dəqiqləşdirilməsi ilə bağlı xərclər isə 4 434 000,0 manat məbləğındə
müəyyən edilib.
Mərkəzi Seçki Komissiyasına ayrılan vəsaitin məbləği 55 083 000,0 manat
təşkil edib.
45
Seçici siyahılarının vəziyyəti
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 48.1 maddəsinə əsasən
Məntəqə Seçki Komissiyaları seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr
aparılması üçün seçici siyahılarını səsvermə gününə ən azı 35 gün qalmış məlumat
lövhəsində yerləşdirir. 2015-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə
vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib.
Qanunvericilikdə nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 46.1 maddəsinə əsasən seçici siyahıları səsvermə gününə azı 25
gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə
günü də daxil olmaqla) seçici siyahılarına seçici, Mərkəzi Seçki Komissiyasının
müəyyən etdiyi qaydada yalnız Məntəqə Seçki Komissiyası tərəfindən əlavə edilə
bilər. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki
komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki
komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri
üzrə seçici siyahılarını dəqiqləşdirib, əlaqədar qurumlardan daxil olmuş
məlumatlarla bir daha təhlil edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına
(MSK) təqdim ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat
bazasını toplayaraq orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin
məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir
daha dürüstləşdirib və artıq bu əhatəli və irimiqyaslı prosesə yekun vurulub.
2015-ci il may ayının 27-də MSK üzvləri və kütləvi informasiya
vasitələrinin nümayəndələrinin də iştirakı ilə Katibliyin İnformasiya Mərkəzində
ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanışlıq olub.
Son dürüstləşdirmə işləri aparılaraq DSK-lara qaytarılmış seçici siyahılarının çap
prosesi, saxlanma şəraiti və digər aidiyyəti məsələlərlə tanış olan Komissiya
üzvləri və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının
tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi fasiləsiz online rejimdə işləyən
46
dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. MSK-nı
fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə
birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya
mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək
seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Belə ki, seçicilər haqqında
ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan
yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin
siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət
avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilib.
MSK
tərəfindən
atılmış bir sıra addımlar seçici sıyahılarının
dəqiqləşdirilməsi, seçicilərin öz adlarını seçici sıyahılarında yoxlamaq
mexanizmlərin təkmilləşdirilməsinə imkan vermişdir. Belə ki, seçicilərin ünvanları
seçki məntəqələrindəki məlumat lövhələrində yerləşdirilən seçici siyahılarında və
MSK-nın
“Seçkilər”
İnformasiya
Mərkəzinin
internet
səhifəsində
(www.infocenter.gov.az) açıq göstərilir. Seçicilər bu səhifəyə daxil olaraq öz
adlarının seçici sıyahısında olub-olmadığını öyrənmək imkanı əldə etmişlər. Adları
seçici siyahısında olmayan vətəndaşlar “Seçkilər” İnformasiya Mərkəzinin internet
səhifələrində (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az)
elektron “Qaynar xətt”ə müraciət etməklə və ya 115 saylı telefona zəng etməklə
adlarını seçici sıyahısına daxil edə bilərlər.
2015-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi
işini başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları
tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına
göndərilməsinə, eyni zamanda, respublika üzrə seçicilərin daimi siyahısının dövlət
avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq rəsmi internet
səhifəsində yerləşdirməklə ictimailəşdirilmişdir. Bu mexanizmlər seçici
sıyahılarının dəqiqiləsdirilməsi və yoxlanmasında tam şəffaflığa, demokratikliyə
nail olmağa imkan verir. Bu mexanizmləri eyni zamanda seçici sıyahılarının
47
dəqiqiləşdirilməsi və yoxlanılmasında əvvəllər müşahidə olunan problemlərin
aradan qaldırılması istiqamətində mühüm nailiyyət hesab etmək olar.
Qeyd edək ki, 27.05.2015-ci il tarixinə olan məlumata görə, ölkə üzrə vahid
seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7
faizi isə qadınlardır.
Seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı barədə
statistik məlumat
Seçki dairələrinin sayı
125
Seçki məntəqələrinin sayı
5386
Daimi seçicilər
Rəqəmlə
Faizlə
Qeyd
Cəmi sayı
5 093 289 100,0
O cümlədən:
Cinsi mənsubiyyət üzrə
Kişi
2 460 328 48,3
Qadın
2 632 961 51,7
Yaş qrupları üzrə
Yaşı 18 olan
33 746
0,7
48
Yaşı 19-26 olan
879 292
17,3
Yaşı 27-35 olan
1 059 739 20,8
Yaşı 35-45 olan
923 397
18,1
Yaşı 46-55 olan
1 039 868 20,4
Yaşı 56-65 olan
701 257
13,8
Yaşı 66-75 olan
249 124
4,9
Yaşı 76-85 olan
180 552
3,5
Yaşı 86-99 olan
25 613
0,5
Yaşı 100 və yuxarı
olanlar
701
0,01
Əvvəlki dəqiqləşmə tarixinə görə seçici dinamikası
Tarix
Seçici sayı
Əvvəlki ilə nisbətən fərq
Rəqəmlə
Faizlə
30 may 2009 - cu il
4 769 149 -
-
30 may 2010 - cu il
4 829 888 60 739
1,3
30 may 2011 - ci il
4 873 642 43 754
0,9
49
30 may 2012 - ci il
4 922 600 48 958
1,0
30 may 2013 - cü il
4 986 296 63 696
1,3
29 may 2014 - cü il
5 054 455 68 159
1,4
27 may 2015 - ci il
5 093 289 38 834
0,8
50
Milli Məclisin deputatlıgına namizədlərin KİV-dən istifadə edilməsində
bərabər şərtlərin təmin edilməsinin təhlili
MDB PAA DİMBİ-nin Bakı filialının KİV-in uzunmüddətli monitorinqi
2015-ci il sentyabr ayının 1-i başlamış və əsasən ölkədə fəaliyyət göstərən
informasiya agentliklərini əhatə etmişdir. Təhlilin ilk obyektləri 2015-ci il
noyabrın 1-nə təyin edilmiş Parlament seçkilərinə həsr olunmuş materiallar, “2015-
ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər barədə” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli
Sərəncamı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən
Beşinci Çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin
hazırlanması və keçirilməsinə dair əsas hərəkət və tədbirlərin Təqvim Planının 29
avqust 2015-ci il tarixdə təsdiq edilməsi, Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası iclaslarının qərarları və s. oldular.
Qeyd etmək lazımdır ki, seçkilərin birinci həftəsinin KİV materialları
həmçinin 2015-ci il 1 noyabr parlament seçkilərinə dair hərəkət və tədbirlər barədə
MSK-nın məlumatları, ölkənin müxtəlif siyasi liderlərin seçkilər barədə
müsahibələri, seçkilərin gələcək müşahidəsi üzrə müxtəlif beynəlxalq təşkilatların
rəyləri, namizədlərin, Yeni Azərbaycan partiyası namizədlərinin partiya siyahısının
irəli sürülməsi, seçkilərlə əlaqədar müraciətlərə həsr olunmuş, MSK və Avropa
Şurası tərəfindən təşkil olunmuş seminar və s. ilə zəngin olmuşlar.
Seçkilərin birinci həftəsi KİV-in diqqət mərkəzində olan vacib məsələ 2015-
ci il 1 noyabr Azərbaycan Respublikasının parlament seçkilərinin müşahidəsinə
dair ATƏT-in planlarına həsr edilmiş xəbərlər idi. Sentyabrın biri KİV-in
səhifələrində bu payızda Azərbaycanda parlament seçkilərinin müşahidəsi üçün
ATƏT missiyasının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
(DTİHB) formalaşdırılması barədə məqalələr yerləşdirilmişdir.
51
Digər məşhur xəbərlər keçirilmiş MSK iclasının nəticələri barədə
olmuşldur. MSK-nın iclasında Böyük quruculuq partiyasının - 12, “Ümid”
partiyasının – 37 və “Demokratik islahatlar” partiyasının 6 səlahiyyətli
nümayəndəsi təsdiq edilmi.dir. İclasda MSK-nın sədri M.Pənahov həmçinin
seçkiqabağı təşviqatın müəyyən olunmuş müddətdən əvvəl başlanmasının
yolverilməzliyi barədə siyasi partiyaların nümayəndələri və müstəqil namizədləri
xəbərdarlıq etmişdir.
İlk həftədə həmçinin, tərkibinə 7 siyasi partiya: “Aydınlar”, “Azadlıq”,
“Vətəndaş və İnkişaf”, “Azərbaycan Xalq Partiyası”, “Liberal-Demokratik”, “Dahi
Azərbaycan” “Klassik Xalq Cəbhəsi“ daxil olmuş “Azadlıq-2015” siyasi bloku
qeydiyyata alınmışdır. Yeni blokun emblemi təsdiq edilmişdir.
Seçkilərin ikinci həftəsinin materiallarını əsasən MSK-nın başçısı Məzahir
Pənahovun sədrliyi ilə keçirilən MSK-nın 12 sentyabr tarixli iclasının nəticələri
barədə xəbərlər təşkil etmişdilər. İclasda seçkilərdə iştirak etmək üçün 286
namizəd təsdiq edilmişdir. MSK eləcə də parlament seçkilərində səsvermənin
nəticələrinə görə yekun protokolların hazırlanması qaydasını təsdiq etmişdir.
Müşahidəçi qismində seçkilərdə iştirak etmək üçün 74 nəfər MSK-nın
qeydiyyatından keçmişdir.
Parlament seçkilərinin ikinci həftəsində həmçinin ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycana müsahidə
missiyasının göndərməməsi barədə qərarına dair xəbərlər aktual olmuşdur. Bu
barədə təskilatın saytında yerləsdirilən ATƏT DTİHB-nun direktoru Maykl Corc
Linkin bəyanatında deyilir.
Digər məqalələr seçki prosesi subyektlərinin maarifləndirilməsinə dair
tədbirlər çərçivəsində olan MSK tərəfindən deputatlığa namizədlər üçün Yaddaş
kitabçasının hazırlanması barədə xəbərləri əks edirdilər.
52
Seçki kampaniyasının üçüncü həftəsi hakim Yeni Azərbaycan partiyası idarə
heyətinin iclası ilə əlamətdar olmuşdur. Çünki sentyabrın 16-dək hakim partiya
uzun müddət müzakirə obyekti olan namizədlərin vahid partiya siyahısını
açıqlamamışdır. Nəticədə 16 sentyabr 2015-ci il partiyanın iclasında namizədlərin
siyahısı təsdiq edilmişdir.
Digər vacib xəbərlər MSK-nın iclası ilə bağlı idilər. Həmin iclasda MSK-nın
sədri M.Pənahov qeyd etmişdir ki, seçkilərdə istirak etmək üçün öz namizədliyini
665 ºəxs irəli sürmüºdür, o cümlədən, 338 – siyasi partiyalardan, 25 – seçki
blokundan, 2 – təşəbbüs qruplarından, 300 – öz təşəbbüsü ilə. M.Pənahov
həmçinin qeyd etmişdir ki, seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün
MSK-ya 95 şəxs müraciət etmişdir, onlardan 86 – öz təşəbbüsü ilə, 9 – qeyri-
hökümət təşkilatlarından. İclasda “Azadlıq-2015” seçki blokundan – 18,
“Demokratik İslahatlar Partiyası”ndan 5 səlahiyyətli nümayəndə təsdiq
olunmuşdur.
Həftənin digər vacib xəbəri – AŞPA-nın Azərbaycanda parlament seçkilərini
müşahidə etmək niyyəti idi. AŞPA-nın mətbuat xidmətinin xəbər verdiyinə görə,
ispaniyalı deputat Cordi Çuklanın başçılıq etdiyi 5-6 nəfərdən ibarət olan Avropa
Şurasının Parlament Assambleyasının nümayəndə heyəti noyabr ayında parlament
seçkilərindən əvvəl seçkiqabağı vəziyyətin və seçki kampaniyasının gedişinin
qiymətləndirilməsi üçün Azərbaycanı ziyarət edəcək.
Seçkilərin 4-cü həftəsində KİV-də Azərbaycanda AŞPA-nın nümayəndə
heyətinin fəaliyyəti barədə informasiya daşıyan məqalələr işıqlandırılmışdır. MSK-
nın mətbuat xidmətinin xəbər verdiyinə görə, 21 sentyabr MSK-nın sədri Məzahir
Pənahov Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti
ilə görüşüb. Sözügedən nümayəndə heyəti Azərbaycana ölkədə seçkigabağı
vəziyyətin qiymətləndirilməsi məqsədi ilə səfər etmişdir. Görüşdə M.Pənahov
nüfüzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif
53
strukturları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd
etmişdir. O, keçirilmiş tədbirlər, planlaşdırılmış layihələr barədə məlumatı təqdim
etmişdir.
21 sentyabr Avropa Şurasının Parlament Assambleyasının seçkiləri
müşahidə missiyasının aparıcı tərkibi Milli Məclisdə olmuşdur. İlk öncə qonaqlar
Milli Məclisin sədr müavini, parlamentdə bitərəflər qrupunun nümayəndəsi Valeh
Ələskərovla görüşmüşlər. Sonra missiya üzvləri Yeni Azərbaycan Partiyasının
Milli Məclisdə olan nümayəndələri ilə görüşdülər. Sonra AŞPA nümayəndə heyəti
parlamentdə təqdim olunmuş digər siyasi partiyaların rəhbərləri ilə görüşmüşdür.
Baxılan müddətdə digər məqalələr aşağıdakı mövzularda olmuşlar:
1.
Parlament seçkilərində iştirak etmək üçün Heydər Əliyev Fondunun
Prezidenti, Milli Məclisin deputatı, hakim partiyanın sədr müavini Mehriban
Əliyevanın namizədliyinin qeydiyyatı;
Dostları ilə paylaş: |