Ümumi xarakterli materiallar:
“ELS” Mərkəzi ilə seçkilərdə “exit-poll” keçirilməsi barədə müqavilə
imzalanmışdır;
Parlament seçkiləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir – mətbuat
Şurasının idarə heyətinin üzvü Azər Həsrət;
“Exit-poll” keçirilməsinə 33 min manat sərf olunacaqdır – “ELS” Mərkəzi;
Rusiya KİV-ləri Azərbaycanda keçirilən seçkilərin gedişini diqqətlə
izləyirlər – Rusiyanın birinci kanalının Azərbaycandakı seçkilər barədə
reportajı;
89
“ELS” müstəqil araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 1 noyabrda
Milli Məclisə keçiriləcək seçkilər zamanı həmin struktur tərəfindən “exit-
poll” keçirilməsinə həsr olunmuş mətbuat konfransı keçirmişdir;
“RƏY” monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov 1 noyabr 2015-ci
ildə Milli Məclisə seçkilərdə “exit-poll” keçirilməsinin təşkili ilə bağlı
mətbuat konfransı keçirmişdir;
Müsavat partiyası parlament seçkilərində iştirakdan imtina etmişdir. APA-
nın məlumatına görə, bugünki mətbuat konfransında Müsavat partiyasının
başqanı Arif Hacılı bəyan etmişdir ki, bu qərar Müsavat partiyası Divanının
dünən keçirilən növbədənkənar iclasında qəbul olunmuşdur.
“RƏY” Mərkəzi Azərbaycanın 60 seçki məntəqəsində “exit-poll”
keçirəcəkdir.
Milli Məclis seçkilərində 767 namizəd iştirak edəcəkdir – Mərkəzi Seçki
Komissiyası katibliyinin ictimaiyyətlə əlaqələr və mətbuat üzrə şöbəsi.
MSK Müsavat partiyasının nümayəndəsinin şikayətini təmin etmişdir. MSK-
nın iclasında Müsavat partiyasının Masallı rayon təşkilatının sədri Xasay
Səfəroğlunun şikayətinə baxılmışdır.
“Azərbaycanda insanlar seçkilərə böyük maraq göstərirlər. Seçicilərə
səsvermədə iştirak üçün hər cür şərait yaradılır” – «AJF&Associates, Inс.»
şirkətinin əməliyyatlar üzrə direktoru Co Annae Barnhart.
Fransanın “Opinion way” tədqiqatlar institutu onlar tərəfindən aparılan
“exit-poll” metodologiyası barədə məlumat vermişdir.
Seçki monitorinq koalisiyası “Parlament – 2015” seçkilərlə bağlı birinci
aralıq hesabatını təqdim etmişdir.
Azərbaycanda dürüst seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır
– Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının
(AVCİYA) seçki qərargahı keçiriləcək parlament seçkiləri ilə əlaqədar
monitorinqin nəticələri haqqında hesabat təqdim etmişdir.
90
Azərbaycanda parlament seçkilərini 66 min müşahidəçi izləyəcəkdir.
Azərbaycan Mətbuat Şurası (MŞ) 1 noyabrda keçiriləcək parlament
seçkilərinin jurnalistlər tərəfindən işıqlandırılmasının monitorinqini
aparacaqdır. Bunun üçün MŞ-nın idarə heyətinin üzvləri ölkənin
regionlarında jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə MŞ-
nın üzvləri olan mərkəzi və regional KİV-lərin işçiləri cəlb olunmuşdurlar.
Monitorinq seçki dairələrinin əksəriyyətini əhatə edəcəkdir.
“Mən “Müsavat” partiyasının seçkilərlə bağlı qərarına hörmətlə yanaşıram,
lakin 1 noyabr parlament seçkilərində iştirak edəcəyəm”. Bu barədə Reporta
verdiyi məlumatda namizədliyi “Müsavat” partiyasının təşəbbüsü ilə 79
saylı İmişli seçki dairəsi üzrə irəli sürülmüş İltizam Əkbərli bildirmişdir.
Bakı. 29 oktyabr. Report.az. “Müsavat” partiyasından xaric olunmuş
başqanlıq postuna sabiq namizəd, “Demokratiya və Azərbaycanın
firavanlığı” (DAF) hərəkatının sədri Qubad İbadoğlu, partiyanın 1 noyabr
parlament seçkilərində iştirakdan imtina etməsinə münasibət bildirmişdir.
Oktyabr ayının 31-də Azərbaycanda 1 noyabrda keçiriləcək parlament
seçkiləri çərçivəsində deputatlığa namizədlərin seçkiqabağı kampaniyası
üçün ayrılan müddət başa çatır.
Azərbaycan seçkilər öncəsi telekommunikasiya şəbəkəsinin təhlükəsizliyini
gücləndirmişdir.
Azərbaycan rabitə və yüksək texnologiyalar Nazirliyi öz struktur
bölmələrinə parlament seçkilərinin gedişi zamanı rabitə, internet, televiziya,
radio və poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə fasiləsiz işin təmin
olunması tapşırığını vermişdir. Bu barədə cümə günü Trendə nazirin
müşaviri Müşviq Əmirov demişdir.
Azərbaycanda hərbi qulluqçuların və həbsdə olan şəxslərin səs vermələri
üçün bütün şərait yaradılmışdır – Azərbaycanın insan hüquqları üzrə
müvəkkili (Ombudsman) Elmira Süleymanova.
91
Seçkilər günü Azərbaycanda təcili tibbi yardım gücləndirilmiş iş rejimində
işləyəcək – Azərbaycanın Səhiyyə Nazirliyi.
Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin beynəlxalq
müşahidəsinə sərf olunmuş vəsaitlərin effektivliyini yoxlamaq məqsədi ilə
bu təşkilatın bu ilin sonunadək maliyyə auditinin keçirilməsini təklif
etmişdir.
Federasiya Şurasının parlament dinləmələrində Çurov demişdir:
“Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT) müstəqil,
açıq maliyyə auditinin ilin sonunadək, yaxud gələn ilin birinci yarısında
keçirilməsini təklif edirəm”.
Azərbaycana müşahidəçilər göndərməməsi barədə ATƏT-in qərarı
siyasiləşdirilmiş qərardır – Rusiyanın XİN-i.
RİA Novosti məlumat verir ki, cümə günü Rusiya XİN-in insan hüquqları,
demokratiya və hüququn aliliyi üzrə Müvəkkili Konstantin Dolqov
bildirmişdir ki, Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçiləri
göndərməməsi qərarını siyasiləşdirilmiş qərar hesab edir.
Azərbaycanın birpalatalı parlamentinə seçkilər 1 noyabrda keçiriləcəkdir.
MSK-nın məlumatına görə, parlamentdəki 125 yerə 769 namizəd iddialıdır.
Əvvəllər ATƏT bildirmişdir ki, Azərbaycan parlamentinə seçkilərin
monitorinqini aparmayacaq.
“Seçkilərin təşkilində və onların nəticələrinin sonrakı qiymətləndirilməsində
universal standartlar” mövzusunda parlament dinləmələri zamanı Dolqov
demişdir: “Həqiqətdə şişirdilmiş rəqəmlərin təqdim edildiyi beynəlxalq
müşahidəçilərin sayının azaldılmasına dair hökumətin çağırışlarına cavab
olaraq, ATƏT DTİHB qarşıdan gələn Azərbaycan Respublikası Milli
Məclisinə seçkilərdə iştirakına dair açıq-açığa siyasi qərar qəbul etmişdir”.
92
Seçkilər günü Azərbaycanda bütün seçicilərin və beynəlxalq və yerli
müşahidəçilərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər
görüləcəkdir. Onların təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaqdır –
DİN-in nümayəndəsi, polis polkovniki Ehsan Zahidov.
Azərbaycan vətəndaşları seçkilərdə fəallıq göstərməlidirlər – Bu barədə
Secki-2015.az saytında yerləşdirilmiş, “Düşüncə” Gənclərin İnkişafına
Dəstək İctimai Birliyinin bəyanatında bildirilir.
Seçkilərin nəticələri Azərbaycanla Gürcüstan arasında olan əməkdaşlığa heç
cür təsir etməyəcək – Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat
katibi Kaxa Abdaladze.
1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı qeydiyyata alınmış
namizədlər, onların səlahiyyətli nümayəndələri və etibarlı şəxsləri, həmçinin
qeydiyyatdan keçmiş siyasi partiyalar, siyasi partiyalar blokları, onların
səlahiyyətli nümayəndələri və etibarlı şəxslərinin seçkiqabağı təşviqat
aparmaları üçün ayrılmış vaxt başa çatır.
“Müsavat” partiyasından deputatlığa namizəd “Müsavat” partiyasının 1
noyabr parlament seçkilərində iştirakının dayandırılması qərarı ilə bağlı
partiya rəhbərliyinə müraciət etmişdir.
Azərbaycanda Milli Məclis seçkiləri ilə bağlı “sükut günü”dür.
XİN: Kimin nə deməsindən asılı olmayaraq, seçkilərin yekununu
Azərbaycan xalqının azad iradəsi müəyyən edəcəkdir – Azərbaycan XİN-in
mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev.
Seçkilərin müşahidəsi üzrə məlumat:
Azərbaycanda parlament seçkilərini 501 nəfər beynəlxalq müşahidəçi
izləyəcək;
CAPDI müşahidə missiyası Azərbaycana gəlmişdir;
Yevgeniy Sloboda: MDB-dən olan missiyanın qısamüddətli müşahidəçiləri
Bakıya gəlirlər;
93
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rusiyalı həmkarı
Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nümayəndə heyəti Azərbaycana parlament seçkilərinin gedişini müşahidə
etmək üçün gəlmişdir;
TürkPA-nın müşahidəçiləri Bakıda rəsmi şəxslərlə görüşlər keçirmişlər;
AŞPA-nın müşahidə missiyası Bakıda görüşlər keçirməyə başlayıb;
İsrail DİN-in sabiq rəhbəri Azərbaycanda seçkiləri müşahidə edəcək;
Azərbaycan heç bir qərb dövlətindən geri qalmayan bir ölkədir – Aviqdor
Liberman;
Milli Məclis seçkilərini müşahidə etmək üçün 500-dən artıq beynəlxalq
müşahidəçi qeydə alınmışdır;
1 noyabr Milli Məclis seçkilərinin gedişini müşahidə etməklə bağlı 66 min
müşahidəçi qeydiyyatdan keçmişdir;
TürkPA-nın müşahidə missiyası Azərbaycana gəlmişdir;
MDB müşahidə missiyası Azərbaycandakı seçkiqabağı vəziyyəti
öyrənməkdə davam edir;
Avstraliya parlamentinin nümayəndə heyəti Azərbaycanda seçkiləri
müşahidə edəcək;
Rusiyalı deputatlar Azərbaycandakı seçkiləri müşahidə edəcəklər;
Parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana gəlmiş Avstraliya
parlamentinin nümayəndə heyəti, çərşənbə günü Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür;
MDB müşahidəçiləri Azərbaycanda seçkiqabağı prosesin açıqlığını və
şəffaflığını yüksək qiymətləndirirlər;
Avstraliya parlamentinin nümayəndə heyəti Məzahir Pənahovla
görüşmüşdür;
Mərkəzi Asiya ölkələrinin və Gürcüstanın nümayəndələri Azərbaycandakı
seçkiləri müşahidə edəcəklər.
94
AR MSK-nın materialları, məlumatları:
Məzahir Pənahov: Seçkilərə hazırlıq Təqvim Planına uyğun həyata keçirilir;
MSK-nın sədri seçicilərə müraciət etmişdir;
MSK-nın sədri: “Müsavat” partiyasından olan namizədlərin adları seçki
bülletenlərində qalacaqdır;
Məzahir Pənahov: ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun seçkilərin müşahidəsindən imtina etməyə hüququ yoxdur;
MSK-nın sədri: Polis seçki məntəqəsindən 100 metr kənarda olmalıdır;
Azərbaycanda 5 milliondan artıq seçicilərin səs verməsi üçün bütün şərait
yaradılmışdır – MSK;
“Müsavat”ın seçkilərdə iştirakının dayandırılması barədə qərarı başqa
məqsədlər güdür – MSK;
ATƏT DTİHB Azərbaycanda seçkilərə mühahidəçilər göndərməməsi
hüququ yoxdur – MSK;
Məzahir Pənahov: “Müşahidəçilər arasında elələri də var ki, Azərbaycanı
sevmirlər və seçkilər prosesini sifarişlə müşahidəyə gəliblər”;
MSK sədri: “Milli Məclisdə bir yer üçün altı namizəd mübarizə aparır”;
MSK: Bülletenlərdə Müsavat partiyasından olan namizədlərin adları
saxlanılacaqdır;
MSK Müsavat partiyasının seçkilərdə iştirakını dayandırması barədə
müraciətini qəbul etməmişdir;
“Müsavat Partiyasının qərarı parlament seçkilərinə qərəzli maneə törətmək
kimi qiymətləndirilir”.
01.11.2015. KİV səsvermə günü seçkiləri çox geniş işıqlandırmışdır. Seçkilərin,
səsvermənin gedişi, seçicilərin fəallığı barədə MSK-nın bəyanatları işıqlandırılmış,
beynəlxalq müşahidəçilərin rəylərini, exit-pollu əks etdirən məqalələr
95
yerləşdirilmişdir. Həmçinin beynəlxalq KİV-lərdə işıqlandırılan məqalələr diqqəti
cəlb edirdi. Bütün müsahibələrdə, mətbuat konfranslarında beynəlxalq
müşahidəçilər seçkilərə yüksək hazırlığı, seçki iştirakçılarının fəallığını və
səsvermənin təşkilinin və hazırlığının şəffaflığını qeyd etmişdirlər.
Milli Məclisə seçkilərdə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi
Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci
maddəsinə uyğun aparılır. Seçkiqabağı və referendumqabağı təşviqat (bundan
sonra — seçkiqabağı təşviqatın) aparmaq hüququna aşağıdakılar malikdirlər:
referendum üzrə təşviqat qrupları;
Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış
namizədlər;
Prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə
alınmış siyasi partiyalar, siyasi partiyaların blokları;
bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
Prezident seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi
partiyalar, siyasi partiyaların blokları;
bələdiyyə seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi
partiyalar, siyasi partiyalar blokları;
Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr,
dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele
və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər
formalarda həyata keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi
partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və
96
üsullarını müstəqil müəyyənləşdirir.
Seçki Məcəlləsi seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət
edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən
jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.
Seçki Məcəlləsinin 77.1 və 77.4-cü maddələrində göstərilən teleradio
verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə,
namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına,
referendum üzrə təşviqat qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı
və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.
Prezidentliyə namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və
ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların,
siyasi partiyalar bloklarının, üzvlərinin sayı 40 min və daha çox olan referendum
üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə Seçki
Məcəlləsinin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatının
kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.
Seçki Məcəlləsinin 77.1 və 77.4-cü maddələrində nəzərdə tutulmayan
teleradio verilişləri təşkilatlarının kanallarında seçkiqabağı təşviqat teleradio
verilişləri təşkilatı ilə bağlanmış müqaviləyə uyğun olaraq başlayır.
Seçki Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulan teleradio verilişləri
təşkilatları seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə
efir vaxtı saxlamalıdırlar. Bələdiyyə üzvlüyünə namizədlər və üzvlərinin sayı 20
mindən az olan referendum üzrə təşviqat qrupları həmin vaxtdan istifadə edə
bilməzlər. Bütün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların
blokları, referendum üzrə təşviqat qrupları üçün ödəniş həcmi və şərtləri eyni
olmalı və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən
başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir.
Hər bir teleradio verilişləri təşkilatının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda
olan efir vaxtının ümumi həcmi Seçki Məcəlləsinin 80.5-ci maddəsinə uyğun
97
olaraq ayrılan pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki
dəfədən artıq ola bilməz.
09.10.2015. Azərbaycanda deputatlığa namizədlərin təşviqat kampaniyasına
start verilmişdir. Təşviqat kampaniyası 31 oktyabr, saat 8.00-dək davam edəcəkdir.
Təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri, vəkilləri,
namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların
səlahiyyətli nümayəndələri və vəkilləri apara bilərlər. Azərbaycanın V çağırış Milli
Məclisinə seçkilərin hazırlanması və keçirilməsinə dair əsas hərəkət və tədbirlərin
Təqvim Planına müvafiq olaraq, təşviqat kampaniyası səsverməyə 23 gün qalmış,
yəni oktyabrın 9-u başlayır, və səsverməyə 24 saat qalmış başa çatır (31 oktyabr,
saat 8.00-da).
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının 09 oktyabr 2015-ci ildə keçirilən
iclasında 1 noyabr 2015-ci ilə təyin edilmiş Milli Məclis (parlament) seçkiləri üzrə
təşviqat kampaniyasının keçirilməsinə dair bir sıra məsləhət verilmişdir. MSK
sədri Məzahir Pənahov qanunsuz hərəkət edən namizədlərə qarşı hüquq tərkibli
tədbirlər tətbiq edilə biləcəyini vurğulayaraq, qeydə alınmış namizədləri
seçkiqabağı təşviqat zamanı qanunun tələblərinə riayət etməyə çağırmışdır.
Komissiyanın başçısı demişdir: “MSK kimisə cəzalandırmağa can atmır, əksinə,
hamı üçün bərabər sərait yaratmaq istəyir. Ona görə hər kəsi qanunun tələblərinə
riayət etməyə və MSK-nı ciddi tədbir tətbiq etməyə məcbur etməməyə çağırırıq”.
Təşviqat müddətinin ən vacib xəbəri kimi, KİV-də pulsuz təşviqatdan imtina
edilməsi ilə bağlı YAP-ın qərarını qeyd etmək lazımdır. Deputatlığa namizədləri
60-dan çox seçki dairələrində qeydiyyata alınan hakim “Yeni Azərbaycan
Partiyası” (YAP), KİV-də pulsuz təşviqatın aparılması hüququnu əldə etmişdir.
Lakin, partiya bu hüququndan imtina etmək qərarına gəlmişdir. Bu barədə, cümə
günü partiyanın saytında yerləşdirilmiş məlumatda deyilir. YAP öz qərarını
parlament seçkilərində iştirak edən siyasi partiyalar və müstəqil namizədlərin
seçkiqabağı təşviqat dövründə bərabərlik prinsipinə riayət etməsi ilə izah etdiyi
məktubla MSK-ya müraciət etmişdir.
98
YAP Seçki Məcəlləsinin 80 (televiziya və radioda seçkiqabağı təşviqatın
aparılması məqsədilə pulsuz efir vaxtının verilmə şərtləri) və 83 (mətbu nəºrlər
vasitəsilə seçkiqabağı təşviqatın pulsuz aparılmasının şərtləri) maddələrinə əsasən,
pulsuz seçkiqabağı təşviqatın keçirilməsinə olan hüququnu istifadə etməmək
qərarını MSK-nın diqqətinə çatdırmışdır.
09 oktyabr 2015-ci ildə namizədlərin və siyasi partiyaların bir sıra təşviqat
tərkibli məlumatları işıqlandırılmışdır. Məsələn, bir xəbər hakim partiyanın
seçkiqabağı saytının işə salınmasına həsr edilmişdir. Məqalədə deyilir ki, cümə
günü Milli Məclisə (parlament) seçkilərə dair təşviqat kampaniyasının müddətini
əhatə edən “Yeni Azərbaycan”(YAP) hakim partiyasının
www.yap.az
seçkiqabağı
saytı işə salınmışdır. Bu barədə, YAP-ın saytında olan məlumatda deyilir. “Yeni
hədəflərə dair!” şüarı olan saytda, “Namizədlər”, Azərbaycan:2005-2015”, “10
uğurlu yüksəklik”, “Yeni hədəflərə 10 addım” və “Seçicilər siyahıları” adlı
bölümlər yaradılmışdır.
Saytda ölkədə və dünyada baş vermiş hadisələr barədə məlumat, həmçinin
müxtəlif məsələlər barədə mütəxəssislərin rəyləri yerləşdirilmişdir. Saytda,
həmçinin geniş auditoriya üçün faydalı olan linklər yerləşdirilmişdir.
09 oktyabrda, həmçinin, Azay Quliyevin seçki qərargahı öz fəaliyyətinə
başlamısdır. А. Quliyev namizədliyini 8 saylı Binəqədi birinci seçki dairəsindən
irəli sürmüşdür.
11.10.2015. A.Quliyevin seçiciləri ilə görüşləri davam edir. Bazar günü –
11.10.2015-ci il 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyini irəli
sürmüş deputatlığa namizəd Azay Quliyev seçicilərlə 3 görüş keçirmişdir.
Görüşlərdə namizədin vəkilləri və rayonun ağsaqqalları, gəncləri, könüllülər və
ziyalılar iştirak etmişlər.
12.10.2015. 60 saylı Səlyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd
İsmayıl Ağayevin seçicilərlə görüşləri baş tutmuşdur. Görüşlər Səlyan rayonunun
99
Çuxanlı və Noxudlu kəndlərində keçirilmişdir. Görüşlərdə həmin dairədə yaşayan
vəkillər, ictimai fəallar, kənd sakinləri və könüllülər iştirak etmişlər.
13.10.2015. 13 oktyabrda deputatlığa namizədlərin təşviqatı davam edir.
KİV səhifələrində Azay Quliyevin (8 saylı Binəqədi birinci seçki dairəsi üzrə),
Hüseyn Cavadzadənin (73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə), İsmayıl
Ağayevin (60 saylı Səlyan-Neftçala seçki dairəsi üzrə) və Bəxtiyar Əliyevin (118
saylı Ağdam şəhər seçki dairəsi üzrə) təşviqat kampaniyasının gedişi barədə və s.
işıqlandırılan məlumat barədə bir sıra məqalələr yerləşdirilmişdir.
14.10.2015. KİV səhifələrində təşviqat kampaniyasının gedişi barədə, eləcə
də namizədlərin seçkiqabağı platforması barədə məqalələr yerləşdirilmişdir.
Məsələn, namizədlər Azər Kərimli (112 saylı Qax seçki dairəsi üzrə) və Adil
Əliyevin (20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə) seçicilərlə görüşləri.
R.Cəbrayılov, İ.Ağayev və A.Mustafayevanın seçkiqabağı platformaları və
tərcümeyi halları da KİV-də işıqlandırılmışdır.
Dostları ilə paylaş: |