1
MDB PAA İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN DEMOKRATİYANIN,
PARLAMENTARİZMİN İNKİŞAFININ VƏ VƏTƏNDAŞLARIN SEÇKİ
HÜQUQLARINA RİAYƏT OLUNMASININ MONİTORİNQİ
BEYNƏLXALQ İNSTİTUTUNUN BAKI FİLİALI
01 noyabr 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin
keçirilməsinin uzunmüddətli monitorinqi üzrə
YEKUN HESABAT
(01 sentyabr – 01 noyabr 2015-ci il)
Bakı 2015
2
MDB PAA İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN DEMOKRATİYANIN,
PARLAMENTARİZMİN İNKİŞAFININ VƏ VƏTƏNDAŞLARIN SEÇKİ
HÜQUQLARINA RİAYƏT OLUNMASININ MONİTORİNQİ
BEYNƏLXALQ İNSTİTUTUNUN BAKI FİLİALI
01 noyabr 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin
keçirilməsinin uzunmüddətli monitorinqi üzrə
YEKUN HESABAT
(01 sentyabr – 01 noyabr 2015-ci il)
Bakı 2015
3
Mündəricat
S/N
Monitorinq istiqamətləri
Səh.
1.
Giriş
4
2.
Seçki komissiyalarının fəaliyyətinin monitorinqi
6
3.
Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə hüquq mühafizə,
məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti
35
4.
Azərbaycan Respublikası Milli Məclisinə partiyalı və partiyasız
namizədlərin imza toplama və MSK tərəfindən təsdiqinin monitorinqi
36
5.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinin
müşahidəsi
40
6.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təşkili və
keçirilməsinin maliyyə məlumatları
43
7.
Azərbaycan Respublikasında seçici imzalarının formalaşması barədə
ümumi məlumatlar
45
8.
Milli Məclisin deputatlıgına namizədlərin KİV-dən istifadə edilməsində
bərabər şərtlərin təmin edilməsinin təhlili
50
9.
Milli Məclisə seçkilərdə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi 95
10.
Azərbaycan
Respublikası üzrə rəsmi qeydə alınmış seçki
münaqişələrinin monitorinqi
105
11.
Azərbaycan Respublikasında səsvermənin monitorinqi – ümumi
statistik məlumatlar
139
12.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təşkili, keçirilməsi
və yekunları üzrə yerli və beynəlxalq təşkilatların rəyləri
147
13.
Nəticə
154
4
Giriş
MDB PAA DİMBİ Bakı filialının 2015-ci ilə dair iş planına əsasən Bakı
filialı 01 sentyabr 2015-ci ildən etibarən 01 noyabr 2015-ci il parlament seçkiləri
ilə bağlı uzunmüddətli monitorinqlərə başlamışdır. 01 sentyabrdan başlayaraq filial
tərəfindən seçki komissiyalarının, hüquq-mühafizə orqanlarının, KİV-in və
parlament seçkiləri ilə əlaqəli digər tərəflərin fəaliyyəti araşdırılmış və təhlil
edilmişdir. Bundan əlavə parlament seçkiləri ilə bağlı geniş məlumat əldə etmək
üçün MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların
seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu tərəfindən
Azərbaycanın regionlarında seçki qərargahları yaradılmışdır.
Hər birində 2 ekspertin fəaliyyət göstərdiyi qərargahlar öz fəaliyyətinə 01
sentyabr 2015-ci ildən başlamışlar. Bu vaxtdan etibarən Bakı filialı qərargahlar da
daxil olmaqla seçki prosesinə uyğun olaraq müxtəlif istiqamətlərdə monitorinqlər
aparmışdır. Ekspertlərin əsas vəzifəsi seçkilərə hazırlıq, həmçinin seçkilərin təşkili
və keçirilməsi üzrə monitorinqlərin keçirilməsindən ibarət olmuşdur. MDB PAA
DİMBİ Bakı filialının əməkdaşları MSK-da ilk olaraq Azərbaycan Respublikasının
bütün ərazisində müşahidə aparmaq üçün qeydiyyatdan keçmişlər.
Parlament seçkilərinə rəsmi start verildikdən sonra MDB PAA DİMBİ Bakı
filialı 2015-ci ilə dair təsdiq edilmiş iş planına və Azərbaycan Respublikası Milli
Məclisinə 5-ci çağırış seçkilərin təşkili və keçirilməsi üzrə əsas hərəkət və
tədbirlərin təqvim planına uyğun olaraq aşağıdakı istiqamətlərdə monitorinq və
araşdırmalar aparmışdır:
Seçki komissiyalarının fəaliyyətinin monitorinqi;
Azərbaycan Respublikasında seçici siyahılarının formalaşması barədə
ümumi məlumatlar;
5
Azərbaycan Respublikası Milli Məclisinə partiyalı və partiyasız
namizədlərin imza toplama və MSK tərəfindən qeydiyyatının
monitorinqi;
Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin KİV-ə yola tapmasına
bərabər şəraitin təmin edilməsinin təhlili;
Milli Məclisə seçkilərdə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi;
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təşkili və
keçirilməsinin maliyyə məlumatları;
Seçkilərin keçirilməsinin təmin edilməsi üzrə hüquq mühafizə,
məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti;
Azərbaycan
Respublikası
üzrə
rəsmi
qeydə
alınmış
seçki
münaqişələrinin monitorinqi;
Azərbaycan Respublikasında səsvermənin monitorinqi – ümumi
statistik məlumatlar;
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinin
monitorinqi.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərn təşkili, keçirilməsi və
nəticələri üzrə beynəlxalq müşahidəçilərin rəyləri.
MDB PAA DİMBİ Bakı filialı monitorinqlərlə yanaşı Bakı şəhərində və
ölkənin Şəki, Tərtər və Şamaxı regionlarında maarifləndirici tədbirlər keçirmişdir.
Bu məqsədlə filialın əməkdaşları regionlara ezam olunmuşlar. Ezamiyyə dövründə
əməkdaşlar müvafiq Dairə və Məntəqə Seçki Komissiyalarında olmuş, qarşıdan
gələn Milli Məclis seçkilərinin hazırlanması və keçirilməsi üzrə görülən işlərlə
yaxından tanış olmuşlar. Bakı filialı bununla yanaşı seçki iştirakçıları üçün rus və
azərbaycan dillərində vəsaitlər hazırlamış və maarifləndirici tədbirlər zamanı
dinləyicilərə paylamışdır.
6
Seçki komisiyalarının fəaliyyətlərinin monitorinqi
19 avqust 2015 ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə MSK-
nın 15, 25, 27 may tarixli iclaslarının protokolları təsdiqlənmişdir.
Daha sonra MSK sədr müavini Natiq Məmmədov Azərbaycan Prezidentinin
sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsinin
təşkilinə dair məlumat verib və bununla bağlı keçirilən tədbirlərdən danışıb. N.
Məmmədovun təqdimatı səsə qoyularaq təsdiq olunub.
MSK sədrinin müavini Mikayıl Rəhimov bəzi seçki dairələrinin seçki
məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması ilə
bağlı məlumat verib və bildirib ki, dairə seçki komissiyalarına yeni məntəqələr
yaratması tövsiyə olunur. Sonda bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər edilib.
21 avqust 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki
komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə
edən irimiqyaslı layihənin birinci mərhələsi çərçivəsində MSK-nın inzibati
binasında geniş müşavirə keçirib.
Müşavirədə MSK sədri Məzahir Pənahov çıxış edərək Azərbaycanın Milli
Məclisə seçkilər kimi mühüm hadisə ərəfəsində olduğunu vurğuladı. Qeyd etdi ki,
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər aşağı
seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının
daha da təkmilləşdirilməsində önəmli rola malikdir. Ölkəmizdə aparılan uğurlu
7
siyasət nəticəsində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunub ki, bu da
seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hərtərəfli şərait yaradır.
Azərbaycanda seçki praktikası ildən-ilə daha da təkmilləşdirilib və beynəlxalq
təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza formalaşdırılıb.
Sədr M.Pənahov qeyd edilənlərlə yanaşı, azad və ədalətli seçkilərin
keçirilməsi üçün məhz dövlətimizin başçısının ciddi mövqeyinin, konkret siyasi
iradəsinin, həmçinin seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və
maddi-texniki bazalarının gücləndirilməsinə xüsusi diqqət və qayğısının olduğunu
bildirdi. Seçkilərin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün seçki
komissiyalarına yaradılmış hərtərəfli şəraitə görə bir daha Prezident İlham Əliyevə
Mərkəzi Seçki Komissiyası adından minnətdarlığını ifadə etdi. MSK sədri bu il
Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlər və növbəti mərhələlərdə
reallaşdırılacaq layihələri müşavirə iştirakçılarının diqqətinə çatdırdı və
tövsiyələrini verdi.
MSK sədri dedi: “Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və
beynəlxalq müşahidəçilərə hər zaman bütün şərait yaradılır. Eyni zamanda,
seçkilərin şəffaflığını təmin etmək üçün 1000-dək seçki məntəqəsində kameralar
quraşdırılıb. İnternet vasitəsilə dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə
səsvermə prosesini izləmək mümkündür. Digər tərəfdən, bütün dairə seçki
komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki
məntəqələri də müasir tələblərə cavab verən binalarla təmin edilib”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini,
regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal
Nağdəliyev dövlətimizin başçısının tapşırığına əsasən müşavirədə “Seçkilərin
hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların
seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
8
Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Sizinlə artıq ənənəvi
hal alan belə müşavirələrdə neçənci dəfədir ki, iştirak edirik. Son seçkilər göstərdi
ki, dairə və məntəqə seçki komissiyaları öz işlərini yüksək peşəkarlıqla qura
biliblər. Şübhəsiz ki, bu, sizin təcrübənizin artdığını göstərir. Həmçinin bu,
peşəkarlığın yüksək səviyyədə olmasına dəlalət edir. Bunun əldə olunmasında təbii
ki, müşavirə və seminarların çox böyük əhəmiyyəti var”.
Seçkilərin müvəffəqiyyətlə keçməsini şərtləndirən amillərdən danışan
Z.Nağdəliyev deyib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin,
cəmiyyətimizin həyatının bütün sahələrində aparılan uğurlu islahatlar, qəbul
olunan tarixi qərarlar Azərbaycanın keyfiyyətcə tamamilə yeni mərhələyə
keçməsinə şərait yaradıb. Bu gün Azərbaycan dünya miqyasında layiqli yerini
tutub. Ölkəmizdə artıq dünya və qitə miqyaslı tədbirlər müvəffəqiyyətlə keçirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində insanların
rifahı yaxşılaşıb. Vətəndaşlarımız bu şəraiti, uğurları itirmək istəmirlər.
Azərbaycanın gələcəyi daha parlaq olacaq və insanlar bunun üçün səs verirlər.
Bizim də məqsədimiz odur ki, seçkilərə hazırlıq, onun keçirilməsi və səsvermə
proseslərində qanun pozuntusuna yol verilməsin. Azərbaycan Prezidentinin tələbi
ondan ibarətdir ki, seçkilərdə şəffaflıq təmin olunsun. Bunun üçün həm seçki
komissiyalarına, həm də seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edərək səs
vermələri üçün lazımi şərait yaradılıb. Seçkilərlə əlaqədar əlavə zəruri tədbirlər
görüləcək.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dövlətimizin başçısı
İlham Əliyevin tapşırığına əsasən, seçkilərdə bütün siyasi partiyalara bərabər şərait
yaradılmalıdır. Artıq 125 dairənin hər birində bunun üçün açıq və qapalı yerlər
müəyyən olunub. Bu, təşviqat dövrünə yaxın vaxtda elan ediləcək. Təşviqat
lövhələri ilə də bağlı monitorinqlər keçirilib. Sıradan çıxmış lövhələr bərpa
9
ediləcək. Tarixi abidələrin üzərində təşviqat materiallarının yerləşdirilməsinin isə
qarşısı alınıb.
Seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində böyük iş görüldüyünü
vurğulayan Zeynal Nağdəliyev deyib: “Bizim seçici siyahıları bir sıra ölkələr üçün
nümunə ola bilər. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait
yaradılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində iş hər gün davam etməli,
bu siyahılar ideal olmalıdır. Seçici siyahılarının tərtib edilməsi zamanı yerli icra
hakimiyyəti orqanları seçki komissiyaları ilə birgə böyük işlər həyata keçiriblər.
Bu işlər bu gün də davam etdirilir. Bu işi dayandırmaq olmaz. Bu məsələdə dairə
seçki komissiyalarına lazımi yardım göstəriləcək”. Seçki məntəqələrində veb-
kameraların quraşdırılmasından danışan Azərbaycan Respublikası Prezidenti
Administrasiyası rəhbərinin müavini bildirib ki, bu kameralar seçkilərin şəffaf
keçirilməsinə xidmət edir. Əvvəllər biz ilk addım olaraq məntəqələrdə 500 veb-
kamera quraşdırmışdıq. Hazırda isə seçki məntəqələrində min veb-kamera
quraşdırılıb. Veb-kameralarda müşahidə etdiyimiz nöqsanları növbəti seçkilərdə
mütləq aradan qaldırmaq lazımdır. Həmçinin seçkilərlə əlaqədar ünvanların
dəqiqləşdirilməsi üçün bina və evlərin üzərinə 15 mindən artıq nömrə vurulub.
Zeynal Nağdəliyev seçkilərin yüksək səviyyədə təşkili üçün dairə və
məntəqə seçki komissiyalarına hər cür şəraitin yaradıldığını vurğulayıb. Ölkəmizdə
keçirilən prezident, parlament və bələdiyyə seçkiləri dairə və məntəqə seçki
komissiyalarının peşəkarlığının yüksək olduğunu göstərir.
Dairə seçki komissiyalarının sədrlərinin böyük təcrübəsi olduğunu deyən
Prezident Administrasiyasının rəsmisi, bununla belə, onlara arxayınlaşmamağı
tövsiyə edərək bildirib: “Parlament seçkiləri yüksək şəffaflıqla, demokratik
şəraitdə keçirilməlidir və bunu təmin etmək lazımdır. Bunun üçün hamı imkanı
daxilində çalışmalıdır ki, növbəti sınaqdan da üzüağ, alnıaçıq çıxaq. Seçkilərdə
xırda məsələ yoxdur. Bu sahədə zərrə qədər nöqsan ölkəmizin imicinə mənfi təsir
10
edə bilər. Biz fəaliyyətimizlə, yaxud fəaliyyətsizliyimizlə buna xələl gətirə
bilmərik. Ona görə də hər birimiz bu seçkilərə yüksək məsuliyyət hissi ilə
getməliyik. Onu yüksək peşəkarlıqla keçirməliyik. Dövlətimizin başçısı İlham
Əliyevin bizim qarşımızda qoyduğu vəzifə də budur. Bu işdə sizin hər birinizə
müvəffəqiyyətlər arzu edirəm”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müşavirədə “Seçki
hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik
mexanizmləri” mövzusunda çıxış edib.
Parlament sədrinin birinci müavini bildirib ki, seçki hüquqlarının həyata
keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir. Azərbaycan
demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu
hüquqların reallaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Əminliklə demək olar ki, indiyədək keçirilən seçkilər Azərbaycanın qoşulduğu
bütün sənədlərin tələblərinə uyğundur.
Ziyafət Əsgərov qeyd edib ki, bütün seçki komissiyalarının üzvləri, o
cümlədən dairə seçki komissiyaları sədrləri tərəfindən seçki hüququnun, norma və
prinsiplərinin dərindən mənimsənilməsi vacibdir. Arxayınlaşmamalı, hər gün
öyrənməli, Seçki Məcəlləsinin tələblərini tam mənimsəməliyik ki, seçkilərdə artıq
söz-söhbətə yer qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkilərində də
Azərbaycan nümunə göstərsin. Seçkilər yüksək səviyyədə, şəffaf və demokratik
keçirilməlidir.
Daha sonra ədliyyə nazirinin müavini Azər Cəfərovun “Seçki prosesində
ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri”, daxili işlər nazirinin müavini
Oruc Zalovun “Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və
fəaliyyət istiqamətləri”, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevin
“Seçki hüquqlarının qorunması ilə bağlı apelyasiya şikayətləri və onlara baxılma
11
təcrübəsi”, Baş Prokurorluğun idarə rəisi Nazim Abbasovun “Seçki hüquqlarının
qorunmasında prokurorluq orqanlarının rolu” mövzularında çıxışları dinlənilib.
Müşavirədə, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri
Rövzət Qasımovun, katibliyin informasiya mərkəzinin müdiri Rüfət
Gülməmmədovun, ümumi şöbənin müdiri Elşən Əsgərovun “Səsvermə prosesi
başa çatdıqdan sonra DSK və MSK-ların üzərinə düşən əsas vəzifələr”, “Dövlət
Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan
istifadə qaydaları”, “Dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarında
kargüzarlığın təşkili” mövzularında çıxışları olub.
Beynəlxalq təşkilatların, xarici qurumların və kütləvi informasiya
vasitələrinin nümayəndələrinin də iştirak etdikləri müşavirə dairə seçki
komissiyaları sədrlərinin Bakı şəhərindəki dairə seçki komissiyalarında təcrübə
mübadiləsi ilə davam etdirildi.
28 avqust 2015 - ci ildə Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə
hazırlıq məqsədilə DSK-ların kompüter mütəxəssisləri üçün seminara başlayıb.
Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter
mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin
təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada
istifadə qaydalarını öyrətməkdir.
29 avqust 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasının Məzahir
Pənahovun sədrliyi ilə növbəti iclası keçirilib.
İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 28 avqust tarixli Sərəncamı ilə beşinci çağırış
Milli Məclisə seçkilərin noyabrın 1-nə təyin edildiyini bildirib.
12
Qeyd edilib ki, 2015-ci ilin ölkəmizin tarixində mühüm hadisə - Milli
Məclisə seçkilər ili olduğunu nəzərə alaraq, vətəndaşların Konstitusiya ilə təsbit
edilmiş seçmək və seçilmək hüquqlarının təmini, seçkilərin azad və ədalətli
keçirilməsi üçün hələ ilin əvvəllərindən Mərkəzi Seçki Komissiyası genişmiqyaslı
tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, seçki prosesinin mühüm mərhələləri
olan
seçici
siyahılarının
dəqiqləşdirilməsi,
normativ-hüquqi
bazanın
təkmilləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində
müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə irimiqyaslı layihələr
reallaşdırılıb, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki bazasının
gücləndirilməsi üçün mütəmadi şəkildə ardıcıl addımlar atılıb.
Sonra iclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl
və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım
göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi
məqsədilə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə
olunaraq təsdiq edilib.
İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki
hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası
nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Mərkəzi Seçki
Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu
yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq dairə
seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə
dairə seçki komissiyalarına həvalə edilib.
Komissiyanın iclasında beşinci çağırış Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilmiş imza
vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü
13
yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi
qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
Dostları ilə paylaş: |